Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   5   6   7   8   9   10   11   12   ...   102

_________Milli Kitabxana_________ 
 
27
 
qatçı üçün maraq doğuran faktları  təfərrüatı ilə  qələmə almış, ol-
muş hadisələri, gördüklərini, eşitdiklərini və yaşadığı dövrün sərt 
qanunlarının qadağaları baxımından qəlbində saxladığı məqamları 
heç bir əlavə etmədən ictimaiyyətə aşkarlamışdır [150-18]. 
Uzaqgörən babalarımız hələ o vaxtlar başa düşmüşlər ki, er-
mənilər harada yerləşirlərsə, bir azdan sonra “bu yerin”, “bu abi-
dənin”, bu kilsənin onların babasına mənsub olduğunu car çəkir-
lər. Gözümüzün qabağında dünyaya indiki Ermənistanın və Qara-
bağın guya onların ulu babalarının yurdu olduğunu əsassız olaraq 
bəyan edirlər. Qəbul olunmuş şərtlərə əməl edən ağsaqqallar kö-
çürülüb-gətirilən erməniləri Araz çayından aralıda yerləşən XII-
XIII əsrlərdə tikilmiş Xorvirab kilsəsi ətrafında yox, Araz çayın-
dan 20-25 kilometr aralı olan Vedi rayonunun ən az məhsuldar, 
nisbətən su qıtlığı  çəkən daşlı-qumlu bir dağ dibində – Dəvəli, 
Reyhanlı  və  İlandağın döşündəki Zincirli kəndlərində, Cəhən-
nəmdərənin başında – Çanaxçı, Qaşqa, Keşişverən kəndlərində 
yerləşdirilmişdir. Qəmərli rayonunda Arazdan daha çox aralıda 
yerləşən 8 azərbaycanlı kəndində ermənilər məskunlaşdırılmışlar. 
Həmin dövrdə gətirilən ermənilərin bir hissəsi Dərələyəz zonasın-
da azərbaycanlıların qış otlağı olmayan ərazilərində yerləşdiril-
mişdir. Bu böyük ərazidə bir dənə də olsun dağ, dərə, təpə, bulaq 
və çay tapa bilməzsən ki, onun adı erməni adına uyğun olsun. İrə-
van  ətrafında olduğu kimi, Göyçə gölü ətrafı da gəlmə erməni 
əhalinin  ən çox yerləşdirildiyi zonalardan olmuşdur. 1919-cu ilə 
kimi bu ərazidə 110-a qədər kənd olmuş, bir çoxu ermənilərin 
mənfur siyasətinin nəticəsi olaraq ölü kəndlərə çevrilmişdir. Göy-
çə gölünün ətrafında yerləşdirilən ermənilər Qamışlı (Basarke-
çər), Qırxbulaq, Tüskülü, Aşağı Zağalı, Gödəkbulaq, Alçalı, Ko-
lanı  qırılan, Alqırıq, Avdalağalı, Zolaxaç, Qaranlıq, Yuxarı Qa-
ranlıq, Gözəldərə, Tab Güzəcik, Dəliqardaş, Yeni düz, Başkənd, 
Kəvər, Ördəkli və başqa kəndlərdə  məskunlaşdırılmışdır. Azər-
baycanlılar yaşayan 60-dan çox kəndin  əhalisinin böyük hissəsi 
1918-1919-cu illərdə ermənilər tərəfindən qırılmış, az da olsa sağ 
qalanlarının bir hissəsi daha erməni işğalı altında olan köhnə 


_________Milli Kitabxana_________ 
 
28
 
yurdlara qayıtmamışlar.  İrəvan xanlığının başqa  ərazilərini hələ 
təfsilatı ilə qeyd etməsək də, təkcə Göyçə mahalı ərazisində Bığlı, 
Çamırlı, Aşağı Alçalı, Yanıq, Atdaşı, Qızıl Xaraba, Xartlıq, Ağzı-
bir, Ağqala, Ocaqçı və digər kəndlərin azərbaycanlı əhalisini er-
mənilər, demək olar, məhv etmişdilər [150- 21]. Soyqırıma məruz 
qalan azərbaycanlılar təkcə fiziki cəhətdən məhv edilməmiş
həmçinin əsrlərlə qoruyub-saxladığı maddi-mənəvi, dini dəyərlə-
rini, ədəbi-bədii mühitini, adət-ənənəsini, çoxsaylı yaradıcı adam-
larını, sazını-sözünü itirmişdir... 1918-ci ilin qanlı-qadalı günləri 
bir-birini əvəz edir, milli qırğınlar səngimir, ağır döyüşlər davam 
edir, Göyçə mahalının bütün ərazisi, o cümlədən Qanlı kəndi də 
təhlükədədir. Erməni birləşmələrinin bu kəndi sıradan çıxarmaq 
cəhdi ara vermir. Aləm bir-birinə qarışır”.[100]  
 
1.1.
 
Ədəbi mühitdə tanınan ünlü ziyalıların ictimai-siya-
si, mədəni və ədəbi-bədii fəaliyyəti. 
 
XIX əsrin əvvəllərində Rusiyada maarifçiliyin inkişaf etməsi 
Qafqaz xalqlarının da elmə, maarifə, incəsənətə olan meylini ar-
tırırdı. Tiflis mühitində təhsil alan, dünyəvi elmlərin mahiyyətini 
hərtərəfli dərk edən çoxsaylı Azərbaycan ziyalılarının böyük bir 
dəstəsi yetişməkdə idi. Yetişən bu ziyalılar Azərbaycan  ədəbiy-
yatşünaslığında “inkişaf yoluna aydınlıq gətirmək  ədəbiyyatşü-
naslığın bir elm kimi... dünya ədəbi prosesindən təcrid edilmiş 
halda deyil, bədii yaradıcılığın təbiətini açmaq, Azərbaycan cə-
miyyətində insanların ideya-estetik tərbiyəsində onun rolunu 
meydana çıxarmaq, bədii təfəkkürün tarixi, müxtəlif bədii metod-
larını tədqiq etmək sahəsində təcrübəni ümumiləşdirir, insanların 
sənət haqqında təsəvvürlərini... zənginləşdirir, estetik kateqoriya-
lar və onlar haqqında biliyin tarixi təkamülünü əks etdirir” [17-a -
5]. Bu xüsusiyyət İrəvan ədəbi mühiti üçün də xarakterikdir. 
XIX əsrin iyirminci illərində məşhur fransız səyyahı və etno-
qrafı İvan İvanoviç Şopen (1798, Fransa – 18.08.1870, Peterburq) 
Rusiyaya gəlmiş, Qafqaz canişinliyində  işləmişdir. General 


_________Milli Kitabxana_________ 
 
29
 
İ.F.Paskeviçin göstərişi ilə 1829-1832-ci illərdə Qafqazın, o cüm-
lədən  İrəvan və Naxçıvan xanlıqlarının tarixi və coğrafiyasının 
tədqiqi ilə  məşğul olmağa maraq göstərmişdir.  Əsərlərində Qaf-
qaz xalqlarının, həmçinin azərbaycanlıların tarixi, dili və etnik 
tərkibi, folokloru, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı və s. barədə 
geniş məlumatı olmuşdur. Lakin etiraf etdiyi həqiqətlərlə yanaşı, 
bəzən təhriflərə də yol vermiş, 1840-cı ildə rus dilində nəşr etdir-
diyi “Koroğlu” dastanının bəzi epizodlarında [40-559] nöqsanları 
olmuşdur. İ.İ.Şopenin hesablamalarına görə XIX əsrin əvvəllərin-
də  təkcə  İrəvan  şəhərində 2400 azərbaycanlı ailə, 12 min nəfər 
azərbaycanlı yaşayırdı.  Şəhər ruslar tərəfindən alınandan sonra 
əhalinin bir qisminin İrana köçməsinə baxmayaraq, yenə də azər-
baycanlılar  şəhər  əhalisinin böyük əksəriyyətini təşkil edirdi. 
1829-cu ilin məlumatına görə, təkcə  İrəvan  şəhərində  əhalinin 
beşdə dördünü və ya 80 faizini azərbaycanlılar təşkil edirdi (azər-
baycanlılar 1807 ailə, 2379 nəfər). Rus imperiyasında birinci dəfə 
keçirilən  əhalinin siyahıya alınmasına görə 1897-ci ildə  Qərbi 
Azərbaycanda – İrəvan quberniyasında 313178 nəfər azərbaycan-
lı yaşamışdır. Vaxtilə əhalisi azərbaycanlılardan ibarət olan Qərbi 
Azərbaycan  əyalətlərindən Zəngibasar, Vedibasar, Zəngəzur, 
Göyçə, Ağbaba, Dərəçiçək, Sisyan, Qafan, Qaraqoyunlu, Qırxbu-
laq, Seyidli, Sərdarabad, Abaran, Gərnibasar və sair bölgələrdə 
bir nəfər belə azərbaycanlı qalmasa da, tarixin yaddaşında həmin 
vilayətlərdə anadan olmuş, orta təhsilini o yerdə almış, uşaqlığını 
və  gəncliyini o diyarlarda keçirmiş, keçmiş  İttifaqın və Avropa-
nın bir sıra ölkələrində ali təhsil alan gənclərin böyük bir dəstəsi 
ümumazərbaycan mədəniyyətinin tərəqqisində unudulmaz xid-
mətlər göstərmişlər. XX əsrdə Azərbaycanda yaşayan ermənilərin 
məktəb tarixini tədqiqata cəlb etdikləri halda, Ermənistan  ərazi-
sində yaşayan azərbaycanlıların məktəb təhsili tarixinin tədqiqi-
nə, demək olar ki, tam biganəlik göstərilmişdir. Qərbi Azərbay-
canda yaşayan azərbaycanlıların maarif və mədəniyyəti, o cümlə-
dən məktəb tarixini ermənilərin tədqiq etməməsi səbəbi onunla 
izah olunur ki, onlar azərbaycanlıları ümumiyyətlə yad hesab et-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə