Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   7   8   9   10   11   12   13   14   ...   102

_________Milli Kitabxana_________ 
 
33
 
hələdə dini fanatizm, feodal dünyagörüşü  əhalinin mənəvi alə-
mində öz təsirini saxlamaqdaydı. Lakin Azərbaycanın inkişafı ilə 
üzvü surətdə bağlı olan İrəvan əhalisi arasında “zülmət aləmində 
işıq” olan ziyalıların yetişməsi, xalqın cəhalət və dini fanatizm 
girdabından xilas edilməsi üçün maarifin, mədəniyyətin yayılma-
sı olduqca vacib idi. Dövrün bu tələbi ziyalıların üzərinə böyük 
və  məsuliyyətli vəzifələr qoyurdu. “İrəvan xanlığının Rusiyaya 
birləşdirilməsi tarixindən” kitabının müəllifi Mehman Süleyma-
novun ümumiləşdirdiyi məlumatlarda, “Kavkazskiy kalendar”ın 
buraxılışlarının  İrəvan quberniyasına həsr olunan bölmələrində 
1886 (səh.54), 1889, 1894, 1898 (səh.1-100), 1899 (səh.173-182), 
1900 (səh.1-119), 1901 (səh.183-200), 1903, 1907,1908 və digər 
illəri əks etdirən 12, 20, 24, 25, 27, sairə buraxılışlarının müvafiq 
səhifələrində [208] ədəbi-bədii, ictimai-siyasi vəziyyətə, duma 
seçkilərində azərbaycanlıların təmsil olunmasına,  İrəvan Müəl-
limlər Seminariyasının fənn müəllimlərinin fəaliyyətinə, Göyçə 
gölünün təbiətinə, quberniyanın yaşayış məskənlərində maarifçi-
lik və təhsil məsələlərinə geniş yer ayrılmışdır. Həmçinin ictimai-
siyasi, mədəni, etnik durumu əks etdirmək sahəsində işlərin təşki-
lini diqqət mərkəzində saxlayan SMOMPK məcmuəsində  dərc 
edilən yazıların  İrəvan mühitini əks etdirməsi sahəsində pozitiv 
işlərlə yanaşı, neqativ məzmunlu ədəbi-bədii yazıların dərcinə də 
bəzən erməni qələm sahibləri tərəfindən təşəbbüslər edilirdi. 
1882-ci ildəki ikinci buraxılışın 109-142-ci səhifələrində  İrəvan 
gimnaziyasının müəllimi S.Zelinskinin topladığı materiallar, 
Azərbaycan atalar sözləri verilmiş, 1884-cü ildəki dördüncü bura-
xılışın 34-39-cu səhifələrində İrəvan Müəllimlər Seminariyasının 
müəllimi K.Şulkina “Yaşlı adamın söyləmələrindən” adı altında 
qələmə aldığı faktları təhrif etməklə qeyri-obyektiv mövqedən ic-
timaiyyəti məlumatlandırmışdır. Maarif və  mədəniyyətin yayıl-
masında hər cür məşəqqətlərə sinə  gərən Mirzə  Qədim  İrəvani, 
İsa Sultan, Əbülfət və Məhəmməd Şahtaxtinskilər, Fazil İrəvani, 
Firudin bəy Köçərli, Əliqulu xan İrəvanski, Cəlil Məmmədqulu-
zadə, Eynəlibəy Sultanov, Mirzə  Qəmərlinski, Haşım bəy Vəzi-


_________Milli Kitabxana_________ 
 
34
 
rov, Mirzə Ələkbər Mirzəzadə, Cabbar Əsgərzadə, Mir Məhəm-
məd Fətullayev, Abbas Ağa Fərəcov kimi çoxsaylı ziyalılar 
üzərlərinə düşən missiyanı şərəflə doğruldurdular. 
XX  əsr Azərbaycan  ədəbiyyatında romantizmin mürəkkəb 
xüsusiyyətlərini araşdırmaq üçün Hüseyn Cavid yaradıcılığı  nə 
qədər önəmlidirsə, qüdrətli məktəbi malik realizm cərəyanının 
məzmun və xüsusiyyətlərini hərtərəfli səciyyələndirmək sahəsin-
də Cəlil Məmmədquluzadə yaradıcılığı da bir o qədər böyük bir 
mənbədir. Araşdırılan, tədqiq olunan mövzu ilə bağlı Cəlil Məm-
mədquluzadənin (1866-1932) həyat və  fəaliyyətinin müəyyən 
dövrü də İrəvan ədəbi mühiti ilə bilavasitə əlaqəlidir.  
Cəlil Məmmədquluzadə 1866-cı ildə Naxçıvanda doğul-
muş, uşaqlıq və məktəb illərini burada keçirmiş, Qori Müəllimlər 
Seminariyasını bitirərək müəllimlik etmək üçün İrəvana köçmüş, 
əvvəlcə müəllimlik, sonra mütərcimlik və vəkillik etmişdür...  
Naxçıvandan 170 kilometrlik məsafəni qət edən fayton Qə-
mərli qəsəbəsindən keçib, Uluxanlı  kəndində dayandı. Daşlı-kə-
səkli yollarla hərəkət edən faytonda 21 yaşlı  bəstəboy bir gənc 
oturmuşdu. O, Uluxanlıya ilk dəfə  gəlirdi. Gözağrısı  və isitmə 
xəstəliyinin hakim kəsildiyi Uluxanlıda 200-dən artıq ev və yeddi 
məscid var idi. Əhalinin hamısı savadsız olan Uluxanlının məscid 
minarələrindən hər gün səhər tezdən və gün batanda “Allahu Ək-
bər” səsi yüksəlirdi. ...Atılıb düşən, ayaqyalın, başıaçıq, baldırları 
çat-çat olan kənd uşaqlarını görən gənc (Cəlil Məmmədquluzadə 
– Z.M) fikirləşirdi: “Nə üçün bu uşaqlar məktəbdə oxumasın-
lar?!” Qəlbi gözəl arzularla döyünən Cəlil Məmmədquluzadə Qo-
ri Müəllimlər Seminariyasının müdiri Korovayevin dövlət dəftər-
xanasının əvəzçisi D.Tiryuşinin imzası ilə 511/150 nömrəli şəha-
dətnamə almış və indi Uluxanlı kənd məktəbinə gedirdi. ”Dövlət 
tərəfindən hökm çıxmışdır ki, İrəvan quberniyasında məktəb açıl-
sın”. Bu məktəblərdən biri Uluxanlıda açılmışdı. Birinci dərəcəli 
Uluxanlı ikisinifli məktəbinin müdiri Muxin adlı bir ziyalı  şəxs 
idi. Məscidlərin geniş  fəaliyyət göstərdiyi bu feodal-patiriarxal 
kənddə  məktəb kiçik və qaranlıq bir daxmada Allahverdi Hacı 


_________Milli Kitabxana_________ 
 
35
 
Hüseyn oğlunun evində yerləşmişdi. Məktəbdə dərslər yeni qay-
dada keçirilrdi. Mollaxanadan fərqli olaraq burada hər dərsdən 
sonra tənəffüs olurdu. Hesab, əl əməyi və hüsnxəttin tədrisinə də 
yer verilirdi. Cəlil Məmmdquluzadə bir müddət Uluxanlıda işlədi, 
məktəbə  şagird cəlb etmək üçün nə  qədər  əzab-əziyyət çəkdi. 
Avam xalqı  qəflət yuxusundan oyatmaq üçün elm və ürfan 
ziyasını səpdi. O, az müddət ərzində xalqın sevimlisi oldu. 
Cəlil Məmmədquluzadə Uluxanlı  məktəbinə 1887-ci il av-
qust ayının 1-də 937 nömrəli əmrlə gəlmişdi... Dekabrda Ağrı da-
ğı vadisinə möhkəm qar yağmışdı. Havaların soyuq keçməsi, su-
ların buz bağlaması, kənddə hökm sürən vəziyyət Cəlil Məmməd-
quluzadəni Naxçıvana – evlərinə qayıtmağa məcbur etmişdir. Yol 
söhbəti zamanı arabaçı  Cəfər kişinin “Soruşmaq ayıb olmasın, 
başına dönüm, bizim Uluxanlı xoşuna gəlmədimi ki, buradan ge-
dirsən?” sualına Cəlil Məmmədquluzadə verdiyi cavabda: “Yox, 
Uluxanlı camaatı əliaçıq və səxavətlidir, Cəfər dayı, Uluxanlı Ağ-
rı dağı vadisinin bərəkətli yeridir. Əgər ki, bu kəndin torpağına 
sahib duran olsa, qızıldır, qızıl. Ancaq bu böyüklükdə kənddə hə-
kim də yoxdur. Molla Hüseynin qılıncının dalı da kəsir, qabağı 
da. Bir tərəfdən İrəvan qubernatorlarının adamları, o biri tərəfdən 
də  kəndin varlıları  əhalini soyurlar. Məni buradan uzaqlaşdıran 
Tiflis məktəblər müdirinin göstərişidir, digər tərəfdən, kəndin 
mollaları da mənim burada dərs deməyimi istəmirlər, onlarla da 
bir-iki dəfə sözləşmişik” [179] demişdi.  
Cəlil Məmmədquluzadənin “Azərbaycan  əlifbası “A” ilə 
başlayır” cavabından əsəbiləşən İrəvan quberniyasının xalq mək-
təbləri müfəttişi Y.D.Pasxalovla sözləşməsi üzündən 1887-ci ildə 
o, Uluxanlı  məktəbindən Baş-Noraşen zemski məktəbinə  dəyiş-
dirilmişdir. Bununla ürəyi soyumayan Y.D.Pasxalov 1888-ci ilin 
yanvarında yenidən Cəlil Məmmdquluzadənin Uluxanlı məktəbi-
nə qaytarılması barədə sərəncam verdirmişdir. Cəlil Məmmədqu-
luzadənin Y.D.Pasxalovla görüşmək niyyəti olmadığından “İrə-
vandan Yelizavetpol şəhərinə, direktor D.Orlova 1888-ci il yan-
varın 1-də saat 9-da on sözdən ibarət göndərdiyi 593 nömrəli tele-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə