Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   8   9   10   11   12   13   14   15   ...   102

_________Milli Kitabxana_________ 
 
36
 
qramda o yazırdı: “Acizanə xahiş edirəm ki, məni Uluxanlıya 
qaytarmayıb, Baş Noraşendə saxlayasınız”. Elə  həmin gün Cəlil 
müəllimdən bir az əvvəl saat 9-da Baş Noraşem məktəbinin nəza-
rətçisi Sadıq Xəlilov Dimitri Orlova 582 nömrəli teleqram vur-
muş və xahiş etmişdir ki, C.Məmmədquluyevi başqa yerə dəyiş-
dirməsinlər. Teleqram D.Orlova çatdıqda o, dərkənarında “Məm-
mədquluyevi Baş Noraşendə saxlayıram” sözlərini yazıb müfəttiş 
Y.Pasxalova vermişdir.”[179] 
Cəlil Məmmədquluzadə 1887-1889-cu illərdə Naxçıvanda 
pedaqoji fəaliyyətlə məşğul olmuş, 1887-ci ilin sentyabr-oktyabr 
aylarında İrəvan quberniyasının Uluxanlı kənd ibtidai məktəbində 
müəllimlik etmiş, yuxarıda adı qeyd olunan quberniya üzrə xalq 
məktəbləri müfəttişi Y.D.Pasxalovla aralarında yaranan intriqa-
dan sonra da Baş Noraşen məktəbinin müdiri Əliməmməd Xəlilo-
vun köməyi ilə 13 oktyabr 1887-ci il tarixdən bu təhsil ocağına 
dəyişdirilmişdir. O, bədii yaradıcılıqla burada məşğul olmuş, 
1889-cu ildə ilk qələm təcrübəsi olan “Çay dəsgahı” alleqorik 
dramını  məktəbin müəllim və  tələbələrinin iştirakı ilə tamaşaya 
qoymuşdur [111]. Nehrəm kənd ikisinifli məktəbində pedaqoji 
fəaliyyətini davam etdirən Mirzə  Cəlil 1890-1897-ci illərdə  əsl 
xalq müəllimi kimi tanınmışdır. Eyni zamanda, burada qızları 
təhsilə cəlb etməsi, diyarşünaslıq muzeyi yaratması, ipəkçilik pe-
şəsini öyrətmək üçün xüsusi məşğələlər təşkil etməsi, kəndlilərin 
əməyini yüngülləşdirmək məqsədilə Tiflisdən dəmir kotan gətiril-
məsinə nail olması [114-196] onun hörmət və nüfuzunu daha da 
artırmışdır. Nehrəmdə müəllim işləyərkən Həlimə Nağı  qızı ilə 
(1896) ailə qurur və bu nigahdan Münəvvər (1897-1965) adlı öv-
ladı dünyaya gəlir, Həlimə xanım 1897-ci ildə dünyasını dəyişir. 
Bu hadisədən sonra C.Məmmədquluzadə Nehrəm normal məktə-
bindəki fəaliyyətini dayandırmışdır. 
Sənədlər göstərir ki, Mirzə Cəlil Ulxanlıda iki ay işləməsinə 
baxmayaraq, 1898-ci ildə yenidən  İrəvana qayıtmış, polis idarə-
sində  dəftərxana xidmətçisi və  tərcüməçi vəzifəsində çalışmış, 
1901-1903-cü illərdə İrəvanda yaşamışdır [136-62]. 


_________Milli Kitabxana_________ 
 
37
 
Irəvanda və Naxçıvanın hüquq orqanlarında keçən qısamüd-
dətli fəaliyyəti dövrü C.Məmmədquluzadənin həyat və cəmiyyət 
hadisələrini, müxtəlif taleli sadə insanların xarakterlərini, məi-
şətini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb etmiş, məş-
hur “Poçt qutusu” hekayəsi 1903-cü ildə cavan yazıçının dərin 
həyat müşahidələrinin məhsulu kimi meydana çıxmışdır [110-9]. 
Mirzə Cəlil ikinci dəfə 1901-ci ildə Nazlı xanım Kəngərli ilə 
ailə  həyatı qurmuş, lakin bu ailə  həyatı uzun sürməmiş, Nazlı 
xanım 1904-cü ildə Tiflisdə vəfat etmişdir. 
Cəlil Məmmədquluzadə 1903-cü ilin dekabrından etibarən 
Qafqazın əsas inzibati və mədəni mərkəzi sayılan Tiflis şəhərində 
yaşayıb işləmiş, tanınmış publisist və ictimai xadim Məmmədağa 
Şahtaxtlının (1846-1931) Tiflisdə  nəşr etdirdiyi “Şərqi-Rus” qə-
zetində  əməkdaşlıq etməklə  mətbuat dünyasına cəlb edilmişdir. 
Bu qəzetin redaksiyasında Cəlil mühüm qəzetçilik məktəbi keç-
miş, dövrün görkəmli ədəbi qüvvələri ilə tanış olmuş, bir çox he-
kayələri, məqalələri və  tərcümələri bu qəzetdə  dərc edilmişdir. 
“Şərqi-Rus” qəzeti bağlandıqdan sonra publisist Ömər Faiq Ne-
manzadə və tacir Məşədi Ələsgər Bağırovla birlikdə o, Məmmə-
dağa Şahtaxtlıya məxsus olan mətbəəni almış və burada çalışmış-
dır. “Poçt qutusu” hekayəsi 1905-ci ildə “Qeyrət” adlandırılan hə-
min mətbəədə kitab halında çapdan çıxmışdır. 
“Molla Nəsrəddin” jurnalı  Cəlil Məmmədquluzadənin  şah 
əsəridir. Böyük ədibin redaktorluğu ilə ilk sayı 1906-cı il aprelin 
7-də Tiflis şəhərində nəşr olunan bu məşhur jurnal Qafqaz xalqla-
rının, geniş mənada, müsəlman Şərqinin, xüsusən, Azərbaycanın 
milli oyanışı və dirçəlişində mühüm rol oynamışdır. Jurnal 1917-
ci ilə qədər Tiflisdə, 1921-ci ildə Təbriz şəhərində, 1922-1931-ci 
illərdə Bakıda nəşr olunmuş, satirik ədəbiyyatın və mətbuatın in-
kişafına böyük təsir göstərmişdir [110-10].  
Firudin bəy  Əhmədağa oğlu Köçərli. Firudin bəy Əhməd 
bəy oğlu Köçərli (1863-1920) – Azərbaycan ədəbiyyatşünası, pe-
daqoq və publisist, Qori Müəllimlər Seminariyasını bitirmiş 
(1885), bir müddət  İrəvan oğlan gimnaziyasında, sonra isə Qori 


_________Milli Kitabxana_________ 
 
38
 
seminariyasında dərs demiş,  ədəbi fəaliyyətə  də  həmin vaxtdan 
ədəbi-tənqidi, publisistik məqalələrlə başlamışdı. XX əsrin əvvəl-
lərində daha geniş ədəbi-ictimai fəaliyyət göstərmişdir. Azərbay-
can ədəbiyyatı tarixinə aid ilk əsərlərindən olan “Azərbaycan ta-
tarlarının  ədəbiyyatı” (rusca, 1903), “Mirzə  Fətəli Axundov” 
(1911) kitablarını nəşr etdirmişdir. F.Köçərlinin elmi, ədəbi-bədii, 
etik-estetik görüşlərinin təşəkkülünə rus inqilabçı demokratlarının 
müsbət təsiri olmuşdur. O, bədii  ədəbiyyatın ideyalılığı, müasir-
liyi kimi problemlərə toxunmuş, M.P.Vaqif, M.F.Axundov, 
C.Məmmədquluzadə, M.Ə.Sabir, A.P.Çexov, N.V.Qoqol, A.Se-
reteli və başqaları haqqında məqalələrində realizm və  xəlqilik 
prinsiplərini müdafiə etmiş, mühafizəkar  ədəbi cərəyanlara və 
idealist sənət görüşlərinə qarşı ardıcıl mübarizə aparmışdır. 
F.Köçərli Bakı, Tiflis, eləcə də Rusiyanın bu və ya digər şə-
hərlərində nəşr olunan müxtəlif istiqamətli mətbuat orqanlarında 
ictimai bərabərsizliyin, milli zülmün, qadın hüquqsuzluğunun 
tənqidinə, mədəniyyət, maarif, dil, əlifba, tarix, iqtisadiyyat və 
pedaqogika məsələlərinə dair publisistik məqalələr dərc etdirmiş-
dir. 1910-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan 
şöbəsi əsasında açılmış Qazax Müəllimlər Seminariyasının müdi-
ri işləmişdir. “Təlimati-Sokrat” kitabının (1881), A.S.Puşkin, 
M.Y.Lermontov, L.N.Tolstoy, A.V.Koltsov və A.Seretelinin bəzi 
əsərlərini Azərbaycan dilinə, M.F.Axundzadənin “Aldanmış  kə-
vakib” povestini rus dilinə tərcümə etmişdir [27-806].  
F.Köçərli 1863-cü il yanvar ayının 26-da Şuşa şəhərində ana-
dan olmuşdur. Azərbaycanın bir sıra əyalətləri kimi, Şuşa şəhərinin 
ictimai-siyasi həyatında baş verən dəyişikliklər ədəbiyyat və mədə-
niyyətin inkişafı üçün geniş şərait yaradırdı. Qarabağda “Məclisi-
üns” və “Məclisi-fəramuşan” ədəbi məclisləri fəaliyyət göstərirdi. 
Bu ədəbi məclislərə rəhbərlik edənlərin tanınmış şəxsiyyətlər oldu-
ğunu nəzərə alan qələm sahibləri ədəbi məclislərdə iştirak edir, ya-
radıcılıqlarını da nümayiş etdirməklə ictimaiyyət arasında tanınır-
dılar. Mir Möhsün Nəvvabın rəhbərlik etdiyi “Məclisi-fəramuşan” 
ədəbi məclisində cəmləşən Asi, Fatma xanım Kəminə, Katib, Xar-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə