Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   29   30   31   32   33   34   35   36   ...   102

_________Milli Kitabxana_________ 
 
99
 
İrəvani Fazil (1782-1888). Neçə illərdir ki, torpaqlarımızın 
bir hissəsi qəsbkar qonşularımızın işğalı aıtındadır. Bu torpaqların 
Azərbaycana məxsus olduğunu sübüt edən sənəd və tarixi abidələri 
ermənilər təhrid edərək mənimsəyib özününküləşdirirlər. Onlar 
qədim Azərbaycan torpaqlarını mənimsəyir. Ancaq fakt fakt olaraq 
qalır, nəinki təkcə Dağlıq Qarabağ, Ağdam, Şuşa və sair rayonlar, 
hətta Ermənistanın indiki paytaxtı  İrəvan  şəhəri Azərbaycanın 
tarixi ayrılmaz tərkib hissəsi sayılır.  İrəvan  şəhəri Azərbaycanın 
tərkibindən ayrılana qədər müsəlman şəhəri olmuşdur. Bu şəhər bir 
çox müsəlman alimlərinin vətəni olmuşdur. Onlardan biri də Fazil 
İrəvanidir. “Fazil İrəvani” kimi tanınan Ayatollaxul-uzma Molla 
Məhəmməd ibn Məhəmməd Bağır 1782-ci ildə qədim İrəvan şəhə-
rində anadan olmuşdur. Doğma şəhərində ilk ibtidai dini təhsilini 
aldıqdan sonra o, dini biliklərini təkmilləşdirmək üçün İraqa yola 
düşüb.  Əvvəlcə o, Kərbəla  şəhərinə gedir, təhsilinin birinci mər-
hələsini alır. 4 il ərzində onun əsas müəllimi “Zavabitül-üsul” 
kitabının müəllifi Seyid İbrahim Müsəvi Qəzvini (təxminən 1846-
cı ildə  vəfat edib) olmuşdur. Bu müddət  ərzində Fazil İrəvani 
müsəlman hüququnun incəliklərini və üsullarını mənimsəmişdir. 
Sonradan F.İrəvani cəfəri təriqətinin elmi paytaxtı hesab edi-
lən Nəcəf şəhərinə köçür. Vaxtilə burada o böyük müctəhidlərin 
dərslərinə davam edir. Şeyx Həsən Kaşifül-Gita (1846-ci ildə 
vəfat edib), ”Cəvahirül-kəlam” kitabının müəllifi  Şeyx Məhəm-
mədhəsən İsfahani Nəcəfi (1850-ci ildə vəfat edib) və müctəhid-
lərin  şeyxi Murtuza Ənsari (1799-1864) kimi elm nəhəngləri 
F.İrəvaninin biliklərini lazımi istiqamətə yönəltmişlər və onun 
qabiliyyətli müctəhid olmasına köməklik etmişdilər. 
Tarixçilərin yazdığına görə, Fazil İrəvani təhsilinin son mər-
hələsində yalnız  Şeyx  Ənsarinin dərslərində  iştirak edir. Uzun-
müddətli təhsil və tədqiqatdan sonra o, öz müəllimləri Şeyx Mur-
tuza Ənsari və Şeyx Məhəmmədhəsən İsfahani Nəcəfinin razılığı 
ilə özünü hərtərəfli müctəhid kimi formalaşdırıb göstərə bilmiş-
dir. O, Nəcəf şəhərindəki elmi mərkəzdə dərs verməklə, müxtəlif 
elmi mövzularda mühazirələr oxumuşdur. Müsəlman hüququndan 


_________Milli Kitabxana_________ 
 
100
 
verdiyi dərslər məzmun və əhatəsinə görə çöx yüksək qiymətlən-
dirilmişdir.  
Fazil İrəvani həm də Qafqazın ilk Şeyxülislamlarından biridir. 
Ilk təhsilini molla məktəbində oxumuş, 20 yaşında Qahirənin “Əl-
Əzhər” universitetində ali dini təhsil almaq üçün göndərilmişdir. 
Təbrizin 1892-ci ildə  vəfat etmiş  şeyxülislamı Hacı Mirzə Mah-
mud onun yetişməsində xüsusi rol oynamışdır. Təhsilini başa vur-
duqdan sonra təxminən 25 il Qahirənin din xadimləri ilə çiyin-
çiyinə çalışan bu görkəmli ilahiyyatçı  İrana qayıtmış, Təbriz və 
İsfahan  şəhərlərinin məscidlərində axundluq etmişdir. XIX əsrdə 
yaşamış, islam dini sahəsində məşhur xadim olmuşdur. Dərin en-
siklopedik biliyə  və  bəlağətli nitq qabiliyyətinə malik olan Fazil 
İrəvani gənc nəslə islam dininin incəliklərini öyrətməklə yanaşı, 
yaradıcılıqla da ciddi məşğul olmuşdur. Onun qədim Şərq tarixinə, 
dini fəlsəfəyə, müsəlman dünyasının milli adət-ənənələrinə aid 
yazdığı qiymətli məqalələri təkcə  İranda deyil, digər Yaxın  Şərq 
ölkələrində də hörmət və ehtiramla qarşılanmış, müəllifinə böyük 
nüfuz qazandırmışdır. Doğma yurdunu özünə  əbədi məbədgah 
sayan, daim öz əzizlərinin xiffətini çəkən Fazil bir neçə ildən sonra 
öz ana yurduna qayıdır və  İrəvandakı Göy camenin baş axundu 
vəzifəsində fəaliyyətə başlayır [62]. Dini elmlərə, Şərq tarixinə və 
fəlsəfəsinə mükəmməl bələd olan Fazil İrəvani 1843-cü ildə müc-
təhid rütbəsi kimi yüksək elmi dərəcəyə layiq görülür və Qafqaz 
Müsəlmanları Şiə Ruhani İdarəsi sədrinin müavini vəzifəsinə irəli 
çəkilir. 1846-cı ildə isə Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsi-
nin sədri və şeyxülislamı seçilir. Qafqaz regionunda yeni dini mək-
təb və mədrəsələrin yaradılması, gənc nəslin bütün dinlərə hörmət 
və ehtiram tərbiyə edilməsi, milli mənsubiyyətindən və dini etiqa-
dından asılı olmayaraq Qafqazda yaşayan bütün millətləri vahid bir 
ailənin üzvləri kimi yaşayıb-yaratmağa, dostluq və qardaşlığa də-
vət etmək sahəsindəki uğurlu fəaliyyəti və xeyirxah əməllər carçısı 
kimi tanınması Rusiya və İran dövlətləri tərəfindən yüksək qiymət-
ləndirilir. Onun həmin dövlətlər tərəfindən orden və medallarla təl-
tif olunması da bu qiymətin bariz təzahürüdür. 


_________Milli Kitabxana_________ 
 
101
 
Axund Fazil İrəvani bir sıra qiymətli ədəbi, tarixi və dini əsər-
lərin də müəllifidir. Həmin  əsərlərin bəziləri müxtəlif dillərə  tər-
cümə olunaraq İrəvanda, Təbrizdə, Sankt-Peterburqda, Berlində, 
Parisdə nəşr edilib. Görkəmli alimin “Kitabi-Təharət” (“Paklıq ki-
tabı”) əsəri 1883-cü ildə Təbrizdə çap olunub. Kitab Molla Əhməd 
Kuzəkünanının tapşırığı ilə tacir Həsən Məhəmməd Mehdi Ku-
zəkünanı tərəfindən fars dilində çap edilmişdir. (Azərbaycan kitabı 
(bibloqrafiya). I cild 1780-1920-ci illər, Bakı,1963, səh.17.) 
Tədqiqatçıların fikrincə, onun “Tarixi-İrəvan” adlı əsəri də əl-
yazma şəklində olmuşdur. Təəssüf ki, həmin əlyazma tapılmamış, 
erməni şovinistləri tərəfindən məhv edilmiş, ya da başqa ad altında 
Ermənistanın arxivlərində saxlanılır. Fazil İrəvani gənc yaşlarında 
“Qızılgül və bülbül” adlı bir povest də yazıb,  əlyazması  şəklində 
saxlanılıb. 1812-ci ildə Sankt-Peterburqda eyni adda iki kitab çap 
olunmuşdur. Erməni dilində kitabın adı “Qızılgül və bülbül haq-
qında əxlaqi roman”, rus dilində nəşr olunan kitab isə “Qızılgül və 
bülbül haqqında alleqorik povest” adlanır. Müəllifi güya saray mü-
şaviri, İrəvanlı Xocens Markar Geqamyandır. 1826-cı ildə “Qızıl-
gül və bülbül” Parisdə Azərbaycan dilində çap olunub. Çox keçmə-
dən Vayya de Floribal adlı bir şəxs kitabı fransız dilinə çevirib və 
1832-1833-cü illərdə iki dəfə çap etdirib. Bir qədər sonra isə Jozef 
Fon Hammer əsəri alman dilinə çevirib. 1892-ci ildə “Qızılgül və 
bülbül” alman dilində çap olunaraq, İrəvani Xocens Markar Ge-
qamyanın “orijinal əsəri” kimi erməni, rus, fransız, alman oxucula-
rına təqdim edilmişdir. Fransız tədqiqatçısı Vayya de Floribal 
1892-ci ildə  məsələyə aydınlıq gətirərək bildirir ki, “Qızılgül və 
bülbül” türk müəllifi Fazil İrəvaninin əsəridir. Xocens Markar sa-
dəcə olaraq onu erməni və rus dillərinə tərcümə edəndən sonra “öz 
əsəri” kimi çap etdirmiş, dünya oxucularını çaşdırmışdır. Kitabın 
əsl müəllifi bəlli olduqdan sonra belə, ermənilər “Qızılgül və bül-
bül”ü 1950-ci ildə yenə də erməni [106-203] müəllifinin əsəri kimi 
Freznada (ABŞ) çap etdirmişlər”. Bunu görən Geqamyan plagiat-
lıq edərək əsəri öz adına çıxıb. Sonradan ermənilərin özləri tərəfin-
dən etiraf edilib ki, “Qızılgül və bülbül” povesti X.M.Geqamyanın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə