Azərbaycan miLLİ elmlər akademiyasi


АЗЕРБАЙДЖАНСКОЙ ПОЭЗИИ XVII ВЕКА



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə67/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   63   64   65   66   67   68   69   70   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

АЗЕРБАЙДЖАНСКОЙ ПОЭЗИИ XVII ВЕКА 
 
Резюме
 
 
В результате поисков в Институте Рукописей имени Мухаммеда Физули 
НАН Азербайджана, в разных библиотеках мира был обнаружен ряд сти-
хотворений азербайджанских поэтов XVII века, написанных в жанре текбейта. 
В этих стихах, состоящих всего из двух строк – одного бейта такие поэты как 
Саиб Табризи, Вахид Газвини, Маджзуб Табризи, Сефигулу бек Сефи, Мурта-
загулу Султан Шамлу, Тасир Тебризи блестяще выразили свои лирические 
чувства, общественно-философские мысли. 


171 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
Yaşar QASIMBƏYLİ 
Filologiya üzrə elmlər doktoru
Nizami adına Ədəbiyyat İnstitutu 
yashargasimov@mail.ru
 
 
ƏMƏKÇİ İNSANA VƏ DÖVR DƏYƏRLƏRİNƏ
YENİ ESTETİK BAXIŞ 
(altmışıncıların yaradıcılığı əsasında) 
 
Açar sözlər:
yeni ədəbi epoxa, sinfi-siyasi yasaqlar, yeni insan, yeni estetik 
dəyərlər, altmışıncılar 
Key words:
new literary epoch, classified political bans, new human, new 
esthetics values, sixtieths 
Ключевые слова:
новая литературная эпоха, классово-политические 
ограничения, новый человек, новые эстетические ценности, шестидесятники
60-cı illərin bədii mənzərəsini, xüsusən, həmin dövrdəki fərdi 
üslub və poetik üsulların qarşılıqlı əlaqəsini və bir-birinə təsirini bu 
gün də tam mənada təsəvvür etmək çətindir. Gənc şairlərin yaradı-
cılığında varislik və novatorluq dərəcəsini, poetik təmayül və tenden-
siyaların bir-biri ilə necə və hansı müstəvidə uzlaşmasını aydınlaş-
dırmaq da asan deyil. Yeni poetik epoxanın ən parlaq və məşhur im-
zaları arasında müştərək və fərqli cəhətlər xeyli idi. 
Bu gənc lirik qəhrəman 30-50-ci illər poeziyasının ictimai ov-
qatlı, siyasi dünyagörüşlü lirik qəhrəmanlarının davamçısı, varisi 
deyildi. Altmışıncıların yaradıcılığındakı bu yeni və özünəməxsus es-
tetik keyfiyyət 60-80-ci illərin və sonrakı dövrlərin ədəbi tənqidində 
müəyyən qədər araşdırılıb. Xüsusən, Bəkir Nəbiyev [1], Asif Əfən-
diyev [2], Yaşar Qarayev [3], Arif Abdullazadə [4], İsa Həbibbəyli 
[5], Vaqif Yusifli [6], Nizami Cəfərov [7], Şirindil Alışanlı [8], Əli-
zadə Əsgərli [9] və başqa tanınmış ədəbiyyatşünas alimlərin tədqiqat 
və elmi əsərlərində bu məsələlərə diqqət ayrılmışdır. Yeni lirik “mən” 
mövcud ictimai-siyasi yasaqları və sərhədləri qəbul etmədiyini, bütün 


172 
məhdudiyyət və bölünmələrin fövqündə dayandığını aydın və açıq 
səslə bəyan edirdi. O, “Tərcümeyi-halım” (1961) şeirində qəlbinin 
dərin səmimiyyəti ilə dünyaya öz evinin, ölkəsinin, Vətəninin yeni 
ünvanını bildirirdi: “Evim – avtobuslar, vaqonlar, təyyarələr. Kəndlər, 
şəhərlər, səyyarələr – dayanacağım. Milyon kilometrlərlə ömür yaşa-
mışam. Kim bilir, harada dayanacağam” [10, s. 31]. 
Yeni lirik qəhrəmanın dünyasını yeni meyarlar və anlayışlar 
səciyyələndirir. Onun evi statik bir məkan deyil, ünvanı isə adi və 
ənənəvi kənd, şəhər, ölkə bölgüsünə uyğun gəlmir. Onun ömrü hələ 
başlanğıcındadır, dayanacaqlar haqqında düşünmək belə istəmir. Bu 
yeni insan öz ömrünü də yeni ölçü vahidləri – milyon kilometrlərlə 
hesablayır. Yığcam və cəmi bir neçə misralıq şeirdə biz, həqiqətən, 
tamamilə təzə, heç kimə bənzəməyən bir poetik şəxsiyyətlə tanış ol-
duğumuza əminlik hasil edirik. Yeni qəhrəman dünyasının, həyat tər-
zinin bütün ölçü və meyarları zamanın aparıcı ictimai-siyasi yasaq-
larını, sinfi məhdudiyyətlərini kökündən inkar edirdi. 
Bu nöqteyi-nəzərdən şairin “Fəhləyəm” (1964), “Usta ev tikir” 
(1963), “Eyniyik” (1961), “Söhbət” (1962), “Mənim fəhlə dostlarım” 
(1963) və s. şeirlərində dövrün ədəbi siyasətinə uyğun gəlməyən bədii 
təhlil və qərarlar diqqəti cəlb edir. Yuxarıdakı poetik nümunələrdə 
sovet poeziyasından miras qalmış monumental və mücərrəd fəhlə 
obrazının poetik demontaj edilməsi, başqa sözlə, bədii praktikada 
yenidən qurulması və formalaşdırılması prosesini müşahidə edirik. Bu 
şeirlərin heç birində ictimai-siyasi mənşəyin və sinfi mənsubiyyətin 
ideallaşdırılması qətiyyən nəzərə çarpmır. Əksinə, sinfi və siyasi 
bölgünün əhəmiyyətsizliyi, insanların müxtəlif mənsubiyyətlərindən 
asılı olmayaraq mahiyyətən birliyi və eyniliyi vurğulanırdı. “Eyniyik” 
şeirində biz məsələyə məhz bu cür yanaşmanın şahidi oluruq. Bir neçə 
misralıq şeirdə müəllif cəmiyyətin ən mürəkkəb və siyasi cəhətdən 
həssas probleminə aydınlıq gətirir: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə