Резюме
В статье на основе многих фактов и образцов анализирован путь
развития жанра исторической поэмы в творчестве народного поэта Самеда
Вургуна. Среди приведённых эпических образцов, как предмет особой оценки
в научно-теоретическом аспекте жанра и структуры исторической поэмы,
выделяется эпопея «Азербайджан» (историческая поэма, 1934-1935), в этом
направлении рассмотрены присущие характерные особенности жанра и
структуры исторической поэмы с историко-сопоставительной точки зрения.
221
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
“ƏDƏBİYYAT MƏCMUƏSİ”
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN
ELMİ ƏSƏRLƏRİ
2017, № 1
Gülnarə MƏMMƏDOVA
Nizami adına Ədəbiyyat İnstitutu
ÇAĞDAŞ AZƏRBAYCAN ŞEİRİNİN VƏZN SİSTEMİ
Açar sözlər:
çağdaş şeir, vəzn sistemi, daxili bölgü, poetik dil
Key words:
modern poetry, rhythm system, internal division, poetic
language
Ключевые слова:
современный стих, ритмическая система, внутреннее
членение, поэтический язык
Məlumdur ki, şeir sənəti bir dil hadisəsi olmaqla yanaşı, həm də
bir vəzn və qafiyə sisteminə malikdir; insanın ən mübhəm, kövrək,
subyektiv, sevincli, kədərli, təlatümləri özünəməxsus formada, vəzn
və qafiyə sistemində öz əksini tapır. Bu cəhətdən poeziya danışıq nitqi
ilə musiqi arasında, müəyyən mənada yaxın bir mövqedə durur. Yəni
musiqi kimi şeir sənəti də emosiyalardan, həyəcanlardan, təlatüm-
lərdən, hisslərdən doğulur. Poetik düşüncə isə ürək çırpıntıları, hiss-
həyəcan üzərində kökləndiyindən şeirin daxili ahəngi, bölgüləri,
təqtiləri və s. həmin ritm üzərində qurulur və səslənir. Başqa sözlə,
hiss-həyəcanın məzmunu şeirin daxili bölgüsündə və ritmində üzə
çıxır. Buradan isə poeziyada forma və məzmun vəhdəti yaranır. For-
ma, məzmun, bədii dilin vəhdəti problemi şeir sənətinin ən qədim za-
manlarından tədqiqat obyekti olmuşdur. Aristotel özünün "Poetika"
kitabında bədii dilin gözəlliyi ilə poetik dilin vəhdətini əsas tut-
muşdur: "Lakin bəzi sənətlər vardır ki, bütün deyilənlərin (şeyləri
təcəssüm etdirmək, təqlid və s. –
G.M.
) hamısından, yəni ritmdən də,
vəzndən də, melodiyadan da istifadə edir; məsələn, difirambik poezi-
ya..." [1, s. 43].
Fransız nəzəriyyəçisi Bualo "Poeziya sənəti" adlı məşhur əsə-
rində də şeirin vəznə, ritm səliqəsinə, ahəng səlisliyinə diqqət çəkərək
yazırdı: "...şeirdə ahəngə diqqət yetir, vəzni pozma; misranı iki yerə
bölməli olsan, elə et ki, sözlər arasındakı fasilə mənaya xələl gətir-
222
məsin, onu daha aydın nəzərə çatdırsın. Xüsusilə səy et və çalış ki,
sözlərdəki saitlər dalbadal gəlib qarışmasın, ahəngi pozmasın" [2,
s.30]. Poeziyada fikrin gözəlliyi ilə dilin gözəlliyi arasındakı vəhdəti,
əlaqəni əsas şərtlərdən biri hesab edən Bualo, hər bir şairin bədii dilə
hakim olması prinsipinə də diqqət yetirməyi lazım bilirdi. Ümumiy-
yətlə, şeir dilinin strukturu, semantikası sonrakı dövrlərdə də nəzəriy-
yəçiləri bu və ya digər dərəcədə fikir bildirmişlər. Azərbaycan poezi-
yası ilə bağlı müxtəlif dövrlərdə, mərhələlərdə məqalələrdə, elmi
əsərlərdə şeirin bir sıra vacib komponentləri haqqında nəzəri fikir
bildirmişlər. Əlbəttə, canlı danışıq dilində olduğu kimi poetik dil də
dilin fonetikasına, morfologiyasına, eləcə də sintaksis və qrammatik
quruluşuna əsaslanır. Bu fikri təsdiq edən akademik Ağamusa Axun-
dov da dilin fonetik quruluşu ilə vəzn arasında möhkəm qarşılıqlı əla-
qənin olduğunu irəli sürərək yazır: "Şeirimizdə tonik vəzndən heç vaxt
istifadə olunmaması isə yenə də dilimizin fonetik quruluşu ilə bağlıdır.
Dilimiz üçün səciyyəvi olan sabit fonetik vurğu vurğulu və vurğusuz
hecaların növbələnməsinə əsaslanan şeir dilinə yol tapmasına imkan
verməmişdir" [3, s. 15].
Çağdaş Azərbaycan şeirindən danışarkən daha çox iki vəzn
üzərində dayanmaq lazım gəlir; heca və sərbəst. Əruz vəznindən çağ-
daş şeirdə nadir hallarda istifadə edilməsinə baxmayaraq, bu vəzn də
hələ ki, öz varlığını qoruyub saxlaya bilir. Həm də ona görə ki, klassik
vəznin hələ də öz varlığını qoruyub saxladığını və yeni mərhələdə
qazandığı xüsusiyyətləri göstərmək üçün gərəklidir. Baba Pünhanın,
İlqar Əlfinin şeirlərində bu vəzndən tez-tez istifadə edilir. Lakin indiki
məqamda vəznlər arasında Çin səddi çəkmək, bir-birinə qarşı qoymaq
meyli yavaş-yavaş aradan çıxmağa doğru gedir. Əgər 60-cı illərdə
poeziyamızda iki aparıcı vəzn heca və sərbəst arasında müəyyən rə-
qabət gedirdisə, bu gün vəznləri bir-birinə yaxınlaşdırmaq və barış-
dırmaq istiqamətində işlər görülür. Maraqlıdır ki, bu işləri nəzəriy-
yəçilər, ədəbiyyatşünaslar deyil, məhz şairlərin özü görür. A.Abdul-
lazadə, R.Rövşən, M.İsmayıl, R.Behrudi, R.Faxralı şeirlərinin vəznin-
də qarışıq vəzndən istifadə meyilləri aydın görünür. Bəzən bu qarı-
şıqlıq bir şeirin daxilində baş verir, bəzən isə şair hər şeirini ayrı-ayrı
vəzndə yazır. Hər iki halda vəzn şeirin ritmi və ahənginə uyğun olaraq
işlənilir. Çünki şeir vəznləri hər şeydən əvvəl milli dilin xüsusiyyətləri
ilə əlaqədardır və ona görə yaranır, formalaşır. XX əsrin 20-ci illə-
rində həyata yeni vəsiqə alan sərbəst şeir məhz dilimizin təbiətinə
uyğun olduğu üçün öz varlığını qoruyub saxlaya bildi.
Müasir poetik mətnin vəzn formalarında isə ölçü və bölgünün
223
gözlənilməsi əsas şərtlərdən biridir. Çağdaş şeirdə çoxhecalı mətn-
lərdən istifadə yolları müxtəlif və zəngindir. Burada demək olar ki,
müxtəlif ölçülü və hecalı şeir sistemlərindən geniş istifadə edilir.
Lakin 50-60-cı illər poeziyası ilə müqayisə aparmalı olsaq, daha çox
yeddihecalı, səkkizhecalı və on bir hecalıların poetik mətndə üstünlük
təşkil etməsinin şahidi olarıq. Halbuki vaxtilə S.Vurğun və S.Rüstəm
şeirində 12, 13, 14, 15 hecalı şeirlərə tez-tez rast gəlmək mümkün
olurdu. Çağdaş Azərbaycan şeirində isə kiçik ölçülü (üçlüklər, dörd-
lüklər, beşliklər, altılıqlar, yeddiliklər, səkkizliklər və s.) şeirlərə də
sıx şəkildə rast gəlinir. Bunun səbəbini fikrimizcə, mövzuda və təsvir
obyektində, eləcə də təsvir yollarında axtarmaq olar. Akademik
A.Axundovun fikrincə: "Hazırda şeirimizin təcrübəsində üçhecalıdan
onaltıhecalıya qədər şeirlər vardır. Çoxhecalı ölçülərdə adətən təntə-
nəlik, azhecalılarda isə oynaqlıq avazı və poetik melodiyası ifadə
olunmuşdur. Bəzi hallarda birincilərdə təhkiyəvilik intonasiyası da öz
ifadəsini tapmışdır" [3, s. 16-17]. A.Axundovun fikrində böyük həqi-
qət vardır; bu həqiqət XX əsrin birinci yarısı üçün daha xarakterikdir.
Lakin bugünkü poeziyada təntənəlik və pafos artıq, demək olar ki, öz
ömrünü başa vurmuşdur. Ona görə də çağdaş Azərbaycan poeziya-
sında azhecalı şeirlər çoxluq təşkil edir. Çoxhecalı şeirləri isə ən çox
yaradıcılığına 50-60-cı illərdə başlayan şairlərin, xüsusən də Xəlil
Rzanın yaradıcılığında rast gəlmək olur. Kiçikhecalı-dördhecalı və
beşhecalı, altıhecalı və yeddihecalı şeirlər gənclərin, xüsusən də Se-
vinc Çılğın, Qəşəm Nəcəfzadə, Murad Köhnəqala, Əlihüseyn Şükürlü
və başqalarının yaradıcılığında yeni mahiyyət qazanır. Bu da onu gös-
tərir ki, zaman dəyişdikcə şeirin forma və strukturunda, semanti-
kasında, eləcə də vəzn, qafiyə sistemində müəyyən dəyişiklik baş ver-
məkdədir. Lakin bir məsələ var ki, onların yazdığı şeirlərdə bu ölçülər
axıradək qorunub saxlanmamışdır. Yəni tutaq ki, strukturu altılıqla qu-
rulan şeirin bir neçə misrası bir aşağı [5], bir yuxarı [6] da ola bilər.
Bununla şairlər fikrin formaya qurban verilməsinin qarşısını almış
olurlar. Müxtəlif ölçülü misralar daha çox ölçülü sərbəst şeir nümu-
nələrində rast gəlinir. Ə.Şükürlünün şeirlərinin misralarını çox zaman
müxtəlif ölçülü sözlər təşkil edir. Bu yazın onsuz keçməsini şair
poetik şəkildə aşağıdakı ölçüdə çatdırır:
Dostları ilə paylaş: |