Azərbaycan miLLİ elmlər akademiyasi


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə9/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   5   6   7   8   9   10   11   12   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
 
Almaz ÜLVİ (BİNNƏTOVA)
 
Filologiya üzrə elmlər doktoru
Nizami adına Ədəbiyyat İnstitutu 
almazulvi1960@mail.ru
 
TƏZKİRƏLƏR İŞIĞINDA VƏ YA 
İLK TƏZKİRƏÇİLƏR HAQQINDA QEYDLƏR 
(Buxaralı Məhəmməd Ovfi, Əbu Mənsur əs-Saolibi, 
Şeyx Əhməd ibn Xudayət Tərazi və Dövlətşah Səmərqəndi) 
 
Açar sözlər: 
təzkirəçilik tarixi, “Lübab ül-əlbab”, “Yatimat ad-dahr”, “Fünun ül-
bəlağə”, Nizami Aruzi Səmərqəndi, “Təzkirət üş-şüəra” 
Key words: 
history of memori, “Lubab ul-albab”, “Yatimat ad-dahr”, “Fünun ul-
Balagha”, Nizami Aruzi Samargandi, “Tezkiret ush-shuara” 
Ключевые слова: 
история тазкира, «Лубоб уль-албaб», «Ятимат ад-Дара», 
«Фунун уль-Балага», Низами Арузи Самарканди, «
Тазкират аш-шуара
» 
Təzkirə – xatırlama, zikr etmə, yada salma mənasını verir. Hətta 
müqəddəs “Qurani-Kərim”in 55 adının olduğunu yazan islam alimi onun 
adlarından birini “8. Təzkirə”. (xatırlama) Haqqə surəsi 48-ci ayə” [1, 
s.203] – deyə qeyd edir. 
Əsrlər boyunca təzkirə ədəbi janr kimi tarixi inkişaf yolu keçərək 
təkmilləşmiş, bu sahədə mükəmməl əsərlər ortaya qoyulmuşdur. Təzki-
rələrin mövzusu, məzmunu görkəmli insanların, xüsusən şair, yazıçı, 
alim, övliya, elm-hikmət sahiblərinin, rəssamların, nəqqaşların, xəttat-
ların, bir sözlə, yaradıcı şəxsiyyətlərin həyat və yaradıcılığı haqqında 
məlumat-qeydlərdən, bir çox hallarda əsərlərindən nümunələr (beyt və 
misralar kimi) verilib. 
Məlumdur ki, lap qədimlərdən bu məsələlər ədəbiyyat tarixlərində, 
tarix kitablarında öz əksini tapardı, lakin sonra təkmilləşərək təzkirə adı 
ilə yazılmağa başladı. 
Bu sahədə hansı əsərin ilk olduğunu söyləmək çox çətindir. Çünki 
aparılan araşdırmaları dərindən tədqiq etdikcə, yeni-yeni ünvanlarla rast-


31 
laşırıq. Bu yazı üzərində işlərkən ilk təzkirə nümunəsi kimi Buxaralı 
Məhəmməd Ovfinin “Lübab ül-əlbab” (1222) əsərini [2] qeydə aldıq, 
hətta müəllif və əsər barədə qısa qeydlər edib, onunla başlamaq fikrində 
olduq. Lakin sonralar ondan da on illərlə, əsrlər öncə yazılmış əsərlərin 
adlarına rast gəldik. Məsələn, Əbu Mənsur əs-Saolibinin “Yatimat ad-
dahr” (961-1038) adlı ərəb dilində yazılmış əsərinin ilk təzkirə nümunəsi 
olduğunu öyrəndik [3, s. 9]. Tam adı “Yatimat ad-dahr fi maxosin ahl al-
asr” (“Əsr əhlinin fazilləri haqqında zəmanəsinin inciləri”) adlı bu 
təzkirənin Qahirə nəşri 1801 səhifədən ibarətdir. Təzkirə dörd fəsildən 
ibarətdir. Əsərin axırıncı fəsli Orta Asiyanın məşhur 124 ədibindən bəhs 
edilir ki, bunlardan da 48 nəfəri Buxara ziyalılarıdır. 
Daha sonra, Nizami Aruzi Səmərqəndinin (əsl adı: Əhməd İbn 
Ömər, 1110-1161) “Çahar məqalə” (“Dörd mühakimə”, 1156-57-
ci illərdə yazılıb) əsəri (təzkirəsi) [4] fars ədəbiyyatının qiymətli nüsxələ-
rindəndir. Əsərdə Şah üçün gərəkli olan katib (kargüzarlıq), şair, mü-
nəccim və həkim (təbib) kimi dörd məmurun məsləkindən bəhs edilir. 
Katib, şair, münəccim və təbib – bir şahlıq üçün gərəkli olan adamlardır. 
Onların saray sultanı yanında olması çox zəruridir. Səltənətin nizamı 
katiblə, adın ölümsüzlüyü şairlə, işlərin nizamı münəccimlə, bədənin 
sağlamlığı təbiblədir. Bu dörd qiymətli sahə hikmət elminin səhifələ-
rindəndir. Əsl adı “Məcmə ün-nəvadır” olan bu əsərdə dörd məslək 
sahəsinə aid 43 şəxs haqqında hekayət yazılıb, hər sahə ayrı-ayrı bölmədə 
təqdim edildiyindən, yəni dörd bölmədən ibarət olduğu üçün “Çahar 
məqalə” (“Dörd mühakimə”) adı ilə tanınmışdır. 
Təzkirəçilik tarixi haqqında mükəmməl monoqrafiyalar yazılıb: 
istər Türkiyə, istərsə də Azərbaycan alimlərinin araşdırmalarında kifayət 
qədər zəngin faktlar fikrimizi dərinləşdirdi. 
Hüseyin Ayan, K.Yavuz, E.Camalnaz, R.Toparlı, G.Ayan, Əli 
Yavuz Akpınarın birgə müəllifliyi ilə hazırlanan “Ali Şir Nevayi. 
Mecalisün-nefayis” [5], Kemal Eraslanın “Ali Şer Nevayi. Mecalisün 
nefayis” [6], Mustafa İsenin “Təzkirədən bioqrafiyaya (və təzkirəçiliyə 
dair bir çox əsərləri)” [7], Məhəmmədəli Tərbiyətin “Danişməndani-
Azərbaycan” təzkirəsi [8], K.Nəhmətovanın “Məhəmmədəli Tərbiyətin 
“Danişməndani-Azərbaycan” [9],Vüsalə Musalının “XV
-
XVII əsrlər türk 
təzkirələrinin strukturu və spesifikası (əlyazma qaynaqları əsasında)” [10] 
monoqrafiyaları faktlar zənginliyi baxımından çox təqdirəlayiqdir. 
Məlumdur ki, təzkirəçilik ilk olaraq ərəb ədəbi həyatında meydana 
gəlmişdir. Əslində, bu günümüzə yetən yazılı mənbələrin hamısı İslam-
dan sonrakı tarixə aiddir. Sonralar təzkirələr fars dilində, daha sonra fars 


32 
dilində yazılmış Azərbaycan təzkirəsi, ondan da sonra Osmanlı Türkiyə-
sində və Azərbaycanda yazılaraq yayılmış və ənənəyə çevrilmişdir.
Şairlər haqqında türkcə yazılmış ilk təzkirə – Əlişir Nəvainin 
“Məcalis ün-nəfais” təzkirəsi [11] üzərində tədqiqat apararkən təzkirə-
çilik tarixi, xüsusən janrın ilk örnəkləri haqqında bir qədər müfəssəl bəhs 
etmək istədik. Beləliklə, Ə.Nəvai təzkirəsinə təsiri olan əsərləri – Bu-
xaralı Məhəmməd Ovfinin, Şeyx Əhməd ibn Xudayət Tərazinin və 
Dövlətşah Səmərqəndinin təzkirə yaradıcılığından bəzi qeydləri nəzərdən 
keçirməmişdən əvvəl, təzkirəçilik tarixinə müxtəlif tədqiqatlar konteks-
tində diqqət yetirdik. 
Birinci, Ə.Nəvainin təzkirəsinə qədər olan əsərlər.
İkinci, Ə.Nəvai təzkirəsinin təsiri ilə yazılan əsərlər. 
Dövlətşah Səmərqəndinin “Təzkirət üş-şüəra” [12], Əlişir Nəvainin 
“Məcalis ün-nəfais” və “Nəsaim ül-məhəbbət” [13] əsərləri bu dövrdə 
yaradılan təzkirələrin ən görkəmli, ən mükəmməli hesab edilir. Əbdur-
rəhman Caminin “Nəfasət ül-üns” [14] və “Baharıstan” [15] əsərləri də 
təzkirəçiliyin inkişafında mühüm əhəmiyyətə malikdir.
 
Əlişir Nəvainin dühası və onun təkrarolunmaz bədii, elmi yaradı-
cılığı XVI-XIX əsrlərdə yaşayıb-yaradan şairlər, tarixçilər və ədəbiyyat-
sevərlərin daimi diqqət mərkəzində olmuşdur. 
Bütün bunların bəziləri haqqında bir çox elmi mənbələrdə, xüsusən 
türkiyəli məşhur alim Kemal Eraslan “Alişir Nevayi. Mecalisün-nefayis” 
əsərinin I kitabında [6] – giriş və mətn hissəsində “Təzkirə və təzkirə-
çilik” tarixini zəngin ədəbi-tədqiqi faktlarla tanış edir. 
Həmin kitabdan bu siyahını [6, s. 13-18] nəzərinizə çatdırmağı 
məqsədəuyğun hesab etdik:
a) 
İran təzkirələri
– Abdulhəmid Xalxali – “Təzkireyi-şüəra 
müasiri İran”; Nemətullah Zəkayi Bəyzali – “Təzkireyi-Xani nemət”; 
Mahmudu Hidayət “Gülzari Cavidan”; Əziz Dövlətabadi – “Suhanveran-
i Azərbaycan”; Həmidi Dihim – “Təzkireyi şüəra Azərbaycan”; Abdur-
rəfi Həqiqət – “Fərhəngi şairan-i zəbani Parsi”; Seyid Məhəmməd Bakiri 
Burka – “Subhanveran-i nami müasiri İran” 
Bunların içərisində “Məcmə ül-xəvas”, “Gülşən üş-şüəra”, “Atəş-
kədə”, “Təzkireyi-Nəvvab”, “Riyaz ül-aşiqin” yalnız Azərbaycan şair-
lərindən bəhs edən ilk təzkirələrdir. Günümüzdə də yüksək inkişaf xətti 
ilə yayılan təzkirəçilik ənənəsi antologiya, biblioqrafiya, biobiblioqrafiya 
adlanaraq davam edir. Müasir tariximizdə tanınmış alim Teymur Əhmə-
dovun bir neçə dəfə təkmilləşdirərək nəşr etdirdiyi “Azərbaycan yazı-
çıları” [16], Anarın “1500 ilin Oğuz şeiri” [17], “Min ilin 100 şairi” [18], 


33 
“Azərbaycanın aşıq və şair qadınları” (tərtib edəni: Əzizə Cəfərzadə, [19] 
antologiyaları təzkirə xarakterli əsərlər sırasındadır.

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə