Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə5/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   2   3   4   5   6   7   8   9   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

 
Mən cahan mülkündə mütləq doğru halət görmədim
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.
Aşinalar ixtilafında sədaqət görmədim, 
Biətü-iqrarü-immanü-dəyanət görmədim, 
Bivəfadan lacərəm təhsili-hacət görmədim. 
…Kizbi-böhtandan savayı bir hekayət görmədim, 
…Bulmadım bir dost ki, ondan bir ədavət görmədim, 
…Hiç kəsdə haqqa layiq bir ibadət görmədim, 
…Qədrü-qiymət istəyib, qeyri əz xəsarət görmədim, 
…İşlənən işlərdə əhkamü-ləyaqət görmədim. 
 
Vaqifa, ya rəbbəna, öz lütfünü eylə pənah, 
Səndən özgə kimsədə lütfü-inayət görmədim [4, s. 244]. 
Zəngin və bənzərsiz yaradıcılığı, məşhur «Görmədim» müxəm-
məsi və “lütfü-kəramət” səyləri Vaqifi ucaldaraq Molla Pənah dərga-
hına çatdırmışdır. 
Molla Pənah Vaqifin zəngin yaradıcılığı Mirzə Fətəli Axundza-
dənin «Təmsilat»ına, Cəlil Məmmədquluzadənin «Danabaş kəndinin 
əhvalatları»na, Mirzə Ələkbər Sabirin “Hophopnamə”sinə, Səməd 
Vurğunun lirikasına gətirən məsuliyyətli yolun böyük başlanğıcıdır. 
Azərbaycan milli-mənəvi varlığını, «ellər yaraşığı, ölkə gözəli»ni, Kür 
qırağı obasını, “Qış günü qışlağı Qıraqbasanı” ədəbiyyatın əsas möv-
zusuna çevirmiş Molla Pənah Vaqifin yaradıcılığı azərbaycançılıq tə-
fəkkürünün ən mühüm qaynaqlarından, mənbələrindən biridir.
Azərbaycan ədəbiyyatında realizm Molla Pənah Vaqifin yaradı-
cılığı ilə başlanır. Vaqifin şeirləri Azərbaycan realizminin ibtidasıdır. 
Şair orijinal əsərləri ilə ölkə həyatının real ədəbiyyatını yaratmağa nail 
olmuşdur. Bu mənada Molla Pənah Vaqif klassik ədəbiyyata inkarçı 
mövqedən yanaşmayaraq, xalq-aşıq şeiri üslubunu real həyatın ifa-
dəsinə istiqamətləndirməklə, yeni tipli ədəbiyyatın əsasını qoymuşdur. 
Azərbaycan ədəbiyyatı Məhəmməd Füzulidən Mirzə Fətəli Axund-
zadəyə və Cəlil Məmmədquluzadəyə çatmaq üçün Molla Pənah Vaqif 
körpüsündən keçərək gəlmişdir. Milli ədəbiyyat klassik lirika ənənə-
sindən realist ədəbiyyata doğru inkişaf etmək üçün Vaqif keçidindən 
adlamalı olmuşdur. Molla Pənah Vaqifin əsərləri Azərbaycan realiz-
minin başlanğıc mərhələsinin əsas xüsusiyyətlərini özündə əks etdirir. 
Molla Pənah Vaqifin yaradıcılığı Azərbaycan realist ədəbiyyatının 
möhkəm təməlinə çevrilən, bünövrəsini təşkil edən milli ədəbiyyatın 


12 
böyük nümunəsidir. Böyük sənətkarın adı ilə bağlı olan realizmin 
mahiyyətini görkəmli ədəbiyyatşünas Yaşar Qarayev doğru olaraq 
elmi şəkildə aşağıdakı kimi ifadə etmişdir: «Ədəbiyyatımızın tarixi 
inkişaf yoluna nəzər salarkən Azərbaycan realizminin beşiyi başında 
hamıdan əvvəl… Vaqifin silueti görünür… Yazılı və şifahi xalq poezi-
yası arasındakı ənənəvi səddi dağıtmaq, … milli, dünyəvi, nikbin bir 
şeirin tam qələbəsini təmin etmək mənasında Vaqifin tarixi-ədəbi xid-
məti misilsizdir. Vaqif şeiri bu mənada Zakirlə birlikdə Axundov 
realizminin həndəvərini, astanasını təşkil edir… Odur ki, biz Vaqif 
poeziyasını realizmə hazırlıq dövrü kimi «predrealizm», «erkən realizm», 
«ilkin realizm» kimi saxlamağı mümkün hesab edirik…» [5, s. 45-46]. 
Molla Pənah Vaqif Məhəmməd Füzulidən sonrakı və Mirzə Fə-
təli Axundovdan əvvəlki dövr Azərbaycan realizminin yaradıcısıdır. 
Molla Pənah Vaqifin adı həm də Azərbaycanın tarixi taleyində 
özünəməxsus yeri olan ictimai-siyasi xadimlərdən biri kimi çəkilir. O, 
Azərbaycanın xanlıqlar dövrünün tanınmış dövlət xadimlərindən biri 
kimi ölkə əhəmiyyətli məsələlərin həllində, xüsusən xarici əlaqələrin 
genişlənməsində və zəhmətkeş xalqla saray arasında münasibətlərin 
tənzimlənməsində mühüm rol oynamışdır. Qarabağ xanlığının siyasi 
tarixində Molla Pənah Vaqifin böyük xidmətləri olmuşdur. Dövlət 
işlərində də Vaqif elmi-helmi və uzaqgörənliyi və xalqa yaxınlığı ilə 
Molla Pənah Vaqif ola bilmişdir. Vaqif – Azərbaycan ədəbiyyatı tari-
xindəki həm də hakimiyyətdə olmuş Qazi Bürhanəddin, Cahanşah 
Həqiqi, Şah İsmayıl Xətai, Şah Qasım Ənvar və başqa şah-hökmdar 
ənənəsinin yeni şəraitdəki davamı olub, dövlət işinə də, ədəbiyyat 
amalına da yüksək dərəcədə xidmət etməyin nümunəsini göstərmişdir. 
Qarabağ xanlığının baş vəziri kimi Vaqifin siyasi fəaliyyətindən Qacar 
şahın hücumlarından Şuşanın qorunması, Rusiya ilə diplomatik əla-
qələrin genişləndirilməsi, xalq ilə münasibətlərin tənzimlənməsi ilə 
əlaqədar hadisələr tarixdə iz salmışdır. Şair olaraq isə Molla Pənah 
Vaqif Azərbaycan ədəbiyyatı tarixində yeni tarixi mərhələ, xüsusi 
ədəbi məktəb, təzə istiqamət yaratmış sənətkar olaraq əbədiyyət qa-
zanmışdır. 
Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında heca vəznli şeir 
məktəbi yaratmışdır. Böyük sənətkarın adı ilə bağlı olan şeir-sənət 
ənənələri yaşamış, ədəbiyyatımızın sonrakı inkişaf mərhələlərində ya-
radıcılıqla davam etdirilmişdir. Azərbaycan ədəbiyyatında heca vəznli 
xalq şeiri üslubunun möhkəmlənib aparıcı mövqe tutmasında Molla 
Pənah Vaqifin mühüm rolu olmuşdur. Onun adı və sənəti həmişə uca 
tutulmuş, yüksək ehtiramla yad olunmuşdur. Xalq şairi Səməd Vurğu-


13 
nun məşhur “Vaqif” tarixi dramı (1938) və Yusif Vəzir Çəmənzəmin-
linin “İki od arasında” (1937) romanı qüdrətli sənətkara bəslənilən 
ümumxalq ehtiramına Azərbaycan ədəbiyyatında ucaldılmış möhtə-
şəm abidələrdir. Bəstəkar Ramiz Mustafayevin “Vaqif” operası (1960) 
böyük söz ustadının həyat və sənət ideallarını xalqımıza çatdırmağa 
uğurla xidmət edir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1982-ci 
ildə Azərbaycanın qədim Şuşa şəhərində Molla Pənah Vaqifə ucaltdığı 
böyük məqbərə bu ölməz sənətkarın ədəbiyyatımızın inkişafı sahə-
sindəki xidmətlərinə və ictimai-siyasi fəaliyyətinə dövlət səviyyəsində 
verilmiş yüksək qiymətin parlaq ifadəsidir. Ermənistan silahlı birləş-
mələrinin Dağlıq Qarabağı işğal edərkən Vaqifin məqbərəsini dağıt-
ması bu təcavüzkar ölkənin mədəniyyətdən uzaq olan mənəviyyatsız 
simasını əks etdirir. Görkəmli Azərbaycan şairi və ictimai xadimi 
Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinin doğma 
ölkəsi ilə birlikdə YUNESKO və TÜRKSOY miqyasında beynəlxalq 
səviyyədə qeyd olunması böyük ümummilli və bəşəri ideallara xidmət 
edən böyük sənətin təntənəsidir. Azərbaycan Respublikasının Prezi-
denti İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 
300 illik yubileyinin keçirilməsi haqqında”kı 12 yanvar 2017-ci il 
tarixli Sərəncamı müstəqil dövlətimizdə sənətə və sənətkara bəslənilən 
əbədi ehtiramın parlaq və əməli nümunəsidir. Dövlət sərəncamında öz 
əksini tapmış aşağıdakı sözlər Molla Pənah Vaqifin ölməz sənətinin 
yüksək qiymətini ifadə etməklə bərabər, qarşıda duran mühüm vəzifə-
ləri də nəzərə çarpdırır: “Molla Pənah Vaqif öz ənənələri ilə seçilən 
ədəbi məktəb yaratmış ölməz sənətkardır... Azərbaycan şeiri Vaqifin 
sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun 
klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil 
edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə 
xidmət göstərir.
...Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən 
araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini 
gözləyən mühüm məsələlərdəndir.” 
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin yubileyi Azərbay-
can xalqının ölməz ədəbi-tarixi ənənələrinə dönməz sədaqətinin və 
ümummilli iftixar hissinin daha bir əməli təzahürüdür. Bu, həm də 
Vaqifin simasında xalqı və Vətəni ilə daim bir olan, ümummilli ideal-
lara sədaqətlə xidmət edən sənətkarların hər zaman Molla Pənah sə-
viyyəsində qiymətləndirilməsinin əyani sübutudur. 


14 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə