Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə60/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   56   57   58   59   60   61   62   63   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Ölk
ə  daxilində  dil  quruculuğu  məsələləri  daha  ciddi  xarakter  daşımalıdır. 
Bura ölk
ədə təlimin ilk pilləsindən, yəni məktəbəqədər səviyyədən ali məktəb sə-
viyy
əsinə qədər dilin öyrədilməsini təmin edən ciddi iyerarxiya sisteminin yara-
dılması daxil ola bilər. Bu zaman hər bir pillə üçün dilin saflığının saxlanılmasına 
yön
əlmiş ciddi tələblər işlənib hazırlanmalıdır. Ölkə daxilində Azərbaycan dilini 
qo
rumağa ehtiyac varmı? Əgər varsa, onda sual doğur: Dili kimdən qoruyaq? Hə-
min dild
ə danışanlardanmı? Belə çıxır ki, dilimizi özümüzdən qorumalıyıq. Mə-
lum h
əqiqətdir ki, dil bizim özümüzü əks etdirir. Başqa sözlə, biz necə varıqsa, sə-
viyy
əmiz necədirsə, dilimiz də onu göstərir. Əgər dildə bizi qane etməyən nəyinsə 
baş verməsi bizi narahat edirsə, onda dillə yox, özümüzlə bağlı baş verən proses-
l
ərlə məşğul olmaq lazımdır. Ona görə də, dilimizi qorumağa yox, öz səviyyəmizi 
qal
dırmağa  çalışmalıyıq.  Sözün  geniş  mənasında  savadsızlıqdan,  biliksizlikdən 
qur
tulmalıyıq. Məhz savadsızlıq ümumi mədəni səviyyəni aşağı düşürür. Təsadüfi 
deyildir ki, “Az
ərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun 
istifad
əsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azər-
bay
can Respublikası Prezidentinin Sərəncamında mətbuat orqanlarında, radio və 
te
leviziya kanallarında ədəbi dil normalarının, reklamlar və afişalarda Azərbaycan 
dilinin leksik v
ə qrammatik qaydalarının pozulması kimi halların “təkcə dil mədə-
niyy
ətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə” çevril-
m
əsi olaraq səciyyələndirilmişdir. 
Dil m
ədəniyyətinin KİV-də, xüsusilə televiziyada, qəzet mətbuatında aşağı 
düşməsinin müxtəlif səbəbləri  vardır.  Bu  səbəblər üzündən son vaxtlarda Azər-
baycan dilinin jarqon ifad
ə  və  əcnəbi  alınmalarla  zibillənməsi barədə  danışılır. 
KİV-in, xüsusilə müstəqil qəzetlərin dilinin ümumi etik məsələləri (kobudluq, ba-
ya
ğılıq, həbsxana-dustaq jarqonu və s.) barədə daim müzakirələr gedir. 
B
əzi nümunələrə diqqət yetirək: Bakida 30 kriminal avtoritet həbs olundu, 
(http://www.azpolitika); “Zon”dakı “razborka”lar... (http://azadliq.info); Son həf-
t
ələrdə də “Kurtlar vadisi”ni hərləyirdilər (http://azadliq.info), Tele kanalizasiya-
lar virus m
ənbəyi kimi (
(
http://qubalilar.biz/mehman-memmedov-tele-kanalizasiyalar-
virus-menbeyi-kimi-196y.html
)

1.
 
M
ən təkrarçılıq olmasın ... içindəki nifrətin mənbəyini az-çox başa düşü-
r
əm. Ancaq hər söz başı, işlətdiyi ...... ifadələr göstərir ki, bu adam xəstədir, man-
yak
dır.  Nifrətin, qəzəbin də  bir həddi var. Beləsindən  nəinki  yazıçı,  ziyalı,  heç 
adam da olmaz. Bu yek
əbaş, zırrama deyir ki:.... Tam səmimi deyirəm ki, hər cürə 
zırrama, yekəbaş  görmüşəm,  ancaq  zırramalığın,  yekəbaşlığın  bu  "doza"sına  ilk 
d
əfədir ki, rast gəlirəm. Bu tin uşaqlarının danışıq tərzidir. Bu qədeş düşüncəsi, 
ca
yıl 
təfəkkürü ilə 
Alı 
Əkbər 
Avropanın 
nəyinə 
lazımdır..? 
(
(
http://www.m5pressa.com/haber-6834-Bu-qdes-tfkkuru-il-li-kbr--Avropanin-nyin-
lazimdir.html
)
)
 
Bel
ə  halların  meydana  çıxması  ilə  bağlı  aparılmış  sosioloji  sorğularda, 
müzakir
ələrdə  ilk  sırada  göstərilən səbəblərdən biri budur ki, dəyişikliklər və 
 
140 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
t
əhsil sisteminin birindən digərinə  keçid dövründə  formalaşmış  insanlar  bu 
sah
ələrə axın etmişlər. Bu axın xeyli qeyri-peşəkarı mətbuat sahəsinə gətirmişdir. 
Qeyri-
peşəkarlıq və dilin qayda-qanunlarına nabələdlik, eləcə də ümumi mədəni 
s
əviyyənin  aşağı  olması  həmin qeyri-peşəkarların  fəaliyyət göstərdiyi mətbuat 
orqanlarının dilində də əksini tapmışdır. 
Dilin qayda v
ə  qanunlarından  xəbərsizlik ona gətirib  çıxarır  ki,  heç  bir 
z
əruri ehtiyac olmadan mətbuatda  əcnəbi sözlərdən istifadə  olunur. Bu zaman 
m
ətbuatın  dilində  Eurovision, Embawood, Star city, Michael, Human Rights 
Watch, Gabriel  Garcia Marquez, Facebook, The New York Times, Volkswagen, 
Hyatt Regency  kimi 
əcnəbi sözlər  yalnız  dırnaq  içərisində  yazılmaqla  güya  dil 
normalarına uyğunlaşdırılır. Bu, onu göstərir ki, belə qaydanı tətbiq edən mətbuat 
orqanlarında  fəaliyyət göstərənlər xarici dillərdəki  xüsusi  adların  Azərbaycan 
dilind
ə verilməsindən ümumiyyətlə xəbərsizdirlər. 
V
əziyyət elə bir həddə çatıb ki, alınma sözlərin dilimizin qayda-qanunlarına 
zidd olan bu cür yazılışlarda bəzən müasir türk dilində olduğu kimi xüsusi isimlər-
d
ə hal şəkilçilərini ayırmaq üçün apostrof işarəsindən də isifadə edilir. Məsələn: 
Azad
lıq.org belə yazır: Ermənistan müxalifəti H.Clinton'dan narazı qaldı; Clinton-
'un r
əyi çox vacibdir (http://www.azadliq.org/ content/ article/24608743.html). 
M
ətbuat nümayəndələri bilməlidirlər ki, Azərbaycan dilinin dil 
norrmalarının dəyişməsində fəal proseslər məhz KİV-də baş verir. KİV-in dilinin 
h
əyat və  fəaliyyətimizlə  bağlı  daima  dəyişməkdə  olan  reallıqlara  daha  tez 
uyğunlaşması,  insanların  şüuruna  və  davranışlarına  təsiri ilə  xarakterizə  olunur. 
Sosial şərait və mühitin dəyişməsi isə insanların özünün dəyişməsinə, nəticədə isə 
dilin d
əyişməsinə səbəb olur. 
Ölk
ə hüdudlarından kənarda Azərbaycan dilinin dünya məkanına daxil ol-
ma
sı  probleminin  aspektləri nəzərə  alınmalıdır.  Bu  zaman  Azərbaycan dilinin 
beyn
əlxalq ünsiyyət vasitəsinə çevrilməsinin nəzəri və praktiki yönləri işlənib ha-
zırlanmalıdır. Azərbaycan dilinin Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı, iqti-
sa
diyyatı, siyasəti, bir sözlə, Azərbaycanla maraqlanan insanların ünsiyyət vasitə-
sin
ə çevrilməsi üçün onun xaricdə öyrənilməsini stimullaşdıran zəruri proqramla-
rın, vəsaitlərin, elektron dərslik və digər vasitələrin yayılmasına və təbliğinə geniş 
imkan yaratmaq, Az
ərbaycan dilinin xarici dil kimi təbliği  və  öyrədilməsi üçün 
qrantlar t
əsis etmək, müsabiqələr, festivallar konfranslar və digər tədbirlər keçir-
m
ək lazımdır. Bu sahədə dilin qorunmasına dövlət qayğısı lazımdır. 
 
 
141 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə