Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə56/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   52   53   54   55   56   57   58   59   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Ədəbiyyat 
 
1.
 
Z
ərdabi H. Seçilmiş əsərləri. B., 1966, s.148. 
2.
 
C
əfərli M. Həmişə bizimlə. B., Yazıçı, 1980. 
3.
 
Hacıyev T. Şerimiz, nəşrimiz, ədəbi dilimiz. B., Yazıçı, 1990. 
4.
 
İlhamə Mirtalıblı. Azərbaycan dilinin ictimai-siyasi terminologiyası. B., 2003. 
 
 
129 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
Z.Ə. SƏFƏROVA  
 
 
A
ŞIQ YARADICILIĞINDA OYKONİMLƏR, 
ASTİONİMLƏR, KOSMONİMLƏR 
 
Açar sözl
ər:  Aşıq  poeziyası,  onomastik  vahidlər, toponim, oykonim, astionim, 
kosmonim 
Ключевые слова: Поэзия ашуков, ономастические единицы, топоним, ойко-
ним, астионим, космоним 
Key words: Poetry of tuning peg, onomastik unique, toponim, oykonim, astionim, 
kosmonim 
 
Aşıqlar  öz  şeirlərində  müəyyən və  müxtəlif hadisələrin təsviri, tərənnümü 
zamanı  kənd,  şəhər, ölkə  adlarını  bildirən toponimlərdən də  məqsədəuyğun 
şəkildə  istifadə  etməli  olmuşlar.  Oykonimlər təbiətin, gözəllik məskənlərinin 
t
əsviri prosesində  aşıq  şerinin  leksikasının  zəruri tərkib hissələrinə  çevrilmişdir. 
Xüsusi adlardan Az
ərbaycan ərazisinin və dünyanın müəyyən bölgələrinin aşığın 
mövzusuna müvafiq istiqam
ətdə  təsviri məqamında  istifadə  edilmişdir.  Aşıq 
Alının, Aşıq Ələsgərin, Aşıq Musanın və başqa aşıqlarımızın yaradıcılığında kənd 
adlarına çox rast gəlirik: 
Alının gəzdiyi üç Gözəldərə, 
Şəqaylı, çiçəkli xoş Gözəldərə, 
Şahdağdan görünür Bağözəldərə, 
Üç dağ bizim o dağlara bənzərsən. 
V
ə yaxud: 
Bir göz
əl görmüşəm Çayqılınclıda, 
Toy-
büsatı, hər novrağı şirindi. 
Aşıq Musa deyir: 
Bir yanda yaylardı Keçili, Dəllər, 
Bir yanda yurd salır o ağır ellər. 
Çayqılınclı, Keçili, Dəllər kənd adları uzaq tarixi keçmişi olan kənd adları-
dır və bu yerlərin sakinlərinin qədimdən bəri türk tayfalarından ibarət olduğunu 
bir daha t
əsdiq edir. Dəllər – İrəvan quberniyasının Novobayazid qəzasında kənd 
adı olmuşdur. 1918-ci ildə əhalisi ermənilər tərəfindən qovulmuş və kənd dağıl-
mışdır. Qədim türk tayfasının adını əks etdirir. 
Keçili - 
İrəvan xanlığının Sərdarabad mahalında və Rəvan əyalətində Ağca-
qala nahiy
əsində  kənd  adları  olmuşdur.  1828-1832-ci illərdə  azərbaycanlılardan 
ibar
ət  əhalisi  qovulmuş  və  kənd  dağılmışdır.  Keçili  tayfası  kəngərlərin bir qolu 
hesab olunur. 
T
ərənnüm edilən yerin, mahalın, kəndin öz sərvəti ilə məşhur olduğunu gös-
 
130 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
t
ərməklə  yanaşı, aşıq bir sıra toponimlərdən sənətkarlıqla cinas  yaratma  vasitəsi 
kimi istifad
ə etmişdir: 
Ç
ən gəlsə dağlara yellər əsdirər, 
Qış da çətin gəlsə, dağ əyər-əyər. 
Aşıq deyər Əyərdən, 
N
ə gətirdin Əyərdən? 
Laçın getdi şikara, 
G
ətirirsə əyər dən. 
Qurbanid
ən  başlayaraq,  X1X  əsrdə, XX əsrin  əvvəllərində  el sənətkarları 
daim B
ərdə, Gəncə, Şəki, Şirvan və s. kimi qədim şəhər adlarını zikr etmiş, xatır-
lat
mış, əhalisi, təbiəti və təbii sərvətləri barədə söz açmışlar. 
Aşıqlar bəzən gözəlin tayı-bərabəri olmadığını demək, onu yüksəltmək üçün 
t
əşbeh əvəzinə, toponimlərdən istifadə edərək böyük şəhərləri, ölkələri sevgilinin 
bir telin
ə qurban demişlər. 
Misallar göst
ərir ki, toponim təsvir obyektinin relyefi, şəraiti, quruluşu, təbii 
s
ərvətləri və s. haqqında məlumat verir. Tərənnüm olunan şəxsin hansı yerə, hansı 
torpağa  mənsub  olduğunu  bildirmək  üçün  işlədilir.  Obrazı  xarakterizə  və  tərən-
nüm etm
ək, yüksəltmək məqsədilə onu öz nemətləri, gözəllikləri və s. ilə məşhur 
olan yerl
ərlə müqayisə edirlər. 
Az
ərbaycan torpaqları səkkiz yerə bölünmüş olsa da, el sənətkarları müxtə-
lif ölk
ələrin sərhədləri içərisinə  salınmış  ərazilərini,  şəhərlərini daim özününkü 
bil
miş, öz qədim yurdu kimi tərənnüm etmişlər: 
Bütün Az
ərbaycan odlar ölkəsi
S
əsinlə ucalır ellərin səsi, 
Sarabın, Ürmünün igid nərəsi, 
Kürdüstan t
ək var qardaşın, Qaradağ. 
 
Bir yanı Naxçıvan, bir yan Dərələyəz, 
Xof eyl
ər səcdənə kimsənə gəlməz, 
Alı qoynundasa, qəddi əyilməz, 
Nar
əs qalar, olmaz qoca, Dəlidağ. 
 
Qarışdırma Şəmsəddini, Göyçəni, 
K
əndindən kəndinə yaz, şair Nağı! 
H
ərca dilin salar bəlaya səni, 
Çox da bils
ən, danış az, şair Nağı. 
Az
ərbaycan, Sərab,  Urmiya,  Qaradağ,  Naxçıvan,  Dərələyəz,  Şəmsəddin
Göyç
ə  bir-birindən uzaq, lakin tarix boyu bir-birinə  doğma  olmuş  ölkə, vilayət, 
şəhər adlarını bildirən sözlərdir. 
Aşığın lirik qəhrəmanı bəzən daha uzaq ərazilərə nəzər salır, bütün Şərqi, 
Ön v
ə Kiçik Asiyanı dilə gətirir, qəhrəmanını mübaliğəli şəkildə tərənnüm edər-
 
131 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
k
ən toponimlərdən ustalıqla istifadə edirlər: 
Misir, İstanbul, Şam tamam yerisə, 
T
ək qabağa duran qoç Koroğluyam. 
Aşıqlar  tərənnüm etdikləri  qızın,  gəlinin həddindən  artıq  gözəl  olduğunu 
verm
ək üçün onu ayrı-ayrı ölkələrdə, şəhərlərdə olan gözəllərlə müqayisə edir və 
bu zaman h
əmin toponimlərdən söz açırlar. 
H
əsrətini çəkir Hələb, Bağdad, Çin, 
Camalı bir günəş, özü göyərçin, 
Ağ üzündə siyah zülfü çinbəçin 
T
ərlan, avın alısından bəllidir. 
«H
əsrətini çəkir Hələb, Bağdad, Çin» sözləri güclü metaforadır. Adları qeyd 
olunan ölk
ələrin  əhalisi, gözəllik  vurğunu  olan  insanları  nəzərdə  tutulur,  Hələb, 
Bağdad, Çin həsrətini çəkir – deyilir. 
Aşığın yaşadığı dövrdə beynəlxalq hadisələrə münasibət ayrı-ayrı ölkələrdə, 
dövl
ətlərdə baş verən tarixi hadisələr aşığın  gəzmədiyi, görmədiyi ölkələrin, şə-
h
ərlərin də qələmə alınmasına imkan yaratmışdır. Məsələn: 
Nec
ə oldu Serbiya, Çornuqoriya?! 
Əl-ayaq altında itdi İtaliya. 
German bomba atdı, qan oldu dərya, 
Qırıldı, dünyada insan qalmadı. 
T
ədqiq edilən dövrün sənətkarları  bir  sıra  mifoloji  hadisələrlə  bağlı  topo-
niml
əri də qələmə almışlar. Mifoloji toponimin necə və kim tərəfindən yaranması, 
mahiyy
əti barədə aşığın fikirləri də maraqlıdır. Aşıqlar bu barədə öz müəllimlərin-
d
ən ətraflı dərs almış olduqlarından bu bilikdən öz rəqiblərini qıfılbəndlər vasitə-
sil
ə və ya insanları düşündürmək vasitəsi kimi istifadə etmişlər. 
Aşıq dini-mifoloji mahiyyət daşıyan  yerləri özünün qibləgahı, pərəstişgahı 
kimi t
ərənnüm edir. Ona görə də belə yerlərin adlarını daşıyan toponimlər aşıqla-
rın nəzərində müqəddəs məkan kimi qiymətləndirilir: 
Bu t
əzə kalamdı, olsun yəqini, 
K
əbə-qibləm, dinim Məhəmməd dini
Atam Alm
əmməddi, Göyçə sakini, 
Adım Ələsgərdi, yaxşı bil, tanı. 
Q
əhrəmanın  qorxmaz,  yenilməz, hər  şeyə  qadir  olduğunu  göstərmək üçün 
şair dini rəvayətlərdə daha çox zikr olunan toponimlərdən istifadə etmişdir. Məsə-
l
ən: 
D
ərs alıb o Əliüyyü-əladan, 
Xof el
əmir Xeybər kimi qaladan, 
G
əzən zəlzələdən, yaman bəladan, 
Hifz eyl
əsin Kərəm kanı, Dəli Alı! 
Müq
əddəs yer adları, təbii ki, aşıq üçün cinas vasitəsi kimi də yararlı olmuş-
dur: 
 
132 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə