N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış
Ədəbiyyat
1.
Z
ərdabi H. Seçilmiş əsərləri. B., 1966, s.148.
2.
C
əfərli M. Həmişə bizimlə. B., Yazıçı, 1980.
3.
Hacıyev T. Şerimiz, nəşrimiz, ədəbi dilimiz. B., Yazıçı, 1990.
4.
İlhamə Mirtalıblı. Azərbaycan dilinin ictimai-siyasi terminologiyası. B., 2003.
129
N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış
Z.Ə. SƏFƏROVA
A
ŞIQ YARADICILIĞINDA OYKONİMLƏR,
ASTİONİMLƏR, KOSMONİMLƏR
Açar sözl
ər: Aşıq poeziyası, onomastik vahidlər, toponim, oykonim, astionim,
kosmonim
Ключевые слова: Поэзия ашуков, ономастические единицы, топоним, ойко-
ним, астионим, космоним
Key words: Poetry of tuning peg, onomastik unique, toponim, oykonim, astionim,
kosmonim
Aşıqlar öz şeirlərində müəyyən və müxtəlif hadisələrin təsviri, tərənnümü
zamanı kənd, şəhər, ölkə adlarını bildirən toponimlərdən də məqsədəuyğun
şəkildə istifadə etməli olmuşlar. Oykonimlər təbiətin, gözəllik məskənlərinin
t
əsviri prosesində aşıq şerinin leksikasının zəruri tərkib hissələrinə çevrilmişdir.
Xüsusi adlardan Az
ərbaycan ərazisinin və dünyanın müəyyən bölgələrinin aşığın
mövzusuna müvafiq istiqam
ətdə təsviri məqamında istifadə edilmişdir. Aşıq
Alının, Aşıq Ələsgərin, Aşıq Musanın və başqa aşıqlarımızın yaradıcılığında kənd
adlarına çox rast gəlirik:
Alının gəzdiyi üç Gözəldərə,
Şəqaylı, çiçəkli xoş Gözəldərə,
Şahdağdan görünür Bağözəldərə,
Üç dağ bizim o dağlara bənzərsən.
V
ə yaxud:
Bir göz
əl görmüşəm Çayqılınclıda,
Toy-
büsatı, hər novrağı şirindi.
Aşıq Musa deyir:
Bir yanda yaylardı Keçili, Dəllər,
Bir yanda yurd salır o ağır ellər.
Çayqılınclı, Keçili, Dəllər kənd adları uzaq tarixi keçmişi olan kənd adları-
dır və bu yerlərin sakinlərinin qədimdən bəri türk tayfalarından ibarət olduğunu
bir daha t
əsdiq edir. Dəllər – İrəvan quberniyasının Novobayazid qəzasında kənd
adı olmuşdur. 1918-ci ildə əhalisi ermənilər tərəfindən qovulmuş və kənd dağıl-
mışdır. Qədim türk tayfasının adını əks etdirir.
Keçili -
İrəvan xanlığının Sərdarabad mahalında və Rəvan əyalətində Ağca-
qala nahiy
əsində kənd adları olmuşdur. 1828-1832-ci illərdə azərbaycanlılardan
ibar
ət əhalisi qovulmuş və kənd dağılmışdır. Keçili tayfası kəngərlərin bir qolu
hesab olunur.
T
ərənnüm edilən yerin, mahalın, kəndin öz sərvəti ilə məşhur olduğunu gös-
130
N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış
t
ərməklə yanaşı, aşıq bir sıra toponimlərdən sənətkarlıqla cinas yaratma vasitəsi
kimi istifad
ə etmişdir:
Ç
ən gəlsə dağlara yellər əsdirər,
Qış da çətin gəlsə, dağ əyər-əyər.
Aşıq deyər Əyərdən,
N
ə gətirdin Əyərdən?
Laçın getdi şikara,
G
ətirirsə əyər dən.
Qurbanid
ən başlayaraq, X1X əsrdə, XX əsrin əvvəllərində el sənətkarları
daim B
ərdə, Gəncə, Şəki, Şirvan və s. kimi qədim şəhər adlarını zikr etmiş, xatır-
lat
mış, əhalisi, təbiəti və təbii sərvətləri barədə söz açmışlar.
Aşıqlar bəzən gözəlin tayı-bərabəri olmadığını demək, onu yüksəltmək üçün
t
əşbeh əvəzinə, toponimlərdən istifadə edərək böyük şəhərləri, ölkələri sevgilinin
bir telin
ə qurban demişlər.
Misallar göst
ərir ki, toponim təsvir obyektinin relyefi, şəraiti, quruluşu, təbii
s
ərvətləri və s. haqqında məlumat verir. Tərənnüm olunan şəxsin hansı yerə, hansı
torpağa mənsub olduğunu bildirmək üçün işlədilir. Obrazı xarakterizə və tərən-
nüm etm
ək, yüksəltmək məqsədilə onu öz nemətləri, gözəllikləri və s. ilə məşhur
olan yerl
ərlə müqayisə edirlər.
Az
ərbaycan torpaqları səkkiz yerə bölünmüş olsa da, el sənətkarları müxtə-
lif ölk
ələrin sərhədləri içərisinə salınmış ərazilərini, şəhərlərini daim özününkü
bil
miş, öz qədim yurdu kimi tərənnüm etmişlər:
Bütün Az
ərbaycan odlar ölkəsi,
S
əsinlə ucalır ellərin səsi,
Sarabın, Ürmünün igid nərəsi,
Kürdüstan t
ək var qardaşın, Qaradağ.
Bir yanı Naxçıvan, bir yan Dərələyəz,
Xof eyl
ər səcdənə kimsənə gəlməz,
Alı qoynundasa, qəddi əyilməz,
Nar
əs qalar, olmaz qoca, Dəlidağ.
Qarışdırma Şəmsəddini, Göyçəni,
K
əndindən kəndinə yaz, şair Nağı!
H
ərca dilin salar bəlaya səni,
Çox da bils
ən, danış az, şair Nağı.
Az
ərbaycan, Sərab, Urmiya, Qaradağ, Naxçıvan, Dərələyəz, Şəmsəddin,
Göyç
ə bir-birindən uzaq, lakin tarix boyu bir-birinə doğma olmuş ölkə, vilayət,
şəhər adlarını bildirən sözlərdir.
Aşığın lirik qəhrəmanı bəzən daha uzaq ərazilərə nəzər salır, bütün Şərqi,
Ön v
ə Kiçik Asiyanı dilə gətirir, qəhrəmanını mübaliğəli şəkildə tərənnüm edər-
131
N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış
k
ən toponimlərdən ustalıqla istifadə edirlər:
Misir, İstanbul, Şam tamam yerisə,
T
ək qabağa duran qoç Koroğluyam.
Aşıqlar tərənnüm etdikləri qızın, gəlinin həddindən artıq gözəl olduğunu
verm
ək üçün onu ayrı-ayrı ölkələrdə, şəhərlərdə olan gözəllərlə müqayisə edir və
bu zaman h
əmin toponimlərdən söz açırlar.
H
əsrətini çəkir Hələb, Bağdad, Çin,
Camalı bir günəş, özü göyərçin,
Ağ üzündə siyah zülfü çinbəçin
T
ərlan, avın alısından bəllidir.
«H
əsrətini çəkir Hələb, Bağdad, Çin» sözləri güclü metaforadır. Adları qeyd
olunan ölk
ələrin əhalisi, gözəllik vurğunu olan insanları nəzərdə tutulur, Hələb,
Bağdad, Çin həsrətini çəkir – deyilir.
Aşığın yaşadığı dövrdə beynəlxalq hadisələrə münasibət ayrı-ayrı ölkələrdə,
dövl
ətlərdə baş verən tarixi hadisələr aşığın gəzmədiyi, görmədiyi ölkələrin, şə-
h
ərlərin də qələmə alınmasına imkan yaratmışdır. Məsələn:
Nec
ə oldu Serbiya, Çornuqoriya?!
Əl-ayaq altında itdi İtaliya.
German bomba atdı, qan oldu dərya,
Qırıldı, dünyada insan qalmadı.
T
ədqiq edilən dövrün sənətkarları bir sıra mifoloji hadisələrlə bağlı topo-
niml
əri də qələmə almışlar. Mifoloji toponimin necə və kim tərəfindən yaranması,
mahiyy
əti barədə aşığın fikirləri də maraqlıdır. Aşıqlar bu barədə öz müəllimlərin-
d
ən ətraflı dərs almış olduqlarından bu bilikdən öz rəqiblərini qıfılbəndlər vasitə-
sil
ə və ya insanları düşündürmək vasitəsi kimi istifadə etmişlər.
Aşıq dini-mifoloji mahiyyət daşıyan yerləri özünün qibləgahı, pərəstişgahı
kimi t
ərənnüm edir. Ona görə də belə yerlərin adlarını daşıyan toponimlər aşıqla-
rın nəzərində müqəddəs məkan kimi qiymətləndirilir:
Bu t
əzə kalamdı, olsun yəqini,
K
əbə-qibləm, dinim Məhəmməd dini,
Atam Alm
əmməddi, Göyçə sakini,
Adım Ələsgərdi, yaxşı bil, tanı.
Q
əhrəmanın qorxmaz, yenilməz, hər şeyə qadir olduğunu göstərmək üçün
şair dini rəvayətlərdə daha çox zikr olunan toponimlərdən istifadə etmişdir. Məsə-
l
ən:
D
ərs alıb o Əliüyyü-əladan,
Xof el
əmir Xeybər kimi qaladan,
G
əzən zəlzələdən, yaman bəladan,
Hifz eyl
əsin Kərəm kanı, Dəli Alı!
Müq
əddəs yer adları, təbii ki, aşıq üçün cinas vasitəsi kimi də yararlı olmuş-
dur:
132
Dostları ilə paylaş: |