Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə54/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   50   51   52   53   54   55   56   57   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
S.A. SADIQOVA  
 
MƏTBUATIN ƏDƏBİ DİLİN İNKİŞAFINDA ROLU 
 
Açar sözl
ər:  termin, beynəlxalq söz, beynəlmiləl  termin,  ümumişlək söz, kom-
munikativ akt. 
Ключевые  слова:  термин,  интернациональное  слово,  интернациональный 
термин, общие слова, коммуникативный акт. 
Key words:  term, international word, international term, common word, 
communicative act. 
 
Ədəbi dilin inkişafında, xüsusən də lüğət tərkibinin zənginləşməsində mət-
bu
atın  rolu  olduqca  mühüm  əhəmiyyət kəsb edir. Belə  ki, funksional üslublarla 
müqayis
ədə  son dərəcə  dinamik fəaliyyət göstərən  publisistik  dil  öz  inkşafı  ilə 
ədəbi dilin ayrıca üslubuna çevrilir. Bu baxımdan kütləvi informasiya vasitələrin-
d
ən olan mətbuat ədəbi dilin inkişafına, yazının cilalanmasına, yeni sözlərin ya-
ranma
sına çox böyük təsir göstərir. Cünki, qəzet gündəlik zəruri hadisələri əks et-
dirdiyind
ən burada sosial-siyasi həyatın bütün sahələri, ictimai-mədəni inkişaf, el-
mi-texniki t
ərəqqi ilə bağlı mühüm yeniliklər öz əksini tapır. Yeni dövrün hadisə-
l
ərini  əks etdirən dil vahidləri kütləvi informasiya vasitələrinin köməyi ilə  daha 
tez  ümumxalq  xarakteri  alır.  Məsələn, müstəqilliyimizin ilk illərində  müsavat, 
azad
lıq, iqtidar, müxalifət, demokratiya tipli sözlər mətbuat vasitəsilə ümumişlək 
sözl
ərə  çevrildi. Deməli, mətbuat  ədəbi  dilin  formalaşması  və  inkişafı  uğrunda 
mübariz
ənin önündə  gedir. Xalq dili xəzinəsinin zənginliyi milli-mədəni  inkişaf 
m
ətbuatda daha aydın öz əksini tapır. Eləcə də keçmiş ictimai quruluşla bağlı bir 
sıra dil vahidləri işləklikdən qalması, (sovet, kommunist, pioner, manqa və s.) ye-
ni icti
mai quruluşla bağlı dil vahidlərinin yaranması birinci növbədə qəzetlərdə öz 
əksini tapır. Ümumiyyətlə, kütləvi təbliğat vasitələrindən olan mətbuat ədəbi dilin 
üs
lublarının  differensiallaşmasında,  qrammatik  normalaşmada,  lüğət tərkibinin 
z
ənginləşməsində, alınmaların mənimsənilməsi prosesində mühüm rol oynayır. 
Q
əzetlərin sayının getdikcə artması mətbuat dilinin inkişafına böyük təkan 
vermiş oldu. İctimai həyatda baş verən dəyişikliklər, hadisələr jurnalistlərdən həm 
çeviklik, h
əm də  milliliyə  söykənməyi tələb  edir.  Əlifbanın  dəyişməsini, rus, 
Avropa, türk m
ənşəli sözlərin paralel işlənməsini nəzərə alsaq, bu illərin mətbua-
tının  dili  ən ziddiyyətli dövr kimi qiymətləndirilməlidir.  Bununla  razılaşmamaq 
olmur. Bel
ə ki, mətbuat dilində alınmaların çoxluğu, dialekt sözlərinin paralelliyi, 
imla  texnikasındakı  qüsurlar,  üslublarda  fərqli  formalar özünü göstərir.  1988-ci 
ild
ən azadlıq uğrunda başlanmış mübarizə Azərbaycanda mətbuatın da xarakterini 
d
əyişməyə  başladı.  Uzun  illər sovet cəmiyyəti  və  onun  ideologiyasına  xidmət 
göst
ərən mediada artıq müstəqillik, demokratik prinsipləri əks etdirən yazılar dərc 
olun
mağa başlandı. Bu illər ərzində Azərbaycanda «Ədalət», «Olaylar», «İki sa-
 
125 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
hil», «Şərq», «Səs», «Palitra», «Kredo», «Yeni zaman», «Üç nöqtə» ümumiyyət-
l
ə, 700-ə  yaxın qəzet, «Xatun», «Xəzər»,  «Kaspi»,  «İşıq»,  «Xəzər», «El», «Kə-
lam» kimi  jurnallar «Turan», «Frend», «APA» kimi informasiya agentlikl
əri, 
«ANS», «X
əzər», «Lider», «Spece», «ATV», «AzTV» kimi müstəqil televiziyalar 
f
əaliyyətə  başladı.  Təbii ki, kütləvi informasiya vasitələrinin  çoxluğu  dilə  təsir 
göst
ərməyə bilməzdi. Bu təsirlər birinci növbədə dilin lüğət tərkibində, xüsusilə 
onun terminologiyasında öz əksini tapır. Bununla yanaşı mətbuatda baş verən hər 
han
sı dəyişikliklər və inkişaf təbii ki, dil normalarına da təsir edir. Əslində inkişa-
fın özü ədəbi dilin qayda-qanunlarından yan keçmir. Milli mətbuatın banisi Həsən 
b
əy Zərdabi yazırdı: «Dil bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyildi. 
El
ə ki, qaranlıq otağın qapısı açıldı qeyri tayfalar elə gediş-gəliş artdı, artıq şeylər 
ələ gəldi və adətlər dəyişdi, təzə sözlərin qədəri günü-gündən artacaqdır belə söz-
l
ərin artmağının dilə zərəri yoxdur, xeyri var. Çünki o sözlər tərəqqi etməyə səbəb 
olurlar» (1,148). 
Bununla bel
ə mətbuat dilində baş verən müstəqillik meyli ənənəvi qaydaları 
arxa plana keçirdi. Yeni n
əşrə  başlamış  qəzetlər  materialların  təqdimatı  zamanı 
mümkün q
ədər sadələşdirilmiş  yeni  dil-üslub elementləri tətbiq etməyə  başladı. 
Bu is
ə yazılan materialların daha çox gündəlik həyat, məişət ilə bağlı olması idi. 
Bu zaman daha çox m
ətbuat dilini xeyli dərəcədə  inkişaf  etdirərək xalq dilinə 
yaxınlaşdıran,  yeniləşmiş  qəzet  üslubunu  formalaşdıran  bu  proses  özlüyündə 
ir
əliyə doğru bir inkişafdır. Lakin bununla yanaşı forma və janr xüsusiyyətlərinə 
g
əldikdə, bu gün əksər mətbuat orqanlarında, bir sıra janrlardan imtina edilməsi 
dilin  inkişafına  da  təsir edir  (feleyton, oçerk, elmi məqalələr). Eyni zamanda, 
m
ətbuat dilində özünü göstərən bir sıra proseslər mövcuddur: 1) Müasir mətbuatın 
dilind
ə  dialektlərdən istifadə;  Ədəbi  dilin  lüğət tərkibinin  ana  dili  hesabına 
z
ənginləşməsində dialekt və şivələrin mühüm cəhətlərindən biri xalq danışıq dili-
n
ə maksimum yaxınlaşmaqdır. XX əsrin əvvəllərində də mətbuatda özünü büruzə 
ver
ən bu yaxınlaşma hər şeydən əvvəl müəyyən dialekt və şivələrdə işlənən sözlə-
rin dil
ə axını və tədricən kütləviləşməsi ilə müşahidə olunur. Dialekt və şivələrdən 

əyyən sözlərin publisistik üslub vasitəsilə ədəbi dilə keçməsi özlüyündə müs-
b
ət hadisədir. Lakin bütün bu hallarda olduğu kimi, bu məqamlarda da ifrata var-
maq düzgün deyil. Daha çox 
qarşılığı olmayan dialekt sözlərdən istifadə etmək la-
zımdır ki, bu da dilimizin bütün sferaları üzrə artan termin yaradıcılığında xalq di-
lin
ə əsaslanmağa şərait yaradır. Bu barədə M.Adilov yazır ki, qəzet dilində danı-
şıq dili ünsürlərinin rolu bir başqadır, dialektizmlərin rolu bir başqa. Ümumi ədəbi 
dilimizd
ə  olmayan  geniş  oxucu  kütləsinə  qaranlıq  qalan  dialekt  sözlərinə  və  ya 
ədəbi dil sözlərinin dialekt (məhəlli) variantlarına qəzetdə yer vermək, zənnimiz-
c
ə, ümumiyyətlə,  lazım  deyil….  Əlbəttə, qəzet dilində  dialektlərin  hamısına  bir 
ölçü il
ə yanaşmaq və qəzetdə hər hansı dialektizmin şölələnməsi əleyhinə çıxış et-
m
ək düzgün deyil. 
 
126 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə