Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə51/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   47   48   49   50   51   52   53   54   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
Ədəbiyyat 
 
1.
 
H. Arif . Seçilmiş əsərləri. “Şərq- Qərb” nəşriyyatı, Bakı, 2004, 
2.
 
B. N
əbiyev. “Tənqid və  ədəbi proses” Azərbaycan Dövlət Nəşriyyatı,  Bakı, 
1976. 
3.
 
M. İbrahimov. “Ədəbi qeydlər” Azərbaycan Dövlət Nəşriyyatı., Bakı, 1970, 
4.
 
С.  Залыгин.  Интервью  у  самого  себя.  Москва,  «Советский  писатель», 
1970. 
5.
 
В. Гофман. Язык литературы. Ленинград, 1936. 
6.
 
А. И. Ефимов. Об изучении языка художественных произведений, Минск, 
1953. 
7.
 
Az
ərbaycan dilinin izahlı lüğəti, 4 cilddə, “Şərq- Qərb” nəşriyyatı, III с. Bakı, 
2006. 
 
 
118 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
S.Y. 
MƏMMƏDOVA  
 
TELEVİZİYA APARICILARININ DİLİ HAQQINDA 
 
Açar sözl
ər: televiziya, aparıcı, teleməkan, nitq, efir 
K
лючевые слова: телевидение, ведущий, телепространства, речь, эфир 
Кey words: television, presenter, TV place, speech, broadcast 
 
Kütl
əvi informasiya vasitələri sistemində televiziyanın rolu böyükdür. Milli 
te
leviziyanı cəmiyyətin müasir tələbləri səviyyəsinə yüksəltmək ən vacib məsələ-
l
ərdəndir. Televiziya KİV-lər arasında ən çeviyi, operatividir. O, cəmiyyətdə baş 
ver
ən hadisələri, dövrümüzün aktual problemlərini dərhal kütləyə çatdırır və icti-
mai r
əyin formalaşmasında misilsiz rol oynayır. Hər bir telekanalın qarşısında ma-
arifl
əndirmə, məlumatlandırma,  əyləndirmə  durur.  Bu  funksiyanı  yerinə  yetirən 
is
ə televiziya aparıcılarıdır. 
«Aparıcı»  ifadəsi leksikonumuza son illər gəlib. Bu missiyanı  yerinə  yeti-
r
ənlər əvvəllər «diktor» adlanırdı. Radio və televiziyamızın sözün əsl mənasında 
dik
torları vardı: Aydın Qaradağlı, Sabutay Quliyev, Qara Tağızadə, Züleyxa Hacı-
yeva
, Rafiq Hüseynov, Roza Tağıyeva, Sabir Ələsgərov, Ofelya Sənani, Şərqiyyə 
Hüseynova, H
əqiqət Əsgərzadə, Natavan Hacıyeva, Tamilla Ələkbərova, Nailə İs-
lamzad
ə, Nərgiz Cəlilova, Rafiq Həşimov,  Aygül  Qaradağlı  səsləri, nitq və  efir 
qabiliyy
ətləri hamıya örnək olacaq qədərdir. Onlar canlı efirdə necə işləmək nü-
mun
əsi idi. Bu diktorlar mətnləri elə məsuliyyətlə, ciddiliklə çatdırırdılar ki, efir-
d
ə, ekranda çox nadir hallarda çaşqınlıq baş verirdi. Səhvlər elə düzəldilirdi ki, ta-
ma
şaçı, yaxud dinləyici bunu duymurdu. Onların efirə, ekrana tamaşaçıya hörmət-
l
əri böyük idi. 
Soltan N
əcəfovun, Mehdi Məmmədovun, Əli Zeynalovun, Müxlis Cəniza-
d
ənin, Həsən Əblucun, Əminə Yusifqızının, Ofelya Sənaninin, Aydın Qaradağlı-
nın və başqalarının, neçə-neçə sənətkarların səsləri efirdən, ekrandan eşidiləndə, 
on
ların nitqləri, diksiyaları insana zövq verərdi və bu zövqdə bir qürur hissi vardı. 
Ah
əngdar, zəngin, musiqili dil bizimdir və biz də bu dilin daşıyıcılarıyıq. 
Aparıcılar kütləyə nümunə olmalıdır. Müasir aparıcılar özlərini sərbəst apa-
rır, lakin sərbəst danışmaq qabiliyyətinə malik deyillər. Çünki Azərbaycan dilində 
ədəbiyyat oxumurlar və dünyagörüşləri  yalnız xarici telekanallardan alma infor-
ma
siyadır. Mənim fikrimcə, televiziya aparıcıları elitar və çox savadlı insanlar ol-
ma
lıdır. 
2003-cü il tarixd
ə imzalanan «Azərbaycan Respublikasında dövlət dili haq-
qında» qanunun 6-cı maddəsinin 2-ci bəndində oxuyuruq: «Azərbaycan Respubli-
ka
sının ərazisində təsbit edilən və fəaliyyət göstərən, mülkiyyət formasından asılı 
olmayaraq, dövl
ət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparı-
 
119 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
cıları dövlət dilini mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti ol-
ma
lıdır». 
Dövl
ət dilini dərinliyinə qədər bilən və ekrandan qüsursuz danışan aparıcıla-
rımız əsasən xəbər proqramlarında görünürlər. Belə diktorlar hər kanalda var. 
İctimai  televiziyanın  «Xəbər»  proqramının  aparıcısı  Elnurə  Cavadzadə, 
Az
ərbaycan televiziyasının aparıcısı Dilarə Səlim buna bariz nümunədir. Elnurə 
Cavadzad
ə həm görünüşünə, həm də nitq qabiliyyətinə görə müsbət mənada o biri 
aparıcılardan fərqlənir. 
T
əəssüf ki, bu gün  Azərbaycan teleməkanında  müşahidə  etdiyimiz qəribə 
m
əqamlar illərdir ki, davam etməkdədir. Xüsusilə  də  bu məsələdə  bir  sıra  te-
leviziya ap
arıcılarının günahı çoxdur. Hərdən aparıcıların dilindən qopan ifadələr 
l
əhcə, şivə xarakterli olur. Bəzi aparıcılar elə bir səs tonu ilə danışırlar ki, adamın 
qulağı  batır.  Teleradio  aparıcıları  alınma  sözlərin yerində  işlənilməsini mütləq 
n
əzərə almalıdırlar. Aparıcı o qədər sürətlə danışır ki, sözlər ya tamam anlaşılmır, 
ya da şəkilçilər unudulur. Aparıcıların nitqi nümunəvi olmalıdır. Bir çox hallarda 
peşəkarlıq səviyyəsi, nitqi standartlara uyğun  gəlmir. Bəzi proqramların əyləncə 
xarakterli verilişlərin aparıcıları efir peşəkarlığı aşağı olan şəxslərdir. 
Əgər o aparıcının gözəl nitq qabiliyyəti yoxdursa, efir görünüşü standartlara 
cavab vermirs
ə, onun efirə çıxarılması düzgün deyil. 
Az
ərbaycan dilini tam bilməyən, orfoepiya normalarını pozan, səlis nitqi ol-
ma
yan aparıcılarıın yol verdiyi kobud səhvlər milli şüura təsir edəcək qədər ciddi 
v
ə  təhlükəlidir. Qüsurlu nitqin əsas səbəbləri  sırasında  rus  dilinin,  Azərbaycan 
dialektl
ərinin və türkiyə türkcəsinin təsirlərini, ümumi nitq savadının aşağı olma-
sını və bu sahədə nəzarətin yoxluğunu göstərmək olar. 
«Ölüm
ə  piyada gedənlər» («Xəzər», «Xəzər-xəbər», 20. 47. 30.04.11). 
əslində cümlə belə olmalı idi: «Ölümə gedən piyadalar»; «Azərenerjinin sorcusu» 
(ATV, «Son x
əbər», 20.35.  14.10.11);  «Qarabağ»  məsələsi çözülməsə, Türkiyə 
Erm
ənistan «yol xəritəsi»  kağız  üzərində  qalacaq» («ANS», 21.25.  21.03.11); 
«Orucluqda düzgün qidalanmaya qulaq verin» («X
əzər», «Günə  başlarkən». 
08.55. 24.08.10); «Bu m
əsəldən  hamı  əndişələnəcək»  («ATV»,  «Onun  yarısı», 
17.49.  20.04.11); «Qoy ana dilimizin t
əbliğinin əleyhinə çıxanlar özlərinə başqa 
sloqan tapsınlar» («ATV», «ATV səhər», 9.30. 24.09.12) 
-  «Yusif mü
əllim, sizin də  fikrinizi alaq» («Xəzər», «Yeni gün». 11.50. 
26.07.12) 
Türkiy
ə  türkcəsinin efirimizə  təsiri  göz  qabağındadır.  Aparıcılarımızın  bir 
qismi, xüsusil
ə  də  bir müddət Türkiyədə  yaşayıb  fəaliyyət göstərənlər sanki 
Az
ərbaycanın ədəbi dil qaydalarının Azərbaycan xalqına lazım olmadığı qənaitinə 
g
əliblər. Məsələn, Bu gün «helikopterlər»- (vertolyotlar) daşqın ərazisini səmadan 
izl
ədilər («Xəzər», «Xəzər-Xəbər», 16.07.10; 20.45). Sizdə «maydenuz» (cəfəri) 
neşəyədir? («Xəzər», «Xəzər-Xəbər»,30.10.10, 20.59). «Kalite» (keyfiyyət) elə 
 
120 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə