Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə47/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   43   44   45   46   47   48   49   50   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
ne
ralarını düzgün qiymətləndirmirik. 
Manera-
özünüaparma  üsulu,  davranışın  xarici  forması,  digər insanlarla 
münasib
ət, nitqində istifadə etdiyi ifadələr, ton, intonasiya, insan üçün xarakterik 
olan yeriş, əl-qol hərəkəti və hətta mimikadır. Cəmiyyətdə təmkinlilik və sadəlik, 
öz h
ərəkətlərinə  nəzarət edə  bilmək  bacarığı  yaxşı  maneralar  hesab  olunur.  Pis 
maneralar is
ə  yüksəkdən  danışmaq  vərdişi,  ifadələrdə  utanmamazlıq,  geyimdə 
pintilik, davranış və əl-qol hərəkətlərindəki zəhlətökənlik, kobudluq, başqalarının 
işinə qarışmaq, yersiz müdaxilə və sorğu-sual, başqalarını öz istəklərinə tabe et-
m
ək, nəzakətsizlik, başqalarına alçaldıcı adlar qoşmaq və s. hesab olunur. Manera 
insanın davranış mədəniyyətinə aiddir və etiketlə tənzimlənir. Etiket elə anlayış və 
ünsiyy
ət formasıdır ki, vəzifə və ictimai mövqeyindən asılı olmayaraq, bütün in-
san
lara qarşı hörmət, müraciət və salamlaşma formaları, söhbət aparmaq qaydası, 
stol arxasında davranış və s. buraya daxildir. Bütövlükdə, etiket sivil cəmiyyətin 
humanizm prinsipl
ərinin  əsasını  təşkil  edən nəzakətliliyin ümumi tələbidir. Elə 
buna gör
ə də, nitq etiketi ifadəsinin «nəzakət ifadələri» adlandırılması daha düz-
gün olardı. Ünsiyyətin ən ümumi şərti nəzakətlilikdir. Nəzakətlilik həddini aşma-
maq
dır. Bu ifadələr hamıya məlumdur: “soyuq nəzakətlilik”, “buz kimi nəzakət”, 
“nifr
ətli nəzakət”. Bu zaman ən gözəl insani keyfiyyətlərin mahiyyəti nəinki ölür, 
h
ətta tamamilə əksinə çevrilir. Vereşaqin E.M. nəzakəti bu və ya digər həyati mü-
nasib
ətlərə  girdiyimiz insanlar üçün etdiyimiz “kiçik məbləğli  qurbanlar” kimi 

əyyən edir (2, 131). 
T
əəssüf ki, Servantesin bu gözəl deyimi tamamilə unudulub: «Heç nə nəza-
k
ət qədər ucuz başa gəlmir və onun qədər yüksək qiymətləndirilmir.» Əsl nəzakət 
yal
nız xeyirxah ola bilər, belə ki, insanın işdə, evdə, ictimai yerlərdə rastlaşdığı 
insan
lara qarşı münasibətlərində səmimiyyətin, alicənablığın təzahürlərindən biri-
dir. İşdə yoldaşlarla, məişətdə tanışlarla səmimi münasibət, dostluğa çevrilə bilən, 
el
əcə də, insanlara qarşı təbii xeyirxahlıq məqsədi güdən münasibət nəzakətliliyin 
mütl
əq  bazasıdır.  Əsl  davranış  mədəniyyəti, onun məzmunu və  xarici təzahürü 
m
ənəviyyatın əxlaq prinsiplərindən irəli gəlir. 
N
əzakətliliyin  əsas elementlərindən  biri  adları  yadda  saxlamaq  hesab  olu-
nur. Bu bar
ədə A.Leontyev belə deyir: «İnsanların əksəriyyəti adları ona görə yad-
da saxlamırlar ki, onlar adları yaddaşlarına həkk etməkdən ötrü vaxt və enerji sərf 
etm
ək istəmirlər. Onlar həddindən artıq məşğul olmaları ilə özlərinə haqq qazan-
dırmağa çalışırlar. Lakin onlar çətin ki, Franklin Ruzveltdən daha çox məşğul ol-
sunlar, o h
ətta rastlaşdığı mexaniklərin belə, adlarını yadda saxlamağa vaxt tapır-
dı... F.Ruzvelt bilirdi ki, ətrafdakıların hörmətini qazanmaq üçün ən sadə, ən sə-
m
ərəli və ən fəal üsullardan biri insanların adlarını yadda saxlamaq və öz əhəmiy-
y
ətliliyini onların şüuruna yeritməkdir» (3, 97). 
Ədəblilik və  həssaslıq  -  bunlar ali insani keyfiyyətlərin tərkibinə  diqqət, 
ünsiyy
ətdə olduğu insanların daxili aləminə dərin hörmət etmək, onları anlamağa 
ist
ək və  bacarıq,  onlara  nəyin zövq və  sevinc verəcəyini hiss etmək və  əksinə
 
108 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
n
əyin onları əsəbiləşdirəcəyini və incidəcəyini bilməkdir. 
Ədəblilik və həssaslıq dedikdə bizim sözümüzə və davranışımıza həmsöh-
b
ətlərimizin göstərdikləri reaksiyanı səhvsiz təyin etmək bacarığı, lazım olan hal-
lar
da buraxdığı səhvlərə görə yalandan utancaqlıq göstərmədən üzr istəmək, özü-
n
ə tənqidi yanaşmaq qabiliyyətləri də başa düşülür. Bu, insanın ləyaqətini alçalt-
mır, əksinə, bu, əsl insani keyfiyyəti - təvazökarlığı göstərir və onun haqqında in-
sanlarda yüks
ək fikir yaradır. 
Psixolinqvistikada bel
ə bir fikir var ki, insan yalnız özü haqqında danışırsa, 
o yalnız özü haqqında düşünür. Yalnız özü haqqında düşünən insan mədəniyyət-
sizdir, o, n
ə qədər yüksək təhsilli olsa da, yenə də mədəniyyətsizdir. 
T
əvazökar insan heç vaxt özünü başqalarından ağıllı, bacarıqlı, yaxşı göstər-
m
əyə çalışmır, öz kefiyyətlərini və üstünlüyünü qeyd etmir, özü üçün xüsusi ra-
hat
lıq, qulluq tələb etmir. Bununla yanaşı, təvazökarlıq utancaqlıqla, cəsarətsizlik-
l
ə əlaqələndirilməməlidir. Bunlar tamamilə müxtəlif kateqoriyalardır. Sadə adam-
lar çox tez-tez, kritik v
əziyyətlərdə daha aktiv və möhkəm olurlar, bununla yanaşı, 
h
əm də  məlumdur  ki,  başqalarını  mübahisə  ilə  özünün  doğruluğuna  inandırmaq 
mümkün deyil. 
T.Qabriel  yazır:  «Siz  insanın  haqlı  olmadığını  ona  baxışınızla,  intonasiya-
nızla və ya jestlə söz ilə olduğundan daha yaxşı başa sala bilərsiniz, lakin siz ona 
haq
sız  olmadığını  söylədikdə  bununla onu sizinlə  razılaşmağa  məcbur edə  bilə-
c
əksinizmi? Heç vaxt! Çünki bununla siz onun intellektinə, sağlam düşüncəsinə, 
onun m
ənliyinə və ləyaqət hissinə zərbə vurmuş olursunuz. Bu isə onu öz fikrini 
d
əyişməyə deyil, sizə cavab zərbəsi vurmağa təhrik edəcək» (4, 14). 
Y
əqin ki, siz özündən  çıxmış  mübahisə  edənləri  müşahidə  edən  hansısa 
üçüncü  şəxsin hər  iki  adamı  başa  düşməyə  həssaslıqla  yanaşıb,  dostcasına və 
taktiki sözl
ərlə anlaşılmazlığa son qoyduğunun şahidi olmuşsunuz. 
Heç vaxt danışığa bu cür başlamaq olmaz: «Mən sizə sübut edərəm». Psixo-
loqlar hesab edirl
ər: bu o deməkdir ki, «Mən sizdən ağıllıyam, mən sizə elə bir 
şey deyəcəyəm ki, siz fikrinizi dəyişəcəksiniz». Bu cür olmaz, çünki bu, həmsöh-
b
ətdə daxili müqavimət və mübahisə etmək istəyi yaradacaq. Nəyisə sübut etmək 
üçün bunu o q
ədər incə, ustalıqla etmək lazımdır ki, bunu heç kəs hiss etməsin. 
M
əsələn,  «Xahiş  edirəm, bir dəqiqə  mənə  qulaq  asın!»  və  s. N.Formarovskaya 
bunu qızıl qaydalardan biri hesab edərək yazır: «İnsanları elə öyrətmək lazımdır 
ki, el
ə bil heç nə öyrətmirsiniz və tanış olmayan şeyləri unudulmuş kimi təqdim 
edirsiniz» (5, 43). Sakitlik, diplomatiklik, h
əmsöhbətin dərindən başa düşülməsi, 
d
əqiq faktlar əsasında yaxşı düşünülmüş əsaslandırma - diskussiya zamanı «yaxşı 
ton» t
ələbi və öz fikrini israretmədə inadkarlıq arasındakı ziddiyyətlərin həllidir. 
Nitq  etiketi  geniş  mənada  linqvistik  praqmatikanın  ümumi  problemi ilə 
birl
əşir  və  praqmalinqvistika sahəsində  öyrənilməlidir. Praqmatik cəhətdən dil 
kommunikasiyası  aktına  kommunikasiyanın  iştirakçılarının  müxtəlif məqsədlərə 
nail  olması  baxımından  yanaşılır.  İfadəyə  ayrıca  yox,  bu  məqsədlərin konteksti 
 
109 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə