N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış
İ.M. KƏRİMOVA
“GÖYÇAY”
TOPONİMİNİN ETİMOLOGİYASI
Açar sözl
ər: hidrotoponim, hidronim, toponim, oykonim, oronim
Ключевые слова: гидротопоним, гидроним, топоним, ойконим, ороним
Key words: hidrotoponim, hidronim, toponim, oykonim, oronim
Göyçay 1872-1876-
cı illərdə eyni adlı çayın sahilində salınmış oykonimdir.
Toponim öz adını Göyçay hidronimindən aldığı üçün hidrotoponim hesab olunur.
Göyçay oykonimi «göy» v
ə «çay» komponentlərindən ibarətdir. «Göy» sözü ilə
bağlı istər türkoloji, istərsə də Azərbaycan dilçiliyində müxtəlif araşdırmalar
mövcuddur.
Tarixi s
ənədlərdə, Kül Tiqin abidəsində VII-XIII əsrlərə aid
m
ərhələlərdə «səma» həm də «tanrı» anlamında işlənmişdir. Əvvəllər dini termin
kimi (yaradıcı, allah) mənalarını vermişdir. Sonrakı dövrlərdə, eləcə də orta
əsrlərdə və Mahmud Kaşğari dövründə (XI əsrin axırları) «göy» sözü «səma»
(неба) anlamında işlənmişdir. Bu söz Azərbaycan dilində
göy, qazax dilində
kök,
tatar dilind
ə
kuk,
özbək dilində kuk, türkmən dilində
gook, qırğız dilində
kök, altay
dilind
ə
kök yazılışlarında işlənərək «mavi səma» mənasını bildirmişdir (2. 35).
A.N.Kononov «göy» sözünün m
ənasını izah edərkən kok//qok sözlərinin
müasir türk dill
ərində bir neçə mənada işləndiyini qeyd etmişdir. Müəllif yazır ki,
«göy» sözü a) göy, göy
ərçin, mavi, açıq yaşıl, tünd göy, açıq göy, yaşıl, boz,
ağarmış göy; b) səma,
cavan ot, göyərti və s. mənalarda işlənmişdir. O, həmçinin
qeyd edir ki, «göy» sözü coğrafi adların birinci komponenti kimi hidronim və
oroniml
ərin tərkibində iştirak edir. Orta Asiya və müxtəlif ərazilərdə Kok, Kok su
adlı hidronimlər mövcuddur (8. 178).
E.Koyçubayev «göy» komponentli co
ğrafi adların geniş işləkliyə malik
olduğunu və göy sözünün «səma» apelyativinin sinonimi olduğunu qeyd etmişdir.
Mü
əllif səma cisimlərinin bir hissəsinin «göy rəngli» olması fikrini söyləmişdir
(9. 186).
Az
ərbaycan dilçiliyində də «göy» komponenti ilə bağlı bir-birindən maraqlı
mülahiz
ələr vardır.
R.Eyvazova kök//kuk//gög t
ərkibli coğrafi adların Əfqanıstan ərazisində də
olduğunu qeyd etmişdir. Müəllif «kök» sözünün mənasını izah edərkən
kok -
azad;
kök (sif
ət) –göy anlamında işləndiyini göstərir. Bahəddin Ögələ istinad edən
t
ədqiqatçı yazır ki, Orta Asiya tayfaları üçün «gög» hər şeydən üstün olmuşdur.
Onlar yer
ə, yalnız atlarının ayaqları ilə bağlı idi. Türklərə görə, «gög» rəngində
bütün göz
əlliklər toplanmışdı. Əski türkcədə «gög» anlamına uyğun gələn ana söz
«Tanrı (Tenqri)» idi. Odur ki, gögə hər rəngi ilə birlikdə «Göy tanrı» deyirdilər.
Mü
əllif Göyçay hidro-toponiminin birinci komponenti olan “göy sözünü” tayfa
103
N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış
adı ilə bağlamışdır. R.Eyvazova bu haqda yazır: «Bizə görə, kök//kuk//köy adını
tayfa adı kimi də saymaq lazımdır. Belə ki, «kök» tərkibli kökər tayfaları da
m
əlumdur. Kökərlər sakların ən böyük boyu olub, Qafqazda yaşamışlar. «Kök»
t
ərkibli Kökçə//Göyçə adının mənşəyi də maraqlıdır. Belə ki, Gəncə adının
izahında verdiyimiz şərhə əsaslanaraq cu//çjou//cou eyniliyini götürürük. Ola
bilsin ki, gök tayfaları vaxtilə Çinin Çjou//cou
adlanan yerlərinin sakinləri
olmuşlar. Güman ki, Gök-çjou//Gökçay fonetik dəyişikliyə məruz qalaraq
Gökç
ə//Gökçay şəklinə düşmüşdür» (5. 200-201).
Ə.Şükürlü «göy» komponentinin izahını verərkən yazır ki, Köktürk-oğuz
türk q
əbilələrindən birinin adıdır. Bəzi tədqiqatçılar göy sözünü «səma» (V.Banq),
bir qismi «şərq» kimi mənalandırır. Azərbaycan türk dilinin bəzi şivələrində hə-
min söz “x
əsis”, “acgöz” mənasını bildirir. Ona görə güman etmək olar ki, göy-
türk q
əbilə adı əslində «qarətkar türk», «işğalçı türk» mənasını ifadə edir. Lakin
q
əbilə adı kimi sabitləşməklə həmin etnonimin mənası silinib yox olmuşdur (13.
74).
F.Xalıqov isə «göy» komponenti haqqında bir qədər fərqli fikir söyləmişdir.
T
ədqiqatçı yazır: «göy» leksik vahidi ilə bağlı türkmən və Göycə formasında
Az
ərbaycan dilində, Ad köke formasında isə monqol dilində işlədilir».
Müəllif
h
əmçinin Kök-türk, köke-monqol, göklen-türkmən tayfa adlarında «qloriosus»
y
əni, «qəhrəman» mənasının gizləndiyini bildirir. S.Dörferə əsaslanan müəllif
«göy» sözünün s
əma mənası ilə bərabər müqəddəs göylərin mənasında təkcə
«kök-türk», «kök-culut», «köke-monqol» etnoniml
ərində deyil,
həm də şəxs
adlarında tez-tez təsadüf olunan vahidlərdən biri olduğunu qeyd etmişdir.
F.Xalıqov Göysu hidroniminin birinci komponenti olan
göy leksik vahidinin
burada «d
əniz» mənasını bildirdiyini qeyd edərkən yazır ki, Göysu atı («Qurd
oğlu əfsanəsi») zoonimində həmin mənanın saxlanıldığı inkaredilməzdir. Deməli,
«göy»
əlamət bildirən leksik vahidi istər ərazi, istərsə də su mənalı onomastik
vahidl
ərin tərkibində rəng çalarlarından daha çox «böyüklük», «genişlik»,
«bolluq» m
ənası ifadə edir (6. 73-74).
«Göy» komponenti haqqında B.Budaqovun və Q.Qeybullayevin də
fikirl
ərini qeyd etmək istərdik. Hər iki müəllif bir vaxtlar İrəvan quberniyasının
Novoboyazid q
əzasında mövcud olmuş Göysu toponiminin etimologiyasını izah
ed
ərkən yazmışlar: «Əsli Köy-Su. Türkcə
köy «kənd» və
su «çay» sözlərindən
ibar
ət olmaq etibarilə «Çay kənd» mənasındadır» (3. 320).
H
ər iki müəllifin izahından aydın olur ki, «göy» sözü rəng mənasını
bildirm
əklə yanaşı, qədim türk dillərində «kənd» anlamında da işlənmişdir.
N.Tapdıqoğlu da Göyçay hidrotoponimi ilə bağlı bir sıra fikirlər
söyl
əmişdir. Müəllif yazır: «Göyçay toponimi çayın yuxarı axınında suyunun duru
v
ə təmiz olması, göyümtül rəngə çalması ilə bağlıdır. Göyçay toponimini monqol
v
ə kalmık dillərindəki «ko//gö» komponenti ilə də («zireh, dəmir, polad geyim»)
əlaqələndirənlər var. Dağıstanda hazırda Koysu (Göysu) adlı bir neçə çay var.
104