Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə42/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   38   39   40   41   42   43   44   45   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
tayfa dili olub, sonradan dill
ər müstəqilləşərək ayrılmağa başlayıblar. Bu zaman 
et
nik şüur da fərqlənib. Ənənəvi dialektlər əmələ gəlib və s.); ekstralinqvistik fak-
torlar (m
ədəniyyət  yaxınlığı,  milli-mədəni dəyərlər, simvolik mənalar, çoxəsrlik 
ya
zılı ənənələr, ədədi dil normaları və s.). 
Subyektiv faktorlara daxildir: dövl
ətin paradoksal dil siyasəti; bir vaxtlar rus 
dilinin dövl
ət dili səviyyəsində  işləkliyi; Azərbaycanın  müstəqilliyi,  inkişafın 
müm
kün variantları və s. 
16. «Az
ərbaycan mühitində dil situasiyasının tipologiyası» ayrıca tədqiqatın 
mövzusudur. 
 
Ədəbiyyat 
 
1. 
Виноградов В.Я. Языковая ситуация\\Лингвистический энциклопедический 
словарь. М.: 1990. 
2. 
Беликов В.И., Крысин Л.П. Социолингвистика. М.: 2001. 
 
 
96 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
D.D. K
ƏRİMOVA  
 
ÇA
ĞDAŞ AZƏRBAYCAN DİLİNDƏ NEOLOGİZMLƏRİN 
ESTET
İK FUNKSİYASI HAQQINDA 
(M
əmməd Arazın poetik dili əsasında) 
 
Açar sözl
ər: üslub, poeziya, neologizmlər, özəlliklər. 
Ключевые слова: стиль, поэзия, неологизмы, специфика 
Key words: style, poetry, neologism, peculiarities. 
 
M
əmməd  Arazın  poetik  dili  üslubi  neologizmlərlə  zəngindir.  Oxucuların, 
xüsus
ən gənc nəslin, məktəblilərin estetik zövqünün inkişaf etdirilməsində başqa 
elm sah
ələri, məsələn, təsviri incəsənət, musiqi əsərləri ilə  yanaşı,  ədəbiyyatın, 
xüsusil
ə bədii ədəbiyyatın şeir qolunun müstəsna əhəmiyyəti vardır. 
Orta m
əktəbdə çağdaş şairlərimizin, xüsusən özünəməxsus dil-üslub xüsu-
siyy
ətləri ilə seçilən nümayəndələrindən biri olan Məmməd Arazın şeir xəzinəsi 
g
ənc nəslin bədii  zövqünün  formalaşmasına  xidmət  edən mühüm vasitələrindən 
biridir. 
Şairin dil vahidləri ilə şagirdlərə izah etmək lazımdır ki, Məmməd Arazın ən 
böyük üstünlüyü v
ə onu öz müasirlərindən fərqləndirən məxsusi özəllikləri çağdaş 
Az
ərbaycan dili şəkilçiləri ilə yeni sözlər – neologizmlər yaratmaq istedadıdır. Şa-
ir 
əsrlərlə Azərbaycan dilində işlənmiş söz yaratma vasitələrilə (şəkilçilərlə) ənə-
n
əvi sözlərlə yanaşı, yeni sözlər – neologizmlər də yaradır, şair -çı, -çi, -çu, -çü şə-
kilçil
ərilə suçu, qazmaçı tipli-sözlərlə yanaşı, şumçu (torpağı belləyən), dənçi (dən 
yığan, toxum yığan), küləkçi (külək xoşlayan), sovrucu (xırmanda taxılı ətrafa sə-
p
ən), qibtəçi (qibtə etməyi çox sevən adam), -lıq, -lik, -luq, -lük şəkilçisi ilə ənə-
n
əvi dönməzlik sözü ilə yanaşı, kiçilməzlik, dönməzlik və s., eləcə də famildaş (ey-
ni familli adam), ölk
əbaz (vətəndaş), tərifkeş (yaltaqlığı sevən adam), əsalı (qoca), 
dövr
ələmək  (başına  yığışmaq),  çamırlanmaq  (göllərin, su hövzələrinin üstünün 
yo
sun qatı ilə örtülməsi), yallanmaq (tez-tez rüşvət yemək), çəmənləşmək (çəmən-
l
ə  örtülmək),  dağlaşmaq  (yüksəlmək),  buludlaşmaq  (dumanlanmaq, kədərlən-
m
ək), toxalmaq (yeyib doymaq) və s. kimi yeni sözlər məxsusi olaraq Məmməd 
Ara
zın çağdaş Azərbaycan ədəbi dilinin insanın ruhunu oxşayan, orijinal mənalı 
yeni sözl
ər – neologizmlərlə zənginləşdirmək xidmətidir. Belə neologizmlər şairin 
poetik dilinin b
ədii dəyərini artırmaqla yanaşı (Özüm də, fikrim də min el dolaşır, 
M
ənim söz çiçəyim, duyğu çiçəyim, Onda mayalaşır, onda ballaşır, II, 193), həm 
d
ə şairin üslub fərdiliyini nümayiş etdirir, ana dilinin ifadə imkanlarını genişləndi-
rir; bu da yazıçı dilinin, ümumən dilin inkişaf etməsində mühüm mövqeyə malik 
ol
duğunu göstərir. 
M
əmməd Arazın fitrədən ana vətənin vurğunu olan bir şair olması onun ixti-
 
97 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
sas
ca  coğrafiyaşünas  olması  ilə  birləşərək qüvvətli emosional və  estetik tutuma 
malik onlarla t
əbiət anlayışlı düzəltmə sözlərin yaranmasına səbəb olmuşdur. Şai-
rin el
ə  bir  şeiri  yoxdur ki,  orada  vətənin  dağı,  dərəsi, təpəcikləri, səhrası,  düzü, 
el
əcə də təbiət hadisələrilə bağlı duman, çiskin, şimşək, daşqın, sel, çən kimi söz-
terminl
ər müxtəlif şəkilçilər qəbul edərək orijinal düzəltmə sözlər kimi işlənmə-
miş olsun: şairin poetik dilində yaradıb işlətdiyi heykəlləşmək, yarğanlaşmaq, tor-
paq
laşmaq, daşlaşmaq və s. kimi fellərdə Məmməd Arazın ənənəvi şəkilçilər va-
sit
əsilə  yeni-yeni mənalar kəsb edən neologizmlərin  yalnız  obrazlılıq,  poetiklik 
deyil, eyni zamanda fikrin d
əqiqliyi, oxucuya doğru-düzgün çatdırılması məqsədi 
d
ə güdülür. 
Şairin yaratdığı yeni sözlərdə hikmət, dərin məna, müdriklik emosiyası qüv-
v
ətlidir. Bu ifadələrdə, sözlərdə  bəzən  insanların,  bütövlükdə  xalqın  xarakteri, 
öz
əl xüsusiyyətləri özünü büruzə verir: Bir qarış çəpərin sərhəddi üstə, Dəyənək 
ç
əkiblər, yaxalaşıblar, Ancaq bərk ayaqda yuxalaşıblar. Bu şeirdə böyük hikmət 
var
dır:  doğrudan  da,  Azərbaycan  xalqının  məişətində  tez-tez müşahidə  olunan 
«ç
əpər davası», həqiqətən də, bir qədər keçdikdən sonra sakitliklə bitir. Bu əlbət-
t
ə, şairdən böyük müşahidəçilik qabiliyyəti tələb edir. Müşahidəçilik isə xalq şairi 
M
əmməd Arazda kifayət qədərdir. 
Şairin poetik dilində Azərbaycanın dağ adları vətənin rəmzi kimi işlədilir və 
bu, ilk növb
ədə gənclərin, məktəblilərin, ümumən xalqın vətənpərvərlik ruhunun 
yüks
əlməsi prosesində  öz müsbət təsirini göstərir:  Göyəzən, Dəlidağ,  Kəpəz, 
Qoşqar, Murovdağ, Şahdağı kimi dağ adları şairin poetik dilində qüdrət, əzəmət, 
dözümlük, etibar simvolu kimi oxucuda h
əmin hisslərin yaranmasına xidmət edir. 
M
əmməd Arazın dilində vətənin bağrından keçən çay adları təbiət gözəlliklərinin 
atributları kimi, şairin ilham mənbəyi funksiyasına xidmət etməklə yanaşı, onlar-
dan b
əziləri, məsələn, Araz, həm də vətəni ikiyə bölmüş «günahkar» vasitə kimi 
daim
a suçlanır, şairin giley mənbəyinə çevrilir. Elə bu səbəbdəndir ki, 70-ci illərə 
kimi İbrahimov soyadı ilə şeir yazan şair ömrünün kamil dövründən Araz çayının 
adını özünə təxəllüs seçmiş, bununla vətənin ikiyə  bölünməsini özü üçün daimi 
k
ədər, niskil olduğunu  təsdiqləmişdi.  Şair  bunu  öz  poetik  misralarında  belə 
t
ərənnüm edir: Mənim bir andım, Bir də bu ricam var, Araz! – Mən səni apara 
bilm
əsəm, Sən məni apar, Araz! Sudan çıxan balıq tək, Ölərəm mən Arazsız! Tayı 
itmiş  ceyran  tək, Mələrəm mən  Arazsız!»  Elə  bu səbəbdən də  «Mən Araz 
şairiyəm!»  –  deyir: Mən  Arazın  səsiyəm, mən  onun  yatağıyam,  Mən onun 
sahiliy
əm, Mən onun ləpəsiyəm! – deməklə oxucusunu buna inandırır! 
Şair şəxs adlarını poeziyaya gətirməklə xüsusi məqsəd güdür. O, gənc nəsli 
ədəbiyyatımızın, mədəniyyətimizin keçmişinə aparır, onları öz tarixi ilə bağlı in-
formasiyalarla m
əlumatlandırılır. Məndən soruşanda «sən kimsən?» – Onda Nəsi-
mi oluram alov donunda, B
əzən üfüq adlı bir Nizamiyəm. Demək bir xilqətəm, de-
m
ək hamıyam. Bəzən Füzuliyəm, bir planetəm… Sabirəm, Üzeyirəm, Bülbüləm, 
kim
əm… Bunlarla bərabər dünya mədəniyyəti, elm tarixindən gələn məşhur şəx-
 
98 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə