Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə39/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   35   36   37   38   39   40   41   42   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Bilig” 
əsərində  görə  bilərik.  Əsərdə  Allahın  vəsfini bildirən  Törütgen (Xaliq), 
İgidgen  (Rezzā),  Keçürgen  (Qafūr,  Qaffār),  İdi  (Rəbb), Ugan (Qadir), Erklig 
(Muktedir), Munsuz (Samed) 
kimi  adların  verilməsi həmin dövr dinlə  bağlı 
yazılan əsərlərdə kənar dilin təsiri ilə yeni söz modelləri əmələ gəlməsini göstərir. 
Bel
əcə, türklərin ideya-bədii  düşüncə  və  təfəkkürünə  hopmuş  yüzlərlə  söz 
işləkliyini itirmiş, arxaikləşərək dilə yeni daxil olmuş alınmalarla əvəzlənmişdir. 
“Kutadgu Bilig”, “Divani-Hikm
ət” və  “Ətabətül-Həqaiq” islam dininin 
ənənələrini özündə  əks etdirən  əsərlərdə  dini  inancla  bağlı  islami  anlayışlar  və 
onları ifadə edən ərəb-fars mənşəli sözlər işlənilməyə başlayır. 
H
ətta islamla bağlı türk mənşəli yalawaç, sawçı, yek, yükünç, mük, yumışçı, 
uçmaq  kimi sözl
ərin yerinə  sonrakı  dövr  əsərlərində  “peyğəmbər, rəsul,  şeytan, 
m
ələk, namaz, rüku, cənnət, firdevs”  kimi  alınmalar  işlənməyə  başlamışdır.  Bu 
bar
ədə  araşdırma  aparan  E.Üşenmez  Qaraxani  türkcəsində  yazılmış  əsərlərdən 
“Kutadgu Bilig”d
ə  334  ərəb,  79  fars,  “Ətabətül-Həqaiq”də  251  ərəb, 103 fars, 
“Divani-Hikm
ət”də  isə  763  ərəb, 588 fars mənşəli  sözün  olduğunu  qeyd  edir. 
[4.251] Bu is
ə  əsasən din və  etika məsələlərinə  həsr  olunmuş  əsərlərin  yazılma 
dövrl
ərinə  görə  alınmaların  dildəki mövqeyini əks etdirir. Verilən  alınmaların 
t
əqribən 15%-in etnoqrafik leksikaya aid olduğunu nəzərə alsaq, alınmaların dilin 
bu sah
əsindəki yerinin çox cüzi olduğunu görə bilərik. Ancaq onu da vurğulamaq 
la
zımdır ki, XIII əsrə qədərki türk xalqlarının etnoqrafik leksikasının tədqiqi za-
ma
nı tədqiqatçıların bilərək və  ya bilməyərəkdən sözün etimologiyasını türklərə 
qon
şu xalqların dillərilə əlaqələndirmələri alınmaların sayının süni şəkildə artırıl-
ma
sına səbəb olmuşdur. Bu baxımdan həmin dövrün etnoqrafik leksikasının hərtə-
r
əfli tədqiqi dildəki  alınmaların  və  alınma  sözlərin qəbul  olunması  və işlənməsi 
prinsipl
ərinin öyrənilməsi sahəsində də yeni imkanlar açır. 
 
Ədəbiyyat 
 
1.   S.X
əlilova . İnternasional terminlər.Maarif.-1991 s.8 
2. 
Н.А.Шанский.  Лексикология  современного  русского  языка.  М.1978,    
с.97-98 
3. 
Б.А.Ларин.  О  лингивистической  характеристике  города.  История  советс-
кого языкознания. Хрестоматия . М.1988., с.128 
4. 
E.Üşenmez.  Karahanlı  eserlerindeki  söz  varlığı  hakkında.,  Akademik 
İncelemeler Cilt:3 Sayı:1 Yıl:2008, s.247-253. 
 
 
 
 
 
 
89 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
Q.Ş. KAZIMOV  
 
BİR NEÇƏ ŞƏKİLÇİNİN İŞLƏNMƏSİ HAQQINDA 
 
Açar sözl
ər: Şəkilçi, 
–ыш, –дакы, –lı. –сыз 
Ключевые слова: Cуффикс, –ыш. –дакы. –лы. –сыз
Kay words: Suffiks, –
ыш. –дакы. –лы. –сыз. 
 
Dilimizd
ə bir neçə şəkilçi var ki, onlardan ya morfologiya kitablarında bəhs 
edil
mir, yaxud da onlar başqa cür izah edilir. Bura -ış, dakı, -lı və -sız şəkilçiləri 
daxildir. 
1.-
ış şəkilçisi dördvariantlı bir morfemdir. Dilimizin morfoloji quruluşundan 
b
əhs olunan əsərlərdə bu şəkilçi həm feldən isim düzəldən şəkilçi, həm də felin 
qa
yıdış və birgəlik mənalarını ifadə edən şəkilçi kimi izah olunur. Məsələn: Bu 
iniltili 
çağırışa cavab verən olmadı.(M.Hüseyn) Öz atanla, ananla qucaqlaşıb gö-
rüşdün (S.Rüstəm) – cümlələrində -ış,-ş şəkilçisi fel kökünə və əsasına artırılmış-
dır: 
Çağır(maq) – çağırış 
Gör(m
ək) – görüş(mək) 
Qucaqla(maq) – 
qucaqlaş(maq) 
Bu sözl
ərdən birincisi isimdir, feldən düzəlmişdir, felin təsirlik, növ, inkar-
lıq xüsusiyyətlərini tamamilə itirmiş və düzəltmə ismə çevrilmişdir. İkinci misalda 
da -
ış şəkilçisi felin kökünə artırılmışdır. Üçüncü misalda isə fel əsasına birləşmiş-
dir. Bu sonuncu sözl
ər felin əsas əlamətləri olan təsirlik, növ və inkarlıq xüsusiy-
y
ətlərini saxlamışdır: 
görüşmək – görüşdürmək – görüşdürülmək – görüşdürməmək; qucaqlaşmaq 
– qu
caqlaşdırmaq – qucaqlaşdırılmaq – qucaqlaşdırılmamaq (görüş sözünün isim 
forması da var, onu fel forması ilə qarışdırmamalı). 
Bel
əliklə,  bu  şəkilçi (-ış  şəkilçisi) fellərə  artırılaraq  ya  isim,  ya  da  feldən 
başqa bir növü bildirən fel düzəldir. 
Lakin dilimizd
ə  -ış  şəkilçisinin  başqa  bir  funksiyası  da  var  və  həmin 
funkisiya il
ə  bu  şəkilçi vasitəsilə  çoxlu xüsusi isimlər düzəlir.  Şəkilçinin bu 
funksiyası barədə morfologiya kitablarında danışılmır. Bu vəzifədə -ış şəkilçisini 
əvvəlki iki şəkilçidən fərqləndirən cəhət budur ki, bu şəkilçi isimlərdən isim dü-
z
əldir. Faktlar göstərir ki,  xüsusi isimlərdən xüsusi isim düzəldən  bu  şəkilçi 
başdan-binadan kiçiltmə,  əzizləmə  çaları  yaratmaq  üçün  yaranmışdır.  Lakin 
bunun  – 
bu  şəkilçinin  əsasında  çoxlu  şəxs  adları  yaranmış,  həmin  adlar  geniş 
işləklik qazanmış və öz kiçiltmə çalarını, demək olar ki, itirmişdir. Məsələn: İb-
rahim  – 
İbiş,  Südabə  –  Suduş,  Gülsəba  –  Gülüş,  Əliverdi  (Əliməmməd)  –  Əliş, 
 
90 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə