Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə38/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   34   35   36   37   38   39   40   41   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
Ş.R. HƏSƏNLİ-QƏRİBOVA  
 
ALINMA SÖZLƏR ETNOQRAFİK LEKSİKADA 
 
Açar sözl
ər: Etnoqrafik leksika, alınma söz, assimilyasiya, etnoqrafizm, türkdilli 
abid
ələr 
Ключевые  слова:
  Этнографическая  лексика,  заимствованные  слова,  асси-
миляции, этнографизм, тюркоязычные памятники 
Key words:  Ethnographic lexicon, borrowed word, assimilation, ethnographism, 
turkic monuments 
 
Dil xalqı yaşadan ən mühüm amildir. Xalqın məişəti, yaradıcılığı, təsərrüfat 
f
əaliyyəti, bir sözlə, bütün həyatı dil vasitəsilə əks olunur, tarixdə yaşama hüququ 
qazanır. Dil hər bir xalqın yaşam, təfəkkür xüsusiyyətlərini bütünlükdə əks etdirir. 
Dilin inkişafı xalqın elminin, mədəniyyətinin inkişafı ilə bağlıdır. İnkişafda olan 
dil mü
əyyən baxımdan inkişafda olan xalq deməkdir. Bu xüsusiyyətlər dilin bütün 
sferalarında, xüsusilə etnoqrafik leksikasında öz əksini tapır. Xalqın tarixini əks 
etdir
ən etnoqrafiik, onu özündə yaşadan dil vasitəsilə gələcək nəsillərə ötürülür. 
Etno-kulturoloji, etno-psixoloji, etno-iqtisadi amill
əri nəzərə  alaraq  xalqın 
tarixd
əki yeri və  inkişaf  vəziyyətini özündə  əks etdirən  etnoqrafiya  yalnız  dillə 
üzvi v
əhdətdə inkişafını təmin edə bilər. Dilçilik elmi ilə tarix–etnoqrafiya elmini 
özünd
ə birləşdirən etnoqrafik leksika bu baxımdan olduqca əhəmiyyətli yer tutur. 
Xalqın etnik simasını,  milli xüsusiyyətlərini, mifik- mənəvi və maddi dünyasını 
özünd
ə  əks etdirən etnoqrafik leksika cəmiyyətdəki sosial-iqtisadi və  maddi-
m
ədəni  sferaların  inkişafından  asılı  olaraq  formalaşır,  dəyişikliklərə  məruz  qalır 
v
ə  yeniləşir.  Ümumilikdə, cəmiyyət və  həyatın  inkişafı  davam  etdiyi  müddətdə 
bütün t
ərəqqi və  nailiyyətlərin  əks  olunduğu,  ifadə  olunduğu  dil  və  onun  lüğət 
t
ərkibi də formalaşır, inkişaf edir. Belə ki, cəmiyyətdə baş verən proseslər, xalqın 
maddi-m
ənəvi dünyasına inqilabi təsir edən yeni hadisələr, kəşf olunan yeniliklər, 
onlarla  bağlı  məfhum və  anlayışlar  təfəkkür süzgəcindən keçərək dildə  yeni 
sözl
ərin yaranmasına səbəb olur. Ancaq bu heç də hər zaman eyni olmur və dil 
baş  verən  inkişafa  hər  zaman eyni münasibətdən  çıxış  etmir.  Bəzən yeniliyi öz 
lüğət tərkibindəki hər hansı bir dil vahidi ilə əks etdirmək yolu ilə milliləşən dil 
b
əzən də yeniliyə uyğunlaşa bilmir. Dildə həmin yeniliyi əks etdirə biləcək yeni 
söz h
ər  zaman  dilin  daxili  imkanları  ilə  yaranmır.  Bu  zaman  başqa  dillərə 
müraci
ət olunur və  yeni  anlayış  və  ya məfhumu ifadə  edən söz dilə  başqa  bir 
dild
ən  alınır.  Qeyd  etdiyimiz  proses  özünü  dilin  tarixi  inkişafını  özündə  əks 
etdir
ən etnoqrafik leksikada da göstərir. Bu isə etnoqrafik leksikanın geniş əhatə 
dair
əsinə  malik  olması  ilə  əlaqədardır.  “Başqa  dillərdən  alınmalar,  adətən, 
realil
ərlə, hadisə  və  predmetlərlə  birlikdə  gəlir, dil üçün yeni material olur. 
Alınmalar  dilin  öz  vahidlərindən fərqli statusa malik olur və  dil  daşıyıcılarının 
 
87 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
diqq
ətini  daha  artıq  çəkir.”  [1.8]  Ancaq  etnoqrafik  leksikada  müşahidə  olunan 
alınmalar dildəki digər alınmalardan bir qədər fərqli xüsusiyyət daşıyır. Belə ki, 
ədəbi dilin elmi, rəsmi və  s.  üslublarına  xas  olan  alınmalarda  dilə  yad olma 
xüsusiyy
əti özünü qoruyub saxladığı halda, etnoqrafik leksikada dilin belə sözləri 
assimilyasiya etm
əsi  prosesi  müşahidə  olunur. B.A.Larin bu prosesi sözlərin 
m
əişətdə  istifadəsilə  əlaqələndirmişdir:  “Sözlərin məişətlə  daha  artıq  qovuşması 
dil assimilyasiyasını şərtləndirir.” [3.128] Bu isə etnoqrafik sözlərin daha qədim 
alınmalar olması və əksərən şifahi yolla keçməsi ilə əlaqədardır. “ Əcnəbi sözdə 
daha çoxlu köklü d
əyişiklik  o  zaman  baş  verir  ki,  bu  söz  şifahi  şəkildə  alınmış 
olsun. Bu halda alınan sözün səs tərkibində ciddi dəyişiklik baş verir, onun mənası 
n
əzərə çarpacaq dərəcədə dəyişir.” [2.97-98] 
Bu baxımdan türk dillərində alınma sözlər məsələsini tədqiq edərkən yalnız 
müasir dövr deyil, tarixi inkişaf prosesi də nəzərə alınmalıdır. Alınmalar müasir 
dövrün m
əhsulu deyil və  qədim dillərdə  də  çoxsaylı  alınmalara  təsadüf etmək 
mümkündür. Bel
ə  alınmalar  isə  sözsüz  ki,  etnoqrafik  leksikada  yaşamaqdadır. 
Etnoqrafik  leksikadakı  alınmalar  cəmiyyət və  məişətin  əksər sahələrini  əhatə 
etm
əklə  yanaşı,  onların  alınma  olub-olmadığını  müəyyənləşdirmək bir qədər 
ç
ətindir. XI-XII əsr türklərinin etnoqrafik leksikasına nəzər saldıqda, ilk baxışda 
türk  m
ənşəli görünən sözlərin qədim dövrlərdə soğd, tibet,  çin, hind dillərindən 
keçdiyi m
əlum olur. Düzdür, belə sözlər olduqca azdır. Bu barədə bizim üçün əsas 
qaynaq olan “Divanü-
luğat-it-türk” əsərində bu sözlərin sayı azdır: kez, fagfuri, 
loxtay  kimi  Çind
ən ixrac edilən  parçaların,  irwi, uragun kimi Hindistandan 
g
ətirilən dərmanların,  türklər tərəfindən  əvvəllər istifadə  olunmayan,  qonşu 
xalqlarla 
əlaqələrin qurulması ilə süfrələrə yol tapan buxsımbekni kimi içkilərin 
adları  həmin mallarla birlikdə  xalqın  dilinə  keçmiş  burada  yaşam  hüququ 
qazanmışdır.  Onu  da  qeyd etmək  lazımdır  ki,  M.Kaşğarinin  verdiyi  qeydlərə 
əsaslanaraq demək olar ki,  bu sözlər heç də  bütün türklərdə  işlənməmiş,  həmin 
xalqlara qonşu olan türklərin dilində işlənmiş, lakin nisbətən uzaqdakı başqa türk 
xalqlarının  dilinə  keçməmişdir.  Belə  ki,  areal  baxımından  sözün  yarandığı  dilə 
yaxın olan dil sözün məhz mənbə dildən mənimsəməyə üstünlük verirsə, nisbətən 
uzaqda yerl
əşən dil özünə daha yaxın olan vasitəçi dilin köməyilə yeni sözü lüğət 
t
ərkibinə  qəbul  edir.  Bu  baxımdan  şərqdəki türklərin dilində  çin,  hind,  soğd, 
xar
əzm dillərindən alınmalara rast gəlinirsə, sonrakı dövrlərdə oğuz, qıpçaq kimi 
q
ərbdə  yaşayan  tayfaların  dillərində  ərəb-fars  alınmalarına  təsadüf edilir. 
Ümumiyy
ətlə, XI-XII  əsr  yazılı  nümunələri  arasında  şamanizm  və  buddizmlə 
bağlı  işlənən  soğd,  xarəzm dilindən  keçmiş  alınma  sözlər  yalnız  M.Kaşğari 
t
ərəfindən  toplanmışdır.  Ancaq qeyd etmək  lazımdır  ki,  XI-XII  əsr türklərinin 
dilind
əki  ərəb-fars  alınmaları  da  dini  səciyyəli sözlərdir və  yalnız  Quran 
t
ərcümələri ilə  əlaqədar olaraq, XII əsrdə  dilə  yol  tapmağa  başlamışdır.  Bu  isə 
ilkin dövrl
ərdə  dini terminlərin kalkaetmə  yolu ilə  türkcə  qarşılıqlarının 
işlədilməsi ilə  bağlıdır.  Bunun  ən gözəl nümunəsini biz Y.X.Hacibin “Kutadgu 
 
88 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə