Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə40/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   36   37   38   39   40   41   42   43   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Nurullah – Nu
ruş, Fərman – Fəriş, Fətulla – Fətiş, Sərxan – Səriş, Allahverdi – 
Alış, Göyalı – Göyüş, Baba – Babaş, Nənə – Nənəş, Fərəh – Fəriş, Dilarə - Diliş 
v
ə  s.  İlkin  müşahidələr göstərir ki, -ış  şəkilçisi  sözün  (xüsusi  adın)  ilk  qapalı 
hecasına artırılır və –ış,-iş,-uş,-üş variantları ilə yanaşı, -aş,-əş şəklinə də düşə bi-
lir:  Bab-
aş, Nən-əş. Xüsusi adların bu cür yaranma tərzini bilmədən Nuruş, Alış, 
İbiş,  Səriş  və  s. kimi sözlərin etimoloji cəhətini  araşdırmaq  mümkün  deyil.  Bir 
c
əhəti də nəzərə almaq lazımdır ki, bu cür adlar ilk hecası eyni olan müxtəlif xü-
susi addlardan da yarana bil
ər. Məsələn, Əliş xüsusi ismi Əliverdi sözündən də, 
Əliməmməd  sözündən də,  Əlisahib  sözündən də  yarana bilərdi. Bunun üçün 
birinci – qa
palı hecanın uyğunluğu kifayətdir. 
2.-
dakı, -dəki şəkilçisi dilçiliyimizdə sifət düzəldən şəkilçi kimi izah olunur. 
«Az
ərbaycan dilinin qrammatikası» (1-ci hissə, Morfologiya) kitabında bu şəkilçi 

kı,-ki,-ku,-kü şəkilçisinin bir forması kimi izah edilir. Ə.M.Cavadov yazır:  «Bu 
şəkilçinin  -kı,-ki  variantı  yerlik  halda  işlənən sözlərin  axırına  qoşularaq, məkan 
bildir
ən sifətlər düzəldir. Həmin sifətlər müəyyən bir məkan daxilində  yerləşən 
hadis
ənin,  əşyanın  yerini  bildirərək, onu məkanca təyin edir; məs.:  yanındakı 
(uşaq), qazandakı (ət), yoldakı (maşın), bağdakı (ağac), küçədəki (adam)».(1,63) 
Vaxtil
ə M.Hüseynzadə də eyni şəkildə fikir söyləmişdir. (2, 95) Bu vaxta qədərki 
bütün 
əlaqədar yazılarda belədir. 
Qeyd etm
əliyik ki, bu şəkilçi bir neçə formada işlənir: 
-
başqa şəkilçiyə ehtiyac olmadan sözlərə -kı,-ki,-ku,-kü şəklində birləşir: dü-
n
ənki, səhərki, axşamkı, çoxdankı və s. 
-yerli
k  halın  şəkilçisindən  sonra  işlənir:  evdəki, kənddəki, Həsəndəki, 
Bakıdakı, klubdakı və s. 
-m
ənsubiyyət və hal şəkilçilərindən sonra işlənir: başındakı (papaq), əlində-
ki (kitab), evinizd
əki (samovar), qapınızdakı (öküz), həyətinizdəki (ağac), məktəbi-
nizd
əki (müəllim), yadınızdakı (hadisə) və s. 
-k
əmiyyət, mənsubiyyət və hal şəkilçilərindən sonra işlənir: dağlarınızdakı 
(qar), 
bulaqlarınızdakı (duruluq) meşələrinizdəki (ağaclar) , çəmənlərinizdəki (çi-
ç
əklər) və s. 
Dediyimiz kimi, bu şəkilçi çoxişlənən sözdüzəldici – sifət düzəldən şəkilçi 
sayılır. Bu mənada məktəb dərsliklərinə də daxil edilmişdir. 
Qeyd etm
əliyik ki, bu şəkilçi kəmiyyət, mənsubiyyət və hal şəkilçisi olma-
dan bir sıra sözlərə artırılaraq işləndikdə söz isim xüsusiyyətlərini itirir və düzəlt-
m
ə sifətə çevrilir. Belə sözlərə kəmiyyət, mənsubiyyət, hal şəkilçiləri artırmaq ol-
mur; m
əs.: axşamkı əhvalat birləşməsini axşamlarınızdakı əhvalatdünənki məsə-
l
ə birləşməsini dünənlərinizdəki məsələ şəklində işlətmirik. 
Bu 
şəkilçi (-kı,-ki,-ku,-kü şəkilçisi) yerlik halla yanaşı, yiyəlik haldan sonra 
da işlənir. Yiyəlik halla işləndikdə mənsubiyyət mənasına malik olur: Sahib şəxsi 
bildirir, m
ənsub əşyanı isə qeyri-müəyyən şəkildə ifadə edir. Mənsub əşyanı yal-
nız mətnə əsasən bilmək olur; məs. Sənin kitabın buradadır. Deyəsən, mənimki də 
 
91 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
buradadır.  Yerlik halda olan sözə  artırıldıqda isə  başqa  vəzifə  daşıyır.  Bu 
şəkilçidən əvvəl kəmiyyət, mənsubiyyət və hal (yerlik hal) şəkilçilərinin işlənməsi 
göst
ərir ki, bu məqamda -kı,-ki şəkilçisi sifət düzəldən şəkilçi deyil, çünki sözdə 
ism
ə  məxsus morfoloji xüsusiyyətlər, qrammatik əlamətlər  tam  saxlanmış  olur. 
Sözdüz
əldici  şəkilçi sözdəyişdiricidən sonra gələ  bilməz. Faktlar göstərir ki, bu 
halda h
əmin  şəkilçi feli sifət,  feli  bağlama  şəkilçiləri tipində  bir  şəkilçidir. Elə 
sözl
ər düzəldir ki, həmin sözlərdə ismin əsas qrammatik əlamətləri qalır və sözlər 
h
əm də  sifət xüsusiyyəti  qazanır.  Odur  ki  bu  şəkilçini isim xüsusiyyətlərini 
(k
əmiyyət, mənsubiyyət,  hal)  saxladıqda  sifət  şəkilçisi yox, atributivlik yaradan 
ismi sif
ət şəkilçisi adlandırmaq olar. (Bax: 3, 106-107) 
3. -
sız  -lı dördvariantlı şəkilçilərindən birlikdə danışmaq lazım gəlir. An-
tonim m
əna ifadə  edən  bu  şəkilçilər də  sifət düzəldən  şəkilçilər hesab olunur:  
«…-
lı,-li,-lu,-lü  şəkilçisi bir qrup isimlərin  sonuna  bitişərək, ismin mənasına 
uyğun  mənanı  ifadə  edən sifət düzəldir; məsələn  bacarıqlı  (adam),  aynalı  (tü-
f
əng), hazırlıqlı (tələbə)…» «-sız,-siz,-suz,-süz… şəkilçili sifətlər bir şeyin müəy-
y
ən bir əşyada yoxluğunu bildirir; məs.: dadsız (xörək), səssiz (ev), susuz (səhra), 
ruhsuz 
(oğlan), sözsüz (mahnı)».(1,62) M.Hüseynzadənin fikrincə, dördvariantlı -
 şəkilçisi «keyfiyyət, dad, yer mənsubiyyəti, kəmiyyət çoxluğu, xasiyyət, əlamət 
v
ə s. bildirən sifətlər düzəldir». (2, 91-92) 
-
  şəkilçisi  əksərən  artırıldığı  sözdə  sözün mənasına  uyğun  keyfiyyətin, 
madd
ənin olduğunu göstərdiyi halda, bəzən bir qədər fərqli məna ifadə edir. Məs.: 
duzlu xör
ək  –  duzu olan xörək yox, duzu çox olan xörək mənasındadır. 
M.Hüseynzad
ə bu barədə qeyd edir ki, belə sözlərdə, «şübhəsiz, bu fərq o qədər 
d
ə kəskin hiss edilmir və bu müqayisə də bütün misallara aid deyildir». (2, 92) 
M.Hüseynzad
ə bu fikrini çox sözündən düzələn çoxlu sözündən danışarkən 
d
ə söyləmişdir: «…çox sözü də bəzən -lu şəkilçisini qəbul edərək çoxlu şəklində 
işlənə  bilir. Bu söz sifət  şəkilçisini qəbul etsə  də, tərkib daxilində  yenə  də  say 
m
əzmunu ifadə edir». (2, 92) «-sız,-siz,-suz,-süz şəkilçisi vasitəsi ilə –lı,-li,-lu,-lü 
şəkilçisinin  yaratdığı  mənaların  əksini, yəni mənfi məna ifadə  edən sifətlər 
düz
əldir… Bu şəkilçilərlə
*
 
əmələ gələn düzəltmə sifətlər birincilərin əks mənasını 
ifad
ə  edir; yəni  bunlar,  başlıca  olaraq,  yoxluq  məzmunu bildirir». (2, 93) Eyni 
fikir başqa kitablarda da söylənmişdir.(1, 62) 
Bizim fikrimizc
ə, bu şəkilçilər morfologiya kitablarında öz təyinatını düz-
gün tapmamışdır. Bu şəkilçilər «bir qrup sözə» deyil, bir nitq hissəsindən, bir ka-
teqoriyadan  -  isiml
ərdən ibarət bütün sözlərə artırıla bilir. Məs.: divarlı-divarsız, 
evli-
evsiz,  qapılı-qapısız,  pəncərəli-pəncərəsiz, rəngli-  rəngsiz, döşəməli  –  döşə-
m
əsiz, tavanlı-tavansız, havalı – havasız, adamlı – adamsız, süpürgəli – süpürgə-
siz, r
əngli – rəngsiz, işıqlı – işıqsız, künclü – küncsüz və s. Bu hal, yəni bir nitq 
hiss
əsinə daxil olan bütün sözlərə artırılması qrammatik şəkilçilərin, sözdəyişdiri-
cilik 
əlamətlərinin xüsusiyyətidir. Sözdüzəldici şəkilçilər nə qədər məhsuldar olsa 
da, h
ər sözə artırılıb yeni söz düzəldə bilməzlər. Belə olsa idi, bu şəkilçilərin hesa-
 
92 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə