Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə43/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   39   40   41   42   43   44   45   46   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
siyy
ətlərin  –  Magellan,  Kopernik,  Bethoven,  Çaykovski,  Puşkin,  Didro,  Viktor 
Hüqo, Balzak v
ə s. adlarla şair oxucusunu tanış etmək məqsədini güdmüş, eyni 
zamanda oxucuda m
ədəni, gözəllik-estetik zövq tərbiyə etməyə çalışmışdır. 
Şairin istedadı ondadır ki, adı dil vahidlərini məcazi yolla bir-birinə yanaş-
dırma yolu ilə (yanaşma əlaqəsi əsasında) qeyri-adi ifadələr düzəldir, bütün bu ifa-
d
ələr yeni olduğuna baxmayaraq, oxucunu yormur, əksinə oxucu üçün çox maraq-
lı görünür: şairin böyük sənətkarlıqla yaradıb, şeirlərində işlətdiyi Məcnun səhra-
lar (M
əcnunun gəzdiyi səhralar kimi səhralar), Leyli bulaqlar (Leyli kimi sevimli, 
t
əmiz, bakirə  bulaqlar),  qaya sərkərdələr  (qaya kimi mərd, sərt),  quzu bulaqlar 
(quzu kimi t
əzə-tər bulaqlar), lal meşələr (qalın, küləksiz meşələr), yetim ulduzlar 
(t
ənha tək ulduzlar), sısqa ulduzlar (axan ulduzlar), sərsəri küləklər  (istiqaməti 
m
əlum olmayan külək), ağlağan qayalar (şehli qayalar), fikirlər burulğanı (çözül-
m
əz fikirlər); böhtanlar yarğanı (böhtanların üst-üstə yığıldığı yer, məkan) və s. 
onlarla bel
ə ifadə öz poetik gücü ilə çağdaş Azərbaycan şeir dilini zənginləşdir-
mi
ş, şairin estetik ifadə yaradıcılığındakı xüsusi istedad və bacarığını göz önünə 
g
ətirmişdir. 
M
əmməd Arazın poetik dilində somatik, yəni insan orqanizmin adlarını bil-
dir
ən leksika da mühüm yer tutur. Məlumdur ki, somatik leksikaya aid olan sözlər 
poe
ziyada işlənərkən öz ilkin mənasından uşaqlaşır, poetik-estetik funksiya qaza-
na
raq, şeirin, ümumiyyətlə, ədəbi dilin, ədəbiyyatın yeni məcazlar, yeni bədii ifa-
d
ə  vasitələri, yeni metaforalar, təşbihlərlə  zənginləşməsini təmin edir. Məmməd 
Ara
zın dili somatik leksikanın iştirakı ilə düzəlmiş yeni, orijinal söz, söz birləşmə-
l
əri, terminlərlə  zəngindir:  göz  karvanı,  soyuğun  dodaqları,  sazağın  dodaqları, 
do
luların  ayaqları,  duyumlu  barmaqlar,  zamanın  gözləri, arzumun  əlləri, 
x
əyalımın qolları və s. kimi yeni ifadələr oxucuların zövqünü oxşayır, yeniləşdirir, 
Az
ərbaycan bədii dilinin əhatə dairəsini genişləndirir, onun obrazlılıq estetikasını 
yüks
əldir, ana dilimizin nələrə malik olmasını nümayiş etdirir. 
M
əmməd Araz müdrik şairdir. Onun şeir çələngi Nizami müdrikliyi, Nəsimi 
f
əlsəfəsi, Xətayi vətəndaşlığı, Füzuli lirizmi, Sabir sarkazmından qidalanır. 
M
əmməd  Araz  çağdaş  Azərbaycan  ədəbiyyatının  o  nadir  şeir-sənət 
ustalarındandır ki, onun hikmət dolu müdrik sözləri şairin sağlığında aforizmlərə 
çevrilmişdir:  Dünya sənin, dünya mənim, dünya heç kimin! Mən belə  dünyanın 
n
əyindən  küsüm?!  İti  bazarında  atından  baha!  Tikanlı  yazılar  çax-çax eyləyir, 
Zaman üyüd
əcək öz bildiyini! Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı! Vətən 
m
ənə oğul desə nə dərdim?! və s. xalqın hafizəsində məhz müdrikliyi ilə qalıb. 
Bel
ə  söz və  ifadələr gənc nəslin mənəvi tərbiyəsinin təmin edilməsində 
mühüm vasit
ələr kimi ədəbiyyat müəllimlərinin  əyani vasitələr  rolunu oynaya 
bil
ər. 
 
 
 
99 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
KƏRİMOVA X.D. 
 
DİLİMİZİN MAYASI – AZƏRBAYCAN FOLKLORU 
 
Açar sözl
ər: dil, nitq, ailə, folklor 
Ключевые слова: язык, речь, семья, фольклор 
Key words: language, speech, family, folklore 
 
Dil xalqın mənəvi siması, mövcudluğunun göstəricisi, tarixi keçmişi, parlaq 
g
ələcəyidir. Hər xalqın öz dili var və bu, onun ana dilidir. 
Ana dilimiz olan Az
ərbaycan dili öz ahəngi, səs quruluşunun səlisliyi, ifadə 
im
kanlarının zənginliyi baxımından bəxti gətirmiş dillərdəndir. Üstündən çox qara 
yell
ər  əssə  də, bu gün müstəqil Azərbaycan  Respublikasının  dövlət dili məhz 
Az
ərbaycan dilidir. Milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı 
bu dild
ə sərbəst danışmağı, düzgün yazmağı və oxumağı bacarmalıdır. 
İnsanın  yaşamı ailədən  başlayır. Ailə özlüyündə kiçik dövlət modelidir və 
h
ər  sağlam  ailənin  öz  atributları  var.  Ailənin  simasının  göstəricilərindən biri də 
onun dilidir. Ail
ə daxilində ünsiyyət vasitəsi kimi hansı dildən istifadə edilməsi 
ail
ə üzvlərinin öz ixtiyarındadır. Həmin ailədə dünyaya gələn uşaq da valideynlə-
ri
nin danışdığı dillə dünya ilə - ətraf aləmlə tanış olur, o dildə fikirlərini ifadə edir. 
H
ər bir uşaq ailədə formalaşmış bir nitqlə cəmiyyətə daxil olur. 
Ana dili adı altında tanıdığımız dil - nəslimizin, soy-kökümüzün əmanəti, öz 
adımızdan da əvvəl qulağımızın eşitdiyi, məxsus olduğumuz xalqın nəsildən-nəslə 
ötür
ərək yaşatdığı bir dildir. Lakin hər uşağın dünyaya gəldiyi ailənin ünsiyyət dili 
heç d
ə həmişə ana dili olmur. Bəzən müxtəlif səbəblərdən ailə üzvləri əcnəbi dil 
vasit
əsilə bir-biri ilə ünsiyyət qururlar və bu səbəbdən də həmin ailədə dünyaya 
g
ələn uşaq yad bir dildə dil açır. Bu cəhətdən insanlar iki qrupa bölünürlər: 
1. Ana dilind
ə dil açanlar 
2. Ana dilini sonradan öyr
ənənlər 
Dild
ən istifadə zamanı bu insanların nitqi bir-birindən xeyli fərqlənir. Birin-
ci qrupa dax
il olanların ruhunun mayasında xalqımızın minillikləri aşıb gələn dili-
mizin göz
əllikləri, genetik ünsiyyət kodları kök salır. Nənələrimiz elə ilk gündən 
be
şik başında bu dilin zənginliklərindən istifadə edərək arzularını, diləklərini söy-
l
əmiş, dualar etmiş, hər sözü nəslin yeni doğulmuş davamçısının ruhuna damla-
dam
la hopdurmuşlar. 
Uşaq əvvəlcə yaxınlarının səsini bir-birindən ayırmağı, sonra tədricən eşitdi-
yi sözl
ərin mənasını  anlamağı,  daha  sonra  hecaları,  sözləri söyləməyi, nəhayət, 
cüml
ə qurmağı - danışmağı öyrənir. Nitqin formalaşması prosesi uşağın doğulan-
dan eşitdiyı sözlər əsasında gedir. Bütün bu dilaçma prosesində ona gün ərzində 
d
əfələrlə layla, nazlama, alqış, sanama, düzgü, nağıl və s. söylənir. Uşaqla ünsiy-
 
100 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə