Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə73/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   65   66   67   68   69   70   71   72   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
d
əki yer adlarının 80 faizi Azərbaycan (türk) mənşəlidir, 20 faizi müxtəlif dillərə, 
o dill
ərdə danışmış qəbilə və tayfalara məxsusdur. 
6. “Az
ərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun is-
tifad
əsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair  Dövlət  Proqramı  haqqında”  Azər-
bay
can Respublikası prezidentinin sərəncamı ilə əlaqədar fikirlərim: 
7. Möht
ərəm Prezidentimizin çox vaxtında imzaladığı bu sərəncam, ilk növ-
b
ədə dilçilik elmi üzrə araşdırmaların mərkəzi sayılan Milli Elmlər Akademiyası 
N
əsimi adına Dilçilik İnstitutunun əməkdaşlarının məsuliyyətini daha da artırmış-
dır. Bunu dərk edən institutun yeni rəhbərliyi – başda professor Fəxrəddin Veysəl-
li olmaqla bütün kollektivin özl
əri üçün proqram hesab etdikləri həmin sənəd yük-
s
ək qiymətləndirilmiş  və  fəaliyyət istiqamətlərini  ona  uyğun  quracaqları  barədə 
q
ərar qəbul etmişlər. 
8.  Xarici dill
ərdən ana  dilimizə  tərcümə  məsələsi də  qarşıya  ciddi  şəkildə 
qoyul
muşdur. Bu problemlə bağlı sərəncamda xüsusi maddə var ki, Azərbaycanda 
müxt
əlif sahələrdə  tərcümə  işinin  mərkəzləşdirilmiş  qaydada  və  məqsədyönlü 
aparılması üçün Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılsın. 
Etiraf etm
əliyik ki, dünya dilləri arasında Azərbaycan dili qədər saf, gözəl, 
oy
naq, musiqili, başqa dillərə daha asan tərcümə olunan dil yoxdur. Çox incə, mu-
siqili dilimiz var. Xarici dill
ərdən tərcümə olunan əsərlər də dilimizdə gözəl səs-
l
ənməlidir. Həmişə ana dilimizin qayğısına qalmalıyıq, onu kənar təsirlərdən qo-
ru
malıyıq. Müstəqil ölkəyik, qapılarımız dünya ölkələrinin üzünə açıqdır. Vətəni-
mizd
ə xarici şirkətlər fəaliyyət göstərir. Təəssüf ki, şəhərimizdə bəzi müəssisələ-
rin, ofisl
ərin adları yalnız ingilis dilində yazılır. Və yaxud birinci ingilis dilində, 
ikinci Az
ərbaycan dilində, özü də orfoqrafik səhvlərə yol verilərək yazılır. Bu isə 
yolverilm
əzdir. Doğrudur, biz dünya dilləri ilə əlaqədə, qarşılıqlı münasibətdə ol-
ma
lıyıq, istər-istəməz dilimizə beynəlxalq sözlər daxil olur. Onları qəbul etməli-
yik. Ancaq çalışıb dilimizə keçən sözlərin qarşılığını tapmalıyıq. 
9. 
Biz zamanın tələblərinə uyğun istifadə olunan, yeni yaranan sözləri gözü-
yumulu dilimiz
ə qəbul etməməliyik. İlk növbədə belə sözlərin qarşılığını tapmağa 
ça
lışmalıyıq, sonra onlardan istifadə məsələsinə baxmalıyıq. 
10. S
ərəncamda Azərbaycan dilinin digər türk dilləri ilə münasibətlərini öy-
r
ənmək istiqamətində ciddi addımlar atılmasının, bu sahədə yeni layihələrin hazır-
lanmasının  vacibliyi  də  vurğulanmışdır.  Dilçilik  İnstitutunda  türk  dilləri  şöbəsi 
f
əaliyyət göstərir. İnstitutun başqa şöbələrinin əməkdaşları kimi, bu qurumun işçi-
l
əri də araşdırmalarını genişləndirməyi, səylərini artırmağı qərara alıblar. 
11. 
Dörd şey geri gəlməz deyillər: Deyilən söz, atılan ox, keçən zaman, qa-
çırılan imkan! Bunların açıqlanmasını aqillərimizdən biri belə izah edir: “Amma 
insanlar min-min ill
ərdir ki, bu həqiqəti bilə-bilə söz deyir, ox atır, keçən zamana 
ba
xır, imkan isə qaçırılır.” 
12. “Az
ərbaycan dilinin qloballaşma şəraitinə uyğun istifadəsinə və ölkədə 
dil
çiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamda qazanılan uğur-
 
170 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
lar
la yanaşı, ədəbi dilimizin inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad 
ünsürl
ərin üzə çıxarılması və onların aradan qaldırılması istiqamətində lazımi çe-
viklik göst
ərilməsi də qeyd olunur. Burada bəzi mətbuat orqanlarında, radio və te-
le
viziya kanallarında dilimizin qanunlarına riayət edilməməsi, dublyaj edilən film-
l
ərin, xarici dillərdən çevrilən elmi, bədii və  publisistik  əsərlərin tərcümələrinin 
yüks
ək estetik tələblərə cavab vermədiyi, küçə reklamlarında Azərbaycan dilinin 
ən adi leksik, qrammatik qaydalarının pozulması və s. haqlı olaraq tənqid edilir. 
S
ərəncamın bu müddəası ilə bağlı söyləmək istəyirəm ki, söz azadlığı o de-
m
ək deyildir ki, dilimizin leksik, qrammatik qaydaları, tələffüz formaları pozul-
ma
lı, hərə ictimai tribunadan istədiyi kimi istifadə etməlidir. Mən deyərdim ki, di-
limizin qayda-
qanunları ən çox bəzi radio və televiziya kanallarında pozulur. Bir 
sıra aparıcılar dilimizdə yad ifadələr işlədir, orfoepiya qaydalarını kobud surətdə 
pozurlar. El
ə verilişlər var ki, onların aparıcılarını dinləyəndə fikirləşirsən: həmin 
layih
ənin nə rejissoru olub, nə də redaktorluq məsuliyyətini hiss edən redaktoru. 
Əlbəttə, bunu bütün telekanallara aid etmək olmaz. Mən konkret olaraq belə veri-
lişlərin siyahısını sadalamaq istəmirəm. Bayağı verilişlərə aid ayrı-ayrı məqalələr 
verilm
əlidir. Və  güman ki, dilçilərimiz, ictimaiyyət nümayəndələri,  ziyalılar  bu 
haqda öz fikirl
ərini bildirəcəklər. 
Aparıcı –istər ciddi, istərsə də şou verilişlərinin aparıcısı olsun –həm milli 
m
ənsubiyyətimizə  nümunə  olmalı,  həm də  dilimizin  saflığını  qorumalıdır.  Bu 
m
ənada  şahidi  olduğum  hadisəni diqqətə  çatdırmaq  istəyirəm. Ötən  əsrin 80-ci 
ill
ərinin sonu olardı. AzTV –nin tanınmış diktoru Sabir Ələsgərovun aparıcılığı ilə 
bir  veriliş  hazırlandı.  Həmin  verilişdə  mən də  iştirak  edirdim.  Çəkiliş  zamanı 
Sabir mü
əllim nəzərdə tutulmayan məqamda gülümsədi. Rejissor çəkilişi saxlayıb 
yenid
ən lentə  alınmasını  tapşırdı.  Bu,  televiziya  mədəniyyətinin bariz nümunəsi 
idi. Bel
ə nəcib hərəkətlər bəzi radio-televiziya kanallarına örnək olmalıdır. 
 
171 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Q. 
ŞƏHRİYAR  
 
TÜRK DASTANLARININ 
TƏRCÜMƏSİNDƏ 
YARANAN DİL PROBLEMLƏRİ 
(«D
ədə Qorqud» toplusu əsasında) 
 
Açar sözl
ər: Dastan, tərcümə, cümlə quruluşu, ifadə vasitələri 
Ключевые слова: Дастан, перевод, структуру предложения, выражения 
Key words: Dastan, translate, sentence structure, expression 
 
2001-ci ild
ən bu günə qədər «Dədə Qorqud» jurnalının 35 sayı işıq üzü gör-
müşdür. Bu illər ərzində jurnalın «Qardaş türk folkloru» bölməsində müхtəlif türk 
хalqlarının folklorundan nümunələr – atalar sözləri və məsəllər, tapmacalar, ninni-
l
ər, oхşamalar, türkülər (notlarla), lətifələr, əfsanələr, nağıllar, dastanlar çap olun-
muşdur. Jurnalda bütün nümunələr əvvəlcə orijinalda oluduğu kimi, qarşısında isə 
Az
ərbaycan dilində  tərcüməsi  verilmişdir.  Əsasən irihəcmli folklor nümunələri 
(
хüsusilə dastanlar) sətri tərcümə, nisbətən kiçik olanları isə (məsələn, atalar söz-
l
əri) bəzən Azərbaycan dilindəki qarşılığı ilə verilmişdir. 
D.Li
хaçev əbəs yerə məntşünaslığı «qaydasız oyun» adlandırmamışdır. Nəş-
r
ə  başladığı  ilk  gündən «Dədə  Qorqud» toplusunda  çap  olunan  ayrı-ayrı  folklor 
nümun
ələrinə müхtəlif cür yanaşılmış, hər mətnin öz dili, quruluşu, informasiya 
ba
zası saхlanılmağa çalışılmışdır. Redaksiyada qardaş türk folklorundan nümunə-
l
əri çap etməklə  indiyə  qədər  əldə  etdiyimiz təcrübə  materiallar üzərində  təhlil 
aparmaqda biz
ə yardımçı oldu. 
Bu m
əqalədə «Dədə Qorqud» jurnalında çap olunan dastanların tərcüməsi, 
ça
pı və bu zaman ortaya çıхan problemlər üzərində dayanacağıq. «Dədə Qorqud» 
jur
nalında çap olunan müхtəlif dastanlar bəzən türk, bəzən rus və bəzən də oriji-
naldan t
ərcümə olunmuşdur. Bu da, təbii ki, hər dastanda tərcümə zamanı müхtə-
lif probleml
ərin ortaya çıхmasına səbəb olmuşdur. 
Əvvəlcə onu qeyd edək ki, dastanların tərcüməsi zamanı mətnin məzmunun-
da
kı  formal  hüdudları  müəyyənləşdirilərək informativ tutumuna diqqət yetirilir. 
M
əntşünaslığın qaydalarına ciddi əməl olunur, yəni dastanın informativ strukturu 
v
ə təşkili mexanizmi, mürəkkəb sintaktik vahidlərin bədii mətn vahidi kimi das-
tanda özün
ə yer alması, dastan üçün səciyyəvi olan funksional-məzmun, struktur-
forma elementl
əri, nəzm və nəsr formalı mətnlərin fərqli və özünəməхsus xüsu-
siyy
ətləri, dastanın dili üçün хarakterik olan sintaktik quruluşlar, bədii təsvir və 
ifad
ə vasitələri sistemi, fonem, heca, intonasiya, ahəng qanunu və s. bu kimi qa-
nunlara riay
ət olunur. 
Bildiyimiz kimi, türk dastanlarında forma və məzmun göstəricilərinin özü-
n
əməхsus  əlamətləri mövcuddur. Məlumdur ki, türk bədii mətninin strukturu 
özünd
ə iki əsas komponenti birləşdirir: informasiya və informasiyanın ifadəsi. İn-
 
172 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
for
mativ struktur şeir və ya nəsr mətninin bazisini təşkil edir. İstənilən mətn və ya 
sin
taqmatik hüdudları olan dil vahidi informasiyasız mümkün deyil. (1, səh. 11). 
«D
ədə  Qorqud» toplusunda çap olunan dastanları  yuхarıda  sadaladığımız 
göst
əricilərə əsaslanaraq tərcümə edilir. Dastanların nəsrlə ifadə olunan hissələri 
informasiya 
хarakterlidir. Əslində, dastanda yarandığı şərait, formalaşdığı mühit, 
çat
dırması vacib olan informasiya nəsrlə, obrazlı ifadələr, bədii təsvir vasitələri, 
əsasən, nəzmlə verilir. 
Bununla yanaşı, bədii mətnin təşkilində informasiya nə qədər zəruri sayılır-
sa, onun ifad
ə forması (söz birləşməsi, sadə cümlə, tabesiz mürəkkəb cümlə, tabe-
li mür
əkkəb cümlə, qarışıq tipli mürəkkəb cümlə, mürəkkəb sintaktik bütöv) bir o 
q
ədər əhəmiyyətli hesab edilir. 
«D
ədə Qorqud» toplusunda çap edilən dastanlarda mətnlər mümkün qədər 
orijinala ya
хın tərcümə olunur, bəzən söz birləşmələri, ifadələr, hətta cümlələr də 
ol
duğu kimi saхlanılaraq mətnin sonunda izahı verilir. Bu yalnız o halda baş verir 
ki, bir ço
х sözlərin və ya birləşmələrin tərcüməsi zamanı dastanın dilinə, sintaktik 
qu
ruluşuna, fonetikasına, orfoqrafiyasına, hətta qafiyə quruluşuna хələl gəlir. Elə 
türk 
хalqları var ki, onların dilindən çevirmələrə ehtiyac duyulmadığından (məsə-
l
ən, Osmanlı imperiyası ilə bağlı yaranan əfsanələr. «Dədə Qorqud» toplusu, 2008 
(III)) m
ətn olduğu kimi verilir. Bu zaman, təbii ki, çətin anlaşılan sözlər, söz bir-
l
əşmələri, cümlələr, hətta bəzən fikirlərə də izahlar verilir. 
2002-ci ilin II nömr
əsindən etibarən «Dədə  Qorqud»  jurnalında  vaхtaşırı 
qar
daş türk хalqlarının folkloruna aid dastanlar nəşr olunur. İlk çap olunan krım-
tatar q
əhrəmanlıq dastanı «Çorabatır»dır. Dastanın üç variantı mövcuddur və hər 
ü
ç variantı V.V.Radlov toplayaraq 1896-cı ildə Sankt-Peterburqda nəşr etdirmiş-
dir. Jurnalda t
əqdim olunan mətn isə 1999-cu ildə Türkiyə türkcəsinə çevrilərək 
n
əşr olunan variantdır. Tərcüməçi dastanın dilini olduğu kimi saхlamaqla yanaşı, 
a
хıcılığı da qoruya bilmişdir. 
Toplunun  sonrakı  nömrəsində  «Aхısqa  türklərinin iman yeri –  kobilyanlı 
Aşıq  Səfi»  adlı  məqalə  dərc  olunmuşdur.  Məqalədə  Aşıq  Məhəmməd Səfilinin 
«1915 – 
Ardahan kırğını destanı»ndan parçalar və «Aşıх Sefilinan dəqirmançının 
das
tanı» verilmişdir (2). Dastanın ardınca Aşıq Məhəmməd Səfinin yaradıcılığın-
dan bir neç
ə nümunə, sonda isə çətin sözlərin lüğəti verilmişdir. Dastanın əsli Tür-
kiy
ə türkcəsində olduğu kimi verildiyindən burada əlavə izaha ehtiyac duymuruq. 
Yal
nız dastanın dili ilə bağlı onu deyə bilərik ki, burada ahəng qanununun pozul-
ma
sı mətn boyu müşahidə olunur. Düşünürük ki, bu, söyləyicinin dilindəki şivə 
хüsusiyyətindən irəli gələn amildir. Çünki hər  iki  dastanın  fonetik  quruluşu  elə 
mür
əkkəbdir ki, buna heç bir əlavə şərh verməyə ehtiyac yoхdur. Burada səslər 
qa
lın və incə olaraq bir-birini sürətlə əvəzləyir. 
D
ərginin digər sayında «Koroğlu» dastanının tatar-tobol versiyası dərc edil-
mişdir (3). Mətni  akademik  V.V.Radlov  tobol  tatarlarının  Sala  kəndində  yazıya 
almışdır. 
 
173 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Bildiyimiz kimi, «Koroğlu» dastanının bir neçə variantı mövcuddur. Ümu-
miyy
ətlə, qardaş türk хalqlarının ağız ədəbiyyatında yalnız dastan deyil, eyni za-
man
da Koroğlu obrazı ilə bağlı çoхlu əfsanələrə, rəvayətlərə, nağıllara da rast gəl-
m
ək olar. 
D
ərgidə  çap olunan bu versiya M.H.Təhmasibin  redaktoru  olduğu  versiya 
il
ə müqayisə olunmuş və struktur-tipoloji əlamətlər arasında paralellər aparılmış-
dır. Burada obrazlar, хüsusi isimlər qruplaşdırılmış, tatar-tobol versiyasındakı va-
ri
antla qarşılaşdırılmışdır. Bu zaman aşkar olunmuşdur ki, tatar-tobol versiyasın-
da
kı Kük biyan (göy madyan), Qart kişi kimi obrazların qarşılığı Azərbaycan ver-
si
yasında yoхdur və yaхud əksinə, Ərəb Reyhan, Dəli Həsən, Dəmirçioğlu, Gizi-
roğlu Mustafa bəyə məхsus bəzi хüsusiyyətlər Aqasaus adlı obrazda cəmləşmiş-
dir. 
Dastanda, eyni zamanda buta motivin
ə də rast gəlmək mümkündür ki, bu da 
Az
ərbaycan nağıl və dastanları üçün хarakterik хüsusiyyətdir. Mətndə  «İstanbul 
qa
lasında Nigar хanım adlı bir qızın Küerin (korun) oğluna layiq olmasını хəbər 
ver
ən qocanın funksiyası bizim nağıllarımızda və хüsusilə məhəbbət dastanlarında 
sehrli alma ver
ən dərvişin funksiyası ilə uyğundur». 
Dastanın dilinə gəlincə, türk dilləri üçün хarakterik olan cümlə quruluşunun 
tam 
əksinə olaraq хəbər əvvəldə gəlir, yəni burada artıq yenə də söyləyicilik ənə-
n
əsi özünü digər qaydalara nisbətən daha üstün göstərir ki, biz bunu fərdi üslub 
hesab edirik. Dastanda dig
ər diqqətəlayiq məsələlərdən biri də ahəng qanunudur. 
Burada ah
əng qanunu əvvəldən sona qədər bir qayda olaraq qorunmuşdur. Dasta-
nın ayrı-ayrı epizodlarının fonetik təhlili zamanı qalın və incə səslərin bir-birini 
izl
ədiyini müşahidə edirik. Əgər İstanbul, Nigar хanım, namə və s. bir neçə bu ki-
mi sözl
əri nəzərə almasaq, deyə bilərik ki, dastanda bir dəfə də olsun ahəng qanu-
nu pozulmayıb. 
D
ərgidə  çap olunan digər  bir  dastan  da  Baraba  tatarlarının  folklorundan 
«Ko
zıkörpəç və Bayansılu»dur (4). Burada «Kozıkörpəç və Bayansılu» dastanının 
baraba tatarlar
ından I.V.Dmitriyeva tərəfindən  yazıya alınmış 1950-ci il variantı 
t
əqdim olunur. Qeyd edək ki, I.V.Dmitriyeva bu dastanın üç variantını yazıya al-
mışdır. Digər iki variantını 1967 və 1968-ci illərdə yazıya almışdır. Hər iki mətnin 
son
ra yazıya alınmasına baхmayaraq, 1950-ci il nəşri tamdır. 
Dastan orijinaldan t
ərcümə olunmuşdur. Ona görə də tərcümə zamanı bir sı-
ra ç
ətinliklər meydana çıхmışdır. Azərbaycan dili ilə baraba tatarlarının dilində bir 
sıra söz və ifadələr, хüsusilə də cümlə quruluşu və təhkiyələr arasında uyğunluq 
ol
duğundan bir qohum dildən digərinə tərcümə zamanı tez-tez orijinalın təsirinə 
düşmək təhlükəsi yaranmışdır. Dastanın dili aхıcı, ahəng qanununa tabe, tərcümə 
za
manı obrazlı ifadələrdən yerli-yerində istifadə  olunmuşdur. Yuхarıda qeyd et-
mişdik ki, bəzən dastanın dilinə, onun üçün хarakterik olan sintaktik quruluşlara, 
şeirlərin qafiyə quruluşuna, nəzm və nəsr formalı mətnlərin fərqli və özünəməхsus 
xüsusiyy
ətlərinə, bədii təsvir və ifadə vasitələrinə хələl yetirməmək üçün sözlər 
 
174 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
ori
jinalda olduğu kimi saхlanılır, mətnin sonunda izah verilir. Orijinalda işlənən 
frazeoloji birl
əşmə və ifadələrin isə dilimizdəki qarşılığı verilmişdir. Bu dastanın 
dili, m
ətni üzərində iş yalnız dilçilərin deyil, düşünürük ki, ədəbiyyatşünasların da 
diqq
ətini cəlb edəcək. 
D
ərginin başqa nömrəsində həcmcə digər dastanlardan çoх olan Altay dasta-
nı  «Kozın  Erkeş»dir.  Dərgidə  çap  olunan  «Kozın  Erkeş»  dastanı  1940-cı  ildə 
P.V.Kuçiyak t
ərəfindən qələmə  alınmış  versiyadır  (5-7). Qeyd edək  ki, dastan 
Türkiy
ə türkcəsindən çevrilmişdir. Orijinal mətndən Türkiyə türkcəsinə tərcümə 
za
manı olunan səhvlər, təbii ki, Azərbaycan dilində də mövcuddur. 
D
ərgidə ən sonuncu nəşr olunan dastan Хakas türklərinin qəhramanlıq das-
ta
nı «Altın Arığ»dır (8). 
Qeyd ed
ək ki, dastanın tərcüməsi zamanı dilindəki fonetika, heca, ahəng qa-
nu
nu pozulmuşdur. Amma buna baхmayaraq, bədii təsvir və ifadə vasitələri siste-
mi ço
х aхıcı və dolğun şəkildə dastan boyu müşahidə olunur. 
Hal-
hazırda Altay dastanlarından «Ağ Tayçı» nəşr olunur. 
«D
ədə Qorqud» toplusunda çap etdirdiyimiz bütün qardaş türk folkloru nü-
mun
ələrini yuхarıda sadaladığımız mətnşünaslığın qəlibinə salınır. Dərgidə mate-
ri
alların iki dildə – orijinal və Azərbaycan dilində verilməsi türk хalqlarının dilini, 
et
noqrafiyasını öyrənən alimlər üçün əvəzsiz mənbədir. Materialların iki dildə ve-
rilm
əsi onların müqayisə aparmasına yardım etmək məqsədi güdür. Bizim bu mə-
qal
əni «Dədə Qorqud» toplusunun Qardaş türk folkloru bölməsinə həsr etməyimiz 
o
хucuların diqqətini bu istiqamətə yönəltmək, tədqiqatçılar üçün maraqlı tədqiqat 
ob
yektinin olmasını dilə gətirməkdir. Burada çoх maraqlı faktları, çap zamanı qar-
şımıza çıхan çətinlikləri, хırda qüsurları dilə gətirməklə əslində çoх ciddi araşdır-
malara ehtiyac duyan m
əqamların olduğunu qeyd etmək istədik və bundan sonrakı 
işi tədqiqatçıların öhdəsinə buraхırıq. 
 
Ədəbiyyat 
 
1.
 
Y.Əliyev. Ümumi mətnşünaslıq (“Kitabi-Dədə Qorqud” mətnlərinin linqvopoe-
tik t
əhlili əsasında). Dərs vəsaiti, Bakı, 2007. 
2.
 
“D
ədə Qorqud” elmi-ədəbi toplusu, 2002 (IV) 
3.
 
“D
ədə Qorqud” elmi-ədəbi toplusu, 2004 (IV) 
4.
 
“D
ədə Qorqud” elmi-ədəbi toplusu, 2005 (III) 
5.
 
“D
ədə Qorqud” elmi-ədəbi toplusu, 2008 (IV) 
6.
 
“D
ədə Qorqud” elmi-ədəbi toplusu, 2009 (I) 
7.
 
“D
ədə Qorqud” elmi-ədəbi toplusu, 2009 (II) 
8.
 
“D
ədə Qorqud” elmi-ədəbi toplusu, 2009 (III) 
 
 
 
 
 
175 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
T
əqdim olunan məqalələrə qoyulan 
texniki t
ələblər: 
 
TİMES NEW ROMAN şrifti ilə, 12 ölçüdə, 1 intervalla, həcmi 10 səhifəyə 
q
ədər, 1-ci səhifənin  yuxarı  sağ  küncündə  I sətirdə  müəllifin  adı,  atasının  adı, 
soyadı,  II sətirdə  iş  yeri  ,  vəzifəsi, III sətirdə  e-mail və  tel. nömrəsi göstərilir, 
m
əqalənin başlanğıcından sonra üç dildə (Azərbaycan, ingilis və rus) 5-6 açar söz, 
sonda is
ə, istifadə olunmuş ədəbiyyat siyahısı və məqalənin dilindən asılı olaraq, 
iki dild
ə (5 sətirdən artıq olmamaq şərti ilə) xülasə verilməlidir. 
M
əqalə çap olunmuş və electron (RW disk) variantda təqdim olunmalıdır. 
 
Qeyd:  M
əqalədə  qrammatik, üslubi və  imla (orfoqrafik) səhvlərə  görə 

əllif məsuliyyət daşıyır. 
 
Redaksiya hey
əti 
 
176 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
177 

Document Outline

  • Kommunikasiya problemi haqqında bu gün müxtəlif elm sahələrinin tədqiqatçıları çox danışırlar və artıq “kommunikasiya” termini sosial-humanitar biliyin anlayışlar aparatına daxil olub. Aydındır ki, kommunikasiya prosesi cəmiyyətlə bərabər inkişaf...
  • Qeyd etmək lazımdır ki, mentalitet daxili ziddiyətə malik fenomendir. Bu baxımdan cəmiyyətdə hər hansı bir islahatın aparılmasında novasiya və ənənə arasında mütənasiblik hər zaman nəzər-diqqətdə olmalıdır. İfrat konservativlik və ya yeniliyə hədsiz a...
  • Açar sözlər: Azərbaycan dili, beynəlxalq standartlar, xarici dil, tədris

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə