Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə72/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   65   66   67   68   69   70   71   72   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
“Ara sözl
ər” bəhsində nitqin hissələri arasında münasibəti (əlaqəni) bildi-
r
ən ara sözlər məna növü kimi əslində başa düşülmür. Hiss olunur ki, sıra, nəticə 
– ümumil
əşdirmə bildirən modal sözlər bu bölgüyə daxil edilib. Ümumən, modal 
sözl
ərlə (V sinif) ara sözlərin mənaca bölgüsü uyğunlaşdırılmalı idi. Burada bir sı-
ra ziddiyy
ətlər,  uyğunsuzluqlar  görünür.  Məsələn, modal sözlərin bölgüsündə 
t
əəssüf bildirənləri verilməmişdir. Eləcə də şagirdlər bilmir ki, modal sözlərin böl-
güsünd
ə  olan bənzətmə  və  ya müqayisə  bildirən ara sözləri  hansı  məna növünə 
daxil etsin (“Az
ərbaycan dili”, VII-VIII siniflər, səh. 160-162).  Yəqin, yəqin ki 
sözl
əri VI sinfin dərsliyində ehtimal və şübhə bildirən modal söz (səh. 121) kimi 
verildiyi halda, VII-VIII sinifl
ərin dərsliyində şagird onu yəqinlik bildirən ara söz 
v
ə (səh. 161) kimi öyrənməli olur. Təsdiq (VI sinif) və yəqinlik (VII-VIII siniflər) 
sözl
əri az-çox  uyğun  gəlsələr də, termin kimi onlardan biri götürülüb hər ikisi 
(h
əm modal söz, həm də ara söz) üçün uyğunlaşdırılmalı idi. Şübhəsiz ki, indiki 
v
əziyyətində  şagird  dərsliklərdən gələn fərqli terminologiya-dan (modal sözlər 
üçün t
əsdiq, ara sözlər üçün yəqinlik) istifadə etməyə məcburdur və tərtib olunan 
test suallarında da mövcud terminologiya ilə bağlı vəziyyət əks olunur. 
Söz – cüml
ə bəhsində (VII-VIII siniflər) əsla sözü 166-cı səhifədə ədat, bir 
abzas sonra 167-ci s
əhifədə  isə  modal söz kimi təqdim olunur. Yeri gəlmişkən 
dey
ək ki, guya sözü VI sinfin dərsliyində (Bakı, 2001) həm bağlayıcı (səh. 109), 
h
əm də modal söz (səh. 122) kimi verilir. Əlbəttə, şagird əsla və guya sözlərinin 
iki cür verilm
əsini adi bir texniki səhv kimi nəzərə almalı, əsla sözünü ədat, guya 
sözünü  is
ə modal söz kimi götürməlidir. Əsla sözü VI sinfin dərsliyində ədatlar 
bölm
əsində  qeyd  olunmadığı,  guya  sözü  isə  həm  bağlayıcı,  həm də  modal söz 
kimi verildiyind
ən onlarla bağlı test tapşırıqları ümumən tərtib olunmur. İmtahan 
sualları kitabçasında da, təbii ki, belə testlər olmayacaq. 
Şagird-abituriyent yalnız “Söz – cümlə” bəhsindən (səh. 166) öyrənir ki, bə-
li, h
ə, yox, xeyr (elə əsla sözü də) sözləri ədat imiş, çünki VI sinif üçün yazılmış 
d
ərslikdə ədatlardan danışılmır. 
Mübt
əda ilə şəxsə görə uzlaşmayan əlavələrdən əlavə bəhsində yox, yalnız 
xüsusil
əşmə bəhsində (o da qeyddə. Bax: Azərbaycan dili”, VII-VIII siniflər, səh. 
175) danışıldığından abituriyent əslində belə əlavələri sonradan heç cür xatırlaya 
bilmir, unutmuş olur. Ona görə ki, öz əsl, təbii yerində verilməyib. 
Bel
ə uzlaşmayan əlavələrə aid bir-iki nümunəyə diqqət yetirək: 1. Mən, sə-
nin atan, bu m
əsələdə daha məsləhətçin ola bilməyəcəyəm? 2. Biz, bu kəndin ca-
ma
atı, qazdan və sudan korluq çəkirik. 3. Sən, Azərbaycan əsgəri, döyüşə həmişə 
ha
zır olmalısan. 4. Bütün bunlardan sonra siz, məni yersiz günahlandıranlar, çox 
şeyi başa düşmüş olacaqsınız. 
Misallardan göründüyü kimi, f
ərqləndirilmiş  söz  birləşmələri I və  II  şəxs 
əvəzlikləri ilə  ifadə  olunmuş  mübtədaların  (müvafiq  olaraq:  mən, biz, sən, siz
əlavələridir. Bunlar ona görə uzlaşmayan əlavələr sayılır ki, mübtədanın neçənci 
– I v
ə ya II şəxsdə olmasından asılı olmayaraq, bu əlavələr həmişə III şəxsdə olur; 
 
167 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
m
əs.: mən (I şəxsin təki, mübtəda) – sənin atan (III şəxsin təki, əlavə); biz (I şəx-
sin c
əmi, mübtəda) – bu kəndin camaatı (III şəxsin təki, əlavə). Belə cümlələrin 
x
əbərləri də bu cümlələrin yalnız şəxs əvəzliyi ilə ifadə olunmuş mübtədaları ilə 
uz
laşır, həmin mübtədaların əlavələri ilə yox. Halbuki mübtədası isim və ismi bir-
l
əşmələrlə ifadə olunmuş cümlələrdə xəbər bu mübtədanın həm özü, həm də əla-
v
əsi ilə şəxsə görə uzlaşmış olurdu. Məsələn: Cəmil – köhnə dostum bu gün bizə 
g
əlməlidir. Müqayisə et: Cəmil (III ş.t.) ← köhnə dostum (III ş.t.) ← gəlməlidir 
(III ş.t.) Belə cümlələrdə uzlaşma həmişə III şəxsə görə olur. 
Əlbəttə, “Azərbaycan dili” dərsliklərindəki ziddiyyətli məqamları  aradan 
qaldırmaq mümkündür. Məqalə də məhz həmin niyyətlə hazırlanmışdır. Arzumuz 
budur ki, d
ərslik müəllifləri nəyinsə çıxarılmasından, əvəz edilməsindən daha çox, 
d
ərsliklərin  müasirliyi,  mövzuların  səriştəli bir tərzdə  təqdim  olunması,  fikir  və 
mülahiz
ələrin dəqiq və birmənalı olması barədə düşünsünlər. 
 
168 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
Q.İ. MƏŞƏDİYEV  
 
AZƏRBAYCAN DİLİ – ANA DİLİ MÜQƏDDƏSDİR 
 
Açar sözl
ər: Sərəncam, Prezident, Azərbaycan, oğuz, dünya. 
Ключевые слова: Приказ, Президент, Азербайджан, огузы, мировой. 
Key words: Order, President, Azerbaijan, oghuz, world 
 
1. 
Xalqın tarixi on min illərlə, dilin tarixi isə min illərlə ölçülür, hələlik 5 
min ild
ən artıq mövcud olmuş dil məlum deyil, amma Qazax rayonunun Damcılı 
ya
şayış yerinin sakinləri 60 – 70 min il bizdən qabaq ömür sürüblər, Azərbaycan-
da mezolit dövrü (12 – 13 min il 
əvvəl) əsasən Damcılı və Qobustan abidələri ilə 
s
əciyyələnir.  Axı  onların,  həmçinin  Naxçıvan  Kültəpə  mədəniyyəti sahiblərinin 
han
sı dildə danışdıqları bizə məlum deyil. 
2. 
Manna,  Midiya,  Aşquz,  Atrapotkan,  Alban  –  Appan dövlətlərinin 
t
ərkibindəki qəbilə və tayfaların da hamısı etnik cəhətdən türk deyildi. O zamanlar 
türk q
əbilə və tayfaları Azərbaycanın müxtəlif bölgələrdə pərakəndə halında “ada” 
şəklində yaşayırdılar, yüz illər keçdikcə onlar sayca çoxaldılar, əraziləri genişlən-
di,  qonşuluqlarındakı  qəbilə  və  tayfalar, o cümlədən  midiyalıların  da  böyük  bir 
hiss
əsi  onların  tərkibinə  daxil olub tədricən dilcə  türkləşdilər. Bunun özü də 
çox
əsrlik mürəkkəb prosesdir. Həmin “adalar” arasındakı sərhədlər aradan çıxdı, 
onlar birl
əşərək, necə  deyərlər,  vahid  bir  kontinent  yaratdılar  və  beləliklə  də, 
Z
əncandan, Həmədandan, Naxçıvandan, Qazaxdan tutmuş və Alazan vadisinə və 
D
ərbəndədək böyük bir ərazidə vahid Azərbaycan xalqı və onun ümumünsiyyət 
vasit
əsi olan ümumxalq Azərbaycan dili yarandı. 
3. 
Bu  işdə  aparıcı  rolu  türkmənşəli qəbilə  və  tayfalar  oynamışlar,  lakin 
bunlar t
əkcə  eramızın  ikinci  yüzilliyindən etibarən Azərbaycana gələn hunlar, 
k
əngərlər, savirlər,  onoğurlar,  xəzərlər,  qıpçaqlar,  oğuzlar  deyil,  əsas qüvvəni 
daha 
əvvəlki yüzilliklərdən həmin  o  Mannanın,  Midiyanın,  Atrpatkanın,  Aranın 
t
ərkibindəki qeyri-dilli lullubeylər, kassitlər, qismən xurritlər, etivlər, midiyalılar 
v
ə başqaları ilə eyni ərazidə yaşayan iri türk tayfaları idi. 
4.  Az
ərbaycan tarixindən hələlik bizə elə bir fakt məlum deyil ki, nəhəng 
tayfa birl
əşmələrini məhv  etmiş  olsun.  Deməli, Azərbaycanda son 15 –  20 min 
ild
ə yaşayanların hamısının xələfləri mövcuddur, amma onlar neçə min il bundan 
qabaq dilini d
əyişdiyi,  “türkdilli  etnosa”  (türkə  yox) çevrildiyindən, həmçinin 
antropoloji d
əyişikliyə  uğradıqlarından  onları  Azərbaycan türklərindən seçmək 
mümkün deyil. 
5. 
Onların nə zamansa mövcud olduğunun şahidləri isə təkcə yazılı qaynaq-
lar yox, h
əm də tədqiqatçıların neçə illərdir tədqiq etdiyi toponimlərdir. Ərazimiz-
 
169 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə