Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə66/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   62   63   64   65   66   67   68   69   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Universitet t
ələbələri tərəfindən arqo ifadələri geniş formada istifadə olunur. 
Farsdilli t
ələbələr azərbaycanca  danışılan  şəhərlərdə  təhsil  alırlar,  yaxud 
az
ərbaycanca danışanlar farslar yaşayan şəhərlərdə qalırlar, arqo sözlərin yaranıb 
v
ə  yayılmasında  çox  önəmli bir rol oynayırlar.  Yataqxanalarda  qalan  tələbələr 
günb
əgün bu sözləri müxtəlif sözdüzəltmə  yolları  ilə  yaradıb  və  universitet 
işçilərinə, o cümlədən, rektor, müavinlər, müəllimlər və hətta bir-birləri haqqında 
işlədərək yayırlar. Oğlan tələbələrin işlətdikləri arqoların çox hissəsi, tələbə qızlar 
haqqında  və  qız  tələbələrin  yaratdıqları  arqolar,  müəllimlər və  özləri  haqqında 
olur.  Misal  üçün,  "fışqa"  sözü  Türk  mənşəli olaraq, arqo kimi o tələbə  qız 
haqqında  işlənilir  ki,  çöx  açıq-saçıq  olur  və  hicaba bürünməyə  riayət etmir, 
halbuki bu arqo sözünü h
ər iki dildə danışan tələbələr ifadə edirlər. Əksinə, farsca 
olan "biya bala" sözü g
əl  yuxarı  mənasında  hər iki dildə  danışan  tələbələr 
t
ərəfindən  o  oğlanlar  haqqında  ifadə  olunur ki, kənddən  şəhərə  gələrək öz əsil-
kökl
ərini yaddan çıxarıb "şəhərləşirlər" – qınlarından çıxıb qınlarını bəyənmirlər. 
Bu ikidilli arqo sözl
ərin yaranma və  yayılmasına çoxlu amillər səbəb olur 
ki, onlardan biri avtobus sürücül
əridir. Minlərcə sərnişinin gündə Azərbaycandan 
farsca  olan  şəhərlərə  və  əksinə, səyahət edərək, istər-istəməz arqo sözlərindən 
istifad
ə edib bir-birindən təsirlənirlər. 
O amill
ərdən biri də texnologiya, internet və kompüter leksikasına aid olan 
sözl
ərdir. Bu sözlər  hansı  bir  dildən  alınmış  olsa  da,  həmçinin  hansı  bir  dildə 
d
anışılan yer olsa da, istər azərbaycanca ola, istər farsca ola ancaq arqo məna və 
anlamları eynidir. Misal üçün, "up to date" sözü (deyiliş şivəsi ap tu deyt) və "on 
line" sözü (deyiliş şivəsi an layn) müasir olan bir şəxsə müraciət olunur. 
B
əzən görünür ki,  iki  dil  arasında  illərcə  alınan  sözlər baxmayaraq ki, öz 
leksik m
ənasını  ikidillilik  şəraiti olan yerlərdə, həmçinin  yalnız  farsca  danışılan 
yerl
ərdə  ifadə  edərkən, müxtəlif  şəraitə  aid arqo sözü kimi ifadələrdə  gizli dil
yaxud ikinci m
ənanı  daşıyır.  Onlardan biri meyvə  adlarıdır.  Meyvə  adları  hansı 
dild
ən  alınmış  olsalar  da,  bəzi sosial qruplar tərəfindən arqo mənası  daşımaqla, 
el
əcə də, o adı ilə ifadə olunurlar. Misal üçün, farsca "sib" sözü alma deməkdir, 
amma arqo m
ənası anlamında hər iki dildə danışılan yerlərdə o qızlara aid olunur, 
üzl
ərini makiyaj ilə qıpqırmızı eləyirlər. Haşiyə çıxım ki, bədii xalq düşüncəsində 
qızların gözəlliyi "alma yanaqlı" ifadəsilə tapıp ki, bu ifadənin də həmin arqonun 
formalaşmasına  dolayısı  da  olsa  təsiri  şübhəsizdir.  Yaxud azərbaycanca  "daş 
k
ələm" sözü hər iki dildə danışanlar tərəfindən arqo sözü ifadə olaraq onlar üçün 
istifad
ə olunur ki, beyinləri xarab və işləmir, yaxud özlərin bir ağılsız insan kimi 
aparırlar. Qeyd edək ki, müasirlikdən kənar adamlara da daş kələm arqosunu aid 
edirl
ər. 
İran  Azərbaycanında  müxtəlif  xalq  qrupları  müxtəlif mövqelərə  aid 
cürb
əcür sözlərdən və  adlardan  arqo  formasında  istifadə  edirlər, istər bu sözlər 
başqa  dillərdən  alınsın,  istər  morfoloji  baxımından  müxtəlif  üsullarla  düzəlsin, 
əsas odur ki, bu arqo sözləri gizli şəkildə ikinci mənanı daşısın. 
 
152 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
Ədəbiyyat 
 
1. Samayi M. Farsca arqo sözl
ər, Tehran: 2006. 
2. Ana Britannica Genel Kültür Ansiklopedisi, c.2, s. 266. 
3. Xoşbatini H. Turkcəmizdə gizli dil. Əxtər: 2008, 16 s. 
4. 
Əliyev. Ə. Azərbaycan dilində jarqonlar. Bakı, 1998. 
 
 
153 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
İ.E. QƏRİBLİ  
 
ORTA MƏKTƏBLƏRDƏ KLASSİK İRSİN TƏDRİSİ MƏSƏLƏLƏRİ 
(M
əhəmməd Hadinin əsərləri əsasında) 
 
Аçar sözlər: klassik irs, tədris, azadlıq, birlik, müharibə, cəmiyyət, vətən 
Ключевые слова: классическое наследие, преподавание, свобода, единство, 
война, общество, родина 
Key words: classic heritage, teaching, freedom, unity, wor, Society, motherland 
 
 
Orta ümumt
əhsil məktəblərinin tədris proqramında klassiklərin öyrənilməsi 
v
ə onların əsərlərinin tədrisi mühüm yer tutur. Bir həqiqətdir ki, klassik Azərbay-
can 
ədəbiyyatı nümunələrinin öyrədilməsi müəllimdən xüsusi hazırlıq hələb edir. 
Bel
ə ki, Azərbaycan xalqının tarixi, mədəniyyəti, şeir vəznləri, adət-ənənələri ilə 
ya
xından tanış olmayan, lüğətlərlə işləmək vərdişlərinə yiyələnməyən müəllimlər 
klassikl
əri tədris edərkən çətinliklərlə üzləşir, mövcud dərsliklərdə verilmiş məlu-
matlarla kifay
ətlənməli  olurlar.  Bu  da  mövzunun  yarmçıq  mənimsənilməsi ilə 
n
əticələnir. 
Orta m
əktəbdə əsərləri bu və ya digər dərəcədə tədris olunan klassiklərdən 
biri d
ə  Məhəmməd Hadidir. Təcrübə  göstərir ki, digər klassiklərə  baxmış  M. 
Hadinin 
əsərlərinin tədrisi müəllimlər üçün daha çox çətinlilklər törədir. Bu isə, 
h
ər şeydən əvvəl müəllim və şagirdlərin sənətkarın dünyagörüşü, ideyalar aləmi, 
əsərlərinin dil və üslub xüsusiyyətlərilə bağlı olan məsələləri qavramaqda çətinlik 
ç
əkməsi ilə əlaqədar olur. 

əllim hər şeydən əvvəl bilməli və şagirdlərə də öyrətməyi bacarmalıdır 
ki, XX 
əsrin ilk onilliklərində yazıb-yaratmış M. Hadi Azərbaycan tarixinin çox 
qarmararışıq  bir  zamanında  yaşamış  sənətkardır.  Klassik  Şərq və  Azərbaycan 
ədəbiyyatı ənənələri əsərlərində apaydın hiss olunan M. Hadi mükəmməl şəkildə 
bildiyi 
ərəb-fars dilləri və osmanlı türkcəsi vasitəsi ilə Qərbi Avropanın ədəbiyyat 
v
ə mədəniyyəti, tarixi, ictimai-siyasi fikrinə də aşina idi və bu aşinalıq onun istər 
ədəbi, istərsə də elmi-fəlsəfi irsində özünü aydın şəkildə göstərirdi. Belə demək 
mümküns
ə,  M.  Hadi  irsi  Şərq və  Qərb mədəniyyətinin  qovuşağında  formalaşan 
z
əngin ədəbi-elmi irsdir. Deməli, M. Hadinin əsərlərini tədris edənin, yəni müəlli-
min h
əm Şərq, həm də Qərb mədəniyyətinə vaqif olması başlıca şərtlərdən biridir. 
İkinci  məsələ  dil məsələsidir. M. Hadinin dili müasirləri ilə  müqayisədə 
ərəb-fars və osmanlı türkcəsindən gələn söz və ifadələrlə daha zəngindir. Amma 
ora
sı da var ki, M. Hadi əsərlərinin sintaksisi müasirləri ilə müqayisədə daha möh-
k
əm və konstruksiya baxımından ədəbi dil normalarına uyğundur. 
Üçüncü m
əsələ  türkçülük məsələsidir. M. Hadinin mənsub  olduğu  və  Əli 
b
əy Hüseynzadənin rəhbəri olduğu “Füyuzat ədəbi məktəbi”nin prinsiplərini bil-
 
154 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə