Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə67/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   63   64   65   66   67   68   69   70   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
m
ədən M. Hadini başa düşmək nisbətən çətinləşir. Bura milli dövlətçilik, Şərq ilə 
Q
ərbi müqayisə, müasirlik, azadlıq mübarizələri, bərabərlik, müsavatçılıq və c. bu 
kimi m
əsələlər daxildir. 
T
əbii  ki,  bir  yazıda  bütun  yuxarıda  qeyd  olunanlara  münasibət bildirmək 
mümkün olmadığından, biz burada orta məktəb müəllimlərinin M. Hadi haqqında 
t
əsəvvürlərini  genişləndirmək və  tədris  zamanı  onlara  yardım  etmək niyyəti ilə 

əllifin orta mətəbdə  tədris olunan əsərləri barədə  nisbətən  ətraflı  məlumat 
verm
ək, onların ideya-bədii xüsusiyyətləri barədə danışmaqla kifayətlənəcəyik. 
M. Hadinin orta m
əkrəbdə bir neçə əsəri tədris olunur. Bunlardan birincisi 
VIII sinifd
ə tədris olunan “Türkün nəğməsi” şeiridir. 

əllim bilməli və  şagirdlərin nəzərinə  çatdırmalıdır  ki,  Azərbaycan  De-
mokratik Cümhuriyy
ətinin tarixi zərurət ucbatından bir müddət Gəncədə fəaliyyət 
göst
ərməsi ilə əlaqədar olaraq Cümhuriyyətin rəsmi orqanı olan “Azərbaycan” qə-
zeti d
ə Gəncədə nəşr olunmağa bəşlamış, paytaxt Bakıya köçürüləndən sonra isə 
f
əaliyyətini Bakıda davam etdirmişdir. Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəm-
b
əylinin müştərək redaktorluğu ilə çıxan qəzetin ilk nömrəsi ( Ş. Rüstəmbəyli həm 
d
ə qəzetin rus variantının redaktoru idi) 1918-ci ilin sentyabr ayının 15-də işıq üzü 
gör
müş və qəzet dörd nömrəsi Gəncədə, qalan nömrələri Bakıda çıxmaqla 1920-ci 
ilin 27 aprelin
ə, XI ordunun Bakını işğal edib demokratik hakimiyyəti qəsb etmə-
sin
ə qədər davamlı şəkildə nəşr olunmuşdur. 
Az
ərbaycanın Rusiya imperiyasının yüz ildən artıq davam edən dırnaqarası 
himay
ədarlığından  qurtularaq  öz  müstəqilliyini elan etməsini sevinc və  böyük 
ümidl
ərlə qarşılayan M. Hadinin “Türkün nəğməsi” şeiri “Azərbaycan” qəzetinin 
ilk nömr
əsində  dərc  olunmuşdur.  Oxuculara  hər bəndin sonunda nəqarət kimi 
t
əkrarlanan: 
Türkün tökül
ən qanları bihudə gedərmi? 
Diqq
ətlə düşün, yoxsa bu qan həpsi hədərmi?,- 
müraci
əti ilə başlanan və bir marş, himn təsiri bağışlayan “Türkün nəğməsi” şeiri 
h
əcmcə cəmi on doqquz misradan ibarət olsa da, şair bu on doqquz misraya böyük 
bir  kitaba  sığacaq  mənanı  sığışdırmağa  müvəffəq  olmuşdur(  Şeirin  birinci 
b
əndinin səkkiz, ikinci bəndinin doqquz misra kimi verilməsi redaksiya xətası da 
ola bil
ər. Bizcə, birinci bənd də  doqquz misradan ibarət  olmuş,  çap  prosesində 
mexaniki  olaraq  misraların  biri  unudulmuşdur.  Şeirin  avtoqrafı  əldə 
olunmadığından hansı misranın düşməsini qəqiqləşdirmək mümkün deyil- İ. Q.). 
Birinci Dünya müharib
əsinin  iştirakçısı  olan  və  dağıdıcı,  bəşəriyyətə 
f
əlakətlər gətirən müharibəni dönə-dönə  lənətləyən, müharibənin  onda  oyatdığı 
t
əəssüratlar barədə  romantik  poeziyanın  şah  əsərlərindən biri hesab edilən 
“İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poemasını yazan şair bu şeirində 
müharib
əyə  yeni bir qiymət  verir.  Rusiya  imperiyasının  dağılmasının  birbaşa 
cahan savaşı və Rusiyanın bu müharibədə uduzması ilə bağlı olduğu qənaətində 
olan mü
əllif  ələ  düşmüş  fürsətdən  bəhrələnərək illər  boyu  arzusunda  olduğu, 
 
155 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
uğrunda  can  və  qan verdiyi azadlığını  elan  etmiş  milləti  qazandığı  hürriyyəti 
qorumaq üçün birliy
ə  və  tarixin dərslərindən ibrət götürməyə  şağırır.  M.  Hadi 
bildirir ki, türk qövmünün dörd ild
ə  müharibə  meydanlarında  axıtdığı  qan  və 
verdiyi can öz m
əfkurəsi, istiqlalı uğrunda olmuşdur və bunlar nə hədər getməz, 
n
ə  də  unudulmaz. Zəfərini qan ilə  qazanan türk milləti nə  dəhşət, od püskürən 
dövl
ətlərin hədə-qorxularından,  nə  də  “dəsti-əcəldən”, ölüm və  məhv olmaq 
t
əhlükəsindən zərrə qədər çəkinməz. Dünya təməlindən tərsinə çevrilsə belə: 
Türkün üzü çevrilm
əyəcək səmti-əməldən, 
Türkl
ər geriyə dönməyəcək misli-əməldən. 
Bu 
əməl isə türklərin hürr və azad yaşamaq eşqidir ki, bunu da “xuni-şəhi-
dan” v
ə “himməti-türkan” ilə əldə etmək olar. Artıq bu azadlıq əldə edilib və şai-
rin q
əti inamına görə başqa millətlərdən daha yaxşı, daha firavan yaşamaq istəyən 
xalq  (M. Hadid
ə  “Yüksək  yaşamaq  istər isən cümlə  miləldən-İ.  Q.)  qazandığı 
azad
lığı qorumağı da bacarmalıdır. 
M. Hadi orta m
əktəbin XI sinfində  də  tədris olunur və  XI sinfin 
“Ədəbiyyat” dərsliyinin “XX əsrin  əvvəllərində  Azərbaycan  ədəbiyyatı” 
icmalında ondan vətən və hürriyyət şairi kimi bəhs olunaraq iştirak etdiyi mətbuat 
orqanları və çap etdirdiyi kitablarla yanaşı, iki əsəri haqqında da bir neçə cümlə 
il
ə məlumat verilir. Bunlardan biri dərslikdə adı çəkilməsə də, birinci və üçüncü 
b
əndləri nümunə  kimi göstərilən “El fəryadı”  şeiri,  digəri isə  “Əlvahi-intibah” 
poemasıdır. Təbii ki, bu qısa məlumat nə müəllimləri, nə də şagirdləri M. Hadini 
tanımağa bəs etməz. 
“El f
əryadı” şeiri ilə bağlı müəllimin aşağıdakıları şagirdlərə mənimsətməyi 
m
əqsədəuyğundur. “El fəryadı” əsəri 1906-cı ilin 16 dekabrından 1907-ci ilin 26 
martına  qədər (cəmi 14 nömrə)  Bakıda  nəşr  olunan,  ilk  vaxtlar  Mehdi bəy 
Hacınıskinin,  sonra  isə  Məhəmməd  Əmin  Rəsulzadənin  redaktorluğu  ilə  çıxan 
“T
əkamül” qəzetində  “Həqiqətpərvər”  imzası  ilə  dərc  olunmuşdur.  Dərslikdə 
“V
ətəndir” rədifi ilə verilmiş iki bənd məhz bu şeirdəndər. 
Altı  bəndlik  şeir  bütünlüklə  azadlığın  tərənnümünə  həsr  olunmuşdur. 
V
ətənin  inkişafının  hürriyyət və  sərbəstliklə  bağlı  olduğunu  söyləyən müəllif 
şeirin  ilk  bəndində  bildirir ki, millət hürriyyət sayəsində  inkişaf  edərək yüksək 
fikirl
əri kəsb edə, hər mülk, məmləkət həqiqi qiymətini anlaya bilər. Avropalılar 
azadlıqlarını əldə etdiklərindən kamal sahibi olduqları halda, digər millətlər əsarət 
altında olduqları üçün maarif və mədəniyyətdən məhrum edilərək məhv edildi. 
Sonrakı  bəndlərdə  M. Hadi qeyd edir ki, cəmiyyətdə  şəxs, söz, fikir və 
q
ələm azad olmalıdır ki, “Hər kəs gələ hürriyyət ilə şövqə, xüramə”. Sərbəstlik 
olmalıdır ki, insan məramına çatmaq üçün qəti addımlar ata, vətənin çiçəklənməsi 
üçün işlərini davam etdirə bilsin. Bunun üçün elə bir cəmiyyət qurulmalıdır ki, o 
c
əmiyyətdə: 
H
ər kəs həqi-məşruinə sahib gərək olsun, 
Qay
ətdə ədalətli qəvanin qoyulsun, 
 
156 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə