Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə63/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   59   60   61   62   63   64   65   66   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ VƏ TƏRCÜMƏ 
 
 
 
 
S.Ə. ABDULLAYEVA  
 
İNNOVATİV İNKİŞAFLA ƏLAQƏDAR AZƏRBAYCAN DİLİNİN 
XARİCİ DİL KİMİ ÖYRƏDİLMƏSİNDƏ YENİ MƏRHƏLƏ 
 
Açar sözl
ər: Azərbaycan dili, beynəlxalq standartlar, xarici dil, tədris 
Ключевые слова: Aзербайджанский язык, международные стандарты, инос-
транный язык, обучение  
Key words: the Azerbaijani language, international standarts, a foreign language, 
teaching 
 
«Az
ərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun isti-
fad
əsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı haqqında» Azərbay-
can  Respublikası  Prezidentinin  23  may  2012-ci il tarixli sərəncamı  Azərbaycan 
Res
publikasının dövlət dili olan Azərbaycan dilinin inkişafının dövlət siyasətinin 
ay
rılmaz hissəsi olmasının bariz nümunəsidir. Sərəncamda deyilir: «Azərbaycan 
di
li xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz 
t
əməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir». Prezidentimizin 
s
ərəncamında Azərbaycan dilinin dövlətçiliyimizin başlıca rəmzlərindən biri kimi 
qiym
ətləndirilməsi qürur hissi doğurur. 
«Az
ərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun isti-
fad
əsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı haqqında» Azərbay-
can Respublikası Prezidentinin sərəncamında dilimizin və dilçiliyimizin inkişafını 
t
əmin etmək məqsədi ilə Dövlət proqramının hazırlanması nəzərdə tutulur. Sərən-
camda dövl
ətimizin rəmzlərindən biri kimi ana dilimizin tədrisinə xüsusi diqqət 
yetirilir. Bunun üçün elektron v
ə interaktiv dərsliklərin yaradılması və Azərbay-
can dilini öyr
ənmək istəyən xarici vətəndaşlar üçün tədris vəsaitlərinin hazırlan-
ma
sı məsələsi bir məqsəd kimi qarşıya qoyulur. Proqramın qarşıya qoyduğu məq-
s
ədlərin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən dərs vəsaitlərinin
elektron v
ə  interaktiv dərsliklərin,  danışıq,  sorğu,  məlumat kitabçalarının, 
minimum lüğətlərin hazırlanması, onların elektron versiyalarının yaradılması zə-
ruridir. N
əzərdə tutulan tədbirlər daxilində beynəlxalq standartlara uyğun dərsli-
yin haz
ırlanması xüsusi əhəmiyyət kəsb edir. 
D
ərsliyin Avropa Şurası tərəfindən qəbul olunmuş metodik göstərişlərə uy-
ğun tərtib olunması nəzərdə tutulur ki, bu da onun yüksək səviyyədə ya-zılacağına 
 
146 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
t
əminat verir. Bu layihənin diqqət çəkən məqamı odur ki, artıq Azərbaycan dilinin 
xarici dil kimi öyr
ədilməsi üçün şərait yetişmişdir. 
Struktur-semantik c
əhətdən bu dərslik ənənəvi təlim vasitəsi kimi ümümtəh-
sil standart v
ə proqramlarına uyğun olaraq tədris materialının sistemli şəkildə iza-
hı  ilə  xarakterizə  olunmalıdır.  Dərslik vasitəsilə  həm tədris prosesi təşkil  edilir
h
əm də dərsin mənimsənilməsi təmin edilir. 
İnnovasion yanaşma xarici dillərin tədrisi və öyrədilməsi prosesində obyek-
tiv ölçüy
ə  gələn və  kommunikasiya  bacarığının  formalaşma  səviyyəsi  şkalasına 
uy
ğunluq nəzərdə tutulur. Bu səviyyə şkalasına görə dil 3 səviyyədə - A
1
, A
2,
 B
1,
 
B
2
, C
1,
C
2
  s
əviyyələrində öyrədilir. Bu cəhətdən dərslik, yuxarıda qeyd olunduğu 
kimi, mühüm 
əhəmiyyət daşıyır, belə ki, dərslik: 
- istifad
ə olunan tədris materialları kompleksində daha sabit komponentdir; 
- xarici dilin öyr
ədilməsi və tədrisində bütöv müəllif konsepsiyasını əks et-
dirir. 
D
ərsliyin  modul  quruluşuna  malik  olması  nəzərdə  tutulur. Burada modul 
dedikd
ə, təlimin qoyduğu məqsəd və tapşırıqlara görə Azərbaycaq dilinin praktik 
kursunun mü
əyyən məntiqi bitkinliyə malik olan bir bölməsi nəzərdə tutulur. 
H
ər bir modula ünsiyyətin bir mövzusu -  situasiyası  ilə  birləşən bir neçə 
d
ərs daxildir. 
H
ər bir modulun əvvəlində  biliklər  –  vərdişlər  –  bacarıq  xətti üzrə  onun 
m
əqsəd və məzmunu müəyyənləşdirilir; burada biliklər və vərdişlər fənnin bölmə-
l
ərinə (fonetika, qrammatika, leksika, üslubiyyat) görə fərqli, ancaq bacarıq hissə-
si nitq f
əaliyyətinin bütün növləri (dinləmə, danışma, oxuma, yazma) üzrə veril-
m
əlidir.  Ayrı-ayrılıqda  «təlim  bacarığı»  və  bunun  verilmiş  modul  çərçivəsində 
forma
laşma dərəcəsi təsvir edilir. Bura dili ünsiyyət vasitəsi kimi inkişaf etdirmək 
üçü
n sorğu kitabları, xüsusi lüğətlər, fonolaboratoriya, kompyuter proqramları və 
s. il
ə müstəqil işləmək, öz nailiyyətlərini düzgün qiymətləndirmək bacarığı daxil-
dir. 
Modulun quruluşu və məzmunu onun konkret məqsəd və vəzifələrindən ası-
lıdır. Müəllif  dərsliyin bütün modullarını və onları təşkil edən dərsləri dəqiq və 
vahid formada t
ərtib etməyi nəzərdə tutmalıdır. Bu modullardan hər birinin yerinə 
yetirilm
əsi üçün saatların miqdarı tədris planı ilə müəyyənləşdirilməlidir. 
Birinci modul bir semestr üçün n
əzərdə tutulur, kompleks şəkildə giriş kur-
sundan ibar
ətdir, sonrakı modullar əsas kursu təşkil edir. 
T
əlimin  başlanğıc  mərhələsində  (giriş  modulu)  bütün  qaydalar  və  onların 
izah
ları 2 dildə, həm rus dilində (və ya hər hansı xarici dildə), həm də sətiraltı tər-
cüm
ədə azərbaycanca verilir. 
H
ər bir dərs məhsuldar lüğət siyahısı ilə müşayiət olunur; burada bütün yeni 
sözl
ərin mənaları və işlədilmə xüsusiyyətləri verilir. 
 
147 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə