Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə61/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   57   58   59   60   61   62   63   64   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
K.A. 
VƏLİYEVA  
 
EHTİMALİ-STATİSTİK METODLARIN 
AZƏRBAYCAN DİLÇİLİYİNDƏ TƏTBİQİ 
 
Açar sözl
ər: Ehtimal metodları, riazi statistika, tezlik lüğəti 
Ключевые  слова:  частотные  словари,  вероятностный  метод,  выборочный 
метод, математическая статистика 
Key words: frequency word-book, probabilistic methods, sampling method, 
mathematical statistics 
 
Statistik  metodların  dilçilik  tədqiqatlarında  istifadəsi hələ  1905-ci ildən 
m
əşhur  dilçi  İ.A.Boduen  de  Kurtene  tərəfindən irəli  sürülmüş,  ondan  sonra 
A.M.Peşkovskiy,  M.N.Peterson,  E.D.Polivanov,  V.V.Vinoqradov  və  s. alimlər 
davam  etdirmişlər. 1938-ci ildə  Vinoqradovun dildə  tezlik göstəricilərinin rolu 
haqda mülahiz
əsi böyük maraq doğurmuşdur. “Müasir rus dili” kitabında o yazır 
ki, “müxt
əlif  kitab  üslublarında  və  danışıqda,  o  cümlədən bədii  ədəbiyyatda 
müxt
əlif üslub və janrlarda sözlərin işlənmə tezliyi müxtəlifdir. Bu müxtəlifliklər, 
üslublar  arasındakı  struktur-qrammatik və  eləcə  də  semantik fərqləri tədqiqat 
prosesind
ə üzə çıxarmaqda kömək edir (1, 155-156). 
Bu bar
ədə  V.V.İvanovun  fikri  ilə  razılaşmaq  olar  ki,  sözlər, hecalar və 
foneml
ər arasındakı kəmiyyət münasibətlərinin tədqiqi dillərin təsnifatının tarixi 
aspektd
ə  öyrənilməsinə  zəmin  yaradır.  Misal  üçün  dildə  təkhecalı  sözlərin orta 
uzunluğu morfemlərə ayrılmırsa, bu tipli dillər musiqi vurğulu dillərə mənsub olur 
(vyetnam, klassik çin, m
ərkəzi Afrika dillərindən bəziləri və s.)... Digər mövcud 
qanunauyğunluqlardan  biri  də  fonemlərin  sayı  ilə  morfemlərin  uzunluğu 
arasındakı əlaqədir. Misal üçün abxaz dilinin bzib şivəsində 81 fonem vardır. Bu 
asılılıqları  da  tarixi  müqayisəli dilçilikdə  dillərin müqayisəli-tipoloji səpgidə 
öyr
ənilməsində tətbiq etmək olar (2, 176-177). 
Müşahidələr göstərir ki, sözdəki fonemlərin sayı (həm fonoloji və həm də 
struktur-semantik c
əhətdən) morfemlərin keyfiyyətinə  təsir edir
 
(3,8). Bundan 
başqa  dilləri kəmiyyətcə  öyrənərkən  aşkar  olunur  ki,  dildəki elementlərin 
tezliyinin müxt
əlifliyi müəyyən statistik qanunauyğunluqlarla bağlıdır. Bu sahədə 
aparılan  tədqiqatlarda A.A.Markovun XIX-XX  əsrlərdəki  yazıçıların  əsərlərində 
işlənən ümumişlək sözlərin orta tezliyinin müəyyənləşdirib müəllifləri bir-biri ilə 
müqayis
ə etməklə maraqlı nəticələrə gəlməsidir (4,142). Müşahidələr göstərir ki, 
dilçilik 
ədəbiyyatında statistik metoddan istifadədə də üstünlük tezlik lüğətlərinin 
t
ərtibinə verilmişdir. Tezlik lüğəti haqqında qısa məlumat verək. 
Tezlik lüğətləri adı altında xüsusi tip lüğətlər nəzərdə tutulur. Burada adi iki 
dilli  lüğətlərdən fərqli olaraq sözlərin  siyahısı  və  onun  ixtiyarı  seçilmiş 
m
ətnlərdəki işlənmə tezliyi göstərilir. 
 
142 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Dilçiliy
ə  statistik  metodların  tətbiqi  mətnlərdə  sözlərin  işlənmə  tezliyinə 
əsasən tərtib  olunmuş  tezlik  lüğətlərin meydana gəlməsi ilə  başlandı.  Dünya 
dilçiliyind
ə  ilk  statistik  lüğət 1898-ci ildə  tərtib  edilmiş  alman  dilinin  tezlik 
lüğətidir (5,113). Müəllif  bu  lüğətin tərtibi üçün 11 mln. sözdən ibarət mətnlər 
seçmişdir.  Bundan  sonra  yüzlərlə  müxtəlif sistemli dillərin  tezlik  lüğətləri 
meydana g
əlmişdir.  Bu  lüğətlərin  geniş  tərtibatı  və  tarixi Frumkina (6, 5-8) 
t
ərəfindən verildiyindən  burada  onun  şərhinə  ehtiyac  duymadığımızdan,  yalnız 
Az
ərbaycan dilçiliyində statistik üsulla aparılan tədqiqatları nəzərdən keçirəcəyik. 
Qeyd etm
əliyik ki, tərtib edilmiş tezlik lüğətlərinin dəqiqliyi mətnlərin həcm 
v
ə  seçimlərindən  asılıdır.  Bu  seçim  aşağıdakı  elementar  statistik  düsturla  təyin 
olunur. 
 
 
 
 
Burada  N – sistemin h
əcmi 
δ – nisbi x
əta 
P – tezlik 
Z
p
 – konstata 
Lakin 
əksər  lüğətlərdə  həcm seçimi üçün bu düsturda istifadə  edilmir. 
Ad
ətən müəlliflər intuisiya yolu ilə həcmi müəyyənləşdirməklə məhdudlaşırlar. 
Ehtimal n
əzəriyyəsində  seçim  –  ümumi  Ω  çoxluğundan  ehtimal  metodları 
il
ə  seçilmiş  obyektlərdən ibarət, sonlu altçoxluqdur. S-dəki obyektlərin  sayı 
seçimin h
əcmi  adlanır.  Əksər hallarda statistik seçim və  seçimi təşkil  edən 
obyektl
ərin  xarakteristikalarının  qiymətlər toplusu eyniləşdirilir.  Obyektlər 
toplusunun (m
əs., istehsalatda ədədi məlumatları,  demoqrafiyada  əhaləni 
araşdırmaq  üçün  statistik  seçimlərin  yaradılmasında  müxtəlif ehtimali metodlar 
istifad
ə  olunur  (seçim  araşdırma  metodu  bax.  Ehtimal  nəzəriyyəsi və  riyazi 
statistika ensiklopediyası, s. 2010, s. 803-804). 
Qaytarmamaq şərtilə təsadüfi seçim - Ω -dan ixtiyari qaydada obyektlərin 
bir-
bir  ardıcıl  surətdə  götürülməsi ilə  aparılır  və  seçilmiş  obyektlər  sonrakı 
seçm
ədə iştirak etmir, seçilməmiş bütün obyektlər sonrakı seçmədə iştirak etmir, 
seçilm
əmiş  bütün  obyektlərin seçilməsi  ehtimalları  eyni  hesab  olunur.  Ω
 
n
 
elementli çoxluqdursa, onda qaytarmamaq şərtilə v həcmi seçimlərin sayı n (n-1) 
... (n –r +1), (1 
≤ r ≤ 
n) olacaqdır. Bu halda n elementli çoxluqdan r həcmli seçim 
qaytarmamaq şərtilə sxemi üzrə aparılır. 
Qaytarmaq şərtilə təsadüfi seçim - Ω-dan ixtiyari qaydada seçilən obyektlər 
h
ər dəfə  məhz bu çoxluqdan götürülür. Belə  ki, eyni bir obyekt təkrar götürülə 
bil
ər. Ω
 
n
 
elementli çoxluq olarsa, qaytarmaq şərtilə n həcmli seçimlərin sayı 
n.n... n = n 
r d
əfə 
δ = 
Z

 
√ N

 
 
143 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə