Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə58/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   54   55   56   57   58   59   60   61   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
komponent birl
əşmişdir.  1-ci komponent –  “Tarverdini mən öyrədib  quldurluğa 
gönd
ərdim” baş cümlədir. 2-ci (“istirdi”) və 3-cü (“mənim sevgilimi əlimdən al-
sın”) komponentlər isə birlikdə yenə səbəb budaq cümləsi yaradır (mənim sevgili-
mi 
əlimdən almaq istədiyi üçün). Bu səbəb budaq cümləsinin tərkibində isə inver-
si
yaya uğramış tamamlıq budaq cümləsi (mənim sevgilimi istirdi əlimdən alsın − 
ist
əyirdi ki, mənim sevgilimi əlimdən alsın) işlənmişdir. 
Dem
əli, bu dialoqda əsas fikir Bayrama məxsusdur. Divanbəyi isə yardımçı 
ro
lu oynayır. 
Divanb
əyi→Tarverdi dialoqunda isə fərqli bir mətnlə qarşılaşırıq. Divanbə-
yinin dilind
ə işlənmiş “Axmaq, sənə qorxaq deyəndə nə olacaqdı ki, özünü xataya 
sal
dın?” cümləsində əvvəl  sual əvəzliyi və köməkçi fellə işlənmiş baş, sonra 
is
ə baş cümləyə ki bağlayıcısı ilə bağlanmış nəticə budaq cümləsi işlənmişdir. Di-
a
loqun qarşı tərəfini təşkil edən nitqdə isə (Tarverdinin nitqində) “A başına dö-
nüm, onda m
ənə qız gəlmirdi” cümləsi işlənmişdir. Bu cümlənin yarımçıqlığı, bir 
kom
ponentinin çatmadığı aşıq-aşkar hiss olunur: hansı halda? nə zaman? sualı or-
tay
a çıxır. Bunun cavabı isə Divanbəyinin “sənə qorxaq deyəndə” ifadəsindədir. 
Bayram→Divanbəyi dialoqunda əlaqələndirmə möhkəm olduğu halda, Di-
vanb
əyi→Tarverdi dialoqunda əlaqələndirmə zəifdir. Bunu müəllifin obrazyarat-
ma üslubu il
ə bağlamaq olar. 
Mür
əkkəb cümlə komponentlərinin müasir ədəbi dil baxımından  yerdəyiş-
m
əsi kimi anlaşılma halları da müşahidə olunur: 
“Divanb
əyi. Bayram, sən çox pis iş eləyibsən! Amma çünki mərdlikdə təq-
sirini iqraq el
ədin, mən sənin günahından keçirəm. Amma bundan sonra belə iş 
el
əmə!” 
Bu dördkomponentli cüml
ənin tərəfləri arasında (1-ci və 3-cü, 3-cü və 4-cü 
komponentl
əri arasında) qarşılaşdırma əlaqəsi var: Sən çox pis iş eləyibsən, amma 
m
ən sənin  günahından  keçirəm. Mən sənin  günahından  keçirəm, amma bundan 
sonra bel
ə iş eləmə. 2-ci komponentin iki bağlayıcı ilə − həm tabesizlik (amma), 
h
əm də tabelilik (çünki) bağlayıcısı ilə başlaması da maraqlıdır. Burada Divanbə-
yinin özün
əməxsus ifadə tərzi ilə “amma” deməsi; bir qədər fasilədən sonra müa-
sir 
ədəbi dildəki indi ki bağlayıcısının müqabiində işlənən çünki sözünü işlətməsi 
n
əzərdə tutulan fikri oxucu üçün daha aydın edir: “Çünki (indi ki) mərdliklə təqsi-
rini iqrar el
ədin, mən sənin günahından keçirəm” deməklə Divanbəyi sanki Bayra-
mın qarşısında şərt qoyur. Belə olduqda birinci tərəf şərt budaq cümləsi, ikinci isə 
baş cümlə kimi anlaşılır. Halbuki budaq cümlə baş cümləyə çünki bağlayıcısı ilə 
bağlanmışdır.  Əgər bu cümlə  müasir  ədəbi dildəki səbəb  bağlayıcısı  çünki  kimi 
an
laşılsa  və  səbəb budaq cümləsi hesab olunsa, gərək cümlə  bu  şəkildə  işlənə: 
M
ən sənin günahından keçirəm, çünki mərdliklə təqsirini iqrar elədin. Halbuki bu 
cüml
ənin tərəfləri arasında inversiya yoxdur. 
Əslində  şərt  anlayışı  yaransa  da,  cümlədə  səbəb və  nəticənin  olması  daha 
qabarıqdır.  Birinci komponentdə  səbəb (çünki mərdliklə  təqsirini iqrar elədin), 
 
136 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
ikinci komponentd
ə isə nəticə (mən sənin günahından keçirəm) olduğu daha aydın 
görünür. Bunun n
əticə  budaq cümləsi hesab etmək  olmaz,  çünki  asılı  tərəfdə 
(birinci komponentd
ə) səbəb var. Müasir ədəbi dildə indi ki şərt bağlayıcısı kimi 
q
əbul edilsə də, hər halda əgər, hərgah bağlayıcıları ilə tam sinonimlik yaratmır. 
Ona gör
ə də yeri gələndə məna baxımından səbəb anlamı da verə bilir. 
Az
ərbaycan  dilinin  şifahi  xalq  ədəbiyyatı  nümunələrində  də  indi ki//çünki 
paraleli  müşahidə  olunur.  “Koroğlu”  dastanının  müxtəlif  variantlarında  indi 
ki//çünki paraleli bu şəkildədir: 
a)
 
İndi oldıy dəgirmançi, 
Hey  çağır  sən dən,  Koroğlu  (“Koroğlu”,  Bakı,  “Folklor  İnstitutu”,  2009, 
s
əh. 47) 
b)
 
Çünki oldun d
əyirmançı, 
Ç
ağır gəlsin dən, Koroğlu (“Koroğlu”, Bakı, “Gənclik”, 1982, səh. 125) 
M.F.Axundzad
ənin əsərindən verilən nümunədə olduğu kimi, burada da indi 
ki//çünki 
bağlayıcıları  sinonim  variant  kimi  çıxış  edərək birinci cümlədə  səbəb, 
ikinci cüml
ədə isə nəticə anlayışını yaratmışdır. Asılı tərəf səbəb anlamında oldu-
ğu üçün bu cümlələr səbəb budaq cümləsi hesab olunur. 
Bu müqayis
əyə  nəzər  saldıqda  M.F.Axundzadənin  əsərindəki cümlənin 
“çünki t
əqsirini iqrar elədin” komponentinin səbəb budaq cümləsi, “mən sənin gü-
na
hından keçirəm” komponentinin isə baş cümlə olduğu anlaşılır. 
“Tarverdi. M
ənə dedilər ki, qorxaqsan; mən də qorxumdan ki, mənə ürəksiz 
dem
əsinlər, qulluğa getdim” – cümləsində 1-ci və 2-ci komponentlər tərəfləri bir-
birin
ə ki bağlayıcısı ilə bağlanmış tamamlıq budaq cümləli tabeli mürəkkəb cüm-
l
ədir, baş cümlə əvvəl, budaq cümlə sonra işlənmişdir (mənə dedilər ki, qorxaq-
san). 3-cü, 4-cü komponentl
ər isə səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir: 
“m
ən də qorxumdan ki mənə ürəksiz deməsinlər” komponenti səbəb budaq cüm-
l
əsi, “qulluğa getdim” komponenti isə baş cümlədir. Tərəflər bir-birinə intonasiya 
il
ə  bağlanmışdır.  Burada  işlənən ki ədatı  bağlayıcı  vasitə  olmasa da, cümlənin 
oxu
nuşunda və anlaşılmasında xüsusi rol oynayır. 
M.F.Axundzad
ə personajların dili ilə müxtəlif xarakterli obrazlar yaratmış-
dır. Dil, cümlə quruluşu, fikrin ifadə tərzi oxucuya çox mətləbləri, mənəvi keyfiy-
y
ətləri aşılamış olur. Bu cəhətdən Pərzadın dili ilə verilmiş cümlələr daha dolğun 
v
ə tamdır: “Divanbəyiyə ərz elə ki, mən heç vaxt Tarverdiyə getmənəm. Əgər mə-
ni ona verm
əli olsalar, şəksiz özümü öldürrəm!” 
Bu cüml
ə  quruluşu  müasir  Azərbaycan  ədəbi dilində  işlənən mürəkkəb 
cüml
ələrdən heç də  fərqlənmir. Birinci cümlə  baş  cümləyə  ki  bağlayıcısı  ilə 
bağlanmış tamamlıq budaq cümləsi, ikinci cümlə əgər şərt bağlayıcısı və -sa şərt 
şəkilçisi ilə baş cümləyə bağlanmış şərt budaq cümləsidir. 
Monoloji v
ə dialoji nitqdəki cümlə modellərinin mətni sintaksisi semantik-
sintaktik aspektd
ə daha düzgün anlaşılır. Bu cəhətdən mətni mürəkkəb cümlələrin 
t
ədqiqi vacib məsələdir. 
 
137 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə