Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə55/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   51   52   53   54   55   56   57   58   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
B
əzən isə dilçi alimlərimiz alınmaların funksiyasını azaltmaq üçün dialekt-
l
ərdən istifadəni yeganə çıxış yolu hesab edirlər. 
Bildiyimiz kimi mü
əllif sözlərdən istifadə edərkən sərbəstdir. Lakin müəl-
lifl
ərin dilin qayda-qanunlarını,  ədəbi  dil  normalarını  unudaraq dialektlərdən 
m
ənası olmayan kor-koranə istifadə etməsi qüsur kimi qiymətləndirilməlidir. 
M
əsələn: Dərhal bir siyasi gənəşik məclisi düzəldir. (Azadlıq, dekabr 1997). 
Yal
taqlıq sözü ucuzlaşdırır, onu urvatsız edir. (Yeni müsavat, 15 oktyabr 1996) 
Veril
ən misallarda işlədilən «urvat», «gənəşik» sözlərinin yalnız müəyyən dialekt-
l
ərdə işlədilir, ona görə də onun mənası geniş oxucu kütləsinə məlum deyil. Belə 
sözl
ərin mənasının elə cümlə daxilində aydınlaşdırılması. Dialekt sözlərinin çox 
vaxt işləklik qazanıb ədəbi dildə işlək edir. 
Xüsusil
ə,  termin  yaradıcılığında  dialektlərdən  istifadə  olunur və  son 
dövrl
ərdə  mətbuatda  işlənən bir çox dialekt sözləri, müxtəlif  sahələrdə  termin 
kimi işlənir. Məsələn, «yelcəkər», «çiyə», «tutma», «nəfəslik», «yel», «selbasar» 
kimi dialekt sözl
ərinin müvafiq sahələrin  terminologiyasında  istifadə  edilməsi 
m
əqsədəuyğundur. M.Cəfər bu barədə  yazır:  Dünyanın  bütün  söz  ustaları  məhz 
l
əhcə və dialektlərdən münasib sözlər alıb işlətməklə ədəbi-bədii dilin zənginləş-
m
əsinə  kömək  etmişlər. Belə  bir  axtarış  seçmə,  əvəzetmə, sözlərə  yeni məna 
verm
ə  Azərbaycan  yazıçısı,  alimi üçün xüsusilə  vacibdir. Ona görə  ki, məlum 
olduğu üzrə ötən əsrlərdə dilimizə daxil olan bir çox lüzumsuz, əcnəbi söz, ifadə 
t
ərkiblər dilimizin öz doğma sözlərini sıxışdırıb unutdurmuş üstü örtülmüş xəzinə 
halına  salmışdır.  Bu nöqteyi-nəzərdən  Azərbaycan  yazıçısının,  aliminin  lazım 
olduğu yerdə ləhcə, şivə, dialektlərə müraciət etməsi vacibdir” (2,36). 
Bu gün bu fikirl
ər dövrlə səsləşir. T.Hacıyev yazır: “Bir yazıçı, bir şair bü-
tün ömrü boyu üç-
beş  münasib  söz  hazırlaya  bilsə, xalq dilinin boynuna böyük 
minn
ət qoymuş olar – bu, əvəzsiz xidmətdir, dəyəri heç nə ilə ölçülməyən böyük 
işdi” (3,14). 
Dialekt sözl
ərinin  də  mətbuatda  işlənməsini  müəyyən mənada  təbii hesab 
etm
ək olar. Bu sözlər işləndiyi mənada geniş şəkildə işlənsə də heç şübhəsiz ki, 
ədəbi dildə  işlənə  bilər. Lakin  lazım  olmayan  dialekt  sözlərini (mənası  dərk 
edilm
əyən) mətbuata  işlənməsi  ədəbi  dil  normalarına  təsir edir. Ona görə  də 
dialektd
ən götürülmüş söz daha geniş ərazidə işlənən, anlaşılan söz olarsa, onun 
ədəbi dilə  daxil  olması  da  aşağı  olur.  2.  Mətbuatda  alınmalar  daha  çox  işlənir. 
Alınma sözlərin mətbuatda işlənməsi haqqında müxtəlif fikirlər diqqəti cəlb edir. 
Bu fikirl
ərdə  iki meyl-  alınma  sözlərin  işlənməsinin vacibliyi və  belə  söz-
terminl
ərdən  imtina  daha  qabarıq  şəkildə  özünü göstərir.  Onu da nəzərə  almaq 
lazımdır  ki,  hazırkı  elmi-texniki tərəqqi dövründə  alınmalardan  qaçmaq qeyri-
mümkündür. Çünki öt
ən əsrin axırlarından ölkəmizdə baş verən ictimai-siyasi və 
m
ədəni proseslər mətbuat dilində  alınma  sözlərin mövqeyini daha da 
geni
şləndirmişdir. Aydınlıq qəzetində yazıldığı kimi «Nə deyirlər desinlər, varam 
aşkarlığa». Bu ömrü uzun olmuş, el-obaya qədəm qoyandan qulaqlarımızın pası 
 
127 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
açılıb – kim nə istəyir, danışır, kim nəyi neçə istəyir yazır. Hələ löyün-löyün söz-
l
ər də düşüb ağızlara: konsolidasiya, alternftiv, konsensus nə bilim partokratiya, 
demblok, komblok… Çoxunu da adam qannamır ki, nə deməkdir» (15.04.1991). 
Göründüyü kimi ictimai-siyasi hadis
ələrlə  əlaqədar mətbuatda  işlənən  ter-
minl
ərin daha çox hissəsini alınma terminlər təşkil edir. 90-cı illərdən başlayaraq 
m
ətbuatda işlənən alınmaları iki mənbəyə ayırmaq olar. 1) türk dilindən; 2) ingilis 
v
ə  Avropanın  başqa  dillərindən. Birinci mənbəyə  meyl sürətlə  başlamışdır.  Bu 
dövrd
ə özək, nəşnə, ulus, yaşaq, suclu, orman, məmləkət, cümhuriyyət, qayğı, bil-
gisayar, dön
əm, ün, toplum, durum, önəmli, toplu türk sözlərinin bir çoxu geniş 
şəkildə işlənməyə başlandı. Bu proseslə bağlı alınan bir çox sözlər işləklik qazan-
ma
ğa başladı. 
Onu da qeyd ed
ək ki,  türk dilindən  alınan  sözlərin dilimizdə  variantlılığı 
mövcuddur.  M
əsələn, gərəkli (lazımlı), öndər (lider), öncül (başcı, öndə gedən), 
ön
əmli (əhəmiyyətli), özəl (xüsusi), öncə  (əvvəlcə), yetərsay (kvorum), elçi 
(s
əfir), elçilik (səvrlik), dəstək (müdafiə), acıqlama (izah etmə, şərh etmə), anlaş-
ma (müqavil
ə), amac (məqsəd),  anayasa  (konstitutsiya),  basqı  (təzyiq),  baxım 
(nöqeyi-n
əzər), yasa (qanun), yasaq (veto, qadağa), sonuc (nəticə), «sorun» (prob-
lem). Kütl
əvi informasiya vasitələrində işlənən bu dil vasitələrinin 90%-i demək 
olar ki, kütl
əvilik qazanmış və Azərbaycan dilinin lüğət tərkibinə daxil olmuşdur. 
Ona gör
ə  ki,  işləklik qazanan bu terminlərin  böyük  əksəriyyəti ekvivalent 
variantından daha anlaşıqlıdır. Hər hansı ictimai-siyasi hadisələrin təbliğində belə 
ifad
ələrin rolu əvəzsizdir. Bu prosesdə diqqəti cəlb edən odur ki, mətbuat dilində 
ərəb və fars, o cümlədən rus və Avropa mənşəli terminlərlə türk mənşəli terminlər 
paralel şəkildə uzun müddət işləndikdən sonra işləklik qazanır. Yəni, türk dilindən 
alınan terminlər dilimizdə vaxtilə işlənmiş terminlərlə uzun müddət dublet (ikili) 
şəkildə işlənsə də işləklik qazanır, digər terminlər dilin passiv fonduna daxil olur. 
İ.Mirtalıblı yazır: «Cəmiyyətdə gedən dəyişikliklər, sosial-iqtisadi vəziyyət, 
siyasi prosesl
ər cəmiyyət üzvlərini  ətrafda gedən prosesləri  qavramağa  məcbur 
edir. İctimai-siyasi terminlərlə kütləvi əlaqə də bu səbəbdən baş verir. Digər sahə 
terminl
ərindən fərqli olaraq ictimai-siyasi terminlər daha çox kütləviliyə 
meyllidir. Burada obyektiv v
ə  subyektiv amillər sosiolinqvistik amillərlə  birgə 
çıxış edir (4,75)». 
M
əhz buna görə də mili mənşəli ictimai-siyasi terminlərin yaranmasında cə-
miyy
ətdə gedən prosesləri təhlil edən, kütləyə çatdıran informasiya vasitələrinin 
q
əzet, jurnal, televiziya və radionun rolu böyükdür. Bununla yanaşı belə terminlə-
rin kütl
əvilik qazanmasında obyektiv və subyektiv amillər də ona təsir edir. Çünki 
ye
ni anlayışların ifadəsində xüsusilə neologizmlərin meydana gəlməsi fərdi yara-
dıcılıqla  bağlıdır.  Bu  zaman  yeni  yaranan  terminlərin cəmiyyətə, kütlələrə  çıxış 
yolu informasiya vasit
ələridir. Burada yeni terminlərə münasibət həmin dil vahid-
l
ərinin işləklik qazanması üçün başlıca amildir. 
 
 
128 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə