Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə59/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   55   56   57   58   59   60   61   62   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
İ.M. TAHİROV  
 
QLOBALL
AŞMA VƏ DİL: AZƏRBAYCAN DİLİNİN 
QORUNMAĞA EHTİYACI VARMI? 
 
Açar sözl
ər: dil, qloballaşma, Azərbaycan dili, KİV 
Key words: language, globalization, the Azerbaijani language, mass media 
Ключевые слова: язык, глобализация, азербайджанский язык, СМИ 
 
XX yüzilliyin sonu v
ə  XXI  yüzilliyin  qovşağında  dünya  “qloballaşma” 
adlanan prosesin t
əsirini üzərində  hiss  edir.  Dünyanın  elmi  və  digər  ədəbiyyat 
nümun
ələrində, kütləvi informasiya vasitələrində “qloballaşma” termini müxtəlif 
cür izah olunur v
ə  bu izahlar o qədər rəngarəngdir ki, onlar bəzən bir-biri ilə 
daban-dabana ziddiyy
ət təşkil  edir.  Buna  baxmayaraq,  bir  şey  şübhəsizdir: 
qloballaşma  çağdaş  dünyanın  iqtisadiyyatı,  siyasəti, mədəniyyəti və  kütləvi 
informasiya vasit
ələri üçün açıq-aşkar reallığa çevrilmişdir. 
Qloballaşma  şəraitində  artıq  bir  neçə  onillikdir ki, dünyada universal 
ünsiyy
ət vasitəsi olaraq ingilis dili çıxış edir. Bunu müasir dünyada sənədləşmədə, 
ədəbiyyatda, elmi forumlarda, müxtəlif formatlı  siyasi  və  iqtisadi  danışıqlar 
prosesind
ə görmək olar. Və əlbəttə ki, müasir dünyanı hörümçək toru kimi sarmış 
İnternet  özünün  ilkin  ingilisdilli  leksikası  ilə  də  buna  əyani nümunədir. Dünya 
tarixi beyn
əlxalq ünsiyyət vasitəsi kimi bu və  ya digər dilin liderliyindəki 
d
əyişməni  nümayiş  etdirir.  Yadımıza  salaq,  antik  dövrdə  yunan dili, sonra 
Avropada  latın  dili,  Asiyada  ərəb dili, XIX yüzillikdə  fransız  dili  belə  missiya 
yerin
ə yetirmişdi. XX yüzillikdə isə ingilis dili. 
Heç şübhə yoxdur ki, yaşadığımız dünya gündən-günə daha çox qloballaşan 
bir m
əkana çevrilir və bu fenomenin hərəkətverici qüvvəsi internet, peyk televizi-
ya
sı,  mobil  telefon  və  saysız-hesabsız  informasiya  kommunikasiya  vasitələrinin 
mey
dana çıxmasıdır. Qloballaşma elə bir prosesdir ki, onun sürətlə genişlənməsi 
minl
ərlə dilin söykəndiyi təməlləri sarsıtmağa yönəlib. Çağdaş dövrdə müşahidə 
edil
ən tendensiya ondan ibarətdir ki, qloballaşma milli dillərin özünüqoruma ref-
leksl
ərini inkişaf etdirmək, qlobal şəbəkələr erasının, yeni iqtisadiyyat və İnterne-
tin “linqva franka” statusunu qazanmış, siyasi, iqtisadi, mətbuat, reklam, radio, te-
leviziya, turizm, kommunikasiya sisteml
əri, təhlükəsizlik, elm və təhsil sahəsində 
dominat mövqey
ə sahib olan ingilis dilinin hərtərəfli təzyiqinə və “işğal”ına qarşı 
da
yanma  strategiyalarını  işləyib  hazırlamaq  problemini  ortaya  qoymuşdur.  Bu 
prob
lem yalnız Azərbaycan kimi müstəqilliyini yeni qazanmış gənc dövlətləri de-
yil,  dünyada  oturuşmuş  iqtisadiyyata,  dünya  siyasətinə  təsir gücünə  sahib olan 
Çin, Almaniaya, Fransa, Rusiya v
ə b. ölkələri də narahat edir. 
 
138 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Az
ərbaycan  Respublikasının  dövlət dili olan Azərbaycan dilinin vəziyyəti 
c
əmiyyəti narahat edən məsələlərdəndir. Cəmiyyətin dil məsələsi ilə  bağlı 
narahatlığının əhatə dairəsini təxminən belə cızmaq olar: Azərbaycan dilində səlis 
danışanların  sayının  azalması,  Azərbaycan dilini bilmə  səviyyəsinin pisləşməsi, 
Az
ərbaycan  ədəbi dilinin yad ünsürlərin  hesabına  kifayət qədər zibillənməsi, 
onların  üzə  çıxarılması  və  qarşısının  alınması,  mətbuat orqanlarında,  radio  və 
televiziya kanallarında ədəbi dil normalarının pozulması, elmi, bədii və publisistik 
əsərlərin tərcüməsinin sönük və yarıtmaz olması, reklam və afişalarda Azərbaycan 
dilinin leksik v
ə qrammatik qaydalarının pozulması və bir sıra digər mənfi hallar. 
Bütün bunlar xeyli vaxtdır ki, cəmiyyətdə müzakirə edilir: dilimizi qoruma-
ğa ehtiyac varmı? Müzakirələrin çoxçaxəli və coşğun olmasını mətbuatdan, televi-
ziya v
ə radio kanallarından müşahidə etmək mümkündür. Müşahidələr göstərir ki, 
müzakir
ənin  aparılma  istiqamətini  genişləndirmək və  onu həm ölkədaxili 
kontekstd
ə, həm də qloballaşma müstəvisində yanaşmaq lazımdır. 
Qloballaşmanın  iki  aspekti  barədə  bəhs edilir. Bunlardan biri hadisələrin 
obyektiv, t
əbii gedişidir. İkincisi isə süni aspektdir ki, bu, siyasi, iqtisadi şərait və 
ideologiya vasit
əsilə yeridilir. Hər bir millət özünün dilini, mədəniyyətini, tarixini 
qorumaq üçün qloballaşmanın süni şəkildə gedişinə təsir göstərməli, onun gedişini 
z
əiflətmək istiqamətində, bu nə qədər çətin olsa belə, addımlar atmalıdır. Cəmiy-
y
ətin virtuallaşması, qloballaşmanın sürəti dilin inkişafına öz təsirini göstərdiyi ki-
mi, dilin inkişafını və dəyişməsini də sürətləndirir. Bütün bunlar dillərin və dillər-
a
rası əlaqələrin inkişafında ümumi qanunauyğunluqların meydana çıxmasına sə-
b
əb olur. Dildəki dəyişmələr və inkişaf təkcə linqvistik yönümdən deyil, eyni za-
manda c
əmiyyətdə və dünyada baş verən sosial, siyasi və iqtisadi meyillər yönü-
münd
ən müzakirə edilməlidir. 
Problemin d
ərk edilməsi üçün dilin tətbiqini tənzimləməyə imkan verən sa-
h
ələrə bölmək vacibdir. Tənzimlənməyə imkan verən sahələri elmi tədqiqat işləri, 
qanunvericilik f
əaliyyəti,  işgüzar  yazışma,  KİV-in dili kimi sahələrə  olar. 
T
ənzimlənmək  imkanından  kənarda qalan sahələrə  dildən məişət  səviyyəsində 
günd
əlik istifadə, sosial şəbəkələri daxil etmək olar. Tənzimlənməsi mümkün olan 
sah
ələr üçün “Azərbaycan  Respublikasında  dövlət  dili  haqqında”  30  sentyabr 
2002-ci il tarixli Az
ərbacan Respublikasının Qanunu mühüm əhəmiyyət kəsb edir. 
Dövl
ətlərin təhsil siyasəti dillərin fəaliyyəti üçün taleyüklü nəticələrə səbəb 
ola bil
ər. Xarici dillərdə tam və ya qismən təhsil verilməsi, nə qədər mütərəqqi ad-
dım olsa belə, milli dillərin elm və təhsildə rolunu qoruyub saxlamağa yönəlmiş 
ad
dımlardan saymaq çətindir. Gündəlik danışıq, ədəbi və elmi dil arasında qarşı-
lıqlı əlaqənin mövcudluğu məlum həqiqətdir. Əgər milli dil elmi sahədən geri çə-
kilirs
ə, onun digər mövcudluq formaları da kasıblaşır, sıradan çıxır. 
Az
ərbaycanda dil quruculuğu dövlətin strateji cəhətdən mühüm problemlə-
rind
əndir. Dil quruculuğunun həm ölkə daxilində, həm də ölkənin hüdudlarından 
k
ənarda rəvan getməsi üçün vacib olan tərəfləri vardır. 
 
139 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə