Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə62/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   58   59   60   61   62   63   64   65   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
olacaqdır. Bu halda n elementli çoxluqlar r həcmli seçimi qaytarmaq şərtilə 
sxemi üzr
ə aparılır. 
Əgər seçimdə hər bir obyektin hər hansı bir qaydadan asılı olmadan eyni p 
ehtimalı ilə seçilməsi qərarı qəbul edilirsə, onda alınan statistik seçim binominal 
seçim  adlanır.  Riyazi  statistikada  sonlu  sayda  obyektlərdən ibarət çoxluqlardan 
statistik seçiml
ərlə  yanaşı,  sonsuz  çoxluqlardan  ibarət seçimlərə  də  baxılır.  Bax 
seçim metodu (7, 801-802). 
R.M.Frumkinaya gör
ə  həcmi müəyyən seçimlə  əsaslandırılmış  lüğətlərdən 
Qarsiya Os t
ərəfindən hazırlanmış ispan dilinin lüğəti və Yosselsonun rus dilinin 
tezlik  lüğətidir. 100 000 sözdən ibarət  bu  lüğətlər  haqqında  geniş  məlumatı 
Frumkinanın  yuxarıda  adı  çəkilən  kitabından  almaq  olar.  Leksikanın  statistik 
metodla öyr
ənilməsində  ən önəmli məqamlardan biri “Sipf qanunu” ilə  tezliyin 
empirik asılılığının öyrənilməsidir. 
P

=
 
k r
 Y
 
Burada r – 
siyahıda sözün azalan tezliyinin nömrəsidir. 
P

– r nömr
ə altında sözün nisbi tezliyi. 
K, Y – is
ə sabit parametrlərdir (3, 16). 
Az
ərbaycan dilçiliyinə gəlincə isə burada statistik metodla yazılı abidələrin 
öyr
ənilməsi və uyğun tezlik lüğətlərin hazırlanması qarşıya məqsəd qoyulmuşdu. 
M
əlumdur  ki,  statistik  yolla  linqvistik  materialların  araşdırılması,  yazılı 
abid
ələrin öyrənilməsi tədqiqatçıdan yüksək dəqiqlik tələb edir. Bu istiqamət üzrə 
Az
ərbaycan dilçiliyində 60-cı illərdə tədqiqatlar aparılmış, müasir Azərbaycan dili 
saitl
ərinin ümumi statistik təhlili edilmişdir. Kök və şəkilçilərdə işlənən saitlərin 
nisb
əti  araşdırılmış,  sözün  axırında,  əvvəlində,  ortasında  işlənən saitlərin faiz 
göst
əriciləri uyğun cədvəllərdə əks olunmuşdur (10, 18-20). 
Dialektl
ərdə  fonemlərin sözlərdəki mövqeyi ilk dəfə  olaraq A.H.Vəliyev 
t
ərəfindən statistik metodla tədqiq edilmişdir (11, 44-57). 
Klassik 
ədəbi irsimizdən  yalnız  Molla  Vəli Vidadinin əsərlərindəki leksik 
vahidl
ərin işlənmə tezliyi müəyyənləşdirilmişdir (12). 
Qeyd etm
əliyik ki, böyük zəhmət tələb edən bu statistik məlumatlar 
maşınsız, yalnız əl üsulu ilə görülmüşdür. 
Az
ərbaycan dilçiliyində ilk dəfə olaraq 1979-cu ildə EHM vasitəsilə qəzet 
materialları əsasında “Azərbaycan dilinin tezlik lüğəti” tərtib olunmuşdur (13). Bu 
lüğətdə  ikidilli  lüğətlərdən fərqli  olaraq  lüğəvi vahidlərin mənası  deyil,  onun 
m
ətndə işlənmə tezliyinin göstəricisi qeyd olunmuşdur. Son illərdə tezlik lüğətinin 
elektron  versiyası  tərtib  olunmuşdur  (14).  Bu  lüğətin  annotasiyasına  nəzər 
saldıqda onun tərtibi üçün “Azərbaycan dilinin bütün üslubları təmsil olunmaqla 
t
əxminən  50  milyona  yaxın  söz-formadan ibarət mətnlər linqvostatistik təhlilə 
c
əlb  olunmuşdur.  Elmi,  bədii, publisistik, rəsmi, məişət və  s. üslublara dair 
materialların elektron variantlarının mövcudluğu tədqiqatın hərtərəfli olmasına və 
 
144 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
statistik seçm
ə baxımından etibarlığına imkan yaratmışdır. Lüğətdə 12000-ə yaxın 
söz kökü 
əhatə olunmuşdur (14, 2). 
Türkologiyada ilk d
əfə  tərtib  olunmuş  bu  lüğət  sanballılığı  ilə  seçilir və 
leksikanın  statistik  modeli  kimi  nəzəri və  tətbiqi dilçiliyin, ümumi 
leksikologiyanın,  dil  tədrisinin bir çox problemlərinin həlli  üçün  əvəzsiz mənbə 
rolunu  oynayır.  Bundan  başqa,  Azərbaycan dilçiliyində  Azərbaycan dilində  söz 
formalarının  statistik  distributiv  təhlili qrafem və  fonem səviyyəsində  tədqiq 
edilmiş, onların mətndə işlənmə tezliyi müəyyənləşdirilmişdir (15). 
Qeyd etm
əliyik ki, bütün bu məsələlərin daha asan həlli üçün elektron 
hesablayıcı maşınların köməyindən istifadə olunur. 
 
Ədəbiyyat 
 
1.
 
Виноградов В.В. Современный русский язык, вып. 1, М., 1938, стр. 155-156. 
2.
 
Иванов  В.В.  Некоторые  проблемы  современной  лингвистики  –  Народы 
Азии и Африки, 1963, 4. 
3.
 
Головин Б.Н. Из курса лекции по лингвистической статистике. Горький, 
1966, стр. 8. 
4.
 
Марkов А.А. Об одном применении статического метода. Изв. имп. Акад. 
Наук, 1916, 6-ая серия, Х.И. стр. 242 (Çıxarış Qolovinin yuxarıda adı çəkilən əsərindən 
götürülmüşdür. Bax.: Yenə orada, s. 9). 
5.
 
Kaeding F. Häufigeitswörterbuch der Deutschen Sprache Steiglizbei Berlin, 
1898. (Ədəbiyyat aşağıda adı çəkilən müəllifin kitabından götürülmüşdür. Bax: s. 113). 
6.
 
Фрумкина Р.М. Статические методы изучения лексики. М., 1964, стр. 5-8. 
7.
 
Ehtimal n
əzəriyyəsi və  riyazi  statistika  ensiklopediyası,  B.,  2010,  s.  798,  s. 
801-802. 
8.
 
Garcia Hor.Vocabulsrio usual, comuny fundamental. Madrid, 1953. 
9.
 
Josselson H. The Russian word count. Detroit, 1953. 
10.
 
Ахундов А.А. Некоторые вопросы применения прикладной математичес-
кой лингвистики к тюркским языком (на материале азербайджанского языка) – В 
кн. «Питание прикладной лингвистики» Чернову, 1960, 18-20; Axundov A.A. Riyazi 
dilçilik. B., 1979. 
11.
 
V
əliyev A.H.Azərbaycan dialektologiyasında praktikum. B., ADU, 1978; Ве-
лиев А.Г. Переходные говоры Азербайджанского языка. АДД. Б., 1975, стр. 44-57. 
12.
 
Ахмедов Ф.З. Язык М.В.Видади АКД, Б., 1978; Əhmədov F.Z. Azərbaycan 
di
li tarixi leksikologiyanın tədqiqində tezlik lüğətlərinin rolu (Vidadi şeirlərinin sözlüyü 
əsasında) Azərb. EA “Xəbərləri” Ədəbiyyat, dil və incəsənət seriyası, 1, 1983. 
13.
 
V
əliyeva K.A., Mahmudov M.Ə. Pines V. Azərbaycan qəzet dilinin tezlik (söz 
kökl
əri) lüğəti. B., 2004 
14.
 
Mahmudov  M.Ə.,  Fətullayev  Ə., S. Məmmədova, Fətullayev, R.Hüseynli, 
B.Talıbov,  G.Əzimov,  N.Abdullayev.  Azərbaycan  dilinin  tezlik  lüğəti (söz kökləri). I 
cild. B. 2010. 
15.
 
Рахманов  Дж.  Ф.  Статистико-дистрибутивный  анализ  азербайджанского 
текста (на уровне графем и фонем). Автореферат канд. дисс. Б., 1981. 
 
145 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə