Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə65/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   61   62   63   64   65   66   67   68   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
H. 
XOŞBATİNİ  
 
İKİDİLLİLİK VƏ ARQOLAR 
 
Açar sözl
ər: arqo, gizli dil, ikidillilik, sosial qruplar 
Ключевые слова: arqo, тайный язык, болтливость, социальных групп  
Key words: argo - secret language, bilingulism, social qroups 
 
Dil xalqın yaddaşıdır və hər xalqın yaddaşının modeli həmin xalqın dilində 
görünür. Dil bir format kimidir ki, onun vasit
əsilə xalqın fikirlərini, eksperiment-
l
ərini və təcrübələrini onda yerləşdirərək nəsildən-nəsilə ötürmək olar. Hər bir xal-
qın sosial təbəqələri arasında çoxlu fərqlər ola bilər. İş, peşə, yaşayış məkanı, təh-
sil d
ərəcəsi, pirinsip, etnik mənsubiyyət, mədəni təcrübə, din və məzhəb insanlar 
ara
sında qruplar yaranmasına səbəb olur. Bu qruplar və ya siniflərin özlərinə aid 
olan danışıq normaları vardır. Məhz bu normalara görə o qrupların üzvləri bir-bi-
rini q
əbul edirlər. 
Dil 
ictimai davranışdır. Hər xalq vahid bir dillə danışır. Vacibdir ki, bu dav-
ra
nışa əməl edilsin. Hər xalqın qrupları həmin xalqın dilinin qaydalarına bağlıdır. 
Çünki bir t
ərəfdən özlərinə məxsus olan normalar var, onlarla bağlı xalq dilində 
d
əyişiklikləri və bu dilin xalq tipləri yaranma yollarından biridir. Bu o deməkdir 
ki, xalq dili xalq qruplarının niyyətlərinə, fikirlərinə və intizamlarına bağlı olaraq 
ya
vaş-yavaş  bərabərliklərini itirir və  o dildə  fərqli tiplər  yaranır.  Hər bir xalqa 
m
əxsus olan dilin özünəməxsus qaydaları var. Bu qaydalar səslər, onların bir-biri 
il
ə əlaqəsi və kəlmələrin daxili quruluşu, onların şivələri və məna əlaqələridir. İc-
ma qruplarının üzvləri qrup normalarına bağlıdırlar. O yerə qədər ki, o normalar
onlara x
alqın dilini dəyişməyə icazə verir. Bu dəyişikliklər məhduddur, buna gö-
r
ədir ki, dilin xalq tipləri xalq dilinin qaydalarında dəyişiklik yarada bilmirlər və 
da
nışanların dil bilikləri hər xalqda eyni formada bağlı qalır. Qeyd edildiyi kimi 
dil, xal
q qruplarında öz normalarına mütənasib dəyişdirilə bilir. Bu dəyişikliklər, 
əsasən, kəlmələrdə və sözlərdədir. 
Gizli dil (arqo) xalq dilinin tipl
ərindən biridir. Dialekt və peşə-sənət leksika-
sı, çox işlənən və az işlənən sözlər, jarqon, arqo, picin və s. hadisələr hər dilin da-
xilind
ə yaranır və dilin inkişafına səbəb olur. 
Ən mühüm rol oynayan hadisələrdən biri dil daxilində arqodur. ARGO, bir 
ic
timai sinfin, bir peşə qrupunun və  ya bir cəmiyyətin üzvlərinin istifadə etdiyi, 
ümumi dilin sözl
ərinə yeni mənalar verərək, ya da yeni sözlər, deyimlər qataraq 
ya
radılan xüsusi bir dildir. (2, c. 2, s. 266.) Arqo, ana dili içində sonradan yaradıl-
mış köməkçi dil olaraq danışılır. Əslində şifahi və təbii bir dildir. Arqo davamlı 
d
əyişən və inkişaf edən xüsusi bir dil olmaqla birlikdə, onun meydana gəlməsini 
b
əzi ümumi prinsiplərə bağlamaq mümkündür. Şərti dil, gizli dil arqonun başqa 
ad
ları  sayılır.  Gizli  dilin  hədəfi  eşidənə  xüsusi  mesajı  yetirməkdir.  O istəyir ki, 
 
150 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
me
saj başqalarına məlum olmasın və ya onu çətin anlasınlar. Bu kəlmələrin hara-
da yaranmasını, hansı niyyətlərlə nə vaxt ifadə olunmasını, necə yayılıb və nəha-
y
ət, kimə təsir etməsini siyasət, hökumət, ideologiya müəyyən edir (3. 16 s.). Bu 
k
əlmələr analogiya, şəkilçiləşmə, törəmə, fleksiya və s. yollarla yaranır. İlk nümu-
n
ələr bu dilin tiplərindən yaranıb, onlar oğrulara və quldurlara aiddir. Onlar qa-
nunsuz f
əaliyyət göstərirdilər, sirləri gizli qalmaq üçün bir rabitə obzarına ehtiyac-
la
rı var idi. Fransız dil mətnlərində elə kəlmələr vardir ki, XIV əsrə aiddir. (4. s. 
21). Bu cür dil bir 
çox xalqların meyar dilinin yanında sirləri gizlətmək üçün isti-
fad
ə olunurdu. Beləliklə, fikir və niyyətləri gizli saxlamaq bu dilin yaranmasına 
əsas səbəb hesab olunur. Hal-hazırda  da  elə  həmin səbəbə  görə  arqolar  yaranır. 
Arqo v
ə yaxud gizli dil bütün dillərdə yaranır və demək olar ki, dil daxilində hər 
sinfin v
ə qrupun üzvünə aid ola bilir. V.D.Bondaletov yazır ki, “müxtəlif peşələr 
ara
sında 30-40 peşə adını çəkmək olar ki, onların sahibləri öz nitqlərində şərti dil-
d
ən istifadə  edirlər.  Şərti  arqoların  daşıyıcıları,  əsasən,  sənətkarlar (dərzilər, də-
mirçil
ər, malakeşlər, rəngsazlar, arabaçılar, yunçular və s.), satıcılar (əsasən, səy-
yar sa
tıçılar) və peşəkar dilənçilərdir. Y.S.Stepanova görə, XIX əsrdə Rusiyada 70 
bel
ə dil olmuşdur” (4, 36 s.). 
İran İslam Respublikasında 36 milyondan artıq Azərbaycan dilində danışan 
in
san yaşayır. Fars dili dövlət dili olaraq, bütün xalq yazıları və məktəbləri bu dil-
d
ə olur, lakin gündəlik danışıq dili İran Azərbaycanında, türkcədir – azərbaycan-
ca
dır. Bu iki dildə yazmaq, dərs keçmək və danışmaq həmin ərazidə ikidillilik şə-
ra
itini yaratmışdır. 
Arqo v
ə yaxud gizli dil yazılı forması olmayaraq güney Azərbaycanda geniş 
formada işlənilir. Fars dilindən, yaxud başqa dillərdən alınma sözlər ilə, bu dilin 
söz kökl
ərindən yaranma sözlər ilə  və  başqa  metodlar  ilə  düzələn sözlər ilə, 
müxt
əlif qruplar və siniflər tərəfindən arqo sözləri işlənilir. Televizordan yayılan 
kinolar v
ə  seriallar fars dilində  olarkən  aktyorların  dialoqlarından  farsca  olan 
k
ələmələr və sözlər alınır və müxtəlif mövqelərdə məna və məfhumunu semantik 
baxımından  dəyişir  və  sosial qruplar tərəfindən arqo və  gizli  dil  formasında 
işlənilir. Misal üçün, Həzrəti Yusif serialından "yuzarsif" sözü tələbələr qrupunun 
t
ərəfindən o tələbə haqqında işlənilir ki, çoxlu müddət idi, ondan səs-soraq yox 
idi.  Arqo  formasında  olan  alınma  sözlər  əksinə  də  olur.  Farsca  danışanlarda, 
Az
ərbaycan dilindən cöxlu sözləri  alıb  və  arqo  formasında  ifadə  edirlər. Misal 
üçün, farslar "öldürr
əm  –  büldurrəm" sözünü əsəbiləşən insana və  həmçinin 
polisl
ər  haqqında  farsca  olan  cümlələrində  işlədirlər.  Bu  iki  qarşılıqlı  söz 
az
ərbaycancadır  amma  farslar  da  onu  özünə  aid olan mövqelərdə  bir arqo sözü 
kimi ifad
ə  edirlər. Məsələn: Tələbələr sinifdə  oturarkən  bir  qaşqabaqlı  müəllim 
sinif
ə  girəndə  bir tələbə  başqasına  deyir:  -  ey vay çeqəd in öldürrəm  – 
büldurr
əme! ( !ﮫﻣرروﺪﻟﻮﺑ مرروﺪﻟا ﺪﻘﺟ ياو) 
Bu anlamda ki, bu n
ə üçün bu boyda öldürrəm – büldurrəmdir! 
 
151 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə