Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə68/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   65   66   67   68   69   70   71   72   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Ən faidəli qaidələr cari olunsun
Mizani-
ədalət və müsavat qurulsun. 
M. Hadinin t
əsvirində  yaşadığı  məmləkətdə  bunlar  olmadığından  “Fasid 
olub 
əlhəqq vətənin abü havası” və bu vətənin əvvəlki əmin-amanlığından əsər-
əlamət yoxdur. Məmləkətdəki hərc-mərcliyə son qoymaq üçün yeni qanuni-əsasi 
– 
konstitusiya  meydana  qoyulmalı,  orada  elə  maddələr  olmalıdır  ki,  onların 
say
əsində vətənin dərdlərinə çarə tapılsın. 
Şerin  beşinci  bəndi məzmununa görə  əvvəlki bəndlərdən fərqlidir. Bu 
b
ənddən anlaşılan məna bundan ibarətdir ki, “milləti şahrahi-fünunə” sövq etmək 
üçün minl
ərcə  vətənpərvərlər  canlarından  keçib,  al-qanlarına  qərq olaraq 
hürriyy
ətin dadını kütlələrə dadızdırmağa cəhd etmişlər. Millətin xoşbəxtliyi üçün 
iş görmək əvəzinə boş-boş danışıb özlərini millət qəhrəmanı kimi gözə soxmağa 
çalışanlara  vətən  uğrunda  şəhid  olanları  nümunə  göstərən  şairin  qəti qərarı 
bel
ədir: danışmaqdansa iş görmək, sözdən əmələ keçmək lazımdır. 
Sözd
ən əmələ keçməməyin nəticəsidir ki, məmləkətdə: 
Zülm at
əşi hər yanə saçır dudeyi-zülmət, 
Biçar
ə vətən sanki olub məhşəri-şərrət, 
S
əhrayi-bəladə gəzir avarə rəiyyət. 
“V
ətən ana, vətəndaşları isə onun övladlarıdır”, - deyən şair sual edir: 
Övladını bəslərmi belə madəri-şəfqət? 
Cavab aydındır: Nə vətən övladının bu halına dözməli, nə də övlad vətənin 
bu kök
ə  qüşməsinə  pazı  olmamalıdır.  Bəs nə  etməli?  Cavab  aydındır:  -  Ayağa 
qalxıb əl-ələ verməli, vətənin və millətin hürriyyətini qazanmalı! 
D
ərslikdə  adı  çəkilən, “milli ideyalar və  şeiriyyət, sənətkarlıq  baxımından 
ədəbiyyatımızın şah əsərlərindən biri sayılmağa layiq” əsər kimi qiymətləndirilən 
“İnsanların  tarixi  faciələri, yaxud əlvahi-intibah”  poeması  Birinci  Dünya 
müharib
əsinin ifşasına həsr olunmuş əsərdir. 
Bu 
əsər 1918-ci ildə Bakıdakı “Turan” mətbəəsində üç kitabça halında çap 
olunmuşdur. 
İnsan və onun əməlləri barədə dərin düşüncələrin məhsulu olan bu poman-
tik-f
əlsəfi poemada əvvəldən axıradək ardıcıl şəkildə belə bir konsepsiya izlənilir 
v
ə şərh olunur: İnsan yer üzünün sahibi, yaranmışların ən kamili və ən gözəli, ən 
güclüsü, 
ən xoşbəxtidir. Eyni zamanda onun kimi yırtıcı və vəhşi məxluq yoxdur. 
Bütün t
ərəqqilərə də, faciələrə də səbəb yalnız insandır. İnsan ürəyinin iki daimi 
sakini var: m
ələk və şeytan. 
Şairin fikrincə, bəşər tarixindəki faciələrin törənməsinin başlıca səbəbi müx-
t
əlif xarakterli insanların ürəyində ümumi məhəbbətin yurd-yuva qura bilməməsi-
dir. 
M. Hadinin q
ənaətinə görə, beyni maarif ziyası ilə işıqlanmayan şəxs bütün 
ömrü böyu s
əfalət içində  yaşamağa  məhkumdur. Cəmiyyət nə  qədər  ədalətsiz 
qanunlarla idar
ə olunarsa, insanın nəsibi dərd, qəm və müsibət olacaqdır. 
 
157 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Keçmiş, hazırkı dövr və gələcəyi nəzərlərində canlandırıb onlarla həmsöh-
b
ət olan şair bügünkü zülmü dünənki məşəqqətlərin məntiqi davamı kimi qəbul 
edir, düşünür və düşündürür. Bu düşüncələri ilə həm həməsrini, həm də gələcək 
oxucusunu h
ərcmərcliyin, naqisliyin,  geniş mənada bəşəriyyəti fəlakət  girdabına 
do
ğru sürükləyən müharibələrin qarşısını almağa çağırır. 
Yekunlaşdırsaq belə bir nəticəyə gəlmək olar ki, orta məktəbdə klassik ədə-
bi nümun
ələri, xüsusilə  dili  ərəb-fars və  osmanlı  türkcəsindən gələn ibarələrlə 
z
əngin olan M. Hadini tədris etmək üçün peşəkarlıqla yanaşı, ədəbi fikir tariximizi 
d
ə kifayət qədər mənimsəmək, klassik nümunələrlə işləmək vərdişlərinə də yiyə-
l
ənmək lazımdır. 
 
 
 
 
158 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
S.H. M
EHDİYEVA  
 
QEYRİ -AZƏRBAYCANDİLLİ AUDİTORİYADA AZƏRBAYCAN DİLİ 
 
Açar sözl
ər: rus dili, alman dili, ingilis dili, fransız dili, Azərbaycan dili, öyrən-
m
ək. 
Ключевой слова: русский язык, немецкий язык, английский язык, французс-
кий язык, азербайджанский язык, исследование 
Key words:  russian language, german language, english language, french 
language, azerbaijani language, research. 
 
Tarix
ən Qafqazda müxtəlifdillilik şəraitində Azərbaycan türk dilinin xalqlar 
ara
sında ən geniş istifadə vasitəsi olunması XX əsrin sonu XXI əsrin əvvəllərində
y
əni bu gün də öz mahiyyətini saxlamış və hətta bir qədər də artmışdır. Respubli-
ka
mız  müstəqillik  əldə  etdikdən sonra Azərbaycan  Demokratik  Respublikasının 
dünyaya inteqrasiya etm
əsi ölkənin əsas kommunikativ vasitəsi kimi Azərbaycan 
dilinin h
əm xarici ölkələrlə münasibətlərin qurulmasında, həm də ölkə və region 
daxilind
ə mədəni-iqtisadi məsələlərin həllində həlledici vasitəyə çevrilməsi zəru-
r
ətini yaratdı. Respublika əhalisinin əsas hissəsini təşkil edən Azərbaycan türkləri-
nin Ana dili olan Az
ərbaycan türk dili və  onun istifadə  qanunauyğunluqlarının 
t
ədrisi müstəqillik illərində  sözün həqiqi mənasında  dövləti səviyyəyə  qaldırıldı 
ki, bu da, haqlı olaraq, müstəqilliyimizin ən ümdə uğurlarından biri kimi qiymət-
l
əndirildi: Azərbaycan dilinin respublikanın ictimayi və siyasi həyatının bütün sa-
h
ələrində uğurlu tətbiqi ilə əlaqəli qarşıya qoyulan vəzifələri və vacib proyektlərin 
h
əyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Döv-
l
ət dilinin tətbiqi üzrə  dövlət  Komissiyası  yaradıldı  və  “Azərbaycan dili Dövlət 
Proq
ramı” hazırlanıb, Milli Məclisdə müzakirədən sonra ölkə Prezidentinin təsdi-
qin
ə təqdim edilmişdir. 
Proqramda Az
ərbaycan dilinin Dövlət Dili kimi vacib və ümdə məsələləri –
Dövl
ət dilinin təlimi, ali və orta məktəblərin rus dilli bölmələrində Azərbaycan di-
linin t
ədrisi və bu məqsədlə dərsliklərin və dərs vəsaitlərinin hazırlanması, onların 
n
əşr olunması məsələləri əksini tapmışdır. Bütün bunlar müstəqilliyimizin bərpa 
edilm
əsindən sonra Azərbaycan dilinin tədrisi və  təbliği  işində  görülən  işlər ol-
muşdur. Müstəqilliyimizdən sonra həm ölkə daxilində, həm də ölkə sərhədlərin-
d
ən kənarda, Azərbaycan Demokratik Respublikasının inteqrasiya etdiyi Avropa 
ölk
ələrində  Azərbaycan dilinin mahiyyəti  əsl vətəndaşlıq  qayəsi ilə  dərk etdiril-
miş, Dövlət dili olaraq onun nüfuzu, hüquq dairəsi genişlənmiş, yüksək səviyyəli 
Avropanın  siyasi  məclislərində  səslənməyə  başlamışdır.  Bunun  üçün  biz  azər-
baycanlılar Ana dilimizə göstərdiyi bu böyük və görünməmiş qayğıya görə xal-
qımızın ümummilli lideri Heydər Əliyevə və onun səriştəli davamçısı möhtərəm 
Prezidentimiz İlham Heydər oğlu Əliyevə öz dərin minnətdarlığımızı bildiririk. 
 
159 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə