Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə71/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   65   66   67   68   69   70   71   72   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
kimi t
ərkibi feillərdəki ikinci söz müstəqil deyil, köməkçi vəzifə daşıyır və belə 
sözl
ərə mürəkkəb feil demək olmaz”. İzahatda yazılır: “Mürəkkəb feilləri əmələ 
g
ətirən sözlərin hər biri qrammatik cəhətdən dəyişə  bilir; məsələn:  çalışır  – 
vuruşur, çalışdı – vuruşdu... Tərkibi feillərdə yalnız sonuncu (ikinci) söz dəyişir; 
m
əsələn: yaxşı oldu, yaxşı olar, yaxşı olacaq və s”. (səh. 13-14). 
Ümum
ən, V və VI siniflərin “Azərbaycan dili” dərsliklərində mürəkkəb söz 
konkret olaraq mür
əkkəb feil  termini müxtəlif  cür  verilmişdir.  V  sinfin 
d
ərsliyində  mürəkkəb feil  kimi təqdim olunan nümunələr (məs.: kömək etmək, 
razı qalmaq və s.) VI sinfin kitabında tərkibi feillər kimi tanıdılır
*
. “Az
ərbaycan 
dili” d
ərsliklərini  ayrı-ayrı  müəlliflər  yazsalar  da,  buradakı  dilçilik termin və 
anlayışlarında  vahidliyə  əməl  olunmalıdır.  Əks  təqdirdə  abituriyentlər  çıxılmaz 
v
əziyyətdə qalarlar. 
VII-VIII sinifl
ər üçün “Azərbaycan dili” dərsliyində  (Bakı,  2001)  də  bəzi 
ziddiyy
ətli məqamlar var. Məsələn, burada təyini söz birləşmələrinin cümlə üzvü 
v
əzifəsində çıxış etməsi haqqında iki müxtəlif fikir verilir. 31-ci səhifədə yazılır: 
“İkinci  və  üçüncü növ təyini söz birləşmələri tərəflərinə  ayrılmadan  bütövlükdə 
cüml
ənin  bir  üzvü  kimi  çıxış  edir”.  Lakin  həmin dərsliyin 32-ci səhifəsindəki 
qeydd
ə isə bu fikrin əksi verilir: “Bəzi hallarda III növ təyini söz birləşmələrinin 
birinci t
ərəfi I və II şəxs əvəzlikləri ilə (burada da dəqiqlik üçün yazmaq lazım idi: 
I v
ə II şəxslərin cəmində olan əvəzliklərlə – İ.M.) ifadə olunur, lakin tərəflərdə 
bunlara uyğun mənsubiyyət şəkilçiləri işlədilmir. Məsələn, bizim qızlar, sizin ellər
Bel
ə  birləşmələri tərəflərinə  ayırıb,  I  tərəfi təyin, II tərəfi isə  sualına  müvafiq 
cüml
ə  üzvü kimi təhlil etmək  lazımdır.  Məsələn: “Bəlkə, indi siz bizim kəndə 
ged
əsiniz?” cümləsində bizim sözü təyin, kəndə sözü isə zərflikdir”. 
Bel
əliklə, III növ təyini söz birləşmələrinin sintaktik vəzifəsinin 

əyyənləşdirilməsində vahid prinsip gözlənilmir. Bizcə, çaşbaşlıq yaratdığından 
32-ci s
əhifədəki qeydə ehtiyac yoxdur. 
46-
cı  səhifədə  cümləyə  belə  tərif verilir: “Sözlərin  bitmiş  fikir  ifadə  edən 
birl
əşmələrinə cümlə deyilir”. Əvvəla, bu tərifdən çıxış edərək abituriyent cümləni 
d
ə  söz birləşməsi hesab edə  bilər.  İkincisi,  bir  sözdən ibarət olan cümlələr də 
(d
ərsliyin özündə  də  göstərildiyi kimi) var ki, bu tərifdə  belə  cümlələr kənarda 
qalır. 
D
ərsliyin 63-cü səhifəsində oxuyuruq: “Mübtəda o, bu işarə əvəzlikləri ilə 
ifad
ə olunduqda, onlardan sonra vergül qoyulur. Məsələn, Bu, qartal idi. O
*
, göy 
otların üzərinə sərilmişdi...” 
*
 Feill
ərin quruluşu ilə bağlı test suallarında da saylarda tətbiq olunan prinsip əsas tutulur: sadə, 
düz
əltmə, mürəkkəb (defislə yazılanlar), tərkibi (ayrı yazılanlar) feillər. 
*
 Bu cüml
ədə o sözü işarə yox, şəxs əvəzliyi kimi götürülməlidir. 
 
165 
                                                 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Biz
ə belə gəlir ki, burada o, bu sözlərindən sonrakı işarə sözü artıqdır. Əks 
t
əqdirdə  bu sözlərdən belə  çıxa  bilər ki, bu  əvəzliyi ilə  yanaşı,  o  əvəzliyini də 
bütün m
əqamlarda işarə əvəzliyi kimi göstərmək lazımdır. 
Yuxarıdakı qeyddə az qala o əvəzliyindən şəxs əvəzliyi kimi imtina edilirsə
V sinfin “Az
ərbaycan dili” dərsliyində isə, əksinə, nəinki o əvəzliyinin, hətta bu 
əvəzliyinin də isim kimi işlənən məqamlarına şəxs əvəzliyi kimi baxılır (229). 
Bütövlükd
ə  V sinfin dərsliyində  o, bu  əvəzlikləri çox  dolaşıq  izah  olunur 
(229). Halbuki bunu aydın göstərmək lazım idi ki, bu əvəzliyi özünün bütün işlən-
m
ə  məqamlarında  (hətta  şəxs əvəzliyinin yerində  işləndikdə  –  işlənmədikdə  də) 
işarə  əvəzliyidir.  O  isə,  doğrudan  da,  omonimlik  səciyyəsi  daşıyır.  Belə  ki, bu 
əvəzlik kim? nə? suallarına (bütün hallarda) cavab verib cümlənin mübtədası, ta-
mam
lığı, bəzən də xəbəri kimi çıxış etdikdə şəxs əvəzliyi olur; yalnız hansı? Sua-
lına cavab verib təyin kimi işləndikdə işarə əvəzliyi olur. Məsələn:  O, tələbədir 
(ki
m?). Onu yaxşı tanımıram (kimi?). O tələbə (hansı tələbə?) yalnız əla qiymət-
l
ərlə oxuyur. O işi sənə tapşırmaq istəyirik (hansı işi?). 
VII-VIII sinifl
ər üçün “Azərbaycan dili” dərsliyinin 29-cu səhifəsindəki 92-
ci  çalışmada  təyini söz birləşmələrini  başlanğıc  formada  ayrı-ayrı  sütunlarda 
yazmaq t
ələb olunur. Halbuki verilən nəzəri izahlarda söz birləşməsinin başlanğıc 
formasının nə olduğu haqda heç nə yoxdur. Həmin terminə abituriyent yalnız bu 
çalışmada rast gəlir. Bizcə, bu terminin izahı ona görə vacib idi ki, o, V sinifdə 
öyr
ənilən sözün başlanğıc forması anlayışı ilə qarışdırılmasın. İzah etmək lazım 
idi ki, söz birl
əşməsinin başlanğıc forması dedikdə I növ təyini söz birləşmələri 
üçün adlıq hallı, II və III növ təyini söz birləşmələri üçün mənsubiyyət şəkilçili 
struktur n
əzərdə tutulur; məsələn, a) sərin hava; b) dağ havası; c) dağın havası
Əgər belə  bir izah olmasa, abituriyentlər  sözün  başlanğıc  formasını  da  hər cür 
qrammatik şəkilçidən (deməli, həm də II və III növ təyini söz birləşmələrindəki 
m
ənsubiyyət şəkilçisindən də) kənarlaşdırılmış quruluş kimi başa düşə bilərlər. 
Bu d
ərsliyin 24-cü səhifəsində “müğənninin oxumağı” (ikinci – əsas tərəfi 
m
əsdərdən ibarət olan söz birləşməsi), bizcə,  haqlı  olaraq  III  növ  təyini söz 
birl
əşməsi kimi götürülür, ona görə ki, əvvəla, bu struktur həm bütünlükdə III növ 
t
əyini söz birləşməsi modelinə (It
j
 + IIt
m
) uyğundur, ikincisi də, III növ təyini söz 
birl
əşməsinin hər iki tərəfi, o cümlədən də  II tərəfi müxtəlif səciyyəli sözlərlə
habel
ə  məsdərlərlə  ifadə  oluna  bilər.  İkinci  tərəf üçün o biri sözləri qəbul edib, 
m
əsdəri qəbul etməmək hansı məntiqə sığar? Deməli, burada quruluş formasını – 
modeli 
əsas götürmək gərəkdir. Lakin bu dərsliyin 36-cı  səhifəsində  məsdər 
t
ərkiblərinə verilmiş tərifə (əsas tərəfi məsdərlə ifadə olunan tərkiblərə məsdər 
t
ərkibləri deyilir) əsaslanan abituriyent “müğənninin oxumağı” birləşməsini indi 
m
əsdər tərkibi də adlandıra bilər. Buradakı ziddiyyəti aradan qaldırmaq, təbii ki, 
vacib idi. Amma d
ərsliyin  tərkiblər  bölməsinin çox “xəsisliklə”  işlənməsi 
abituriyentl
əri bəzi araşdırmalardan, aydınlaşdırıcı izahlardan məhrum edib. 
 
166 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə