Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə70/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   65   66   67   68   69   70   71   72   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
y
əni “Азербайджанский язык” adlı dərsliyə köməkçi vasitə kimi oxu materialları 
da 
əlavə çap olunmalıdır. 
Möht
ərəm Prezidentimizin 24 may 2012-ci il sərəncamında  xüsusi  vurğu-
lan
dığı kimi, Azərbaycan dilinin öyrənilmə sahələrinin genişləndirilməsi məqsədi-
l
ə təklif edirik ki, Respublikamızda mövcud texniki ali məktəblərdə “Azərbaycan 
ədəbi dili tarixi”, “Nitq mədəniyyəti” ayrıca fənlər kimi tədris olunsun. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
162 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
İ.O. MƏMMƏDLİ  
 
ORTA MƏKTƏBLƏRİN “AZƏRBAYCAN DİLİ” DƏRSLİKLƏRİNDƏKİ 
BƏZİ MƏQAMLAR HAQQINDA MÜLAHİZƏLƏR 
 
Açar sözl
ər: Azərbaycan dili, dərslik, dilçilik. 
Ключевой слова: Азербайджанский язык, учебник, языкознание 
Key words: Azerbaijani language, textbooks of linguistics. 
 
Test üsulu il
ə qəbul imtahanlarının keçirildiyi son iyirmi ildə dərsliklərin el-
mi-n
əzəri səviyyəsi yüksəlmiş, onlara bəzi yeni mövzular, materiallar daxil edil-
miş, eyni zamanda tapşırıq və mətnlərin forma və məzmunu çağdaş ictimai quru-
lu
şa uyğunlaşdırılmışdır. Təbii ki, bu iş bundan sonra da davam etdiriləcəkdir. 
Orta m
əktəb üçün “Azərbaycan dili” dərslikləri bütövlükdə müasir pedaqo-
gika v
ə metodika elmlərinin, habelə dilçilik elminin tələblərinə cavab versə də, bu 
d
ərsliklərdə bəzi qeyri-dəqiqliklər, ziddiyyətli fikirlər də müşahidə olunur. 
Bunlardan b
əzilərinə nəzər salaq. 
V sinfin “Az
ərbaycan dili” dərsliyinin (Bakı, 2001) 150-ci səhifəsində oxu-
yuruq: “I v
ə II şəxslərə aid mənsubiyyət şəkilçilərini qəbul edən isimlər əşyanın, 
əsasən, insana mənsubluğunu bildirir; məsələn: 
m
ənim həvəs – imarzu – m; sənin həvəs – inarzu – n; bizim həvəs – imiz
arzu – muz
III şəxsə aid mənsubiyyət şəkilçisini qəbul edən isim isə əşyanın insana de-
yil, başqa əşyalara da mənsubluğunu ifadə edə bilir; məsələn, Əlinin kitab-ı, ağa-
cın budağ-ı və s. 
Burada d
əqiqlik xətrinə yazılmalı idi: 
“III şəxsə aid mənsubiyyət şəkilçisini qəbul edən isim əşyanın yalnız (əlavə 
bizimdir – 
İ.M.) insana deyil, başqa əşyalara da mənsubluğunu ifadə edə bilir”. 
Bel
ə olduqda daha dəqiq aydınlaşır ki, III şəxs mənsubiyyət şəkilçiləri ismə 
ar
tırılarkən əşyanın həm insana, həm də başqa əşyalara mənsubluğunu ifadə edir. 
H
əmin kitabın 152-ci səhifəsində də dəqiqləşdirmə aparmağa ehtiyac duyu-
lur. Burada yazılır: 
“İsimlər də feillər kimi, şəxsə görə dəyişə bilir; məsələn: 
   
 
    Feilin d
əyişməsi:   
 
 
                    
İsmin dəyişməsi: 
görür – 
əm  
 
 
 
 
 
şagird – əm 
görür – s
ən 
 
 
 
 
 
şagird – sən 
görür –    
 
 
 
 
 
şagird – dir 
görür – ük  
 
 
 
 
 
şagird – ik 
görür – sünüz   
 
 
 
 
şagird – siniz 
görür – l
ər  
 
 
 
 
 
şagird – dirlər 
 
163 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
İsimlərdə mənsubiyyət şəkilçiləri də, şəxs şəkilçiləri də şəxslə bağlıdır, lakin 
bunlar bir-birind
ən əsaslı surətdə fərqlənir” (səh. 152). 
Lakin  buradan  aydın  olmur  ki,  bunlar  bir-birindən  əsaslı  surətdə  nə  ilə 
f
ərqlənir. 
Başqa  bir  tərəfdən, isimdəki  bu  “şəxs  şəkilçiləri”  sonrakı  siniflərin 
d
ərsliklərində  xəbərlik  şəkilçiləri  kimi təqdim olunur. Buradan da belə  məlum 
olur ki, 
ismin  şəxsə  görə  dəyişməsi  kimi təqdim  olunan  bu  şəkilçilər həm  şəxs 
şəkilçiləridir, həm də  xəbərlik.  Bu  da,  şübhəsiz, müəyyən  dolaşıqlıq,  çaşqınlıq 
yaratmaya bilm
əz. Bu ziddiyyətli məqamı  nəzərə  alaraq feil olmayan nitq 
hiss
ələrinə artırılıb onları cümlənin xəbəri elan edən xəbərlik şəkilçiləri imtahan 
sual kitabçalarında “xəbərlik (şəxs) şəkilçiləri” kimi təqdim olunur. 
157-ci s
əhifədə oxuyuruq: 
“İsimlər  adlıq  halda  cəm və  mənsubiyyət  şəkilçiləri ilə  də  işlənə  bilir”. 
Bizc
ə, bura şəxs (xəbərlik) şəkilçilərini də əlavə edib yazmalı idilər: 
“isiml
ər  adlıq  halda  cəm, mənsubiyyət və  xəbərlik  şəkilçiləri ilə  də  işlənə 
bilir. Bu vaxt h
əmin isimlər yenə adlıq hal olaraq qalır”. 
V sinfin “Az
ərbaycan dili” dərsliyinin 99-cu səhifəsində yazılır: “Mürəkkəb 
feill
ər” (kömək etmək, razı qalmaq, şad olmaq və s.), mürəkkəb saylar (on iki, 
otuz beş, yüz əlli və s.) ayrı yazılır”. 
H
əmin  kitabın  203-cü səhifəsində  isə  oxuyuruq:  “Say  quruluşca  üç  yerə 
bölünür: sad
ə, düzəltmə, mürəkkəb-tərkibi”. Göründüyü kimi, indi mürəkkəb say 
termini mür
əkkəb – tərkibi say termini ilə əvəz edilmişdir. 
Daha sonra yazılır: “Mürəkkəb – tərkibi saylar ən azı iki sözün birləşməsi 
il
ə yaranır. Məsələn: üç-dörd, beş-altı, on-on beş, on doqquz, min doqquz yüz otuz 
üçüncü... v
ə s.”. 
Bir azdan m
əlum olur ki, əslində  mürəkkəb  saylar  ciddi  şəkildə  tərkibi 
saylardan f
ərqləndirilir:  mürəkkəb saylar dedikdə  defislə  yazılanları  (üç  –  dörd, 
beş – altı və s.), tərkibi saylar dedikdə isə ayrı yazılanları (on doqquz, min doqquz 
yüz doxsan üçüncü v
ə s.) nəzərdə tutulur Mürəkkəb – tərkibi saylar isə onların 
h
ər ikisinin ümumi adı kimi götürülür. Abituriyentlər bunu nəzərə almalıdırlar ki, 
imtahan  sual  kitabçalarında  mürəkkəb  –  tərkibi say  terminindən yox, konkret 
olaraq  sad
ə, düzəltmə, mürəkkəb  (defislə  yazılanlar)  və  tərkibi say  (ayrı 
yazılanlar) terminlərindən istifadə olunur. 
VI sinfin “Az
ərbaycan dili” (Bakı, 2001) dərsliyinin 13-cü səhifəsində feil-
l
ərin quruluşca növləri belə şərh olunur: “Feillər quruluşca üç növ olur: sadə, dü-
z
əltmə, mürəkkəb – tərkibi... Mürəkkəb feillər iki sözün birləşməsindən düzəlir, 
m
əsələn, atıldı – düşdü, ölçdü – biçdi, çalıb – oynayır, deyir – gülür, çalışdı – vu-
ruşdu, bəzənib – düzənir və s. 
Daha sonra qeydd
ə oxuyuruq: 
“Bütün mür
əkkəb sözlər kimi, mürəkkəb feillər də  iki müstəqil sözün 
(köm
əkçi sözün yox) birləşməsindən əmələ gəlir. Adam ol, yaxşı oldu, kömək et 
 
164 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə