Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə44/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   40   41   42   43   44   45   46   47   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
y
ət daha çox folklor üzərində qurulduğundan nitqinin mayasında da xalq yaradıcı-
lığı nümunələri dayanır. 
H
əyatın ilkin çağlarında uşaqla ünsiyyət üçün şifahi xalq ədəbiyyatı nümu-
n
ələrinin seçilməsi səbəbsiz deyil. Həmin mətnlərdə işlənən sözlərin əsasən az he-
ca
lı olması, əksər mətnlərdə alliterasiya və assonansın mövcudluğu, güclü qafiyə 
sistemin
ə malik olması, məcazi mənalı sözlərin, demək olar ki, olmaması, söylə-
n
ən mətnlərin məzmununun uşağın maraq dairəsinə uyğun olması, ən əsası, canlı 
da
nışıq dilində ona təqdim olunması, diləyatımlılığı uşağın diqqətini özünə çəkir, 
onu 
əyləndirir. O, yeni sözlər öyrənir, nitqi, təfəkkürü, təxəyyülü inkişaf edir. 
Uşaqla  ünsiyyət  üçün  nağıllara,  atalar  sözlərinə, lətiflərə  tez-tez müraciət 
edilm
əsi ilk gündən folklorla təmasa başlayan körpənin canlı xalq dilinə qırılmaz 
tell
ərlə bağlanmasına, doğma dilinin imkanları ilə yaxından tanış olmasına şərait 
ya
radır. Süjetli folklor nümunələrini dinləyərkən söz obrazlar vasitəsi ilə uşağın 
şüuruna daxil olur. O, həmin sözlərlə danışmağı öyrənir. Öz milli-mənəvi dəyərlə-
rini qoruyan ail
ədə böyüyən uşaq hansı dildə təhsil almağından asılı olmayaraq, 
bu dili sev
əcək, yaşadacaq, onun bütün imkanlarından məharətlə istifadə edəcəkdir. 
Uşaq nitqində istifadə edəcəyi sözləri ailədə öyrənir. Düzdür, bu mərhələdə 
uşaq  bağçasının,  internetin,  televiziyanın  (xüsusən cizgi filmlərinin) rolu nəzərə 
çarpacaq d
ərəcədədir. 
Ail
ədə məişət üslubunda danışıldığından loru sözlərdən, dialektlərdən, ədəbi 
dild
ə arxaikləşmiş, lakin bəzi ailələrin leksikonunda hələ də yaşayan arxaizmlər-
d
ən (adətən məişət əşyalarının adlarında) istifadə olunur. 
Az
ərbaycan folklorunun, xüsusən uşaq folklorunun güclü qafiyə sisteminə 
ma
lik  olması  həmin mətnlərin  əsas xüsusiyyətlərindəndir.  Uşaq  ona  ünvanlanan 
m
ətnlərdə qafiyə sözlərdən birini bilirsə, ona yaxın səs tərkibində olan digər sözü 
asan
lıqla xatırlayır. Bu cür  yadasalma vasitəsilə uşaq ana dilini söz-söz öyrənir, 
yaddaşında yerini möhkəmlədir. 
Tapmacalarda is
ə lazım olan sözü – cavabı yaddaşından axtarıb tapır. Yad-
daşdakı bu axtarışlar da ana dilində olur, bu zaman dil və təfəkkürün inkişafı hə-
mah
əng gedir. 
T
ələffüz qabiliyyətini  cilalamaqda  yanıltmaclar  ən  uğurlu  vasitələrdəndir. 
Eyni v
ə bir-birinə yaxın səslərin daha çevik təkrarı tələffüz zamanı yaranan mane-
ələri aradan qaldırmaq üçün əyləncəli məşqlərdir. 
Uşaq folklorunun alliterasiya və assonansla zəngin olması həmin mətnlərdə 
özün
əməxsus ahəng, səs gözəlliyi yaradır, uşaq və böyüklər həvəslə bu mətnləri 
söyl
əyir və dinləyirlər. 
Ail
ədə uşaqla ünsiyyət zamanı nağıldan daha çox istifadə olunur. Maraqlıdır 
ki,  uşaqlar  onlara  nağılın  oxunmasını  deyil,  danışılmasını  istəyirlər.  Canlı 
danışığın  daha  təbii, səmimi  olduğunu  kiçik  dinləyici də  duyur. O, hələ  mətni 
bütünlükl
ə yadda saxlamaq qabiliyyətinin formalaşmadığı dövrdə nağılın qafiyəli 
 
101 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
cüml
ələrini təkrar-təkrar söyləyir:  biri  varmış,  biri  yoxmuş;  adam,  badam  iysi 
g
əlir, yağlı badam iysi gəlir; az getdilər, uz getdilər, dərə-təpə düz getdilər və s. 
Ana dilini sonradan öyr
ənənlərdə, yəni bu dildə dil açmayanlarda vəziyyət 
başqa  cürdür.  Əgər ailədə  ana dilində  danışılmırsa,  uşaqda  ətraf aləmi sözlə 
qavrayıb  dərk etmə  prosesi  -  nitq  inkişafı  əcnəbi  (ilk  dil  açdığı)  dildə  gedəcək. 
Çünki  o,  nitq  prosesi  zamanı  başqa  dildə  düşünür,  fikirlərini tərcümə  edərək 
da
nışır. Uşaq ana dilində danışmağı sonradan öyrəndiyindən nitqinin mayasında 
xalq danışıq dilinin şirinliyi görünməz olacaqdır. 
Az
ərbaycan dilinin lüğət tərkibində yüzlərlə frazeoloji birləşmə, ideomatik 
ifad
ələr var ki, bu dili sonradan öyrənənlər xalq danışıq  dilində  tez-tez  işlənən 
h
əmin  obrazlı  ifadələrin mənasını  çox  zaman  başa  düşmürlər.  Burnumun ucu 
göyn
əyir, ağzına çullu dovşan sığmır, hay-hayı gedib, vay-vayı qalıb, əl tutmaq, 
bel  bağlamaq    s.  bu kimi ifadələri qavramaq onlara çətin olur, həmsöhbətini 
dinl
əyərkən və fikrini söyləyən zaman çaşqınlıq yaranır. 
Az
ərbaycan  dilini  lüğətlərdən, kitablardan öyrənənlər  canlı  danışıq  dilinin 
şirinliyini  nə  duya, nə  də  başqalarına  çatdıra  bilirlər,  çox  vaxt  yazı  dilinin 
qaydaları  ilə  danışırlar.  Var  əvəzinə  vardır,  eləmiyəcəm  əvəzinə  etməyəcəyəm, 
s
ənnən əvəzinə səndən söyləyirlər. 
M
əişət  üslubu  şifahi  formada  olduğundan  orfoepik  norma  ilə  tənzimlənir. 
Canlı  nitq  prosesində  öyrənilməyən dil tələffüz  qaydalarını  özündə  əks etdirə 
bilmir, danışıq zamanı quru və sönük olur. 
M
əlumdur ki, hər bir dilin özünəməxsus zənginliyi var. Azərbaycan dilində 
çoxm
ənalılıq,  omonim,  sinonim,  məcazlar, ibarələr, eyhamlar və  s. bunun 
göst
əricisidir.  Əgər bu dil körpəlikdən öyrənilməyibsə,  danışıq  zamanı  lazım 
g
ələn  ən  uğurlu  dil  vahidini  tapıb  işlətmək çətin olur, təhriflərə  yol verilir. 
M
əsələn,  çoxdan  əvəzinə  köhnədən;  inanmıram  əvəzinə  aldadırsan;  yüksək 
əvəzinə hündür işlədilir. 
Hansı  dildə  danışmasından  asılı  olmayaraq,  uşaq  danışmağa  başlayandan 
fik
rini aydın, səlis ifadə etməyi bacarmalı, sözləri yerli-yerində işlətməyi öyrən-
m
əlidir. Fikrin ifadəsi  üçün  işlədilməsi mümkün olan bir neçə  sözdən məhz  ən 
münasibini seçib nitq
ə  qoşmalı,  danışmazdan  əvvəl və  danışarkən söz üzərində 
cid
di düşünməli, sözlərin təsadüfi işlədilməsinə qətiyyən yol verməməlidir. Təbii 
ki, uşaq bütün bunları – danışıq zamanı “olarları” və “olmazları” ailədə öyrənir. 
Dild
ən istifadə zamanı nitq yaranır. Nitqdə işlədilməyən dilin yox olmaq eh-
ti
malı çoxdur. Ana dilində gözəl danışmaq, onu kənar təsirlərdən qorumaq üçün 
ana dilind
ə düşünmək lazımdır. Əsrlərdən bizə əmanət verilən dilimizi yaşatmaq 
üçün ana dilimizd
ə düşünək, ana dilimizdə danışaq. 
 
 
 
 
 
102 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə