Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə36/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   32   33   34   35   36   37   38   39   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
bağlı olan belə hallar tarixən ədəbi dil materiallarında, poeziya nümunələrində tez-
tez  müşahidə  edilir; onun izləri bu gün xalq dilində  yaşamaqdadır:  xalam  qızı, 
əmim  oğlu  tipli birləşmələr  əslində  mənim  xalamın  qızı,  mənim  əmimin  oğlu 
olduğuna baxmayaraq, xalq dilində birinci variantlar sabitləşmişdir. 
N
əsiminin  frazeoloji  yaradıcılığı  ondan  sonra  yazıb  -  yaradan Azərbaycan 
ədəbi dili nümayəndələri, söz sahibləri, Azərbaycan ədəbi dili klassiklərinin bədii 
yara
dıcılıqlarında  da  davam  etdirilmiş  və  onlar bədii cəhətdən qüvvətli, orijinal 
vahidl
ər  yaratmışlar.  Bu  prosesdə  Azərbaycan klassikləri ilk mənbə  olaraq xalq 
dilind
ən istifadə etməklə yanaşı, eyni zamanda çeşid – çeşid fərdi, yeni frazeoloji 
vahidl
ər yaratmaqla Azərbaycan  ədəbi dilini bədii dil vahidləri ilə zənginləşdir-
mişlər. 
T
ədqiqatlar göstərir ki, Nəsiminin dilində işlənmiş ismi frazeoloji vahidlər 
əsas etibarilə  semantikasına  görə  məcazlaşmış  ifadələrdir və  bu səbəbdəndir ki, 
onlar N
əsiminin poetik dühasının, bədii – estetik təfəkkürünün gözəl nümunələri 
kimi onun özün
ə məxsus dilini, fərdi üslubunu nümayiş etdirir. Çünki “üslubi – 
estetik m
əcazların əksəriyyəti fərdi xarakter daşıyır. Sənətkar sözün dərinliklərin-
d
ə gizlənən müxtəlif məna çalarlarını üzə çıxarır və bunun sayəsində qüvvətli eks-
pressiyaya malik m
əcazlar yaradır”. Bu mənada Nəsimi Azərbaycan ədəbi dili ta-
rixind
ə yalnız M. Füzuli ilə müqayisə oluna bilər. 
N
əsimi dilində  külli miqdarda ismi (substantiv) frazeoloji vahidlər  olduğu 
kimi feli (predikativ) o cüml
ədən ərəb, fars quruluşlu frazeoloji vahidlər də vardır. 
Şair  poetik  təsvirləri daha təsirli,  daha  aydın  etmək üçün feli frazeoloji 
vahidl
ərə aydınlaşdırıcı, izah edici sözlər əlavə edir ki, bu da son məqamda feli 
frazemin izahedici üzvün
ə  çevrilir;  canını  tərk etmək  (ölmək),  içindən tütünü 
çıxmaq (yanmaq), su olub axmaq (poetik mənada tabe olmaq): 
Bel
ə  feli frazemlər  ən  azı  üç  komponentdən ibarət olur:  dudi göylərə 
çıxmaq,  tüstüsü göylərə  çıxmaq  (yanmaq),  yarın  ətəgin itirmək  (ayrı  düşmək), 
boynuna f
əraqin  (şövqün,  həsrətim)  ipini taxmaq, tozlu cahana ətək silkinmək, 
yuca yerd
ən dəm urmaq  (qas-qas  danışmaq  -  KDQ),  dilini  ənsəsindən çəkmək 
(c
əzalandırmaq), başına xumarı çıxmaq (məst olmaq, kefli olmaq), qəlbini ocağa 
atmaq  (öldürm
ək, məhv etmək),  nəfsin çərisin  basmaq  (nəfsini cilovlamaq), 
n
əfsin oda atmaq  (yandırmaq),  əcəl yeli əsmək  (ölmək,  dünyasını  dəyişmək), 
axir
ətin  sarayına  getmək  (ölmək,  dünyasını  dəyişmək),  eşq  odilə  aşını  bişirmək 
(eşqə  mübtəla olmaq), taqəti taq olmaq  (qanı  qaralmaq),  basaratı  bağlı  olmaq
doğruya zaval olmamaq, cigəri tutuşub yanmaq və s. 
El
əcədə ərəb və fars izafət quruluşlu şəbi-yelda (sevgilinin uzun və qara saç-
la
rı),  sərvi-xuraman  (sevgilinin boyu. qəddi),  lölöyi-mərcan  (sevgilinin  dişləri), 
abi-kövs
ər (sevgilinin dodaqları) və s. kimi ismi frazeoloji vahidlər şairin dilində 
m
əcazi məna kəsb edərək, metaforik məna qazanır, obrazlı ifadələr sistemini yara-
dır. 
 
 
83 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
N.E. 
HƏSƏNOVA  
 
ANA DİLİNİN ORFOFONİYA MƏSƏLƏLƏRİ 
 
Açar sözl
ər: dil, nitq, tələffüz, tədris . 
Ключевые слова:
 язык, речь, обучение, произношение. 
Key words: language, speech, educational, pronunciation 
 
Az
ərbaycan dili dünya dilləri içərisində  xüsusi yer tutan mütərəqqi dildir. 
Bu dilin elmin, texnikanın, fəlsəfi fikrin nailiyyətlərini dəqiq, aydın, mükəmməl 
ifad
ə etmək gücü vardır. Azərbaycan dili zəngin və rəngarəng söz ehtiyatına ma-
likdir. 
N
əsillər bir-birini əvəz edir. Lakin dildə onların həyatı, duyğuları, həyəcan-
la
rı bizə miras olaraq qalır. Dil keçmiş, indiki və gələcək nəsilləri bir-birinə sıx 
bağlayan ən canlı bağlardan biridir. Dil olmadan mühakimə və təfəkkür üçün la-
zım gələn ünsürlər heç bir zaman əldə edilə bilməz. 
H
ər bir xalqın dili onun milli sərvətidir və bu sərvət abidə kimi qorunmalı-
dır.  Buna  görə  də  ana dilinə  məhəbbət,  bu  dili  qorumaq  hissi  kiçik  yaşlarından 
uşaqlarda tərbiyə  olunmalıdır.  Ana  dili  nağıllarımızın,  bayatılarımızın,  laylaları-
mızın, oxşamalarımızın dilidir. Ana dili elə bir məhvərdir ki, uşağın öyrədilməsi 
v
ə tərbiyələnməsi bu məhvər ətrafında toplanmalıdır. Bunun üçün evdə ata-ana, 
m
əktəbdə isə hər bir müəllim, xüsusilə Azərbaycan dili müəllimi bu məsuliyyətli 
işi müqəddəs, şərəfli bir borc kimi yerinə yetirilməlidir. 
Dil m
əsələlərinin həlli üçün düzgün istiqamətləndirmədə, zəruri biliklər əldə 
edilm
əsində ana dili dərsliklərinin də rolu böyükdür. Şagirdin intellektual səviyyə-
sinin yüks
əlməsində, nitq qabiliyyətinin və danışıq mədəniyyətinin inkişaf etmə-
sind
ə əvəzolunmaz vasitədir. Ona görə də ana dili dərslikləri müasir tələblərə ca-
vab verm
əlidir. Bu gün kurikulum islahatı üzrə görülən işlər ana dili dərslərinin 
yeni m
əzmunda təşkilini, informasiya-kommunikasiya texnologiyalarından istifa-
d
ə olunmasını və s. ciddi vəzifə kimi qarşıya qoyur. Bu mərhələ ana dilinin tədrisi 
prosesind
ə müəllimlərdən yaradıcı olmalarını tələb edir. 
Orta m
əktəbdə Azərbaycan dilinin tədrisinin qarşısında qoyulan başlıca və-
zif
ə şagirdləri mükəmməl ədəbi dilə -nitq mədəniyyətinə yiyələndirməkdən ibarət-
dir. Bunun 
əsas şərtlərindən biri şagirdlərə düzgün tələffüz vərdişlərinin aşılanma-
sıdır.  Bu  gün  məktəblərimizdə  şagirdlərin qiymətləndirilməsi  zamanı  orfoqrafik 
s
əhvlərin əsas götürüldüyünü müşahidə edirik. Lakin nəzərə alınmalıdır ki, orfoe-
pik m
əsələləri həll etmədən bu sahədə uğur əldə edilməsi mümkün deyildir. 
Orta m
əktəblərdə Azərbaycan dili nəzəri və praktik yolla tədris edilir, yəni 
h
əm nəzəri bilik verilir-  dilin  qanunları,  normaları  öyrədilir, həm də  çalışmalar 
üz
ərində  işlər  aparılır.  Ana  dilinin  tədrisinin mükəmməlliyi üçün zəruri praktik 
 
84 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə