Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə33/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   29   30   31   32   33   34   35   36   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
A.M. 
ƏSGƏROVA  
 
QƏDİM PAREMLƏRDƏ İŞLƏNƏN BƏZİ ÇOXMƏNALI SÖZLƏRİN 
TARİXİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ 
 
Açar sözl
ər: türkologiya, çoxmənali, fellər, leksika 
Ключевые слова: тюркология многозначные глаголы, лексика 
Key words: turkology, polisemantic, verbs, lexica 
 
İctimai hadisə olan dilin hər bir vahidində, o cümlədən sözdə tarixi inkişafin 
izl
əri müşahidə olunur. yəni zamanla sözün həm məna, həm də formasında dəyi-
şiklik baş verə bilir. bu inkişaf xüsusiyyətləri tarixi abidələrdəki sözlərin diaxron 
üsulla t
əhlilində daha aydin nəzərə çarpir. 
Az
ərbaycan dili zəngin qrammatik və leksik-semantik quruluşa malik oldu-
ğu üçün, «söz və onun məna qabığı» məsələsi dilçiliyimizin bütün dövrlərində ak-
tu
al  olmuş,  leksikoloqların  tədqiqat obeyktinə  çevrilmişdir.  Dildə  hər bir sözün 
m
ənası vardır. Lakin hər leksik vahidin məna dərinliyi, çaları eyni deyil. 
Dilin inkişaf strukturu göstərir ki, təkmənalı sözlər çoxmənalılığa meyllidir. 
Y
əni çoxmənalılıq  bir  mənaya malik sözün sonradan bir neçə  əşya,  keyfiyyət 
bildirm
ək xüsusiyyətləri kəsb edərək çoxlu mənalar ifadə etməsidir. 
Çoxm
ənalı sözlərdə sözün məna çalarlığı nə qədər zəngin olsa da, bunlardan 
biri ilkin-
əsas, digərləri isə ondan törəmə mənalardır. Və bu məna çalarları fikrin 
ifad
əsində dəqiqləşir, yəni sözün müxtəlif mənalara malik olmasına baxmayaraq, 
m
əhz mətn onun real mənasını konkretləşdirir. 
Çoxm
ənalılıq bütün türk dillərində olduğu kimi, Azərbaycan dilində də hələ 
q
ədim dövrlərdən mövcud olmuş və dilimizin qanunauyğunluqlarından birinə çev-
rilmişdir.  XVI-XVII  əsrin  yazılı  nümunəsi  olan  «Oğuznamə»də  də  çoxmənalı 
sözl
ərə aid onlarla misal vardır. Həmin misallar kəmiyyət etibarilə daha çox ismə
sif
ətə və felə aid olduğu üçün bu nitq hissələri üzrə qruplaşdırmağa çalışdıq: 
İsimlərdə çoxmənalılıq nisbətən azdır və bunlar əsasən insan orqanizminin 
adları və oxşar funksiyalı sözlərdən ibarətdir. Məsələn: 
Yüz:  –
Əl  əli yuvar, iki əl  yüzi  yuvar  (47).  2.  Şərait-güzəran mənasında: 
Allah yüzi yoxsulluğun göstərməsin (19) (Allah yoxsulluğun üzün göstərməsin). 
3. Abır, həya mənasında: Ər oldur ki, yüzi suyun satın ala. 
Göz; – 
1.İnsan, şəxs mənasında: Allah sağ gözü sol gözə möhtac eyləməsin 
(19). 2. Hava m
ənasında: Qış gözü qarağu olur. 3. Fikir mənasında: Odunçu gözü 
umacda (42). 4. Zövq m
ənasında: Ulu gözülə qız al, ərgən gözilə at al (50). 
Əl;–  Dilənmək mənasında:  Nakəsə  əl açmaqdan ac olmaq yegdir (49). 
2.Hörm
ət, münasibət mənasında: Əl əli yuvar, iki əl yüzü yuvar (147). 
 
76 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Oyun;– 
Oğlanın (uşağın) dərdi oyundur (46). 2. Dostluq, mehribanlıq məna-
sında: Od ilə pambuğun nə oyunu var. Ət ilə bıçağın nə oyunu var (19). 
Ad; – 
İftira, şər mənasında: Bir kişinin adı çıqıncayadək göni çıqar (77). 2. 
namus m
ənasında: Arx arınar, ad arınmaz. Ad altında ər ölür. Ad işlər, işi sən işlə-
m
əzsən (62). 3. Hörmətli, tanınmış mənasında: Adlu kişi adından qorqar, adsuz 
ki
şi tanrıdan qorxmaz (63). 
Sif
ətlərin çoxmənalılığı. Məlumdur ki, sözdə  çoxmənalılığı  yaradan  əsas 
s
əbəblərdən biri əlamətin  oxşarlığıdır  və  təbii olaraq, sifətlərdə  bu proses daha 
güclüdür. Abid
ənin dilində belə sifətlərin çoxluğu bu prosesin qədimliyindən xə-
b
ər verir. 
R
əng bildirən «qara» sifətinin çoxmənalılığı daha maraqlıdır. Bu sözdən tö-
r
əyən yeni mənalar  əslindən  uzaqlaşmış  olsa  da,  ilkin  mənanı  nisbətən özündə 
saxlayan müxt
əlif sözlər əmələ gəlmişdir. Məsələn: qara (rəng mənasında): Qara 
düz
ən ev bozmaz (qara geyinən ev artmaz, sevinməz) (142). 2. Ölüm, zülüm mə-
na
sında: Qara xəbər yerdə qalmaz (148). Ər də düşər qərə bəxtə, övrət də düşər 
q
ərə bəxtə (45). 3. Kədər, qəm mənasında: Ər qararar, könli qararmaz (20). Bu-
lutlu günd
ə könül qaradır (71). 
Bundan  başqa,  aşağıdakı  ifadələrdə  işlənən  qarasınca  (ardınca),  qaramaq 
(baxmaq) sözl
ərinin də əsasında,  bizcə,qara  sifəti durur: Güc gücə  kötü  qaradır 
(158). Çün yoldaşın simüz sevməz sən gir yüyür qarasına (140). 
Qara  sif
ətinin polisemik imkanları  «Dədə Qorqud Kitabı»ndan başlayaraq 
bu günümüz
ə  qədər  ədəbi dilin bütün mərhələlərində  izlənir və  təfəkkürün 
t
əkamül nəticəsi kimi qiymətləndirilir. 
Qara  köklü sözl
əri təhlil edən H.Quliyev göstərir ki, «Kıpçaqqruputürkdil-
l
ərindəbaxmaq, görmək mənalı fellərin əsasında qara feli durur. Qara kökü Azər-
baycan dilind
əki qaravul, qaravulçu sözlərində də izini qoruyur, Oğuz dillərindən 
türkm
ən və  bir  çox  başqa  türk  dillərində  (qazax, qaraçay, balkar, qaraqalpaq, 
qırğız, uyğur, tatar və s.) qara feli baxmaq, diqqət etmək mənasında ifadə olunur». 
Az
ərbaycan  dilinin  şivələrində  də  gözünü zilləmək mənasında  qaralamax  sözü 
işlədilir. Bu sözlərdəki qara (rəng) semantikası  ya  göz  bəbəyi, ya da hədəflə 
bağlıdır.  Bizcə  ikinci  daha  inandırıcıdır.  Çünki  ardınca  mənasında  işlənən 
qarasına sözündə kölgənin tünd rəngdə olması bu fikri əsaslandırır. Hətta qədim 
abid
ələrimizdə «böyük», qüvvətli, əzəmətli mənasında işlənən «qara» sözünün də 
r
ənglə bağlılığını ehtimal etmək olar, çünki bu sifət (qara) əsasən böyük kölgələr 
yarada bil
ən, qaraya çalan əşyalarla  daha  çox  işlənmiş  və  bəzi onomastik 
vahidl
ərdə izini qorumuşdur.Məsələn: Qarşu yatan qarlu qara tağlar qaruyubdur 
otu bitm
əz  (KDQ, 49). Müasir dilimizdə  izincə,  arxasınca  mənasında  işlənən 
«qarabaqara» sözünün d
ə eyni semantik kökdən törəndiyi qənaətindəyik. 
Müasir 
ədəbi dilimizdə «qara» – sifəti rəng bildirmə funksiyasını saxlamış, 
qalan m
əna çalarları isə nisbətən arxaikləşmişdir. 
Qarağı (kor); – Qarağıqutsuzu bir düşdügi yerə yenə düşər (144). 
 
77 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə