Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə32/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   28   29   30   31   32   33   34   35   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Orfofoniya  lüğətinin  hazırlanması  iki  mərhələdə  aparılmalıdır.  Birinci 
m
ərhələdə materiallar toplanmalı, ikinci mərhələdə isə yığılan materialın təhlili və 
ümumil
əşdirilməsi prosesi başa çatdırılmalı və lüğət çap olunmalıdır. 
Lüğətin hazırlanmasında, əsasən, eksperimental metoddan istifadə olunma-
lıdır. Ayrı-ayrı obyekt və hadisələrin əlamət və keyfiyyətlərinin öyrənilməsi üçün 
elmi 
şəkildə  təşkil  olunan  təcrübəyə  eksperiment deyilir. Eksperiment (eksperi-
men
tum)  sözü  latın  mənşəli olub, «təcrübə» mənasını  bildirir.  Hələ  keçmişdə 
t
əşkil olunmuş geniş təcrübələr eksperiment adlanırdı. Məhz eksperiment üsulu ilə 
h
ər hansı bir hadisə və ya proses öyrənilərkən ona aktual şəkildə müdaxilə edilir. 
Bunun vasit
əsi ilə əldə edilən nəticələri təkrar-təkrar yoxlamaq olur. Düzgün təş-
kil olunmuş eksperiment tədqiqatçını hər cür şübhə və tərəddüdlərdən azad edir. 
El
mi şəkildə aparılan təcrübənin – eksperiment üsulunun köməyi əsasında müəy-
y
ən obyektin əlamət və  xüsusiyyətləri tam dəqiqliyi ilə  öyrənilir. Eksperiment 
h
əm təbiət hadisələrinin, həm də  ictimai hadisələrin tədqiqinə  tətbiq olunur. Bu 
üsuldan ilk d
əfə təbiət elmlərində, o cümlədən fiziologiya, fizika və kimyada ge-
niş istifadə olunmuşdur. Eksperimentin işlənilməsi daha çox istehsalla, texnika ilə 
bağlıdır.  Lakin  bu  üsulla  dilin  hadisə  və  proseslərini də  izləmək, tədqiq etmək
öyr
ənmək mümkündür. 
Dil hadis
ələrinin təbii vəziyyətinə  müdaxilə  edib tədqiqat  aparılmasına 
linqvistik eksperiment üsulu deyilir. Eksperiment dilçilik t
ədqiqatlarında  ayrıca 
üsul deyildir. Lakin bu üsul bir sıra dil hadisələrinin elmi cəhətdən düzgün dərk 
edilm
əsi üçün vacibdir. 
Dilçilikd
ə eksperiment üsulu XIX əsrin ortalarından tətbiq edilməyə başla-
nılmışdır. XX əsrdə bu üsula xüsusi əhəmiyyət verilmişdir. Eksperiment əsasında 
bir sıra qiymətli tədqiqat əsərləri yaradılmışdır. Linqvistik eksperimentdən müasir 
dilçilikd
ə  daha  geniş  istifadə  olunur.  Hazırda  dilçiliyin  inkişafında  bu  üsul  öz 
müsb
ət təsirini göstərməkdədir. 
Linqvistik eksperiment üsulundan dilin müxt
əlif sahələrinin tədqiqində isti-
fad
ə etmək mümkündür. 
1. Fonetik eksperiment. Fonetik hadis
ələrin araşdırılması, dəqiqləşdirilməsi 
v
ə öyrənilməsində eksperimentin rolu çoxdan elm aləminə məlumdur. Hələ XIX 
əsrdən  başlayaraq  bu  üsulla  müxtəlif dillərin  fonetik  quruluşu  tədqiqata cəlb 
edilmiş,  böyük  fonoloji  elmi  nəticələr  əldə  edilmişdir.  Müasir dilçilikdə  fonetik 
eksperiment
ə daha geniş yer verilir. İndi eksperimentsiz aparılan fonetik tədqiqat-
lar yüks
ək qiymətləndirilmir və bəlkə də mənasız hesab olunur. 
2. Orfofonik eksperiment h
əm orfofoniya, həm də  orfoepiya sahəsində 
aparılır. Bu sahədə tətbiq olunan hər bir eksperiment, yəni orfofonik eksperiment 
ayrı-ayrı  fonemlərin müəyyən fonetik mövqedə, digər fonemlərlə  qonşuluqda, 
el
əcə  də  vurğu  və  intonasiyanın  təsiri nəticəsində  baş  verən dəyişiklikləri 
öyr
ənməyə xidmət edir. Məsələn; «tar» sözündə 3 fonem ˗ /t/, /a/, /r/ vardır. Bu 
foneml
ərin sözdə  necə  deyilməsi  orfoepiyanın  yox,  orfofoniyanın  işidir. 
 
74 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Н.Д.Андреев  rus  dilində  -кий  şəkilçisinin iki variantda (-kği,  -kci)  işləndiyini 
yoxlamaq üçün 2280 ada
mın nitqini eksperiment üsulu ilə yoxlamışdır. Bunlardan 
yalnız 3 nəfərin sərt (k) ilə tələffüz etdiyini müəyyənləşdirmişdir [4, 51]. 
Bundan başqa, elmi üsul kimi linqvistik eksperimentin 2 forması da vardır: 
1. Linqvistik laborator eksperiment. Dil hadis
ələrinin xüsusi laboratoriya 
şəraitində  öyrənilməsinə  laborator  eksperiment  deyilir.  Bu  formada  aparılan 
eksperimentl
ərdə  cihazlardan istifadə  edilir.  Bu  baxımdan  dilçilikdə  fonetik 
hadis
ələr məhz laborator eksperimentlə asanlıqla öyrənilir. Linqvistik eksperiment 
üsulu il
ə dilin fonetik sisteminin tədqiqində palataqrafiya, rentgenoqrafiya, foto-
qrafiyaya v
ə səsi analiz edən spektran aparatına geniş yer verilir. 
Xüsusi şəraitdə - fonolaboratoriyalarda yerinə yetirilən işlərin nəticələri da-
ha d
əqiq olur. Bu növ eksperiment şəxs üzərində aparılır. Buna görə də informato-
run düzgün seçilm
əsi ən vacib məsələlərdəndir. Təcrübə göstərir ki, belə təqiqatın 
t
əşkilində informator monodilli olanda, yəni qeyri-dilləri bilməyən, yalnız öz doğ-
ma dilind
ə danışan şəxs seçilərkən daha inamlı və etibarlı nəticələr əldə edilə bi-
l
ər. Müasir dilçilikdə  bir çox dillərin fonetik hadisələri bu üsulla ətraflı  tədqiq 
edil
mişdir. Bu üsulla aparılan tədqiqatlar bəzən «eksperimental fonetika» da adla-
nır. 
2. Linqvistik t
əbii eksperiment təbii şəraitdə aparılan eksperimentə deyilir. 
Burada laborator eksperimentd
ən fərqli olaraq cihazlardan istifadə  edilir. Bu 
eksperimentd
ə  tədqiqatçı  daha  sərbəst olur. Təbii eksperiment öz mahiyyətinə 
gör
ə  müşahidə  üsuluna  daha  yaxındır.  Linqvistik  eksperiment üsulun səmərəsi 
onun  düzgün t
əşkili və aparılması ilə bağlıdır.  Burada da obyektin müəyyənləş-
dirilm
əsi, məqsədin dəqiqləşdirilməsi əsas şərtlərdəndir. Dilçilikdə eksperimentin 
m
əqsədyönlü planlaşdırılması  işin  gedişini  asanlaşdırır,  düzgün  nəticə  əldə 
etm
əyə imkan verir. Ümumiyyətlə, dil sahəsində təşkil edilən hər bir eksperiment 
müşahidə üsulu ilə sıx bağlı olur. Tədqiqatçılar bu üsul vasitəsilə eksperimentin 
gedişinə nəzər yetirir, oradakı hər bir ünsürü, vəziyyəti öyrənə bilir. 
Bel
əliklə, tədqiqatın nəticəsində hazırlanacaq lüğətdən həm dilçilik, həm də 
dig
ər sahələrdə  istifadəsi mümkün olacaq. Tədqiqatın  nəticələrindən eyni 
zamanda bu sah
ədə gələcəkdə aparılacaq tədqiqatlarda istifadə etmək olar. 
 
Ədəbiyyat 
 
1. F.Veys
əlli. Eksperimental fonetika. Bakı, 1980. 
2. F.Yadigar. Fonetika v
ə fonologiya məsələləri. Bakı, 1993. 
3. F.Veys
əlli. Seçilmiş əsərləri. I cild. Bakı, 2009. 
4
. Н.Д.Андреев. Об одном эксперименте в области русской орфоэпии. «ВР». 
вып. 4, М., 1963 
 
 
75 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə