Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə28/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   24   25   26   27   28   29   30   31   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
variantlarla (alçakrak 
alçağrak / alçarak, küçükrek / küçürek kiçirek , titrerek 
titrekrek) 
işləndiyini nəzərə çarpdırır. Müəllif - cık, - cik şəkilçili sözlərdə də ey-
ni prosesin baş verdiyini, bu şəkilçilərin kəf və qaf hərfləri ilə bitən sözlərə artırıl-
dığı zaman söz kökünün sonundakı hərflərin düşdüyünü müvafiq nümunələrlə təs-
bit edir: etek-  etecik,  köpek  -  köpecik,  etmek  -  etmecik
. Lüğətin “Sözlük” bölü-
münd
ə eyni fonetik hadisəyə aid bir sıra sözlər verilmişdir: çanacik (< çanakcik) , 
dudacik  (< dudakcik), irmacik  (< irmakcik), kalpacik  (< kalpakcik), 
kazıcik (< 
ka
zıkcik),  kıvrıcik  (<  kıvrıkcik),  uvacik  (< uvakcik), yapracik  (< yaprakcik), 
yumşacik  (<  yumşakcik),  çubucik  (< çubukcik),  enicik  (< enikcik), eşecik  (< 
eşekcik),  köpecik  (< köpekcik), yüksecik  (< yüksekcik), körücik  (< körükcik). 
Bu
nunla  yanaşı,  bəzi sözlərdə  söz kökündəki son samitin mühafizə  edildiyi də 
diqq
əti cəlb edir: belekçikkörükçik
XVI 
əsrə aid farsca- türkcə sözlükdə ilerürecük (öndünrecük 
(<öndünrekcük) nümun
ələrində - rək şəkilçisi - cik şəkilçisindən əvvəl gəldikdə k 
sa
miti düşür
1
 
Hazırda  bu  fonetik  hadisəyə  ən  çox  oğuz  qrupu  türk  dillərində  rastlanır: 
krım-  tatar.  kaşıçık  (<  kaşıkçık),  bayraçık  (<  bayrakçık),  balıcık  (<  balıkcık)  , 
kobeleçik  (< kobelekçik “göb
ələkcik”),  yumruçık  (<  yumrukçık),  alçacık  (< 
alçakcık),  tos  -  tomalaçık  (< tos -  tomalak “yumruca”); türkmən.  sovucak  (< 
sovukcak), 
arrıcak (< arrıkcak “arıqcıq, arıqca”), qorkacık (< qorkakcık), keyicek 
(< keyikcek), 
mıssıcak (< mıssıkcak “yumşaqcıq”); türk. büyücek (< büyükcek), 
küçücek  /  küçücük  (< küçükcek / küçükcük), 
ufacık  (<  ufakcık),  yüksecik  (< 
yüksekcik),  çabucak  (< çabukcak “tezlikl
ə, tezcə”),  parmacık  (<  parmakcık)  , 
çiçecik  (< çiçekcik),  bebecik  (< bebekcik), 
eşecik (< eşekcik)
*
; qaqauz. köpecik 
(< köpekcik), üzücek (< üzükcek), kuyrucak (< kuyrukcak) v
ə s. 
Söz kökü il
ə şəkilçinin qovşağında q, k samitlərinin düşməsinə bəzi başqa 
türk dill
ərində də tək - tək hallarda təsadüf edilir: karay. ayaçəx (< ayaxçəx); qırğ. 
könöçök (< könökçök), kuyruçu(< kuyrukçuk) v
ə s. 
Müasir Az
ərbaycan dilində bu hadisə sistemli şəkildə özünü göstərməsə də, 
ədəbi dilimizdə  və  dialektlərdə  işlənən bir neçə  sözün tərkibində  relikt  halında 
onun izl
əri  qorunub  saxlanmışdır:  alçacıq  (<  alçaqcıq),  kiçicik  (< kiçikcik), 
artıcaq (< artıqcaq),  yumşacıq  (< yumşaqcıq),  gödəcik (< gödəkcik),  kiçicik (< 
kiçikcik), qovucuq (< qovuqcuq) v
ə s. 
“Kitabi - D
ədə Qorqud”un mətnində xüsusi mövqeyə malik olan bu səsdü-
şümü hadisəsinin mahiyyətini və səbəblərini aydınlaşdırmaq üçün həmin prosesə 
bilavasit
ə təsir edən şəkilçilərin etimologiyası üzərində dayanmaq lazım gəlir. Ək-
s
ər tədqiqatçıların fikrinə görə, diminutiv mənalı - caq, - cıq, - ca şəkilçiləri eyni-
1
 
XIII. Yüzy
ıldan Beri Türkiye Türkçesiyle Yazılmış Kitablardan Toplanan Tanıklarıyla Tarama 
Sözlüğü, III c., 3. baskı, Ankara, 1995, c. 2046.
 
*
 Müasir türk dilind
ə bebecikeşecik formalarına paralel bebekçik və eşekçik formaları da işlənir.  
 
65 
                                                 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
köklüdür. H
əmçinin türkologiyada ümumi qənaət belədir ki, bu şəkilçilərin kar ç 
samiti il
ə olan - çaq, - çıq, - ça fonetik variantları daha qədim tarixə malikdir. 
Müasir Oğuz qrupu türk dillərində, o cümlədən də Azərbaycan dilində dimi-
nutiv m
ənalı - cıq şəkilçisi məhsuldar şəkilçilərdən hesab olunur. Digər türk dilləri 
üçün - 
ğına, - çak, - kay, - aç və s. formalar daha çox xarakterikdir. Bununla belə

cıq şəkilçisinə başğırd, tatar, çuvaş, yakut, qazax və başqa dillərdə də rastlanır. 
Ad
ətən - cıq şəkilçisinin əski forması - caq (< çaq) şəkilçisi hesab edilir. Bəzi tür-
koloqlar -ca kiçiltm
ə şəkilçisinin də q ünsürünün düşməsi ilə bu formadan yaran-
dığını irəli sürürlər. Azərbaycan dilində - çaq /-caq şəkilçisi ilə işlənən bir neçə 
isimd
ən düzəlmiş söz qalmışdır: dilçəkoduncaq və s. Bu sözlərdə kiçiltmə məna-
sı nisbətən azalmışdır. 
İlk dəfə O. Bötlinq - çaq, - çıq, - ça şəkilçiləri arasında semantik yaxınlığı 
t
əsbit etmiş və onların çağ ismindən törəndiyini göstərmişdir. Daha sonra bu fikir 
P. M. Melioranski v
ə digər türkoloqlar tərəfindən inkişaf etdirilmişdir. J. Deni bu 
tezisi daha 
ətraflı şəkildə əsaslandırmışdır. Onun sxeminə görə, - cıq, - caq və -ca 
şəkilçiləri çağ sözündən törəmiş, çağ sözünün özünün arxetipini isə onunla eyni 
semantik yük
ə malik olan çañ forması təşkil edir. Müasir türkoloji tədqiqatlarda 
bu fikir böyük 
əksəriyyət tərəfindən qəbul edilir. Lakin - ça/ - ca - nın çağ/ çaq 
sözünd
ən törəməsi ehtimalı inandırıcı təsir bağışlasa da, -caq / -cıq şəkilçisinin bu 
söz
ə  bağlı  olması  o  qədər də  həqiqətəuyğun  görünmür.  Bu  baxımdan  A.  fon 
Qabenin  etimologiyası  daha  çox  diqqəti cəlb edir. A. fon Qabenə  görə,  -  cıq 
şəkilçisi kiçiltmə mənalı iki formanın: - c və - ıq şəkilçilərinin calaqlanması yolu 
il
ə yaranmışdır. - caq şəkilçisini də A. fon Qaben eyni şəkildə izah edir: - c + -aq . 
V. Banq, Q. Ramstedt v
ə başqa türkoloqlar da bu fikrə şərik çıxırlar. Biz də bu 
fikrin h
əqiqətə  daha  yaxın  olduğu  qənaətindəyik. Kiçiltmə  mənalı  -  ç və  -  k 
şəkilçilərinə aid qədim yazılı abidələrdə və müasir türk dillərində bir sıra örnəklər 
vardır.  -  ç  şəkilçisi: qəd. türk. ataç  “atacıq”,  ögüç  “anacıq”;  alt.  kayınaş 
“qayıncıq”,  ayağaş  “bardaqcıq”,  biçiqəş  “kitabcıq”;  uyğur.  (dialekt)  akaş 
“qardaşcığaz”,  kiziş  “qızcığaz”;  xakas.  xulağas  “qulaqcıq”;  şor.  kuzuruğaş 
“quyruqcuq”; yakut. 
arağas “sarımtıl”; azərb. anaş (< anaç), ataş (< ataç) və s. 

k  şəkilçisi. Bu forma -  ak , -ək  şəklində  altay, tuva, xakas və  çuvaş 
dill
ərində daha çox işlənir: itək “itcik” (“Kitabi - tərcüman”), alt. koyonok (koyon 
“dovşan”+  -ok)  “dovşancıq”,  çıçkanak  (çıçkan  “siçan”)  “siçancıq”,  yabızak 
(yabız  “alçaq”)  “alçaqcıq”,  tayızak  (tayız  “dayaz”)  “dayazcıq”;  tuv.  ōlak 
“oğlancıq”,  töjək  “kötükcük”,  koyğunak  “dovşancıq”;  xak.  ağazax  “ağaccıq”, 
xozanak 
“dovşancıq”; çuv. sĕdĕk “südcük”, çĕbĕk “cücəcik”, kĕbĕk “köynəkcik”, 
yabalak “
əşyacıq”, varak “yarğancıq” və s. Türk dillərində iki və hətta üç kiçiltmə 
bildir
ən  şəkilçinin bir -  birinin  ardınca  işlənməsi  hallarına  təsadüf edilir: alt. 
kısçağaş  “qızcığaz”;  karay.  kızğınaçəx  “qızcığaz”;  tuva.  xölçüqəş  “gölcüyəz”; 
özb
ək.  toyçəkkinə  “dayçacığaz”,  kuziçəkkinə  “quzucuğaz”,  köprikçəqinə 
“körpücük”; xakas. kim
əcəqəs “qayıqcıq”, turacağas “evcik”; azərb. bircəcik və 
 
66 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə