Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə27/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   23   24   25   26   27   28   29   30   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
VAHİD ZAHİDOĞLU 
 
“KİTABİ - DƏDƏ QORQUD”DA ARXAİK BİR FONETİK HADİSƏ 
VƏ ONUN MÜASİR DİLDƏKİ İZLƏRİ 
 
Açar sözl
ər: kök, q / k samitləri, -caq / -cıq şəkilçisi, samit düşməsi 
Ключевые слова: корень, согласный q / k, окончание -caq / -cıq , выпадение 
согласного. 
Key words: root, consonants q / k, ending -caq / -
cıq, omission of consonant 
 
Orta 
əsrlərdə yazıya alınmış “Oğuznamə”lərin ən mükəmməl nümunəsi olan 
v
ə danışıq - folklor üslubunun çevik ifadə vasitələrini maksimum dərəcədə özündə 
əks etdirən ədəbi - bədii abidə kimi “Kitabi - Dədə Qorqud” təkcə dil tariximizin 
qa
ranlıq səhifələrinə işıq tutmur, həm də bir çox leksik vahidlərin, qrammatik for-
ma
ların tarixi təkamül  yollarını da müəyyənləşdirməyə imkan  yaradır. Abidənin 
dilind
ə elə fonetik hadisələr də vardır ki, onlar müasir dildə relikt halında kök və 
şəkilçiyə ayrila bilməyən müxtəlif daşlaşmış söz- formaların tərkibində bu və ya 
dig
ər şəkildə qorunub saxlanmışdır. Həm dil tariximiz, həm də müasir Azərbay-
can dilçiliyi üçün xüsusi 
əhəmiyyət kəsb edən belə fonetik hadisələrdən biri də so-
nu q v
ə k samitləri ilə bitən sözlərə kiçiltmə - əzizləmə mənalı - caq və - cıq şəkil-
çil
əri artırılarkən söz köklərindəki son samitin düşməsidir. Bu fonetik hadisə abi-
d
ənin leksik- qrammatik strukturunda fonetik qanun səviyyəsində özünü göstərir. 
Başqa sözlə desək, “Kitabi -  Dədə Qorqud”da sonu q və k ilə  bitən elə  bir söz 
yox
dur ki, bu şəkilçilər artırılarkən sondakı q və k samitləri düşməsin. Eyni vəziy-
y
əti abidənin Drezden və Vatikan nüsxələrinin hər ikisində sistemli şəkildə müşa-
hid
ə etmək mümkündür. Məs.: süñücük (< süñükcük), bıyıcaq (< bıyıqcaq), topu-
caq (< topuqcaq), qulacuq (< qulaqcuq), küçücük (< küçükcük), 
köşəcük (< kö-
şəkcük), bəbəcük (< bəbəkcük), Baracuq (< Baraqcuq) və s.: 
M
əgər, bənüm xanım, ol arada oğlan atdan  yıqılmışdı. Qarğa, quzğun qan 

rüb oğlanuñ üstinə qonmaq istərdi. Oğlanuñ iki köpəcügi (D- də: kəlbcügəzi
var
dı. Qarğayı, quzğunı qovar(lar)dı, qondurmazlardı (V. 15); Qara qıyma gözlə-
rüñ uyxu almış açğıl axı / On ikicə süñücügün (V - də : süñücəgüñ) örən olmış 
yığşur axı (D. 27); And içəyim bu gəz boğaz qısrağa bindigüm yoq / Binübəni qa-
za
vata varduğum yoq / Hay bən səni xub tanıram / Evüñüz ardı dərəcük / İtüñüz 
adı Baracuq (D- də: Baraq) degilmidür? (V. 47); Hey ana, Ərəbi atlar olan yerdə 
bir qulun olmazmı olur? / Dəvəsi olan yerdə köşəcügi  (D- də: köşəgi) olmazmı 
olur?  (V.  63);  İki  varduñ,  bir  gəldüñ,  yavrum  qanı?  /  Qarañu  dündə  bulduğum 
oğul  qanı?  / Bəbəcügüm  (D  -  də:  bəgüm) görinməz,  bağrum  yanar.  (V.75);  İki 
qoşa  kardaşa  beñzer  senüñ  qulacuğuñ  (D.  99);  Qıl  kəpənək  boyunçuğın  sürər 
degil  /  Ağır  buqağu  topucağın  dögər  degil!  (D.  144);  Ağır  buqağu  topucağın 
dög
ər deyəyinmi? (D. 146);  Bıyıcağı  qararmış  yigitcükləri  çoq  yemişəm / 
 
63 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Yigitlikl
əri tutdı ola, gözüm, səni. (D. 233); Qazanı küçücük ölüm tutdı, uyudı. 
M
əgər, xanum, Oğuz bəgləri yedi gün uyurdı. Anıñ içün küçücük ölüm derlərdi 
(D. 272); Küçücük 
tonuz  şölənli / Bir torba saman döşəkli  /  Yarım  kərpic 
yasduqlu / Yonma ağac tañrılı / Köpəgüm kafir (D. 281). 
Sporadik şəkildə söz kökündəki q və k samitlərinin düşməsinə digər yazılı 
abid
ələrdə  də  təsadüf edilir:  totaçux  (<  totaqcuq  “dodaqcıq”-  Q. Bürhanəddin), 
ufacıq  (<  ufaqcıq  “xırdaca, kiçicik” –  M.  Ə.  Sabir);  əski Anadolu mətnlərində: 
ənücək (< ənükcək), əsrücək (< əsrükcək) və s. 
Bir  sıra  hallarda  bu  fonetik  hadisənin nəzərə  alınmaması  “Kitabi  -  Dədə 
Qorqud”un b
əzi mətn tərtibçilərini  yanlış  oxunuş  variantları  seçməyə, abidənin 
m
ətnindən istifadə edən tədqiqatçıları isə səhv nəticələr çıxarmağa istiqamətlən-
dir
mişdir. Məsələn: D. 27 - dəki ﮏﮑﺟﻮﮑﺳsüñücügüñ (< süñükcügüñ) “sümükcü-
yün” sözünü H. Araslı süküciyin, Ş. Cəmşidov sinəcigin, S. Əlizadə süñücigiñ 
şəklində  oxumuşlar.  H.  Araslı  özünün  oxunuş  variantını  izahsız  buraxmış,  Ş. 
C
əmşidov mətnə düzəliş vermək yolunu seçmişdir; mətndəki yazılış şəklini əsla 
onun verdiyi şəkildə oxumaq mümkün deyil. S. Əlizadə qrafik kompleksi düzgün 
oxusa da, m
ənasını yanlış olaraq “qol - qıçını” şəklində izah etmişdir. Buradan da 
ay
dın olur ki, tərtibçi “Kitabi - Dədə Qorqud”da geniş yer tutan məlum fonetik ha-
dis
ənin fərqinə varmamışdır. D. 233 - dəki ﯽﻏﺎﺠﯿﺑ 
bıyıcağı (< bıyıqcağı) “bığcığı” 
qra
fik  kompleksini  H.  Araslı  müçağı,  Ş.  Cəmşidov  bacağı,  S.  Əlizadə  bığçağı 
şəklində oxumuşlar. S. Əlizadənin nəşrində sözün mənası düzgün təyin edilsə də, 
bığcağı oxunuş variantı sözün tarixi - etimoloji məzmununu əks etdirmir. Azər-
baycan n
əşrlərindən fərqli olaraq türk nəşrlərində göstərilən sözlər düzgün transli-
te
rasiya edilmiş və mənaları dəqiq şərh olunmuşdur. 
M. Kaşğarinin “Divanü luğatit - türk” əsərində bu fonetik hadisə haqqında 
xüsusi qeyd yoxdur. Bu bar
ədə ilk məlumata XVI əsrdə türk dilinin elmi qramma-
ti
kasını yazmış Berqamalı Kadrinin “Müyəssirətül - ülum” əsərində təsadüf edilir. 

əllif göstərir ki, əgər ikidən çox hərfdən ibarət olan ismin sonunda kəf və qaf 
h
ərfləri varsa, onlara kiçiltmə bildirən -cak şəkilçisi artırılarkən söz kökündəki kəf 
v
ə qaf düşür: balıcak (< balıkcak), sucucak (< sucukcak). 
Berqamalı Qədrinin qeydləri təsdiq edir ki, bu fonetik hadisə Oğuz dillərinin 
əvvəlki dövrləri üçün də xarakterikdir və -caq forması -cıq şəkilçisinə nisbətən da-
ha q
ədimdir. 
Sonrakı  əsrdə  polyak alimi Meninskinin qələmə  aldığı  “Türkcə-  ərəbcə- 
farsca  sözlük  (Thesaurus)”  adlı  əsərin (1680) qrammatika bölümündə  isimdən 
isim düz
əldən  -  cək  /  -  cak  şəkilçiləriinə  aid  verilmiş  misallar  içərisində  eyni 
fonetik hadis
əyə  aid  büyücek  (< büyükcek), alçacak  (< alçakcak), kabucak  (< 
kabukcak), soucak  (< soukcak), küçücek  (< küçükcek), 
ılıcak (< ılıkcak) sözləri 
vardır. Meninski eyni zamanda sonu k' və k ilə bitən sözlərə -rak, - rek şəkilçisi 
artırılarkən əksər hallarda sondakı samitin mühafizə edildiyini (uvakraksoukrak, 
büyükrek
gevşekrekyüksekrek), müəyyən hallarda isə bu tipli sözlərin fonetik 
 
64 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə