Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə26/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   22   23   24   25   26   27   28   29   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
olmuşlar ki, onların purist (dildəki bütün alınmalara qarşı uydurma sözləri qoyan 
ölk
ədəki purizm hərəkatı  nəzərdə  tutulur) fəaliyyətləri nəticəsində  coğrafiya  – 
yerbil, astronomiya –  göybil, t
əyyarə - uçquç, samovar – qur-qur... deyə onlarla 
sözümüz,  alışdığımız  vasitələr dildən  çıxa  bilərdi. Vaxtilə  maarifçi  ziyalılarımız 
h
əmin ifrat hərəkata  qarşı  çıxa  bilmişdilər. Məsələ  burasındadır  ki,  Yusif  Vəzir 
Ç
əmənzəminli belə  düşünən bəzi “milli” ədiblərin  obrazını  canlandırmaqla  öz 
düzgün  mövqeyini  nümayiş  etdirmişdir.  Yazıçının  “Aprelin  biri”  hekayəsində 
Əsəd bəy surəti vacib sandığı bir çox məsələlər sırasında yeni dil problemi ilə də 
m
əşğul  olmağa  imkan  tapır;  “lisaniyyət  marağı  dövrü  Əsəd bəy  islahatçı  olaraq 
meydana  atılmış  və  fars-ərəb kəlmələri yerinə  türk sözlərinin  işlənməsini təklif 
etmişdir; məsələn, xoruz əvəzinə qızıl pipik quş, musiqi əvəzinə zır-zır, münəccim 
əvəzinə ulduzabaxan və qeyriləri” 
M
əsələ ondadır ki, belə kiçik təcrübələr-sərbəstliklərin dilə acı nəticələr gə-
tir
ə biləcəyini təsəvvür etmək elə də çətin deyildir. Həmçinin son zamanlar dilimi-
zin öz daxilind
ə yaratdığımız durum, ortam, gündəm, çağdaş, başqan... sözləri-
ni d
ə eyni cür – söz yaradıcılığına ifrat aludəçilik sayaq qiymətləndirilməlidir. Bu-
nunla b
ərabər onu da etiraf edək ki, bu gün alışdığımız və məmnuniyyətlə işlətdi-
yimiz 
veriliş, göndəriş, çağırış, anlayış, baxış, bildiriş, giriş, uduş, sonluq, sözlük 
v
ə s. kimi sözlər də o təcrübədən yadigardır. 
Dil m
ənəviyyatın  açarıdır.  Keçmiş  SSRİ  miqyasında  yalnız  rus  dilinin 
ümum ünsiyy
ət vasitəsi olması hər şeydən əvvəl türk xalqları yaşayan respublika-
lar arasında da əsas vasitə olur; bununla da Azərbaycan türkcəsi türkmən, özbək, 
qazax, türkc
ələrindən uzaqlaşır, dillərin ayrılması, fərqləşməsi prosesi güclənirdi. 
An
laşmaq üçün rus dili vardı; bu kifayət edirdi. Türkiyə türkcəsində də ifrat “ye-
nil
əşmə” meyli bu bağlılığın ortaq vasitələrini qırıb aparmaqla həmin dil ortaqlığı-
nı pozmaq işinə istəsə də, istəməsə də xidmət etməli olurdu. 
Dilimizin  qayğıların  düzgün  qiymətləndirməmək  qayğısızlıq  doğurur. 
Bunun kimi: Badamdar –  Padamdart
;  Şıx  –  Şıxov;  Kırım  –  Krım;  Nasoslı  – 
Nasosnı, moğol – monqol şəklinə düşməklə qeyd etdiyimiz diqqətsizliyi nümayiş 
etdirir. T
əəssüf ki, diqqətsizlikdən doğan yanlışlıqlar hələ də davam edir. Əlbəttə, 
yaxşı  deyil,  ən  azından  dilimizin  ənənəvi orfoepik və  ya orfoqrafik  normaları 
baxımından; məhz bu xeyirli ənənələr dilimizin ifadəlilik vasitəsinin qeyri-ciddi 
anormal vasit
ələrlə doldurulmasına qarşı dura bilir. Digər halda - alınma sözlərin 
dilimiz
ə daxil olma prosesini sürətləndirir. Qərbin qarşısında diz çökmələri andırır 
n
əticədə yaranan bu “bolluq”. Əlbəttə, əsrlərin qovşağında birbaşa yaxşı nədir, pis 
n
ədir? bölgüsü aparmırıq. Dildəki kəsirlər və çatışmamazlıqlar bizi qayğılandırır... 
“Sovet  quruluşunun  dağılma  prosesi  bütün  sinir  ucları  ilə  fəaliyyətə 
başladıqda ilk növbədə güclü oyanma dil siyasətində özünü göstərdi. Ona görə ki, 
dil xalqın milli özünə məxsusluğudur, millətin millət olduğunu şərtləndirən, onun 
bütün m
ədəni  keçmişini  mühafizə  edən  ən mühüm vasitədir.  Təbii  ki,  rus dili 
Az
ərbaycan dili üçün həm vasitəçi “körpü”, həm də mənbə dil rolunu oynamışdır. 
 
61 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Gördü
yümüz kimi bu zaman ifrata varıldığından əski və dəyərli ortaq türk sözləri-
mizin dild
ə  mövcudluğu,  işləkliyi, zəruriliyi nəzərə  alınmamışdı.  Külli  miqdar 
“yad”, h
əm də lüzumsuz alınmaların dilə doluşmasına böyük meydan verilmişdir. 
Misal göst
ərdiyimiz qəbildən olan daha yüzlərlə sözün ana dilində tam qarşılığı 
ol
duğuna görə bu yeni alınma sözlər bir müddət özünün sinonimləri ilə işlənmiş, 
get-ged
ə isə bu zaman gözlənilən çox təbii bir surətdə öz sinonim qarşılığını sıxış-
dırıb dildən tamamilə çıxarmağa başlamışdır. 
İndi  bu  hal  özünü  şifahi  nitqdə  göstərməkdədir: gödəkçə  yerinə  kurtka; 
çilçıraq  –  lüstr;  alışqan  –  zajiqalka;  şorba  –  sup, qəza  –  avariya;  bayağı  – 
banal; qutu –  korobka;  möhl
ət  –  srok;  sınaq    prob; nahar –  obed, xardal – 
qarçişnik; döşəmə – pol; tıxac – probka; mənzərə – vid; idman – sport; parç – 
krujka; q
ələm – ruçka; qovluq – papka; lövhə– tablo; siyasət – politika; sancaq 
– 
broş(ka); ata –  papa; fincan –  çaşka;  sağanaq  –  oprava; düzəliş  –  pravka; 
ambar – depo; dair
ə  kruq; Hindistan – İndiya; rəfiqə, bacılıq – podruqa; məst, 
ç
əkələk – domaşnik... sonuncu misalla bağlı  yerindəcə qeyd etməliyik ki, ədəbi 
dilimizd
ə və bu dilin canlı qolunda məst, çəkələk, başmaq və s. kimi nümunələr 
olduğu halda şifahi nitqdə bunların demək olar ki, heç biri işlənmir. 
B
əzi hallarda dildə uzun tarixdən bəri işlənməkdə olan sözlə nisbətən yeni 
alınmalar  sinonimləşərək müvazi olaraq içlənməkdə  davam edir: islahat  – 
reforma; maliyy
ə  finans; memarlıq – arxitektura; köpək balığı – akulaörnək 
– etalonduyum – intuisiya; q
ərargah – ştabmasa – stolnəqliyyat – transport; 
yed
ək – buksir; layihə – proyekttəqdimat – prezentasiyadəb – modakürsü – 
stul; t
ərcümeyi-hal – avtobioqrafiyakirəkeş və ya kirayənişin – kvartirantnitq 
–  reseptor;  c
əfəngiyyat  –  absurd;  lövhə  –  tablo;  təhlil  –  analiz;  afərin  və  ya 
əhsən – bravo və s. ikincilər fəallaşmadadır. 
Dilimizd
ə olan qarşılıqları hazırda çoxdan unudulmuş həmayil, nişan, cüm-
huriyy
ət, nüsxə, risalə, istiarə,  canlıq,  cövşən  “döş  və  kürəyi örtən zirehli ge-
yim”(q
ədim slavyanlara da keçən bu geyim onlarda “yuşman” adlanırdı), təşbeh 
kimi tarixi sözl
ərimiz akselbant, orden, respublika, resept, traktat, metafora, 
bronojilet, epitet sözl
ərilə əvəz edilmiş, halbuki birinci nümunələr ikinciləri tam 
m
ənası ilə əvəz edə bilər. Beləliklə, dilin özündə əlverişli qarşılığı ola-ola vəziy-
y
əti mürəkkəbləşdiririk. Qeyd olunmalıdır ki, Respublikamızın öz müstəqilliyinə 
qo
vuşmasından sonra dilin lüğət tərkibində ciddi irəliləyişlər əldə olundu; dildəki 
rus v
ə Avropa mənşəli sözlər qarşısında bir vaxtlar nüfuzunu və fəallığını itirmiş 
sözl
ərimiz hazırda təkrar öz işləkliyini bərpa etməkdədir: tabur (əvvəl batalyon), 
ça
vuş (serjant), taqım (vzvod), fərari (dezertir), yemək çeşidi (menyü), torba (ku-
lok), 
ayaqqabı (tufli); ənnik (rumyana)... Bu proses gündən-günə güclənib artmaq-
da
dır. 
...Dil bu gün h
ər kəs üçün, hamımızdan ötrü milli müstəqilliyimizin başlıca 
şərtidir; o, malik olduğumuz mədəni keçmişimizin mühafizəçisi, gələcək mədəni 
yüks
əlişinsə müdafiəçisidir. 
 
62 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə