Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə24/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   20   21   22   23   24   25   26   27   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Bel
əliklə,  interferensiya  yavaş-yavaş  baş  verən  prosesin  ayrılmaz  hissəsi 
olmaqla, q
əbul edilmiş dil sistemində bu və ya digər dillərin hər elementinə təsir 
göst
ərməklə nüfuz edir. 
 
Ədəbiyyat 
 
1. 
Верещагин Е.М.”Психологическая и методическая характеристика двуязы-
чия. (билингвизма)”, Москва,1968, стр.131. 
2. 
Баранникова Л.И. “Сущность интерференции и специфика ее проявления.” 
Москва, Наука, 1972, стр.88. 
3. M
əmmədov N.X. “Dil əlaqələri probleminin tədqiqi.” Türkologiya, Bakı, 2000, 
N-1-4, s.69-80. 
4. M
əmmədli N. “Alınma terminlər”. Bakı, ”Elm” nəşriyyatı 1997. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
55 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
Ə.V. TANRIVERDİ  
 
MÜASİR AZƏRBAYCAN DİLİ HAQQINDA BƏZİ FİKİRLƏR 
 
Açar sözl
ər: Azərbaycan dili, orfoqrafiya, bədii mətn, dilçilik 
Ключевые  слова:  азербайджанский  язык,  орфография,  художественный 
текст, лингвистика 
Key words: A
зeri language, orthography, literary text, liguistics 
 
Müasir Az
ərbaycan dilinin ümumi vəziyyətini belə səciyyələndirmək olar: 
çoxsaylı  qəzet və  jurnallarımız  Azərbaycan dilində  nəşr  olunur;  radio  və  tele-
viziyalarımızda aparıcı dil məhz Azərbaycan dilidir; uşaq bağçalarından başlamış 
ən nüfuzlu ali məktəblərimizə  qədər tədris və  təlim-tərbiyə  işləri  əsasən 
Az
ərbaycan dilində aparılır; parlamentimizdə yalnız Azərbaycan dilindən istifadə 
olunur (1992-ci ild
ən);  Konstitusiyamızda  Azərbaycan dili dövlət dili kimi 
r
əsmiləşdirilmişdir (1995); Azərbaycan dili dünyanın mötəbər qurumlarının tribu-
nalarından eşidilir... Bütün bunlar Azərbaycan dilinin fəaliyyət dairəsinin əvvəlki 
dövrl
ərlə  müqayisədə  üstün mövqedə  olduğunu  açıq-aydın  göstərir. Amma bu 
istiqam
ətlərin hər birini elə inkişaf etdirməliyik ki, indiki qloballaşma dövründə 
dilimiz itkil
ərə məruz qalmasın, zənginliyini qoruya bilsin. 
Az
ərbaycan dilçiliyinin son iyirmi ildəki  inkişafını  belə  ümumiləşdirmək 
olar: orfoqrafiya, orfoepiya, dialektologiya v
ə terminologiyaya dair lüğətlər nəşr 
edilib; fonetika, leksikologiya, onomalogiya, morfologiya v
ə  sintaksislə  bağlı 
araşdırmalar  təkcə  sinxronik yox, həm də  diaxronik müstəvidə  aparılıb; 
M.Kaşğarinin  “Divanü  lüğat-it-türk”  əsəri Azərbaycan dilinə  tərcümə  olunub; 
“D
ədə Qorqud kitabı” ilə bağlı onlarla monoqrafiya, yüzlərcə tezis və məqalə çap 
olunub... Bu qeydl
ər onu deməyə əsas verir ki, Azərbaycan dilçiliyi XX əsrin 80-
ci ill
ərinə  qədərki səviyyəsindən fərqli olaraq, daha çox dərininə  inkişaf  edib. 
Əlbəttə, bu sahədəki araşdırmalarımız da təkmilləşdirilməlidir. 
Az
ərbaycan dilindən istifadə zamanı qüsurlar da müşahidə olunur: 
Az
ərbaycan dilinin orfoqrafiya lüğətində (Bakı, 2004) bir sıra sözlərin səhv 
verilm
əsi mətbuatda xüsusi olaraq vurğulanır: kompüter – kompyuter; şeiriyyət – 
şeriyyət...”. Amma bu da var ki, orfoqrafiya lüğətində düzgün verilmiş onlarca söz 
m
ətbuat səhifələrimizdə, hətta elmi əsərlərimizin dilində  belə  səhv  yazılır. 
M
əsələn,  orfoqrafiya  lüğətindəki  alğı-satqı,  kəşməkəşli,  apelyasiya kimi sözlər 
daha çox alqı-satqı, keşməkeşli, apellyasiya şəklində işlənir. 
Reklam lövh
ələrində  hər  hansı  bir  məlumat,  heç  şübhəsiz ki, ilk olaraq 
Az
ərbaycan dilində verilməlidir. Amma bir sıra hallarda bunun tam əksi müşahidə 
olunur. B
əzən isə reklamların yalnız ingilis və rus dillərində təqdiminə rast gəlinir 
(bu bar
ədə çox bəhs olunub); 
 
56 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
-
dır
4
  x
əbərlik şəxs şəkilçisinin –dı
4
 
formasında verilməsinə təsadüf olunur: 
m
əktəbdir-məktəbdi, həkimdir-həkimdi,  oxumuşdur-oxumuşdu,  demişdir-demiş-
di... Bu, 
qrammatik normaların ən ciddi pozuntularından biri hesab oluna bilər; 
Bir sıra ziyalılarımızın Türkiyə vətəndaşları ilə söhbətləri zamanı şu, şöylə, 
əvət,  əfəndi və  s. kimi söz və  ifadələrdən istifadə  etmələri, eyni zamanda 
intonasiyalarını Türkiyə türkcəsinə uyğunlaşdırmaları müşahidə olunur ki, bu da 
q
ətiyyən yolverilməzdir. Yeri gəlmişkən, bu prosesdə qarşı tərəf əsasən Türkiyə 
türkc
əsindən istifadəyə üstünlük verir. 
Az
ərbaycan ailələrində  bəzən  yeni doğulmuş uşaqlara ilk olaraq ingilis və 
rus dill
ərinin öyrədilməsinə təsadüf olunur ki, bu da mənəviyyatımıza vurulan zər-
b
ələrdən  biridir.  Burada  Y.A.Komenskinin  bir  fikrini  xatırlatmaq  yerinə  düşür: 
“ana dilin
ə yiyələnmədən adama xarici dil öyrətmək – uşağa yeriməyi öyrətmədən 
at minm
əyi öyrətmək kimi bir şeydir”. 
Az
ərbaycan dilçiliyi üzrə araşdırmalarda aşağıdakı məsələlərə daha çox diq-
q
ət yetirmək lazım gəlir: 
Orfoqrafiyaya  dair  çap  olunmuş  lüğətlər təkmilləşdirilərək yenidən nəşr 
olunma
lıdır; 
Daha çox orta m
əktəb kursunu əhatə edən orfoepiya sözlükləri müasir tələb-
l
ərə  tam cavab vermədiyi üçün orfoepiyaya dair tədqiqatlara istinad olunmaqla 
“Az
ərbaycan  dilinin  orfoepiya  sözlüyü”  hazırlanmalıdır  (bu,  AMEA-nın  Nəsimi 
adına Dilçilik İnstitutu və ali məktəblərin filologiya fakültələrinin mütəxəssisləri-
nin birg
ə fəaliyyəti ilə asanlıqla reallaşdırıla bilər); 
Əsası  M.Kaşğari  tərəfindən  qoyulmuş  morfonologiya  məsələləri üzrə 
araşdırmalar kompleks və sistemli şəkildə aparılmalıdır; 
Fonetika, leksikologiya, onomalogiya v
ə qrammatikaya dair araşdırmalarda 
q
ədim abidələrimizin dili mütləq nəzərə  alınmalı,  problemə  daha çox tarixi-
linqvistik müst
əvidə  yanaşılmalıdır.  Burada  yalnız  iki  faktı  qeyd  etməklə 
kifay
ətlənirik: 1) 1940-cı  ildə  əlifbadan  çıxarılmış  “ή”  (sağır  nun,  velyar  ή) 
s
əsinin hərfi  işarəsi bu gün də  məna  dolaşıqlığı  yaradır:  kitabıήı-kitabını,  ataήı-
atanı, .... Digər tərəfdən, müasir ədəbi dilimizdə “ή” səsinin olmaması miή-min, 
doή-don kimi sözlərin omonimlər başlığı altında öyrənilməsinə səbəb olmuşdur; 
2) müasir 
ədəbi dilimizdə kök və şəkilçi morfemlərinə parçalanmayan “dinlə” sö-
zünün kök hiss
əsini (din) məhz  M.Kaşğarinin  “Divan”ına  istinadən dəqiqləşdir-
m
ək mümkündür: tın (nəfəs almaq, soluq), tınqla – dinləmək...; 
Anadilli 
ədəbiyyatımızın  dilindəki assonans, alliterasiya, təşbeh,  metafora, 
antiteza, inversiya kimi b
ədii təsvir və ifadə vasitələri daha çox mətn semantikası 
müst
əvisində tədqiq olunmalıdır; 
Yazılı  abidələrimizin dilindəki akkumulyativlik müəyyənləşdirilməli, eyni 
zamanda bu t
ədqiqatlara istinad etməklə bir sıra söz və ifadələrin bərpasına çalış-
maq lazımdır. Məsələn, müasir ədəbi dilimizdə II növ təyini söz birləşməsi mode-
lind
ə olan “süd qardaşı” vahidi M.Kaşğarinin “Divan”ında “əmikdəş”, Kişvərinin 
 
57 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə