Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə21/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   17   18   19   20   21   22   23   24   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
y
əti və keyfiyyəti durmadan dəyişir, yeni kommunikasiya vasitələri yaranır. Dəyi-
şiklik bütün informasiya səviyyələrini əhatə edir. Artıq bu gün tədricən dünyəvi 
in
forмasiya  mübadiləsi sistemi formalaşır.  Baş  verənlərin təqdirəlayiq cəhətləri 
da
nılmazdır, lakin hadisənin total xarakteri sosial təhlükələrin də miqyasının art-
ma
sına, bu təhlükələrin cəmiyyətin bütün sahələrinə öz təsiрini göstərməsinə sə-
b
əb olur. 
Modernl
əşmə  prosesində  sosial kommunikasiya problemi olduqca mühüm 
əhəmiyyət kəsb edir və demək olar ki, sosiomədəni gerçəkliyin bütün sahələrini 
əhatə edir. Bu kontekstdə modernləşmənin yaratdığı və bir-birini təkzib edən iki 
pro
ses baş verir: bir tərəfdən sosial birliyə cəhd, digər tərəfdən isə mədəni özünə-
m
əxsusluğun qorunub saxlanması. Mövcud şəraitdə müasir dil siyasətinin əsas is-
tiqam
ətlərindən biri linqvistik müxtəlifliklə  bağlı  problemlərin həlli  yollarının 
aran
ması ilə yanaşı, fərqli identikliyə malik etnik qrupların siyasi iddialarına ob-
yektiv münasib
ətin də nəzərdən qaçırılmamasıdır. 
Müasir şəraitdə beynəlxalq münasibətlərdə yaranan açıqlıq istər-istəməz bü-
tün sah
ələrə, o cümlədən, dil şəraitinə də, öz təsirini göstərir. Bunu daha çox xari-
ci dill
ərin fəaliyyət dairəsi istiqamətində müşahidə etmək olar. Mövcud şəraitdə 
beyn
əlxalq ünsiyyət vasitəsi funksiyası daşıyan dillərə müxtəlif səviyyələrdə tələ-
bat art
mışdır. Nəticədə, alman, fransız dillərinin, xüsusilə, ingilis dilinin öyrənil-
m
əsinə geniş şərait yaranmışdır. Müşahidələr göstərir ki, müasir dövrdə ingilis dili 
xarici dild
ən daha çox ikinci aparıcı dilə çevrilir. Bu gün kommunikasiya şəraitin-
d
ə bu tendensiya getdikcə artır. Sözsüz ki, baş verənlərin müsbət cəhətləri ilə ya-
na
şı mənfi tərəfləri də mövcuddur və bunlar diqqətdən kənarda qalmamalıdır. Bu, 
ilk növb
ədə milli dillərin müxtəlif çeşidli təsirlərdən qorunub saxlanması tələbatı-
nı önə çıxarır. İngilis dilinin dünyada sürətlə yayılması və iri korporasiyalarda ün-
siyy
ət vasitəsinə  çevrilməsi  şəraiti insanda müəyyən mədəniyyətə  aidlik hissini 
z
əiflədir, dünyanın vətəndaşı olması hissini yaradır. Təbii ki, bunlar bir tərəfdən 
dünya
nın  qavrayışında  bir  sıra  xüsusiyyətlərin  unifikasıyasına  və  bəzi  davranış 
nümun
ələrinin ümumiləşməsinə səbəb olsa da, digər tərəfdən mentallıqlarda möv-
cud olan üyğunsuzluqları üzə çıxarır, çünki fərd bu yeni şəraitdə psixoloji narahat-
lıq hiss edir. Buna səbəb isə ona xas olmayan davranış tərzləridir. 
M
əlumdur ki, insanın mənəviyyatı maddi ifadə tərzinə malik deyildir. Mə-
n
əviyyat daxili aləmlə, hər bir fərdin psixologiyası ilə bağlıdır və onun mahiyyəti-
ni mü
əyyənləşdirən amilləri əhatə edir. Ənənəvi fəlsəfi kateqoriyalar insanın mə-
n
əvi aləminin  açılmasında  mühüm  mahiyyət  daşıyırlar,  lakin  filosoflar  insan 
f
əaliyyətinin mənəvi-psixoloji məqamlarını təhlil edən zaman bunu yetərli hesab 
etmirl
ər. Ona görə də bu kontekstdə onlar mentalitet fenomeninə müraciət edirlər. 
Mentallıq nədir sualına bu gün adi insanlardan tutmuş, elm adamlarına qədər hamı 
cavab  tapmağa  çalışır.  Lakin  problemin  təhlilinə  dair  aparılan  araşdırmalarda 
fransız  strukturalistlərinin xüsusi əməyi  vardır.  Burada  M.Fukonu  və  K.Levi-
Strosu, xüsusil
ə, qeyd etmək lazımdır. Ümumiyyətlə isə, metalitet anlayışı yaran-
 
49 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
dığı zamandan bir sıra humanitar elmlərin mühüm tədqiqat istiqamətlərindən biri 
kimi qiym
ətləndirilə  bilər və  bu tendensiya bu gün də  davam edir. Problem 
ətrafında  fikirlərin hər  zaman  aktual  olması  təsadüfi deyil, çünki onun təhlili 
fonunda h
ər bir tarixi epoxanın mahiyyətini qismən müəyyənləşdirmək mümkün 
ola bilir. Bu kontekstd
ə  keçmiş  dövrlərdə  baş  verənləri  aydınlaşdırmağa  imkan 
yaranır, çünki hər bir cəmiyyət özünün inkişaf mərhələlərində özünəməxsusluğu 
il
ə  seçilib, məhz  bu xüsusiyyətlərin təhlili  bu  gün  baş  verən hadisələrin 
mahiyy
ətinin  anlaşılmasına  çox  böyük  yardım  göstərə  bilir. Həmçinin problem-
l
ərə bu şəkildə yanaşma məsələyə sxematik münasibəti aradan qaldırır. Mentalitet 
kateqoriyası  insanın  təsəvvürlərinin və  onun unikal mənəvi dünyasının  psixi 
prosesl
ər fonunda nəzərdən keçirilməsinə  imkan  yaradır.  Bu,  mentalitet 
anlayışının  birbaşa  mahiyyəti ilə  bağlıdır.  Belə  ki,  mentallıq  fərdi və  kollektiv 
m
ədəniyyətin özünəməxsusluğunu ifadə etməklə yanaşı, onun özü konkret sosial 
v
ə  mədəni  şərtlərin təsiri nəticəsində  formalaşır.  Bir  mühüm  fakt  da  ondan 
ibar
ətdir ki, o sosiumun və  tarixin  inkişafına  əhəmiyyətli təsir gücünə  malikdir. 
Mentalitet
ə birmənalı münasibət olmasa da (bəziləri, ümumiyyətlə, bu fenomeni 
inkar edirl
ər) onun dərindən öyrənilməsinə  çox  böyük  ehtiyac  vardır.  Bunu 
dünyada baş verən hadisələr zəruri edir və problemin Azərbaycan reallığında da 
n
əzərə  alınması,  dərindən təhlil edilməsi vacib məsələlərdən biridir. Çünki 
demokratikl
əşmə  inkişaf  istiqamətini seçən ölkəmizdə  siyasi, iqtisadi, hüquqi, 
pedaqoji v
ə s. islahatların həyata keçirilməsi üçün cəmiyyətin mental xüsusiyyət-
l
ərinin nəzərə  alınması  mühüm  əhəmiyyət kəsb edir.  Əks təqdirdə, həyata 
keçiril
ən  novasiyaların  reallaşdırılmasında  psixoloji  durğunluq  hökm  sürə  bilər. 
B
aşqa sözlə, milli şüurun, özşüurun və milli xarakterin transformasiyası problem-
l
ərinə dair elmi əsasların və müvafiq təhlillərin yetərli olmaması sosial islahatların 
uğurla həyata keçirilməsində özünü göstərə bilər. 
Az
ərbaycanda sosiomədəni proseslər tarix boyu eyni sürətlə həyata keçməsə 
d
ə, həmişə inkişafa doğru istiqamətlənib. Bu kontekstdə ölkə bütün dövrlərdə həm 
Şərqin, həm də Qərbin təsirlərinə açıq olub. Bununla belə bu təsirlər Azərbaycanı 
dig
ər ölkələrlə eyniləşdirməyib. Əksinə, hər yeni dövrdə burada yaşayan xalqlar 
öz tarixi keçmişlərinə, mədəniyyətlərinə, davranış stereotiplərinə, adət-ənənələrinə 
söyk
ənərək, irəliyə  getməyə  cəhd ediblər.  Başqa  sözlə, sosiomədəni sistem öz 
inkişafinda proseslərə həmişə açıq olub. 
Qeyd etm
ək  lazımdır  ki,  mentalitet daxili ziddiyətə  malik fenomendir. Bu 
baxımdan  cəmiyyətdə  hər  hansı  bir  islahatın  aparılmasında  novasiya  və  ənənə 
arasında mütənasiblik hər zaman nəzər-diqqətdə olmalıdır. İfrat konservativlik və 
ya yeniliy
ə hədsiz aludəçilik cəmiyyətdə xoşagəlməz situasiyalar yaradır. Təbii ki, 
qeyd edil
ən  balansı  yaratmaq  asan  iş  deyil,  lakin  ümumi  inkişafın  təmin 
edilm
əsində,  insanlar  arasında  qarşılıqlı  anlaşmanın  yardılmasında  bu  çox  vacib 
amildir. Bu sırada qeyd etmək lazımdır ki, cəmiyyət polimental xarakterlidir. Şərti 
olaraq onun mür
əkkəb strukturu belə  müəyyənləşdirilir:  kütləvi mentalitet, 
 
50 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə