Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə19/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   15   16   17   18   19   20   21   22   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
duracam, 
əlimi, yüzümü yuvacam, çay içəcam, qapirativə gedacam, növüt alacam, 
so:ra ev
ə qayıtacam. Mən Qaxda işliyam, qaprativin təsərrüfat müdiriyəm, qoyun, 
mal, 
əkin işlərinə baxıyam (Zaq.Qax.); -Dədəm Qorqud boy boyladı, söy söylədi, 
bu oğuznaməyi düzdü, qoşdu, böylə dedi. Əcəl aldı, yer gizlədi, fani dünya yenə 
qaldı; -Bir gün Ulaş oğlu, Tulu quşunyavrusu, bizə miskin umudu, ümmət soyunun 
arsl
anı; -Dədə Qorqud gəlibəni boy boyladı, soy soyladı, bu oğuznaməyi düzdü, 
qoşdu, böylə dedi; -Beyrək, Yeynək, Qazan bəy, Qarabudaq, Dəli Dondar, Qazan 
oğlu  Uruz  bəy-bunlar  hasara  yürüş  etdilər;  –Vallah, bəy yigit, allah taaladan 
buyruq  oldu,  al  qanatlı  Əzrail  ol  yigidin  canını  aldı;  -Aruz Təpəgözü döydü, 
söydü, yasaq el
ədi,  uslamadı;  Cümlənin  xitabla  genişlənməsi:  Gəlimli-gedimli 
dünya! Son ucu ölümlü dünya!; –
Çağırıb  ağaca  söyləmiş,  görəlim,  xanım,  nə 
söyl
əmiş. –Səni parça-parça doğrayaydılar, ağac; 
Verib  dil s
ərvi sarə, qönçə  xarə, yar əğyarə, Cəhan  bağında,  ey  bülbül, 
v
əfayi-gülzar gördünmü? və  s.  Başqa  nitq  hissələri və  atributiv söz birləşmələri 
xitab v
əzifəsində işləndikdə substantivləşmiş olur; məs.: Mustafa Zərirdə: - Kim 
hac
ət qapusi açuq idi məgər Hacəti oldı qəbul, ey mötəbər, ey təmiz, ey əziz , ey 
könlü toq , ey y
əra, ey sahibi-cəmal, ey ulu, ey bəxtlü, ey dilnəvaz; - Bulmadı çarə 
bunl
ərdən ol zəman,  Yalvarurdı,  ey  Yəhuda, ey cəvan ; -  Ey üzü gül, köynəyi 
gülgünü donu qırmızı! -Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım və s. 
Xitabları mənşəyinə və ifadə vasitəsinə görə aşağıdakı kimi qruplaşdırmaq 
olar: 1. Az
ərbaycan (türk) mənşəli, yəni xalis xitablar: Ey  göz,  göz  ol  nigarın 
söhb
ətində,  Ey  yüz,  ayağına  döşən bu gecə;  -  Nə  qəhri-  Qahirə  gərək, nə  misr 
israrı  Şəkər yetər bu cəhanə  sözün ilə, çələbi;  2.  Ərəb və  fars mənşəli olanlar: 
1.Ey s
əba, dəprətməgil zülfi qılın, Dəxi can oynamağa car olmadı;- Bülbül inilərü 
v
əli gül gülə  qarşu  xoş  gülər, Gəl  gülşənə, ey əhli-dil, eylətəfərrüc gül-gülə;  3. 
T
ərəflərdən biri xalis Azərbaycan, digəri isə  ərəb və  ya fars mənşəli olanlar. 
M
əs.:Ey ləbün xəmrü gözlərün xəmmar, Zülfinə irəli səba bimar; - Ey bəni dəlü 
qılan, hicran edərsən, eyləmi? və s. 
S.Ə.Nəbatinin dilində  də  xitablar çox güclü təsirə  və  tezliyə  malikdir: 
S
ənsiz, ey gül, könlümün bir dəm qərarı yoxdu, yox! Sən nə bəslərsən bu tərlanı, 
N
əbati, ruzü şəb? Qəm yemə, şad ol, könül, olma bu sözdən məlul, Ey, səni Tari, 
gen
ə etmə pərişan məni, Bir də mənə söyləmə zülfi-çəlipayə bax! və s.(31). 
Q.Kazımov  yazır ki, əgər müraciət vasitəsi kimi işlənmiş söz və ifadələri, 
misraları  boylardan  çıxarsaq,  «Kitab»  öz  bədii-estetik keyfiyyətini  xeyli  itirmiş 
olar.  Dastan  şe’rləri  əksəriyyət e’tibarilə  xitablardan ibarətdir. Çox zaman 
danışanın münasibəti cüttərkibli və ya təktərkibli cümlələrlə deyil, xitablarla ifadə 
olunmuşdur: Qaranqu axşam olanda güni toğan! Qar ilə yağmur yağanda ər kibi 
turan!  Qaraquc  atları  kişnəşdirən!  Qızıl  dəvə  gördügində  bozlaşdıran!  Ağca 
qoyun gördügind
ə  quyruq  çırpub  qamçılayan!  Arqasını  urub  bərk  ağılın  ardın 
sök
ən! Qarma-bügəc simüzin alub tutan! Qanlu quyruq üzüb çap-çap yudan! 
Avazı qaba köpəklərə qovğa salan! Çaqmaqluca çobanları dünlə yügürdən! 
 
45 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Qul  Əlinin  “Qisseyi-Yusif”  əsərində  semit və  türk kökənli xitablar daha 
geniş  yayılmışdır:  “Yə  Cəbrail, ol Yusifə  qılğıl  dərman, Həm risalət,bəşarəti 
k
əltür imdi; -Ol Cəbrail  aydır:  Yusif,  imdi  turğıl,  Bu  qovağa  yabuşuba  tışra 
varğıl; - Munlar aydır: Əya Məlik, bizə inan! Tilimizə gəl tutmaqıl hərgiz güman; 
-
Qardaşların bu işləri nədən qıldı? Oğlum, sən bu hala netə düşdün imdi. 
Türk dill
ərinin  ən qədim  yazılı  abidələri olan Göytürk Orxon-Yenisey 
kitab
ələrinin dilində xitablara bol-bol rast gəlinir Məsələn: ...tokuz oğuz bəgləri, 
bodunı,  bu  sabımın  edgüti  esid,  katığdı  tinlə!  (...doqquz  oğuz bəyləri,  xalqı,  bu 
sözümü yaxşıca eşid, möhkəmcə dinlə!; -Ol yirgərü barsar, türk bodun, öltəçisən 
(O yer
ə doğru getsən, türk xalqı, öləsisən); –Ögün! Kərgünin üçün igidmiş bilgə 
kağanına,  ermis,  barmıs  edgü  ilinə  kəntü  yanıltığ,  yablak  kigürtik  (Ayıl!  İtaət 
etdiyin üçün (s
əni) yüksəltmiş  müdrik  xaqanına,  axar-baxarlı  yaxşı  elinə  özün 
yanıldın, pislik gətirdin) və s. 
Ara sözl
ər və  birləşmələr  əksərən cümlənin  əvvəlində  müşahidə  olunsa da, 
cüml
ənin daxilində və sonunda da işlənir. Məs.: Xülasə, oruş bayramına yoxun, qə-
rd
əşdər Təbrizdə görüşüllə; Əlqəza, padşah gejə vəsiyyət elədi; Beləlığnan, şah ca-
nın əldən verip; Də:sən, yağış yağajax; Əttöbə, mənimişdən xəbərim yoxdu və s. 
Dilimizd
ə bir sıra sözlər var ki, onlar başqa nitq hissələrindən, demək olar 
ki, tam t
əcrid  olunmuş  və  modal sözə  çevrilmişdir.  Əlbəttə, beləliklə, nəhayət, 
t
əəssüf, yəqin, güman ki, sanki, həqiqətən və s. belə sözlərdəndir. Bunlar sintak-
sisd
ə  yalnız  ara  söz  vəzifəsində  çıxış  edir;  məs.:şübhəsiz,  doğrudur,  /doğır-
dan/doğırdannan, deməli,/deməlu, deyəsən, görünür/görükey, görəsən, bilirsənmi 
/bileys
ən/ bileysenmmi və s. belə sözlərdəndir. 
Dialekt v
ə şivələrimizdə onların müxtəlif fonetik variantları ilə yanaşı, ədəbi 
dild
ən fərqli modallıq ifadə edən sözlər də geniş yayılmışdır. Əsas nitq hissələri 
il
ə əlaqəni kəsməmiş bu cür ara sözlərə morfoloji tərkibinə görə həm adlarda, həm 
d
ə  fe`llərdə  rast gəlirik:  doğrusu/doğrisi,  lamahlıma/namahlıma,  allahvara, 
şəhsız,  həlbət, qəhəti budu, öləciyəm  axı  (sözün  düzü),  əlgərəz,  xılasa, sən 
bil
ən/sən biləni, mənə qalsa/mənnən olsa, deməmişgən, uzun sözun güdəsiəlqəza, 
bel
əlığnən, dordan da, do:rdan-do:risi; qərəz, düzülü, gerçəxli, mənim varanıma, 
m
ənim  vaz(d)ıma,  həlvət,  yaqın,  birimci;  doğrısi,  doğırdən,  hökman,  sözsız, 
namahlımə,  nabədə,  mağıl,  gavar/gava,  sözgəlişi,  muxdəsər, mənım  zəndımə; 
incavara(yaxşı ki), vaynaçarı (heç olmasa), fərəzən (tutaq ki), yanıkı-yanı, əqəllən 
(heç  olmasa),  nağılı-tül (nəhayət), eyhanə  (təsadüfən), kürə  sözü (türkün sözü), 
m
əxləs (xülasə), məğəl (yaxşı  ki),  gərəx, mətləb,  illa,  hağət, düezi, incəvara, 
h
ərvət, düzdihdən, bəlkəm, diyənə, fərəzü  Feli ara sözlər:  qaldı-yetişdi, 
dey
əsən/diəsən, demək/deməy, deməli/deməlu, sən demə/demə,  tutağ/tutax, 
gör
əsən, görünür/görükey, açığin desöy (ək.ş.). 
Göründüyü  kimi, 
ədəbi dildə olduğu kimi dialekt və şivələrimizdə də ismi 
ara sözl
ərin  sayı  feli  ara  sözlərin  sayına  nisbətən çoxdur. Ara sözlərin bir 
qismind
ə  modal münasibət  qoşmaların  iştirakı  ilə  formalaşır;  eşitdiyimə 
 
46 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə