Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə17/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   13   14   15   16   17   18   19   20   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
B. 
MƏMMƏDOV  
 
ETNO
TOPONİMLƏRİN TARİXİ-LİNQVİSTİK MÜSTƏVİDƏ TƏDQİQİ 
(Xaçmaz rayonu toponiml
əri əsasında) 
 
Açar sözl
ər: etnonim, toponim, linqvistik, oykonim 
Ключевые слова: этноним, топоним, лингвистик, ойконим 
Key words: etnonim, toponim, linguistic, oykonim 
 
Şimal-Şərq  rayonlarımızdan  sayılan  Xaçmaz  rayonu  onomastik  vahidlərlə 
z
əngin ərazilərindəndir. Xaçmaz rayonunda yerləşən etnotoponimlər aşağıdakılar-
dır: Padar, Qaracik, Qaracik Zeyid, Qaradağ Buduq, Yergüc, Şıxhaput, Cığatay, 
Qaraqurdlu. 
Padar.  Padar oykonimin
ə  Ağsu, Dəvəçi,  Hacıqabul,  Qubadlı,  Oğuz  və 
Xaçmaz rayonlarında rast gəlinir. Bu oykonimlərin adı oğuz-səlcuq tayfalarından 
biri olan padarların adı ilə bağıdır. Tədqiqatçıların fikrincə, padar tayfaları Elxa-
nil
ər dövründə  (XIII  əsr) Orta Asiyadan Cənubi Azərbaycana gəlmiş,  Səfəvilər 
dövründ
ə isə dağlı tayfaların basqınlarının qarşısını almaq məqədilə Azərbaycanın 
şimal bölgələrinə köçürülmüşdür. Sonralar padar tayfaları Azərbaycanın müxtəlif 
ərazilərinə  səpələnmişlər. Mənbələrin məlumatına  görə,  XIX  əsrdə  Cavad qəza-
sında yaşayan padarlar ilxıçı, qaraçörüklü , axtaçı, pölüklü, küyülçü və s. kimi 20 
tir
ədən və 218 ailədən ibarətdir. (1.səh,150) 
Qaracıq,  Qaracıq  Zeyd.  Bu  oykonimlərin hər  ikisi  Xaçmaz  rayonundadır. 
Qa
racıq oykoniminin etimologiyası haqqında “Azərbaycan toponimləri ensiklope-
dik  lüğəti”ndə  yazılır:  Mənbələrin məlumatına  görə, XVIII əsrdə  Qarabağ  xanı 
P
ənahəli  xanın  Naxçıvanın  Qaracuq  (Qaracıq)  kəndindən  Qarabağa  köçürdüyü 
k
əngərlilərin bir hissəsini sonralar Qubalı Fətəli xan öz xanlığının ərazisinə apar-
mışdı. Kənd də həmin ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Qaracıq 
(Qa
racuq )“qalın çubuqluq” mənasını bildirir. Naxçıvanda cığ müstəqil söz kimi 
indi d
ə  qalmaqdadır.  Cığ  söyüd  çubuqlarından  toxunulur,  yayma  lavaş  çörəyini 
onun üstünd
ə aparırlar. (1.səh, 21). 
B
əzi tədqiqatçılar  oykonimlərin tərkibində  işlənmiş  cıq  elementinə  şəkilçi 
ki
mi yanaşır. Qalibə Hacıyeva “Şərqi Azərbaycan Ostanının toponimləri” mövzu-
sun
da yazdığı avtorefaratda cıq hissəciyi barədə yazır; “-cıq,(-cik, -cuq,-cük). Di-
limizd
ə müəyyən leksik vahidlərə qoşularaq kiçiltmə mənasını bildirən bu şəkilçi 
b
əzən toponimlərin də tərkibində həmin anlamı ifadə edir. Məsələn, Meydancıq, 
Bağçacıq,  Dərəcik,  Mollacıq,  Qalacıq(Təbrizdə),  Alacıq  (Meşkində),  Əfşarcıq 
(Miyanada) .” 
Fikrimizc
ə,  qeyd  olunan  qaracıq  oykonimi  mürəkkəb  quruluşlu  etnotopo-
nim
dir.  Buradakı  “qara”  sözü “böyük”  cıq  sözü  isə  qədim  türk  tayfalarından 
 
40 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
birinin, Çik tayfasının adıdır. Çik tayfa adı kimi Orxon Yenisey abidələrində də 
işlədilmişdir. 
Qaradağ, Buduq. Qaradağ Buduğ oykonimi Xaçmaz rayonu Samur-Dəvəçi 
ovalığındadır.  Bu  kəndin sakinləri  Qubanın  Buduq  kəndindən  Ağyazı  Buduq 
k
əndinə, oradan da Qaradaq Buduq kəndinə  gələrək məskunlaşmışlar.  Qaradağ 
Buduq oykoniminin formalaşmasında Buduq xalqı mühüm rol oynamışdır. Buduq 
etnik qrupu tarixi v
ə etnoqrafik cəhətdən az araşdırılan xalqlardandır. 
T
ədqiqatçıların  fikrincə, Quba rayonu ərazisində  yerləşən Buduq kəndi 
Qafqaz  Albaniyası  dövründə  salınıb  Buduq  etnonimi  mənası  türk  dillərində 
“d
əliqanlı hirsli” anlamında işlənir. Buuduqlular isə özlərinə “budad” deyirlər. 
Buduqlular  haqqında  tarixi  mənbələrdə  də  danışılır.  XIII  əsrin sonu, XIV 
əsrin  əvvəllərində  yaşamış  Fəzlullah Rəşidəddin “Came ət-təvarix” (Tarixlərin 
toplusu) 
əsərində buduqlular haqqında məlumat verir. 
1607-ci ild
ə  Səfəvi  hökmdarı  I  Şah  Abbasın  buduqlular  haqqında  fərman 
verm
əsi də  məlumdur. XVIII-XIX  əsrlərdə  Quba  xanlarının  Həsənəli və  Fətəli 
xanın,  Şeyxəli  xanın  buduqlular  haqqında  fərmanlar verməsi  faktları  da 
m
əlumdur. 
A.A.  Bakıxanov “Gülüstani-İrəm”  əsərində  buduqlular  haqqında  məlumat 
verir. Buduqlular buduq dilind
ə  danışır  və  onları  islam  dininə  inanırlar.  Bəzi 
m
ənbələrdə isə buduqluların türk tayfalarından biri olması göstərilir. 
Yergüc. Yergüc k
əndini Quba rayonu ərazisindən köçüb gəlmiş  azsaylı 
yergüc xalqı salmışdır. Yergüc oykonimi də həmin azsaylı xalqın adı ilə bağlıdır. 
T
ədqiqatçıların  fikrincə, oykonim “güclü yer”, “münbit torpaq” 
m
ənasındadır.  Eyni  zamanda  tədqiqatçıların  bir  qismi  er  güc  sözünün  birinci 
komponentini qırazların ümumi adı hər etnonimi ilə əlaqələndirir və yer sözünü 
h
əmin etnonimin fonetik şəkli hesanb edirlər. Oykonimin ikinci komponenti isə 
q
ədim türk dillərində Kuç, quc sözündən olub, “zolaq”, “qurşaq”, “dairə”, “əhatə” 
m
ənalarına bildirir. Fikrimizcə, sonuncu yanaşma daha məntiqlidir. 
Şıxhapıt. Şıxhapıt oykonimi Quba rayonunun Hapıt kədindən gələn ailələr 
t
ərəfindən salınmışdır. Tədqiqatçıların fikrincə, Hapıt kəndindəki Baba Dilim adlı 
şeyxin övladlarından ibarət olan ikinci oba isə Şıx Hapıt adlanır. Verilmiş izahda 
Şıx sözünün mənasına aydınlıq gətirilsə də Hapıt sözü izah olunmur. Fikrimizcə, 
Şıxhapıt  oykoniminin  ikinci  komponenti  haput  sözü  etnonimdir.  Hapıtlılar  isə 
“Şahdağ etnik qrupları”ndandır. 
Prof.Ə.B.Qubatov  “Şahdağlılar  və  dilləri”  əsərində  bu  haqda  yazır: 
“Xınalıqlar,  buduqlular,  qırızlar,  yergüclülər, haputlular və  ceklər tədricən 
özl
ərinin qədim ata-baba yurdlarından daha əlverişli təbii iqlim şəraiti olan qonşu 
Xaçmaz rayonuna da köçmüş, burada yeni yaşayış məskənləri salmışlar. 
Haputlula
rın  xeyli  hissəsi isə  Azərbaycanın  bir  sıra  rayonlarında  – 
İsmayıllıda, Ağdaşda, Qəbələdə və başqa yerlərdə məskumlaşmışlar”. 
 
41 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə