Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə18/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   14   15   16   17   18   19   20   21   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Cığatay,  Cığatay  oykonimi  etnotoponimdir.  Toponim  türkdilli  cağa-
tay/cığatay tayfasının adı ilə bağlıdır. Qeyd etmək istərdik ki, tədqiqatçılar Xaç-
maz rayonu 
ərazisində  Cığatay  kəndinin  salınmasını  Qubalı  Fətəli  xanın  adı  ilə 
bağlayırlar. Belə ki, elmi ədəbiyyatda Cığatayları XVIII əsrdə Fətəli şahın Qara-
bağdan köçürüb Quba xanlığında yerləşdirilməsi kimi fikirlər yer almışdır. 
Qaraqurdlu.  Qaraqurdlu oykonim Xaçmaz rayonu 
ərazisində  yerləşən et-
notoponiml
ərdəndir. Tədqiqatçıların  fikrincə, oykonimi XVIII əsrin  sonlarında 
Qu
ba  xanı  Fətəli  xanın  Qarabağdan  köçürdüyü  kəngərlilərin  qurdlu  tayfasına 
m
ənsub  ailələr  salmışlar.  Başqa  bir  versiyaya  görə  isə  kəndin  tam  adı  Qarasu 
Qurd
lu olmuşdur. Fikrimizcə, Qaraqurdlu mürəkkəb quruluşlu toponim olub Qa-
ra-böyük, Qurdlu-tayfa n
əsil mənaları bildirən sözlərin birləşməsindən yaranmış-
dır. 
 
 
 
 
 
 
 
 
42 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Ş.X. MƏMMƏDOV  
 
SADƏ CÜMLƏNİ GENİŞLƏNDİRƏN VASİTƏLƏRİN 
İNKİŞAF XÜSUSİYYƏTLƏRİ 
 
Açar sözl
ər: dialekt, şivə, ara sözlər, bağlayıcı 
Ключевые слова: диалект, говоры, вводные слова, союзы 
Key words: dialect, subdialect, parenthetical words, conjunction 
 
Dialekt v
ə şivələrimizdə, o cümlədən yazılı abidələrimizdə, klassiklərimizin 
əsərlərində müşahidə etdiyimiz sadə cümləni günişləndirən vasitələrə aid çox zən-
gin materiallar vardır. 
Abid
ələrimizdə, klassiklərimizin əsərlərində vaxtilə işlənmiş bəzi bağlayıcı-
lar bu gün öz işləkliyini itirmişdir. Məsələn, vəli, və lakin// və leykin, leyk, əmma 
(in
diki forma amma) bağlayıcıları XIX əsrin sonu, XX əsrin əvvəllərindən işləkli-
yini itirm
əyə başlamışdır: -Cansən yəqin və lakin arif biliür bu cani; -Müflis tica-
r
ət eylər sərmayəsiz və lakin (vəleykin), Səyi əbəsdir anın sövdası cümlə xəsran 
(N
əsimi). Nuru eyni həq kitabidir vəli, Surətin nəqşi  durur  quranımız  (Nəsimi); 
G
ərçe gün xoşdur vəli, Rüxsarin ondan yaxşıdır (Xətai) və s. H.Mirzəzadə yazır 
ki, n
əsr əsərlərinin dilinə nisbətən şeir dilində və lakin/ və leykin bağlayıcısının 
b
əsit forması olan vəli bağlayıcısı daha çox işlənmişdir. Klassik şeir dili normala-
rına münasib olan bu bağlayıcı XIX əsrin əvvəllərindən zəifləməyə başlamışdır. 
Əmma və vəli bağlayıcıları Cənubi Azərbaycan soydaşlarımızın dilində də öz iş-
l
əkliyini saxlamaqdadır: Baxdı gördü şəhər yoxundu, görükür, əmma acınnan ge-
d
ənmiri; -Tacir dedi: arvad, beş gün tez, beş gün gec axır ölacağam, əmma/amma 
ür
əgim yanır mənim oğluma və s. 
XIX 
əsrin ortalarına qədərki ədəbi dilimizdə həmcins üzvlü cümlələrin bəzi 
qu
ruluş modelləri indikindən fərqlənir. Məsələn, tabesiz bağlayıcılar qrupuna da-
xil olan v
ə bağlayıcısı cümlədə həmcins üzvün sayı qədər işlənmişdir. Lakin dili-
miz in
kişaf  etdikcə    bağlayıcısının  işlənmə  dairəsi tədricən məhdudlaşmışdır. 
Ərəbcədən gələn bu yad modelin orta əsr Azərbaycan yazı dilində bu qədər sabit 
şəkil almasına baxmayaraq, folklar janrına və danışıq dilinə dərin nüfuz edə bil-
m
əmişdir. Təsadüfi deyildir ki, şifahi ədəbiyyatımızın qədim abidəsi “Kitabi-Dədə 
Qor
qud” dastanlarının dilində - ilə başlayan və onun təkrarı ilə qurulan cümlələ-
r
ə təsadüf edilmir. Orta əsrlərin şeir dilində və bağlayıcısına az hallarda rast gəli-
nir. Bu bar
ədə H.Mirzəzadə yazır ki, şübhəsiz, bunun əsas səbəbi həmin bağlayı-
cının şeir dili üçün münasib olmaması və ifadədə ağırlıq törətməsidir. Nəsr dilində 
bunun tamamil
ə əksini görürük. Bir neçə əsr davam edib gələn nəsr dili material-
la
rının dili bu cəhətdən maraqlıdır; məs.: Bu bir hikayətdür diməlü və bir qissədür 
eşitməlu və  bivaqiədür olmalu (Şühədanamə)  -Yasəmən iyləmək bəlğəmdən və 
sövdadan v
ə yeldən olan (baş ağrılarını) dəf edər, təcrübədən keçibdir; -Sonra şə-
rabi niluf
ər və  yaxud bənövşə  şərabın  içirələr və  yaxud təməri-hindi və  ya  ərik 
 
43 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
şərbəti içirələr. Göstərən saətdə dövrani fələk bir inqilab, Həm özi fani olur, həm 
l
əşkəri, həm kişvəri (Füzuli). 
Dialekt v
ə şivələrimizdə ədəbi dilimizdəki birləşdirmə -ilə, və bağlayıcıları 
–nan, -n
ən şəkilçiləri ilə ifadə olunur: məs.: Odnan otunki tutmaz (yəni, odla ot bir 
yerd
ə  olmaz);  Əmimnən  qonşımız  hər  il  yaylağa  çıxeylər və  s.  Nitq sahibinin 
m
əqsəd və məramından asılı olaraq işlənən belə cümlələrdə baş və ikinci dərəcəli 
üzvl
ər tələb olunduğu səviyyədə bir neçə dəfə təkrar olunur. 
Dialekt v
ə şivələrimizdə həmcins üzvlü sadə cümlələrə daha çox nağıllarda 
rast g
əlmək olur. Tiplərinə  gəlincə  qeyd etməliyik ki, dialekt və  şivələrimizdə 
h
əmcins xəbərli sadə cümlələr o biri tiplərə nisbətən daha çox işlənir. Məsələn: -
Uni g
ətürrüg, buğur teşti gətürrüg, tökürüg, əliyirüg, sui gətürrüg, tökürüg unun 
üss
ə, xəmir yoğurrug, asırruğ saci, oxloyi gətürrüg, nazig-nazig yayıruğ, təpitmə 
t
əpdürüg (Şamaxı, Göyçay);-Sə:r durruğ, üzimizi, əlimizi yü:rüğ, çörə:mizi yi:rük, 
g
əllük pambığ yığmağa (Şir.) 
Dilimizin Ç
ənbərək və Karvansaray şivələrində də həmcins üzvlərin işlən-
m
əsində maraqlı xüsusiyyətlər müşahidə edirik: Bəzən həmcins mübtədalı cümlə-
l
ərdə xəbər işlənmir. Məs.-Mən də dağa, Piri də; -Hasan da yola, Afdoy da; -Mal 
da arxaca, buzoy da. 
Bu şivələrdə həmcins üzvlər aşağıdakı şəkildə özünü göstə-
rir: 1.Cüml
ənin həmcins üzvləri –dı, -di şəkilçiləri ilə işlənir; məs.: -Əlidi, Məm-
m
ətdi, Hasandı, Hajıdı  boş gəzillər buralarda; -Taxıldı, otdu, tütündü yığılması 
bir yer
ə düşdüyünə örə çətinnix çəkirix. 2.Bəzi hallarda həmcins xəbərli cümlələr-
d
ə  həm xəbər  şəkilçiləri  saxlanılır,  həm də  bağlayıcı  işlədilmir; məs.:  -İrəli kö-
mürd
ən  dolduracağdılar,  aparacağdılar,  satacağdılar,  bir  tə:r dolanacağdılar 
(Ağkilsə.).  –Armıdı  çuallara  yığacağdılar,  üxlə:cəydilər, Yelnofa aparacağdılar. 
3. B
əzən yainki, yainki də bağlayıcıları ilə düzələn həmcins üzvlü cümlələrdə xə-
b
ərlə  yanaşı  olaraq,  yer  zərfliyi də  sadalanır;  məs.:  -Ehtiyacım  olanda  yainki 
Ecevana edir
əm, yainki Çarxac edirəm, yainki də Qazağ e:dirəm; - Savax yainki 
Cıvıxlıy (a) edəjəm, yainki də dağ edəjəm; - Biri varıydı, biri yoxuydu, Əhməd şah 
ad
dı bir paccah varıydı; - Ay camahat, məni öldürmüyün, sürgün eliyin arvadım-
nan, uşağımnan çıxım gedim; -Bir özüydü bir arvadıydı, iki də oğlan uşağ; - İraq-
türkman l
əncəsində  söz birləşmələrinin  asılı  və  ya  əsas tərəflərinin həmcins 
olması  hallarına  da  rast  gəlinir:  Məsələn:  Gəlinin  sağdış,  solduşu  olur;  Kərkük 
öil
əri, camələri rəngarəng boya ilə suslanırdı; -Palançılar, suvağçılar, pinəçilər 
v
ə digər ismlərlə tanınmış pazarlarımız vardır və s. 
Ədəbi dildən fərqli olaraq dialekt və şivələrimizdə bağlayıcılı həmcins üzvlü 
sad
ə cümlələrə az təsadüf edilir. Həmcins üzvlü sadə cümlələrdə ən çox ən çox 
aşağıdakı bağlayıcılara rast gəlmək olur. Məsələn: -Gah oxiyir, gah oxımır, heç 
onun  işinnən  baş  çıxartmağ  olmır  (Bakı);  -Nə  oxiyir, nə  işdi:r  (Bakı)  –  Nə  özi 
yiy
ər, nə özgiyə verər, iylədər itə verər (Şərur); Ədəbi dildə olduğu kimi, dialekt 
v
ə  şivələrimizdə  də  bəzən həmcins xəbər  buraxılır. Məsələn: Toyçi, sazandar 
c
ətirillər. Xörəyi ye:llər, çay içillər, cedillər cəlini cətirillər (Ord.) -Səbəhnən 
 
44 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə