Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə16/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   12   13   14   15   16   17   18   19   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
can  dilinin  qloballaşma  şəraitində  zamanın  tələblərinə  uyğun  istifadəsinə  və 
ölk
ədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respub-
likası Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı Azərbaycan dilinin inki-
şafı tarixinin ən əlamətdar hadisələrindən birinə çevrildi. 29 may 2012-ci il tarixdə 
is
ə ölkə rəhbərinin imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi 
adına  Dilçilik  İnstitutunun  maddi-texniki  bazasının  gücləndirilməsi haqqında” 
dig
ər Sərəncamla AR Prezidentinin ehtiyat fondundan AMEA-ya bu məqsədlə 2 
milyon manat v
əsait  ayrıldı.  Azərbaycan  dilinin  qloballaşma  şəraitində  zamanın 
t
ələblərinə  uyğun  istifadəsini və  ölkədə  dilçiliyin  inkişafını  nəzərdə  tutan bu 
s
ənədlər, ilk növbədə, AR Prezidenti İlham Əliyevin xalqın ən böyük milli dəyər-
l
ərindən olan ana dilimizə sevgisinin, diqqət və qayğısının daha bir nümunəsidir. 
Ana dilini sev
ən, onun incəliklərinə bələd olan bütün ziyalılarımızın ümumi 
bir  narahatlığının  –  bəzi mətbuat  orqanlarında,  radio  və  televiziya  kanallarında, 
küç
ə və meydanlardakı afişalarda ədəbi dil normalarının pozulması, Azərbaycan 
dilinin leksik v
ə qrammatik qaydalarına əməl olunmaması kimi halların Prezident 
s
ərəncamı  səviyyəsində  aktuallaşdırılması,  dilçi  mütəxəssislər üçün sevindirici 
faktdır.  Bu  məsələlər  həmişə  Dilçilik  İnstitutunun  diqqət mərkəzində  olmuş, 
h
əmin  arzuolunmaz  halların  aradan  qaldırılması  məqsədi ilə  mövcud imkanlar 
daxilind
ə müəyyən tədbirlər görülmüşdür. 
2010-cu il iyunun 25-d
ə Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan Mətbuat 
Şurası  ilə  birgə  “Kütləvi informasiya vasitələrinin dili” mövzusunda respublika 
elmi konfransı keçirmişdir. Konfransın materialları çap olunmuş, radio və televi-
zi
ya işçilərinə tövsiyələr verilmişdir. Həmin konfransda reklamların dili də ayrıca 
müzakir
ə mövzusu olmuşdur. 
2010-
cu il dekabrın 27-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda keçiril-
miş respublika elmi konfransında isə ali məktəblərdə dilçilik üzrə dərsliklərin dili 
müzakir
ə obyekti olmuşdur. Həmin konfransda respublikamızın aparıcı ali mək-
t
əblərinin mütəxəssisləri iştirak etmiş, konkret nöqsanlar araşdırılmış, onların ara-
dan qaldırılması yolları göstərilmişdir. 
2011-ci ilin iyununda “Nitq m
ədəniyyəti və  terminologiyanın  aktual 
probleml
əri” respublika elmi konfransı təşkil edilmişdir. Həmin konfransda etiket 
v
ə nitq mədəniyyəti, televiziya və radio aparıcılarının nitqi, nitq mədəniyyəti və 
orfoqrafik norma, düzgün t
ələffüz  qaydaları  kimi  məsələlər hərtərəfli təhlil 
olunmuş, tövsiyələr verilmişdir. 
Bütün bu t
ədbirlərdə  mütəxəssislər tərəfindən verilən təkliflərin, irəli 
sürül
ən tövsiyələrin nəzərə  alınması  peşəkarlıqdan  əlavə, həm də  vətəndaşlıq 
m
əsuliyyəti məsələsidir.  Bu  baxımdan  ümid  edirik  ki,  Azərbaycan  Respublikası 
Prezidentinin yeni S
ərəncamı  dil  normalarına  əhəmiyyət verməyən kəslərin 
m
əsuliyyətini artıracaqdır. 
AMEA Humanitar v
ə  İctimai  Elmlər Bölməsi və  Nəsimi  adına  Dilçilik 
İnstitutunun  keçirdiyi  “Ölkədə  dil  situasiyası”  Respublika  elmi  konfransı  da  bu 
 
38 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
sah
ədə  görülmüş  məqsədyönlü  işlərin məntiqi  davamı  və  qloballaşma  ilə  bağlı 
m
əlum Prezident sərəncamının yerinə yetirilməsi sahəsində daha bir addımdır. 
Az
ərbaycan dilində internet resurslarının formalaşdırılması, elektron və in-
teraktiv d
ərsliklərin hazırlanması ilə bağlı Sərəncamda öz əksini tapmış müddəa-
lar Az
ərbaycan dilçilik elmi qarşısında  mühüm  vəzifələr müəyyənləşdirir. 
AMEA-
nın Nəsimi adına Dilçilik İnstitutu AMEA Kibernetika İnstitutu, Rabitə və 
İnformasiya  Texnologiyaları  Nazirliyi  ilə  birgə  bu sahədə  bir neçə  ildir ki

əyyən layihələr həyata keçirməkdədir. “Azərbaycan qəzet dilinin tezlik lüğəti”, 
“Az
ərbaycan dilinin əks-əlifba  lüğəti”, “Kitabi-Dədə  Qorqud”un  statistikası”, 
“M
əhəmməd Füzulinin nəzm əsərlərinin statistikası”, “Azərbaycan dilinin üçcild-
lik tezlik lüğəti” kimi tədqiqatlar dilçilərlə kibernetiklərin və informasiya texnolo-
gi
yaları mütəxəssislərinin birgə əməyinin məhsuludur. 
Az
ərbaycan dilinin internet məkanında  işlənməsi, Azərbaycan dilində 
t
ətbiqi-linqvistik texnologiyaların yaradılması problemləri İnstitutun elmi-tədqiqat 
planlarında  da  öz  əksini  tapmışdır.  Eləcə  də  elmi-tədqiqat  planlarının  tərtibində 
dilçiliyin başqa elmlərlə həmhüdud sahələri, fənlərarası əlaqələrə yer ayrılmışdır. 
Az
ərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi-
nin d
əstəyi ilə həyata keçirilən “Dilmanc” maşın tərcüməsi layihəsi çərçivəsində 
d
ə birgə əməkdaşlıq davam etdirilir. Bütün bu sadalananlar qloballaşma dövrünün 
ruhuna aid yeni istiqam
ətlərin elmi-tədqiqat planlarında nəzərə alındığını göstərən 
nümun
ələrdir. Sərəncam bu qəbildən olan araşdırmaların daha da genişləndirilmə-
sin
ə, müasir dünya dilçiliyinin nəzəri səviyyəsinə uyğun problemlərin işlənməsinə 
böyük töhf
ə verəcəkdir. 
Qloballaşma dövründə Azərbaycan dilçilik elminin dünya elmi, texnikası və 
tex
nologiyalarının prioritet istiqamətlərinə uyğun təşkili və planlaşdırılmasına bö-
yük ehtiyac vardır. Fəlsəfə, psixologiya, tarix, coğrafiya, informasiya texnologiya-
la
rı ilə bağlı müştərək tədqiqatlar  genişləndirilməlidir. Müasir elmi araşdırmalar 
z
əminində dilin tədrisi ilə əlaqəli tədqiqatlara diqqət artırılmalıdır. Dil və cəmiy-
y
ət, sosioloji amillərin dillərə təsiri məsələləri kompleks şəkildə işlənməlidir. Dil-
çilik elminin t
əhsil və  istehsalatla  inteqrasiyası  təmin edilməlidir.  Qloballaşma 
dövründ
ə qarşıda duran əsas vəzifələr dilçiliyin informasiya təminatının gücləndi-
rilm
əsi, dilçilik tədqiqatlarının  xalqımıza  məxsus milli-mənəvi dəyərlərlə  əlaqə-
l
əndirilməsi və  azərbaycançılıq  məfkurəsi mövqeyindən  araşdırılması,  dilçilikdə 
az
ərbaycançılıq məfkurəsinin konseptual əsaslarının işlənilməsidir. 
Əminəm ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə 
uy
ğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 
AR Prezidentinin 23 may 2012-ci il v
ə “Azərbaycan Milli Elmlər Akademiyasının 
N
əsimi  adına  Dilçilik  İnstitutunun  maddi-texniki  bazasının  gücləndirilməsi 
haqqında” 29 may 2012-ci il tarixli sərəncamlarından irəli gələn vəzifələrin uğurlu 
icrası Azərbaycan dilinin inkişafında yeni bir mərhələnin əsasını qoyacaqdır. 
 
 
39 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə