Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə13/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   9   10   11   12   13   14   15   16   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Bel
əliklə,  yuxarıda  qeyd  edildiyi  kimi,  leksemin  ən qədim mənasının 
rekonstruksiyası  tam  analiz  üçün  çox  vacibdir.  Lakin  bu  faktla  bərabər ortaya 
linqvistika baxımından vacib yeni bir sual çıxır – əsasən etnolinqvistik mahiyyətə 
malik  olan  fonetik  variantlar.  Bununla  bağlı  Q.Kazımovun  fikri  maraq doğurur: 
“Danışıq  səsləri  əsasən sabit olur və  nisbətən az dəyişikliyə  uğrayır.  Lüğət 
t
ərkibində  inkişaf  və  yeniləşmə  daha güclü olur”(4:15). Tədqiq olunan 
lekseml
ərdə  türk dilləri üçün səciyyəvi olan \–k  –q\  fonetik  keçidi  müşahidə 
olunur. Bildiyimiz kimi, anlautda samitl
ərin  karlaşması  və  cingiltili samitlərin 
d
əyişkən vəziyyəti bu dillər  üçün  tipik  haldır.  Ümumiyyətlə, türk dillərinin tam 
fonetik  quruluşu  onu  göstərir ki, qədimdə  fonematik samitlərin  miqdarı  çox 
m
əhdud olub: müasir türk dillərində  müstəqil olan samitlərin bir çoxu qədimdə 
distributiv vahidl
ərin tərkibinə daxil edilirdi. Məsələn: j-y (dy, ty)-ny-n, b-p-m; z-s 
v
ə s. kar və cingiltili samit cütləri. 
M
əsələn, müasir Azərbaycan dialektlərində  bu  fonetik  fakt  M.  Şirəliyev 
t
ərəfindən aşağıdakı şəkildə qeyd edilir: “-k-q-k foneminin -q. foneminə keçməsi 
Qazax v
ə  Naxçıvan  şivələrinin bəzi sözlərində  müşahidə  olunur. Lakin bu 
fonemin anlautda istifad
ə edilməsində bu şivələr fərqlənirlər. Məsələn, Naxçıvan 
şivəsində  \q\  səsi  –  incə,  qapalı  saitlərdən,  Qazax  şivəsində  isə  –  qalın,  qapalı 
saitl
ərin önündə işlədilir: qüçə, qişi (Az. dil.Naxçıvan ş.), quçə, qıççıx, qunc (Az. 
dil.Qazax.ş. ). 
“Qu  quşlu”  tatar-çalkanların  dialektlərini tədqiq edən N.Baskakov qeyd 
edir: “çalkan dialektind
ə,  ədəbi Altay dilində  və  həmçinin digər dialektlərdə 
müşahidə  olunur ki, ilk növbədə, müstəqil fonem kimi kar və  cingiltili samitlər 
z
əif fərqlənirlər, yəni onların tam diferensiallaşması yoxdur; xüsusən bu hal özünü 
aşağıdakı kar və cingiltili samit cütlərində büruzə verir :\ b-p\,\  d-t\,\  q-k\,\  z-s.\ 
(3:19)” 
Bu proses dig
ər  qıpçaq  qrupu  türk  dillərində  muşahidə  olunur. Məsələn, 
özb
ək dilinin karluk şivəsindən misallar gətirmək olar: kürək-kürəq, yürək-yürəq
D. Nasırov qaraqalpaq dili materiallarını Mahmud Qaşqarlının lüğəti ilə müqayisə 
ed
ərək  qeyd  edir:  “Lüğətdə  samit və  sait sahəsində  dil və  dialekt  arası  bir  sıra 
uyğunluqlar var. Bunların ən vacibi: cingiltili –\q\\- ğ\, və kar \- к\: bükte-büqde, 
bışık-bışığ  samitlərin  uyğunluğu.  Bu  uyğunluqların  bəzilərində  kar variant 
üstünlük t
əşkil  edir:  karğa,  kümüş,  kirpi,  kerpiç,  kertti.  Qaraqalpaq  dilinin 
dialektl
ərində cingiltili variant üstünlük təşkil edir ki, görünür bu da oğuz irsidir: 
qeme, qöpü ğarqa, qümüs, qertti. (5:164) 
Oğuz qrupu türk dillərində əks proses müşahidə olunur.Mövzunun davamı 
olaraq qeyd etm
ək  lazımdır  ki,türk  dilinin  Ərzurum  dialektini  tədqiq edən 
Ə.Gemalmaz qeyd edir ki, söz başında damaq samitləri cingiltiləşir,məsələn,\ k-
g\. Eyni fonetik hadis
əni Adana ve Osmaniyə şivələrini tədqiq edən F.Yıldırım da 
qeyd edir: “ Bölg
ələrimizdə heca başında \ –k-g-\ dəyişməsi tez-tez rast gəlinir: 
eski-esgi.(6:119) 
 
32 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Bel
əliklə, linqvistik ədəbiyyatdan görürük ki, anlautda samitlərin karlaşması 
türk dill
ərinin  qıpçaq  yarımqrupu  üçün,  cingilitiləşməsi isə  –  oğuz  yarımqrupu 
üçün s
əciyyəvi haldır. Bu fikri qıpçaq yarımqrupuna aid olan başqırd dilinin mate-
ri
alları da təsdiq edir. 
Etnolinqvistik t
əhlil sübut edir ki, Azərbaycan dialektlərində yuxarıda qeyd 
edil
ən leksemlərdə anlautda cingiltili samitlərin üstünlük təşkil etməsi oğuz dillə-
rinin s
əciyyəvi cəhətidir. 
Lakin bizi bu kökün omonimliyi maraqlandırır. Çünki \ku\\- kü\\-kı\\- qu\\- 
qa\\- gu\\- gü\ söz kökl
ərinin omonim olduğunu qəbul etsək, məntiqi olaraq aşağı-
da
kı yeni bir sual ortaya çıxır – hansı qədim semantika belə bol sözyaradıcılığına 
im
kan yaratmışdır. 
Əgər bir faktı da nəzərə alsaq ki, bəzi sözlərdə hər iki məna – həm səs, həm 
su, qorunub saxlanılıb, o zaman vəziyyət aydınlaşır: küşültü-dəniz dalğasının səsi 
(Az. 
əd. dili), qurt-qurt-qarında quruldama (Az. əd. dili). 
Bel
ə  düşünməyimizə  əsas var ki, ilkin olaraq –ku\\-  kü\\-kı\\-  qu\\-  qa\\- 
gu\\-  gü  leksemi özünd
ə  təbiət hadisələrinin (göy gurultusu, külək və  s.  ), 
h
əmçinin suyun yaratdığı səs-küyü daşıyırdı. Tədricən leksem semantik baxımdan 
daralaraq müst
əqil şəkildə bu və ya digər təbiət hadisələrini ifadə etməyə başladı. 
Daha sonra müxt
əlif türk dillərində  fonetik dəyişikliklərə  uğramış  və  omonim 
sözl
ər cərgəsi yarada bilmişdir . 
 
Ədəbiyyat 
 
1.
 
Mahmud el- 
Kaşgari. Divanü Lügat-it Türk. Serab Tuba Yurt Sevər ve Seçkin 
Erdi. İstanbul, 2005. 
2.
 
İbni – Mühenna Lüğati. Aptullah Battal. 3 Baskı. Ankara, 1997. 
3.
 
Баскаков Н. А. Диалект лебединских татар-чалканцев (куу-кижи). Москва, 
1985. 
4.
 
Kazımov Q. Müasir Azərbaycan dili. Bakı, 2010. 
5.
 
Насыров Д. С. Становление каракалпакского общенародного разговорного 
языка и его диалектная система. Казань, 1977 
6.
 
Faruk Yıldırım.Adana ve Osmaniye illeri ağızları. Ankara, 2006. 
 
 
 
 
 
 
 
 
33 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə