Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə11/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   7   8   9   10   11   12   13   14   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
yenid
ən bərpası bu sahədəki aparılan işləri yenidən canlandırmışdır. Tədqiqat işlə-
rin
ə yeni yanaşma tərzi bu dövrü xarakterizə edir. “Azərbaycan dilinin qıpçaq qru-
pu dialekt v
ə  şivələri” (1990), “Azərbaycan  dilinin  Yuxarı  Qarabağ  şivələri” 
(1995), “Az
ərbaycan dili dialekt və  şivələrinin  antologiyası”  (1996)  və  s. kimi 
qiym
ətli əsərlər öz çapını gözləyir. 
2000-ci ild
ən etibarən Azərbaycan dialektlərinin öyrənilməsinə etnolinqvis-
tik aspektd
ən yanaşma meyli güclənmişdir. Belə ki, son illərdə şöbənin plan işləri-
nin mövzusu v
ə  tədqiqat istiqamətində  yeni  metodların  tədqiqi həyata keçirilir. 
Az
ərbaycan dialekt və  şivələrinin öyrənilməsində  ilk növbədə  tarixi-müqayisəli 
metod 
əsas götürülür. Tarixi-dialektoloji metodunun tətbiqi də dil tarixi məsələlə-
rin
ə bir aydınlıq gətirməyə xidmət edir. Bu istiqamətdə yazılmış ilk monoqrafiya 
v
ə müdafiə edilmiş dissertasiya “Nəsimi dilinin dialekt leksikası”dır (Q.Məmmə-
do
va).  Əsər ilk konkret tekstoloji tədqiqat  olmaqla  İ.Nəsiminin  simasında  XIV-
XV 
əsrlərdə Azərbaycan yazılı ədəbi dilinin əsasında dayanan Nəsimi dilinin şivə 
xüsusiyy
ətlərini təyin etməklə, həm də koyne faktını ortaya çıxarmağa müvəffəq 
ol
muşdur. Məlum olduğu kimi, hər bir ədəbi dil canlı xalq danışıq dilindən seçmə 
v
ə əvəzetmə yolu ilə yaranan, normaya salınan “süni” dildir. Azərbaycan ədəbi di-
li d
ə dialekt əsasına malikdir. Norma məsələsi üzərində də şöbədə dissertasiya ye-
rin
ə yetirilmişdir. N.Qazıyevanın yazdığı “Azərbaycan ədəbi dilinin normalaşma-
sında dialektlərin rolu” dissertasiyası bu aktual məsələyə həsr olunmuş yeni tədqi-
qat işi kimi qiymətlidir. 
Müst
əqilliyin yenidən bərpası dövründə Azərbaycanın cənub şivələri də təd-
qiqata c
əlb  olunmuşdur.  Şöbə  əməkdaşları  G.Binnətovanın  “Azərbaycan dilinin 
Le
rik rayon şivələri” (2006) və Ş.Məmmədovun “Azərbaycan dilinin Yardımlı ra-
yon şivələri” (2007) monoqrafiyaları buna nümunədir. 
Ümumi götürüldükd
ə  2001-2012-ci illər  ərzində  şöbədə  “Azərbaycan dia-
lek
tologiyası” seriyasından prof. Q. Kazımovun rəhbərliyi ilə 13 kitab çap olun-
muşdur. Qeyd etmək lazımdır ki, şöbə əməkdaşlarının tədqiqatları dilçiliyin digər 
sah
ələrinə  də  nüfuz  etmişdir.  Məsələn,  şöbənin  aparıcı  elmi  işçisi  Z.Xasiyevin 
“To
vuzun toponim dünyası (2010) əsəri” toponomik tədqiqatlara dialektoloji ya-
naşma istiqamətindədir. 
Dialektologiya şöbəsində dilçiliyin bu qədim sahəsinin praktik istiqaməti də 
daim diqq
ət mərkəzindədir. Hələ əsası ötən əsrin 30-cu illərində qoyulmuş dialek-
to
loji  lüğətlərin  hazırlanması  işi  bu  gün  də  uğurla  davam  etdirilir.  Belə  ki, hələ 
1999-2003-cü ill
ərdə şöbə əməkdaşlarının hazırladıqları “Azərbaycan dialektoloji 

ğəti” 2 cilddə Ankarada çapdan çıxmışdır. 
Son 10 il 
ərzində şöbənin əməkdaşı S.Behbudovun iki lüğəti nəşr olunmuş-
dur: 2003-cü ild
ə “Azərbaycan dili şivələrinin omonimlər lüğəti” və 2011-ci ildə 
“Az
ərbaycan dili şivələrinin frazeologiya lüğəti”. Bu sahəyə həm də, “Azərbaycan 
dialektoloji lüğəti”nin şöbə əməkdaşları tərəfindən yenidən hazırlanmış nəşrini də 
əlavə  etmək vacibdir. Yeri gəlmişkən, bu əsər və  M.Şirəliyevin “Azərbaycan 
 
27 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
dialektologiyasının əsasları” monoqrafiyaları Respublika prezidentinin xüsusi sə-
r
əncamı əsasında yenidən nəşr edilmişdir (2008). 
H
ələ tərtib proqramı 1958-ci ildə hazırlanmış dialektoloji atlasın ərsəyə gəl-
m
əsi uzun illəri və  böyük zəhməti unutdurdu. 1990-cı  ildə  128 xəritədən ibarət 
“Az
ərbaycan dilinin dialektoloji atlası” nəşr olundu. Tədqiqatın təkrar və yenidən 
işlənmiş variantı 2010-cu ildə ərsəyə gəldi. 
Hal-
hazırda şöbədə şöbə əməkdaşlarının kollektiv əməyi olan “Azərbaycan 
dialektologi
yası”  monoqrafiyası  çapa  hazırlanır.  Alimlərin elmi yaradıcılığı 
dilçiliyin bu q
ədim sahəsinə  yenilik gətirməkdə  davam  edir.  Əməkdaşların  istər 
respublikada, ist
ərsə də xaricdəki elmi konfrans və simpoziumlarda iştirakı qurur 
do
ğurur. Türkiyədə, Polşada, Macarıstanda, Rusiyada Azərbaycan dialektologiya 
elminin nailiyy
ətləri təmsil olunur. 
Az
ərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik M.Kərimov 
öt
ən  ilin  hesabatında  şöbənin fəaliyyətini müsbət qiymətləndirmişdir.  2012-ci il 
23 may tarixli Respublika prezidentinin Az
ərbaycan dilinin “Qloballaşma şəraitin-
d
ə  zamanın  tələblərinə  uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair 
“Dövl
ət proqramı” haqqında 23 may 2012-ci il tarixli sərəncamında Azərbaycan-
da dialektologiya elminin aktuallığı bir daha vurğulanır. Bu da şöbə əməkdaşları 
qar
şısında yeni perspektivlər açmağa imkan yaradır. 
Dialektologiya  şöbəsinin bu sərəncamdan irəli gələn təklifləri rəhbərliyə 
t
əqdim olunmuşdur. Burada yeni ekspedisiyalardan başlamış yeni istiqamətli mo-
noqrafik t
ədqiqatlara qədər bir çox məsələlər  əhatə  olunmuşdur.  Çünki  mənəvi 
irsin 
ən kamil nümunəsi olan dialekt və  şivələrin  qorunması  və  öyrənilməsi  əsl 
v
ətəndaşlıq işidir. 
 
28 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
İ.M. QURBANOVA  
 
AZƏRBAYCAN DİALEKT VƏ ŞİVƏLƏRİNDƏ BƏZİ OMONİM SÖZ 
KÖKLƏRİNİN ETNOLİNQVİSTİK TƏHLİLİ 
 
Açar sözl
ər: dialektlər, şivə, türk sözləri, etimologiya, leksem, məqalə, kök 
Ключевые  слова:  диалекты, говоры, тюркские слова, этимология, лексема, 
статья, корень 
Key words: dialects, subdialects, turkish language, etymology, leksem, article, 
root 
 
M
əlumdur ki, sözün müasir təbiətini və strukturunu başa düşmək üçün onun 
semantik t
əkamül prosesini izləmək lazımdır. Çünki sözün müasir mənasının tam 
adekvat analizi üçün q
ədim mənasının bərpası zəruridir. Düşünürük ki, türk dilləri 
v
ə dialektlərinin etnolinqvistik təhlili bir çox mübahisəli tarixi məsələlərə aydınlıq 
g
ətirir. Şübhəsizdir ki, dialektlər başqa dillərin təsirinə daha az məruz qalırlar. Bu 
ba
xımdan, dilin müxtəlif inkişaf mərhələlərinə aid söz və terminləri günümüzə qə-
d
ər saxlamış dialekt və şivələrimizin lüğət fondu canlı və etibarlı mənbə kimi çı-
xış edir. Bunları nəzərə alaraq, Azərbaycan dialektlərində omonim söz köklərinin 
müqayis
əli-tarixi aspektdən öyrənilməsi üçün mövcud türk dilləri ilə (türk, özbək, 
xakas, türkm
ən, sarı uyğur, tatar, başqırd, uyğur, çüvaş, qaraqalpaq və s.) yanaşı, 
h
əmçinin imkan daxilində  orta  əsr bulqar-xəzər,  peçenek,  oğuz  və  qıpçaq  dillə-
rinin müxt
əlif mənbələrdə qeydə alınmış materialları da tədqiqata cəlb edilmişdir. 
M
əlum olduğu kimi, Azərbaycan dilində və dialektlərində, həmçinin qohum 
olan türk dill
ərində “səs-küy” sözü -kü\\-qu\\- ğu\\- gu kök əsası ilə ifadə olunur. 
M
əsələn, “Azərbaycan  dilinin  izahlı  lüğəti”ndə  səs-küy, səs, qalmaqal, külək 
m
ənasında, quş və heyvanların səstəqlidi  əsaslı adlarında  yuxarıda qeyd edilmiş 
kök 
əsaslı  onlarla  söz  var:  küy, küy-kələk, küyçü, küy-qalmaqal, gurultu, 
küşkürtmək,  küş-küş,  küşüldəmək,  küşültü,  külək, quq-qu, qurt-qurt, qurultu, 
qışqırdı, guppultu, gurlamaq, gurhagur, gumbultu, gumurlanmaq, qurbağa və s. 
H
əmçinin qeyd edək ki, bir çox türk dillərində eşitmə orqanı qulaq adlanır. 
H
əmin proses Mahmud Qaşqarlı və İbn-Mühənnanın lüğətlərində müşahidə olu-
nur. Müqayis
ə  edək:  qar-qur,  qı,  qıqırdı,  qıqrışdı,  qurı  qurı  (1:234  )  kığırğıcı, 
kovuk (2:43). 
Türk dill
ərinin  materialları  ilə  müqayisə  edək: kürqe (göy gurultusu), 
künürt-(guruldamaq)-oyrot dil. kumandin, tatar-çalkan dial. ; küyqelek (s
əs-küy) 
oyrot dil. tat. -
çal. dial. qısır, quçqur (qışqırmaq) -uyğur dili və onun dial. kanıra 
(qışqırmaq) oyrot dil. kum. dial. və s. 
Dilçilik 
ədəbiyyatlarından məlumdur ki, səstəqlidi leksika bir çox dillərin, o 
cüml
ədən türk dillərinin,  söz  fondunun  inkişafında  böyük  rol  oynamışdır. 
 
29 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə