Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə7/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   2   3   4   5   6   7   8   9   10   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Jurnalistin “metroda neç
ə nəfər qalmışdı?” sualına metro rəisi “iki tam onda 
beş”, – deyə cavab verir. Nazirlərdən biri belə deyir: “Biz bütün bu olanları 90 
milyo
n  xalqımıza  sübut  edəcəyik”.  İcra  başçılarında  biri:  “Prezidentin  verdiyi 
s
ərəncam bizə çox ləzzət verdi”. 
Dil normasını pozmaq həyatı xaotik yaşamaq kimi deyilmi? Əgər hər mə-
qamda dilimizin nizam-intizamina riay
ət etsək, bu zaman o bütün gözəllik və də-
rinliyi il
ə bizə xidmət edər, fikrimizi daha aydın və təsirli şəkildə çatdırmaq imka-
nı  yaradar. Əks-təqdirdə dünyanın  ən gözəl dilləri sırasında olan, türk dillərinin 
tacı sayılan Azərbaycan dilinə düşmənin edə bilmədiyi ziyanı vurmuş olarıq. 
Sonda bu q
ədər bəla görmüş dilimizə acıyır, onun etibarlı əllərdə olması ar-
zu
lanır. Soyqırım, torpaq acısı çəkmiş millətimiz dil acısı çəkməsin deyə, hər va-
sit
ə ilə onu təbliğ etməli, əvvəl özü ondan baş çıxarmalı, sonra onu sevməli, daha 
sonra is
ə sevdirməlidir. Azərbaycana işləməyə gələn əcnəbiləri bu dildə danışma-
ğa cəlb etməlidir. 
Əsrlərin sınağından çıxıb bizə ərməğan şəklində çatan dilimizi müstəqil Və-
t
ənimiz kimi qorumalı, ona xələl gətirməməliyik! 
 
 
17 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
K.H. 
İMAMQULİYEVA  
 
AZƏRBAYCAN XALQININ DİLİNDƏ VƏ 
MƏİŞƏTİNDƏ DAŞ DÖVRÜNÜN İZLƏRİ 
(Etnolinqvistik t
əhlil) 
 
Açar sözl
ər: xart-, dibəx', məişətdə daş əşyalar, kök-morfem 
Ключевые слова: xart-, dibəx', каменные вещи в быту, диалект, корень-мор-
фема. 
Key words: xart-, dib
əx', the stone things in the life, subdialect, root-morhfem. 
 
Az
ərbaycan xalqının məişətində bu gün belə daş alətlərdən istifadə olunması 
bu xalqın qədimliyindən xəbər verdiyi kimi, öz adət-ənənəsinə bağlı olduğunu da 
göst
ərir.  Daş  alətlərin mahiyyəti,  onları  ifadə  edən sözlərin leksik anlamı 
(xartdaşı//xart “kəsici alətləri itiləmək üçün daş alət”, dibəx' “duz, yarma, çəltik və 
s. döym
ək  üçün  içi  oyulmuş  daş”,  kəvər//çəfər  “su süzmək  üçün  daş”,  ətdaşı 
“üstünd
ə ət döymək üçün alət”, əhdaş//əhdəş “həcət, gündəlik istifadə olunan hər 
hansı  bir alət”,  əldaşı//kirkirə//kilkilə  “əldəyirmanı”,  əpbəx'daşı  “üzərində  yuxa 
yaymaq üçün daş alət”, daş axur “üzümü əzib suyunu şıxartmaq üçün novlu daş 
al
ət” və s.) səs təqlidi (yamsılama) → hərəkət → ad → əlamət istiqamətində yeni 
m
ənaların yaranması kök morfemləri müəyyənləşdirən başlıca amildir. 
Daş alətlərin müəyyən qismində “daş” ifadəsi saxlanıldığı halda, digər bir 
qismind
ə  bu  sözün  işlənməsinə  ehtiyac  qalmır.  Əslində  söz birləşməsi  şəklində 
olan bu adlarda birl
əşmənin ikinci tərəfi həmin alətin nədən hazırlandığını, birinci 
t
ərəfi  isə  hansı  məqsədlə  işlənəcəyini bildirir. Lakin birinci tərəf dildə  işlənmə 
gücünü artırdıqca ikinci tərəfə etiyac qalmamışdır: xart, dibəx', kəfər// çəfər və s. 
Müasir Az
ərbaycan  ədəbi dilində  əşyanın  hansı  materialdan  olduğunu 
bildir
ən söz birləşmələrində isim sifətləşərək söz birləşməsinin birinci tərəfi kimi 
çıxış  edir:  daş  axur,  taxta  qapı,  gümüş  qaşıq  və  s. Belə  olduqda birinci tərəf 
əlamət, ikinci tərəf isə  əşyanı  ifadə  etməklə  birinci növ təyini söz birləşməsini 
yarad
ır. 
Əgər daş, taxta və s. sözlər ikinci tərəf kimi çıxış edirsə, onda əlamət deyil, 
ad m
ənasını bildirir və çox vaxt ikinci növ təyini söz birləşməsi olur: xart daşı, 
dib
əx' daşı, ət daşı, əpbəx' daşı, əpbəx' taxdası və s. 
Bu birl
əşmələrin birinci tərəfi ikinci tərəfdəki  əşyanın  hansı  məqsədlə 
istifad
ə olunduğunu bildirən hərəkətlə bağlıdır və xart, dibəx', ət, əpbəx'// ətməx' 
kimi sözl
ərin fel əsaslı olduğu danılmazdır. 
“Xart” sözü s
əs təqlidi yolu ilə hərəkət → ad istiqamətində formalaşan (xa + 
r + t) ad –  morfemdir. Bu ad-morfem 
əsasında adlardan fel düzəldən –la şəkilçi 
morfemi il
ə “itilə-“ mənasında işlənən “xartlamaq” feli də yaranmışdır. –Xart çal-
 
18 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
ğını  itiləyən  daşdı  (Borçalı).  –Xartı  ver  pıçağımı  itilədim  (Şərur).  –  Ot çalanda 
çal
ğu:n ağzını xartdi:llər (Şəki). 
Az
ərbaycan  dilinin  şivələrində  “nazik  daş”  mənasında  xirt,  “çınqıl” 
m
ənasında  isə  xitz  sözü  işlənir. Həmçinin “yeyə” mənasında  xirtdix'//xirtix'
qavara//q
əvərə, “əriyib  balacalaşmış  sabun”  mənasında  kirtix',  “hanada ipləri 
nizamlayan al
ət” mənasında  girgid,  “təzə  əyirilmiş  ipin  çıxıntılarını  sıyırmaq, 
hamarlamaq üçün al
ət” mənasında xılxın//kirtiş sözləri işlənir ki, bunların da eyni 
kök-morfeml
ə  bağlı  olduğunu  söyləmək olar. q//x//k//g//ç// + a//ə//o//ı//i  səs 
axarında  yaranan  kök-morfem  –r və  -t  şəkilçi morfemləri ilə  birləşərək bir çox 
sözl
ərin  yaranmasında  rol  oynamışdır.  Qırtmaq,  qopartmaq,  qartdamaq, 
xartdamaq//qırtdatmaq//xırtdatmaq  kimi  fellər, qartmaq//qərtməx' kimi isimlər, 
h
əmçinin  qaşımaq//qazımaq,  qırmaq,  qırtmaq,  qaşıq,  qazıq,  qırıq,  qırxıq  və  s. 
sözl
ər eyni kök-morfemdən törəmişlər. 
Dib
əx' // dibəy // dibəx' daşı (Naxçıvan, Şahbuz, Şərur, Ordubad) − duz, yar-
ma, ç
əltik və s. döymək ücün içi oyulmuş daşdır. Bu məişət əşyası həvəngdəstənin 
il
kin formasıdır. Daha çox duz döymək üçün istifadə olunmuşdur. Naxçıvan ərazi-
sind
ə Duzdağın yerləşməsi, oradan çıxarılan duzun kristal halında olması, kristal 
duzun dib
əkdə döyülməsi bu məişət əşyasının daha qədim olmasından xəbər verir. 
“Dib
ək” sözünün leksik mənasından törəyən və məcazi məna daşıyan “evin dibək 
daşı” ifadəsi də diqqəti cəlb edir. Evin, ailənin yüz yaşdan yuxarı olan üzvü haq-
qında (bəzən mənfi anlamda) söylənilən bu ifadə dibək daşının yaşının çox olma-
sına bir işarədir. “Ömrün duz dağına dönsün” alqışı da təsadüfən işlənməmişdir. 
İfadənin həm  dibək, həm də  dibək  daşı  formasında  işlənməsi diqqəti cəlb 
edir.  Dib
ək  daşı  ifadəsində  ikinci tərəfin  işlənməsi birinci tərəfin ad kimi tam 
formalaşmadığını göstərir. Belə olduqda dibəyin sonrakı inkişaf prosesində  yeni 
bir mode
li─çölmək yada düşür. 
Çolm
ə  (Culfa) // çölməx'  (Gədəbəy,  Şərur,  Naxçıvan,  Ordubad)  //  çölməy 
(Göyçay, Masallı, Lənkəran) xörək bişirmək üçün saxsı qabdır. 
Görünüş  etibari  ilə  dibək və  çölmək bir-  birinə  oxşayır,  lakin  dibək  daşın 

ərisi oyularaq düzəldilən məişət əşyasıdır, çölmək isə gildən hazırlanmış saxsı 
qabdır. Birinci kök-morfem hərəkətlə ─ “döymək” feli ilə bağlıdır: di-// dö-// döy. 
İkinci  kök-morfem isə  dö-//çö-  fonetik dəyişməsi ilə  bağlıdır.  –yıl//-l məchul 
növün 
əlaməti, -bək//-mək isə məsdər şəkilçisidir. 
Sad
əcə olaraq dibək sözü öz struktur quruluşu,  morfoloji anlamı ilə deyil, 
əşyanın zahiri görünüşü ilə yeni bir əşyaya keçid almışdır. 
Ətdaşı (Naxçıvan) üstündə ət döymək üçün alətdir. İlkin mətbəx əşyaların-
dan sayıla bilər. Sonradan “ət taxdası” ifadəsinə keçid almış, əti döymək, yaxud 
doğramaq üçün istifadə olmuşdur. Ət daşı yeni bir məna kəsb edərək alət, həcət, 
bir sözl
ə,  məişətdə  işə  yarayan hər  hansı  bir  əşya  (çapacaq,  balta,  bıçaq,  mişar, 
k
ətmən və s.) mənasında işlənən əhdaş (Mingəçevir, Şəki)//əhdəc (Oğuz)//əhdəş 
(Şəki)//Əhtəc (Oğuz) variantlarını da almışdır. “Daşda əti döymək” məzmunu isə 
 
19 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə